Açıq Məktub
Rədd olun başımızdan, Ürəyimizdən, Həyatımızdan. Yalanlarınızı, doğrularınızı, Cavablarınızı, sorğularınızı, Nöqtələrinizi, vurğularınızı da götürün gedin. Tək buraxın məni. Tək buraxın bizi. Aparın özünüzlə reklamlarınızı da, Rəngsiz sloqanlarınızı da, Dadsız Mcdonalds-larınızı da, Pepsi, Kolalarınızı da, Superqəhrəmanlarınızı da - Lazım deyil onlar heç kəsə. Dağılmaz dünya əgər oxumasa rəqsanəniz, Göbək atmasa, sellülit oynatmasa rəqqasəniz. Gedin, soxulun adalarınıza, Alın özünüzkimiləri də aralarınıza. Pıçıldaşın, hırıldaşın, quduzlaşın, Amma gedin. Gedin, başımızdan. [Usta]
- Təqdimat |


Qəşşəng =)
Comment by az-ya — June 19, 2008 @ 3:06 pm
Qəşşəng onda olardı ki, doğurda da basıb gedəydilər öz mağaralarına, biz də insanlığımızı yaşayardıq.
Comment by Usta — June 19, 2008 @ 3:07 pm
mence bunlara gore bu qeder eseblesmek lazim deyil, eseblerinize nece qiyirsiz? sadece ignore edin. onlari ozleri ve onlara oxsayanlardan basqa hec kim xoslamir. ozlerine oxsayanlarin da respublikanin cox hissesini tutmasini nezere alsaq…
zovqler muxtelifdi deyirler.
Comment by ever the same — June 19, 2008 @ 5:51 pm
kaş ki…
Comment by mechul — June 21, 2008 @ 6:18 pm