Bidətin şırnaqları
Səmalarım, səndə itdi o arzularım,
Seyr edirəm, sevgilin, o buludlarım.
Son həyatın yarığı,
Son mərtəbəmin işığı,
Son sahilin səssiz qırağı,
Son, son, son…
Bəlkə də bu başlanğıcda yeni bir don…
Radiom pıçıldıyır öz mənalı həyatından,
Danışmıram ona mən, uzaqlarda tükənən ruhumdan.
Əl-ələ vermiş səhvlər yedi-bitirdi səbrimi, ağacdələn tək,
Əbəs əzablar yararsızdır, qovuşa bilməyən qütblər tək.
Simfoniyamdakı notlar pozulub,
Bunu eşidincə qaranlıq işığa fəryad edərdi,
Nəfəsdə dayanıb sakitcə tamaşa edərdi.
Nə məna dəlisiyəm, nə məntiq,
Nə ucuz yalan, nə boş təsdiq.
“Sənə olan eşqimi sənə də alçaltmaram,
Bu dünyanı qoyub, o birisini qurmaram”
“Həyat dənizdirsə,
Gəmini itirmisənsə,
Qorxma boğulmayacaqsan,
Çox istəsən sahili də tapacaqsan.”
Stop buzz of deyərdim bu şablonlara,
Əyri baxışlara,
Pas atmış naxışlara.
Zavallı jestlər əşya gözümdə,
İstefa verdim buna çoxdan sözümdə.
Vüsal körpümün ikinci dayağı harda?
Quşların uçaraq içində apardığı yazın anında.
Soruşdum divarlardan,
Yanımda yatan sükutdan,
Niyə şirin gəldi işıqlı yalan, qaranlıq həqiqətdən?
Cavab gəldi, yalan özü zəhərlənib həqiqətin zəhərindən.
Sonra mənə öyrətdilər:
Həyat qısadır 90 illəri ilə,
Həyat ucadır ayaqlarındaki yaltaqları ilə.
Gözümü qırpmadan söz verdm:
Mən bir gün cinayətkar olacam,
Keçmişimnən oğurluyub bir parça, gələcəyimə bağışlayacam.
Hələlik isə bu mənə bəsdir,
Onsuzda hər atdım doğruluqdan doğaraq tərsdir.
Heç üzülməyəcəm günəşim,
Qalacam ayla tet-a-tet,
Sən geriyə baxmamış get.
Gedişinnən mənə bir hədiyyə,
Yoxluğun olar, dönmə geriyə…
Sənsizliyimi dəyişmərəm heç bir brassokotelleyaya.
Səmalarım, səndə itdi o arzularım,
Seyr edirəm, sevgilin, o buludlarım.
Son həyatın yarığı,
Son mərtəbəmin işığı,
Son sahilin səssiz qırağı,
Son, son, son…
Bəlkə də bu başlanğıcda yeni bir don…
Kainatda kapsula yetməz, doldursam içinə nifrətimi,
Ağ kəfən də yetməz, basdırsam əks fikirlərimi.
Bu sondur, uzun bir yoldur.
Çox olacaq maniyələr, mükəmməl dahilər.
Bənzərsiz səhvlər, mənə də qalacaq hüsünlü qələbələr.
Bezdirdi səni dediklərim?
Laqeydsən, maraqsız sətirlərim?
Gəl qatım trackıma biraz şitdiy,
Gəl ləkəli edim onu tüpürcəklə,
Müvəqqəti sinql edim onu, bəhs edim onlardan.
Başlıyım,
Fitnəkar əcdadlarımızdan,
Sevimli müğənnilərdən,
Pak qızlardan,
Nöqsansız oğlanlardan
Kalçuk üzlərdən,
Vüqarlı yalançılardan,
Sonsuz rütbələrdən,
Rəsmi səfərlərdən,
Səviyyəli canilərdən,
Naməlum ölüm səbəblərindən,
Təslim olan şərlənənlərdən,
Dünyadan köçən ümüdlərdən,
Humanist düşüncələrdən,
Ateist mövqelərdən,
Solmayan şan –şöhrətdən,
Peşəkar gülünclərdən,
Özümüzü qalxanlarla aldatdığımızdan,
Məhv edilmiş protestlərdən,
Fəth edilməmiş ərazilərdən,
Dirilik suyu içən zülmətdən,
Ən sonda bitirim,
Beynimi ürəyimnən gizlədən qıfıllarla.
*****
Nağllları sevirsiz?
Hə, məndə sevirdim, indi isə onlara inanan o saf uşaqlığımı sevirəm sadəcə.
Bu nağılı eşitmisiz heç?
“Biri var idi, bir yox qədim şəhərlərin birində Həsən adlı bir şah var idi. 30 illik hakimiyyəti dövründə çoxlu günahsız insanlar edam etdirib. Bir gün onun yanına dərviş gəlir. 57 yaşlı Həsən dərvişə deyir:
-Mənə xeyir-dua ver.
Dərviş deyir:
-Ya allah, Həsən şahı tez öldür.
Şah qəzəblənir. Dərviş onu sakitləşdirir və izah edir:
-Ey şah, tez ölməyin sənə də, xalqa da xeyirdi.
-Niyə?
-Ona görə ki, tez ölsən, günahın çox olmaz. O dünyada da az cəza alarsan. Xalqada xeyirdiki, səndən canını tez qutarar.
Allah dərvişin arzusunu eşidir, Həsən şah 57 yaşinda dünyadan köçür.”
Həə..Bəlkə elə məndə pis insanam?
Pislərə nifrət edirəmsə məndə onlar üçün pisəm.
Onlara nifrət etdikcə, elə bu şah kimi özümü tükəndirirəm, onları da nifrətimlə bezdirirəm. Mənim varlığım heç bir tərəfə üstünlük gətirmir.
Elə isə mənim də bir dərvişin xeyir-duasına ehtiyacım var…
NYLANE
- Buralar |


elə bir xeyir duaya çoxlarının ehtiyacı var, amma Allah o xeyir duaların hamısını yerinə yetirsə, dünyada kim qalar axı? beş-altı dənə qoturlar?
Comment by Jalə — December 22, 2008 @ 7:45 pm
qotur? hahahaha =)
Comment by az-ya — December 23, 2008 @ 3:27 pm
bəli ,qotur=)
Comment by Jalə — December 23, 2008 @ 8:43 pm
Ona qalanda haminin xeyir duasi verilmelidir. Ya da alnimza “qotur” damgasi yazilmalidir. Siz ozunuzu qotur hesab edirsiz?
Comment by asif eminov — December 27, 2008 @ 2:44 am
mənim sözümü başa düşmədiniz =) mən o mənada demək istəyidim ki, bütün yaxşı insanların elə xeyir duası yerinə yetsə qalanlar qoturlar olacaq
Comment by Jalə — December 29, 2008 @ 6:20 pm
Bilirik. Bizdə deyirik ki, onların o xəstəliyə yoluxduğunu niyə üzlərinə vurursan ki, yazıq deyillər? =)
Comment by Nylane — December 29, 2008 @ 11:06 pm
=) zərəl yoxdur=)
Comment by Jalə — December 30, 2008 @ 5:58 pm