Gündən-günə

Mən hamıdan gec öləcəm-
Saatların əqrəbləri təmbəlləşir gündən-günə.
Zaman yoxmu, zaman varmı?
Ilk baharmı, son baharmı?
Ötürdüyüm hər bir ildən xatirələr yadigarmı?
Gizlimi, ya aşikarmı qocalıram gündən-günə,
Inan, aşağı endikcə ucalıram gündən günə.
Sarmaşıqlar sarılıbdır əllərimə qoymur yazam,
Yaddaşıma lənət olsun bu şəhərdə qoymur azam.
Bədən ölər, ruh yaşayar, məhəbbəti ruh daşıyar,
Nə edim ki, bədəndən tez ruhum ölür gündən-günə,
Bu zülmətdə bir şam ilə o da sönür gündən-günə.
Milyonların arasında tənhalığa qapılmışam,
Nə deyərəm, nə gülərəm, sanki daşdan yapılmışam,
Cırılmış bir paltar kimi bədənimdən atılmışam,
Ciyərlərim vermir nəfəs paxıllaşır gündən-günə,
Güzgüdəki düşmənlərim yaxınlaşır gündən-günə.
Ağıllı anlamaz məni dəlilərin şairiyəm,
Ağıllı anlamaz məni dəlilərin şairiyəm,
Dənizlərdə batım gedən gəmilərin şairiyəm,
Qığılcımla alovlanan zəmilərin şairiyəm.
Alovlanan zəmilərim külə dönür gündən-günə,
Yaxınlarım məzarlıqda gülə dönür gündən günə.
Gəncəm, amma qəlbim deyir:
-Qoca, yüzü vurdun başa
Ürəyin hər döyüntüsü deyir yaşa,yaşa,yaşa!
Nə yaşamaq? Yaşadıqca yaşananlar dəydi daşa.
Yazı qışı aşa-aşa yaşayıram gündən-günə,
Daşıyıram yaraları qaşıyıram gündən-günə,
Ağacların yarpaqları, bax, tökülür gündən-günə,
Qurduğum arzulara bax, bax, sökülür gündən-günə,
Belim düzdü qəlbim isə bax, bükülür gündən-günə.
Amma yuxularım deyir, mən hamıdan gec öləcəm
Mən ya dahi bir sənətkar, ya da ki, bir heç olacam.
Qaraqan
- Təqdimat |


uzden cavan olmaq esl cavanliq deyil, insan oz ruhunda ozunu cavan hiss edirse demeli o cavandir, amma insan oz i4inde ozunu bir qoca bir agaca tay sayirsa, demek o dogurdanda qocadir, 4unki onun qorduqu pisdikler, 4ekdiyi ezebler onu qocaldir, amma oldurmur, ona mudriklik verir, agil verir ve o insan heyata tamami ile ayri qozlerle baxir, reftri deyishir, her sheyi ayri anlayir, oz dunya gorushuyle, oz bildiyi kimi!!
Comment by Jale — June 30, 2008 @ 1:08 pm
yeri var ))
Comment by Rock_Boy — July 3, 2008 @ 10:51 pm
Özüvü ağaca tay tutursansa deməli o sənin dar ağacındı. Ağacda ruh olmur
Comment by MetaL — August 5, 2008 @ 6:18 pm
seviniremki azda olsa senin felsefi yazilarini basa dusurem.
Comment by suza — January 5, 2009 @ 7:10 pm