Dalana aparan dar, ensiz küçədə özünüz üçün ikinci bir yolu kəşf edin…
Qulaq asmaqdan bezdiyiniz qarışıq ciyiltiləri yeni 7 notla əvəzləyin…
Dəyişməz və maraqsız görünən yerlərə bu dəfə 25-ci kadrdan baxın…
Sizə həmişə cansıxıcı, uzaq görünən Elmlər Akademiyasını özünüzə yaxınlaşdırın…
Fərqli efir yaradın, çəkinmədən, sözünüzü deyin!..
Texnologiyanın inkişaf sürətini texnar üsulla keçin..
Yeni əsərlər təqdim edin, yeni əsərləri təqdimatda kəşf edin..
Görün, götürün! Həyatın bütün çətinliklərinə əvəzləyici çıxış yolu düşünün…
Çağdaş dövrün dəbini siz dəyişin…
İndi gözünüzü yumun və s. və i.-də sizə çatdıracaq alternativ bir media xəyal edin…
Gözünüzü açın.
Alternativ webzine-i qarşılayın!..
Impossible is nothing!
Deyilmi?

