NONSENS
Məni bağışlayın..
Özüm özümü bağışlaya bilmirəm çünki..
Buralara çox yad hiss edirəm..
Atamı anamı belə sevə bilmirəm artıq.
***
Nifrət dolub içimə.
Heç sevgili də istəmirəm.
Onsuz hamısı başı boş qızlardı.
***
Eqo düşkünüyəm. Sizinlə oxşar cəhətim təkcə budu.
Başıbağlı, balağı kəsiklərin dininə də inanmım qalmayıb.
Şeytanla müqavilə imzalamışam sanki.
***
Söyürəm hər gün.
Bu yazını oxuyanlardan tutmuş əlifbadan xəbəri olmayanlara qədər.
Özümü isə daha çox söyürəm.
***
Allahdan yeni tale istəyirəm.
Güzgüdə alnıma baxdım bəyənmədim ordakı yazını.
***
Gülürəm hər gün.
Problemlərdən, sui-qəsddən danışan 15 yaşlı uşaqlara.
3 günlük aclıqdan sonra tarakan yeyən yetimçələrə də.
Bizə gülürəm.
Sizə gülürəm.
Onlara gülmək istəyəndə ağlayıram.
***
Şizofrenik fikirlərimi işə salıram:
Güzgü, mən və ülgüç.
Saqqalımı yox kapilyarlarımı ayırmaq istəyirəm bədəndən.
***
Bu gün nəşənin də dadına baxdım,
Çox fərqlənmir siqaretdən.
Niyəsə beynim dumanlanır.
Ola bilər dünənki içkidən?
***
Mənim qara dostum gileylənir öz dərisindən.
Gəl götür mənimkini.
Nə fərqi var ay axmaq dəyişməyəcəksənsə içindən?
***
Bacısı fahişə küçə uşaqları,
Özünə qlamur deyən qızın silikon dodaqları,
Sunidi gülüşü həm tatulu qaşları.
Hiphop, oldskul, nyuskul,
Tupakın vayt niqqa cocuqları,
Emo, qotika, rokerlər
Azrepperlər!
Yox bir, az-skinhed, az-baykerlər!
Anarxistlər, mazaxistlər, pedofillər!
“Deputa madre stuff”ın
T-shirtdəki çegevaraları,
Bakının təzə komunist avaraları,
Masturbativ hərəkətlərdi hamısı:
Hərəkatları, cərəyanları,
“Alma”ları, “Dalğa”ları..
***
Soruşursan hamıya nifrət hissi hardandı məndə?
Bil, yeyib ürəyimi qəlbimin qara qarğaları..
Bəs sən danış bu qədər düşkünlük qızlara hardandı səndə?
Satarsan bir gecəsinə qardaşını öpsə səni küçə xalaşkaları..
İçimdəki nifrəti töksəm bu şəhərə dayanmaz zəhər şkalaları..
Ona görə sus, danışma, əbsəm ol, kəs səsini!
Münasibətsizliliyini mükəlləfiyətə çevirdi Bakının ağ-qara kvartalları.
İndi də sarsaqlaşmış, sərsəmləşmiş insanlar üfünət iyi hopdurur beyinlərə..
***
EPİLOQ ƏVƏZİ
- Bəsdir az-ya, sus artıq..
- Bilirsən uşaqlıqda polis olmaq istəyirdim …
- Ha-ha! Ona görə indi bölmədəsən?
- … amma ona görə yox ki, polis olmaq yaxşıdır …
- Mən də kosmonavt olmaq istəmişəm. Sus də!.
- … sadəcə polislərə tapanca gəzdirməyə icazə verirlər…
- Yaxşı də, yaxşı. Sus, qoy rahat işimizi görək!
- … deyirdim ki, tapanca olsa istəmədiklərimi öldürərdim.
- Ha-ha-ha? Öldürərdin? Ha-ha! Kimi öldürərdin?
- Bu dəqiqə səni.
- Niyə məni ay axmaq?
- Çünki indi ən çox özümə nifrət edirəm…
[az-ya]
- Buralar |


bilirsiniz, məndə çox şeylərə nifrətlə yanaşiram, düzdür qic-qoyun fahişə qızlar,Emo, qotika, rokerlər
Azrepperlər!
Yox bir, az-skinhed, az-baykerlər!
Anarxistlər, mazaxistlər, pedofillər, belə qicbəsərlər çoxdur, hər addımdadılar, amma yenede inanmaq lazımdır ki, buqədər pisliyin, bu qədər gicliyində arasında bir parça təmizlik var, bütün qızların dodağı selikon deyil, hamısı fahişə deyillər, gənclərin hamısı zay kimi subkulturlara qoşulmurlar, azda olsa, yenede ağıllı adamlar qalıb və varda, sadəcə pisliklərin içində bu az olan yaxşılıqları seçməy olmur və çox çətindir, amma yenədə dərinən axtarsax taparıx.
Nəşə isə, mənən məsləhət özünüzü zəhərləməyin, o nə zibildi ki gənclər onu dadır?!Özdəri öz hayatını pozurlar, yox edirlər. Наркотики-яд, их нужно уничтожать, никому они пользы не приносили и никогда не принесут, это мусор от которого нужно избовляться в срочном порядке, не смотря на всё это всё больше молодых людей всёравно травятся им.Люди придите в себя, не губите сами себя!Имейте хоть каплю сострадания, даже не к другим, а к самому себе, вразумитесь.
Comment by Jale — October 28, 2008 @ 12:52 am
Sözlərə banal yanaşma var səndə.
Hər şey göründüyü kimi deyil..
Bu yazını da ciddi qəbul etmə.
Ən azından adını oxu - NONSENS.
Comment by az-ya — October 28, 2008 @ 12:30 pm
Nəşə… Nə zəhərləmək. Hardan bilirsən onu çəkən nə fikirləşıb çəkib. Bəlkə birindən intiqan alır. Nifrətini soyumaq istiyir.
Comment by MetaL — October 28, 2008 @ 4:12 pm
sizcə nifrəti soyumaq üçün nəşə lazımdır, bəyəm ayrı cür mümkün deyil?
Comment by Jale — October 28, 2008 @ 6:53 pm
BAAAANNGGG…!!!
Comment by H.O.S.T_FighteR — October 28, 2008 @ 7:41 pm
Mende cox sheye nifret edirdim. Islam komey oldu(no movhumat, xurafat).Nifret hec vaxt chixish yolu olmayib, olmayacaq da….
Mence esas sevgidir. hele zombileshmemishik,buna da shukur.
………Subhenallah………
Comment by shahla — December 28, 2008 @ 10:50 pm
Zəhərini üstümüzə tökmə, təzə qurtulmuşam nifrətdən.
Comment by Ruzigarim — December 31, 2008 @ 12:18 am
Olma…
Onsuz heyatini ozuncun yashaya bilmeyeceksen…
Oyrenme…
Onsuz bildiklerin ozunu bele qurtarmayacaq…
Danishma…
Onsuz dediyin oz qulagina bele catmir…
Sevme…
Onsuz ikinizden biriniz bezeceksiniz…
Inanma…
Onsuz o aldatmasa da bir gun sen aldadacaqsan…
Yashama…
Onsuz hami seni oldurmek isteyir…
Sayma…
Onsuz feleyin reqemleri bashqa say sistemindedi…
Oxuma..
Onsuz sen de sozumden sehv axtaracaqsan…
Comment by Qara_Dash — February 6, 2009 @ 10:08 pm