Sonu gizli şeir
Bəzən təkliyə Bəzən hamınıza, Bəzən sözlərə Bəzən getməyinizə ehtiyacım var. Bəzən rədd olmaq, Sizi özümdən xilas etmək, Bəzən sizin dalınızdan Təpik vurmaq Istəyi var içimdə. Etiraf etməliyəm- Bəzən bəzilərinizin Üzünü tüpürməyim də gəlir, Öldürməyim də. Yox, sizin günahınız yoxdur, ey ali zatlar. Sadəcə mən əsəbiyəm o an. Bəzən insan olduğuma hirslənirəm Bəzən isə ümumiyyətlə olduğuma əsəbləşirəm. Bəzən kitablardan, bəzən kitabxanalara qaçıram. Budur, Siz də ordasınız. Ya kitabda, ya kitabxanada. Ya dayanacaqda, ya avtobusda. Marsda da, toyda da, yasda da, basabasda da. Hər yerdə siz varsınız. Məni izləyirsiz. Niyə? Kimin sifarişilə? Rəngarəngdi dünya. Qırmızılar, Mavilər, Yaşıllar, Çəhrayılar, Qaralar, Sarılar, Ağlar, Ağ-qaralar… Və siz. Bütün rənglərdə siz varsınız. Axı necə bacarırsız bunu??? Məni bezdirdiniz. Gözlərinizi çəkmirsiniz hərflərimdən. Oxumayın məni. Bitəcəm sizin üzünüzdən erkən. Gizlədirəm sonumu! [Usta]


mende bezen yox, cox vaxt olur.
oxudum, gozum deymeyecek narahat olma )
sene birce sualim var- Sen bunu nece bacarirsan? yeni nece eliyirsenki o cur balaca meqalede cox sey vurgulayirsan?
Comment by suza — January 5, 2009 @ 7:02 pm
e boşuna Usta demiyoruz herhalde =)
Comment by az-ya — January 8, 2009 @ 10:09 am
Oxumayın məni. - mümkün deyil. Amma maraqlıdır. Bəzən heç nə oxumaq istəməsək də belə sözlər adamı dartır.
O hisslər ki siz vurğulayırsınız hamıda olur. Amma, nə etməli həyatdır.
Comment by Şəbnəm — January 19, 2009 @ 5:58 pm