Vinni Puxlu söhbət
İçinizi aşsüzəndən keçirmək istəyi olub sizdə?
Boşaltmaq hər şeyi aşsüzənə… Qoy, saf olanlar keçsin deşiklərdən, çirkinliklər qalsın aşsüzəndə.
Yox? Ya da qusmaq içindəki pislikləri ağ kağıza və oturub baxmaq alınan mənzərəyə.
Qapıları bağlamaq və pişiklə qucaqlaşıb yatmaq peçin qırağında.
Pişik canına çəksin bütün irgəncliklərini. Sonra pişiyi də qovasan küçəyə.
Vaxtım yoxdu yaxşılıq yaratmağa.
Vinni Puxa baxdım o gün. Necə də darıxmışammışam cizgi filmlərinin bir az saf, bir az axmaq qəhrəmanları üçün.
"Gecikməyə də gecikmişəm"-bu Vinninin sözüdü. Bir də "Mən oxumağı bacarıram, sadəcə görə bilmirəm"
Sadə və dahiyanə sözlərdi.
Siz Vinnini sevirsiz?
Görəsən, Vinni depressiya, inflyasiya, manipulyasiya, evakuasiya haqda xəbərdardı?
Sizin içinizdən küləyə qarşı tüpürmək və sonra öz tüpürcəyinizdən gizlənmək istəyi olub?
Sizin ümumiyyətlə qəribə nə istəyiniz olub ki?
Ətrafınızdakı pisliklərə necə baxırsız? Siz də onlardan birisiz yoxsa?
Afərin, mən sizinlə qürur duyuram. Əslində mən yaxşı adamam, sadəcə ətrafımdakılar məndən daha yaxşıdı deyə pis görsənirəm.
[Usta]
- Efirdəsən |


Əslində mən yaxşı adamam, sadəcə ətrafımdakılar məndən daha yaxşıdı deyə pis görsənirəm…
Comment by H.O.S.T_FighteR — November 7, 2008 @ 5:22 pm
Əslində mən pis adamam, sadəcə ətrafımdakılar məndən daha pisdir deyə yaxşı görsənirəm…
Comment by az-ya — November 8, 2008 @ 2:02 pm
mən isə ya yaxşı, yada pis adamam deyə bilmərəm, çün ki, heç özümdə bilmirəm necə insan olduğumu
Comment by Jale — November 8, 2008 @ 10:30 pm
Esas odu ki adamam, insan adam;)
Comment by Turalfot — December 7, 2008 @ 5:35 pm
Son vaxtlar oxuduğum ən pozitiv yazı. Gülümsətdi.
Comment by Ruzigarim — December 31, 2008 @ 12:06 am
kime nece serf eliyir meni o curde gorur. kime gorese pis kime gore ise yaxsi adamam.
Comment by suza — January 5, 2009 @ 6:41 pm
Adamam?
Comment by Emioqlu — February 12, 2009 @ 11:03 pm