September 4, 2008

Yarımçıq Köşə Yazısı

 son

 

Biz yarımçıq insanlarıq. Hər şeyimiz yarımçıqdı. Ustadımız da, şagirdimiz də, əfəlimiz də, ağıllımız da, sevincimiz də, yasımız da, qələbəmiz də, məğlubiyyətimiz də, müharibəmiz də.

Biz Azərbaycan Yarımçıq Respublikasının vətəndaşlarıyıq.

Demokratiyamız da yarımçıqdı, demosumuz da, kratiyamız da.

Bizim alın yazımıza yazılıb bu yarımçıqlıq… və ya bizim alın yazımız da yarımçıqdı yazmalıydım? Biz sonu görməyəcəyik, bizə bütövlük qismət olmayıb, çünki qərarlarımız da, onların tətbiqi də yarımçıqdı. Bizim ən bütöv əsərlərimiz də bu xəstəlikdən qurtulmayıb, ən böyük yazarlarımız da. Nə Cavidi, nə Sabiri, nə İldırımı, nə Füzulisi, nə Nəsimisi, nə İsa Hüseynovu (ələlxüsus da sonuncu) bütöv ola bilməyiblər.

Gənclərimiz də yarımçıqdı. Eyni zamanda həm Çe Gevaraya, həm Eminemə rəğbət bəsləyən, həm roka, həm meyxanaya qulaq asan gəncliyin beyni yarımçıqdı, qəlbi yarımçıqdı. Bu ölkədə yollar yarımçıqdı, tıxaclar bütöv. Dərslər yarımçıqdı, rüşvət bütöv.

Xəbərlər yarımçıqdı, ölümlər bütöv…

Yarımçıqdı bu ölkədə sevgilər də, vergilər də, bilgilər də,

Yarımçıqdı bu ölkədə beyinlər də, deyimlər də, geyimlər də.

Alimlər də, alimlərə gic deyən də, ayinlər də.

Canilər də, qurbanlar da,

Oyunlar da, qoyunlar da,

tülkülər də yarımçıqdı.

Himnimizdə də bir çatışmamazlıq var sanki.

Bu yazı da yarım…

[Usta]

 

6 nəfər gör nə yazıb »

URI-uri!: http://alternativa.blogsome.com/2008/09/04/p235/trackback/

  1. dogurdan da werhe ehtiyac yoxdi

    Comment by _puffy_ — September 6, 2008 @ 2:33 pm

  2. Salam, dostlar. Necesiz? :) Her shey yaxshidirmi? Coxdandir buralara bash cekenmirem. ))) Geldim, maraqli yazilar gordum. Hemishe ki, alternativ dushunce. Bizi ozunuze ceken dushunce. Hmm. Amma deyesen men de yarimcigam. Coxdandir bura gelmirdim, onu deyirem. ((( Neyse… Men de buralardayam. Bunu unutmuyun.

    ps: Kecmishin “безумец”i, indiki asif eminov. :)

    Comment by asif eminov — September 7, 2008 @ 5:40 pm

  3. Şər–mzd- yarı–dı..
    Çün–, in–lar da yarım—..

    Comment by az-ya — September 10, 2008 @ 11:34 pm

  4. Yarimciq cemiyyetden ne gozleyesen…

    Comment by rhost — December 7, 2008 @ 2:12 pm

  5. mənə həməşə elə gəlirdiki, təkcə mən ozümü yamçıq hesab edirəm, amma görürəmki elə deyil=)

    Comment by Jale — December 11, 2008 @ 12:06 am

  6. Himnimizde de nese var eee heqiqeten.Chinki biz Turkiyenin himnini oxuyanda haminin sesi bir erde chixir.Amma Azerbaycann himninde yari gecikir,yari telesir.Bezileri deyir ,Azerbaycan himnini duzgun oxumurlar,men de Turkiyeninkini oxumayacagam.Bezileri deyir ki,Turkiyenin himni daha axicidir.Bes sizce?

    Comment by Kizel — March 1, 2009 @ 2:18 am

RSS deyilən məxluq.

Yaz qardaş, yaz!

Abzasa özü düşəcək narahat olma. E-poçt ünvanını da heç kimə göstərmərik, qorxma. Bu HTML zadlarından da istifadə edə bilərsən: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <code> <em> <i> <strike> <strong>



Anti-spam: yanda yazılanı bura köçür ki, bizim da başımız ağrımasın.