April 16, 2008

Delfin MP3

MP3-Pleyer artıq ən çox istifadə etdiyimiz texniki cihazlardan biridir. Hətta deyərdim, TV-dən də çox istifadə etdiyimiz. İşə, dərsə, yaxud harasa uzaq bir səfərə gedəndə mütləq özümüzlə MP3`ümüzü də götürürük. Meloman olmaya bilərsiz, amma yüz faiz əminəm ki, bu cihazla heç vaxt darıxmazsız. Fərqi yoxdu roka qulaq asırsız, yoxsa repə, yoxsa popa, yoxsa Rəqsanəyə və s. və i. Əsas odu ki, musiqi daim qulağımızda səslənir və ən önəmlisi bunu başqaları eşitmir.
"Musiqidən ayrıla bilmirəm və hətta, dənizdə üzəndə, ya da hamam çiməndə də istəyirəm ki, qulağımda nəsə dınqıldasın" deyirsinizsə, onda darıxmayın, bir azdan Azərbaycana da aşağıdakı cihaz gələcək. Tayvanın NU şirkəti tərəfindən hazırlanan bu Delphin MP3 musiqiyə qulaq asmağın çərçivəsini sındırdı. Çünki bu sadəcə adi MP3-Pleyer deyil, tamamilə sukeçirməz alətdi. Üstəlik cəmi 25 qr çəkisi və 1 GB yaddaşı var. 250 $ qiymət qoyublar. Azərbaycana çatana qədər məzənnə necə və hansı yöndə dəyişəcək, deyə bilmərəm.

March 24, 2008

Kiçildəbildiklərimizdən

 

Vaxt vardı, bir oyunu ya da ağır faylı köçürtmək üçün üstümüzdə üç-dörd disket (Floopy Disc) gəzdirirdik. Hər şeyi minimallaşdırmağı bacardığımız kimi, disketlərdə də yeni mərhələ başlamağı bacardıq. Bu gün disketlər fleş-kartları məhv etməyə hazır olan və ən əsası boyu bir kredit kartı, ya da metro kartı qədər balaca formadadır. LaCie`nin hazırladığı yeni disketlər 2 yeni modeldədir. Narıncı rəngli 30 GB`dır və qiyməti 129.99 $-dır. Qara rəngli və 40 GB olan isə 159.99 $-dır. Azərbaycana hələ gəlin çıxmayıb. Gəlib çıxandan sonra bu qiymətlərin necə dəyişəcəyini isə gələcək göstərəcək…
 

January 13, 2008

PSP - gəl ay müştəri!

yaradır də camaat!

Son dövrlər texnologiyanın "kiçilməsinə" alışmışıq.. Kompüterlər, telefonlar və s. getdikcə balacalaşır. Hətta məncə cılızlaşır, amma bu başqa söhbətin mövzusudu. Sizə şəkildə gördüyünüz artıq, çoxdan çıxan amma, Azərbaycan üçün yeni olan texnoloji naliyyətdən danışmaq istərdim. Hamımızın çox sevdiyi PlayStation də "balacalaşıb". Qarşılayın: PSP !

Uauuuuuuuuuuuuuuuuu! Bu nədi ay qardaş..

Artıq sevimli oyunlarınızı mobil kompüterdə oynaya, yolda, işdə, gəzintidə də virtuallığın dadını çıxara bilərsiz. Üstəlik bununla internətə qoşulmaq, yazı, çap işləri aparmaq da olur.

O gün, şəhərin mərkəzi mağazalarında 260 AZN (ağ rəng) və 270 AZN (qara rəng) arası qiymətə ala biləcəyimizi öyrəndim. Hərçənd PSP-ni daha ucuza da əldə etmək mümkündü.

Şəxsən PSP-nin PS3-dən qat-qat yaxşı olduğunu düşünürəm. Bu məqamda Sonynin zamanlama səhvi buraxdığını deyə bilərik mi? Nəticə çıxarmaq sizə qalsın…

bil gi sa yar

January 7, 2008

BilKÜRsayar!

Gözün aydın Azərbaycan! Artıq öz kompüterin var! Bəh-bəh-bəh!

Düzü bu hadisən çoxdan gözləyirdim. Axı nə vaxta qədər başqalarına xeyir verməliyik ay qardaş? Yerli mal istəyirik, xeyirin Vətənə qalmasını istəyirik. Və s. və i. Çox maraqlıdır ki, bu bilgisayarlar paytaxda ondan kənarda - Mingəçevirdə istehsal olunur. Düzdü oranın "elektron şəhər" olmasını hələ dağılmış sovetlər dövründən bilirik. Amma hərhalda Bakılaşdırılmış Azərbaycanda bu cür addım aqlışa da layiqdi, tərifə də.. Tənqidə də.. Bir tərəfdən baxanda, güya bu dəqiqə istifadə etdiyimiz kompüterlər Bakıda yığılmır ki? Bəli, bəli bütün kompüterlər istisnasız burada hazırlanır. Yazıq Nexusun sadəcə adı çıxıb. Bu yeni KÜR Computersin Nexusdan əsas fərqi tam burada hazırlanmasında və AZƏRBAYCAN adını üzərində daşımasındadı. MADE IN AZERBAIJAN. Ümid varıq, bu da yerli mala yuxarıdan aşağı baxan millətimiz bu dəfə "pərdələnməmiş" yetirməsinə sahib çıxar.

Nəysə, gedim Mingəçevirə, kompüteri dəyişmək vaxtıdır =)