Stop!
İnsanları ölçüb, biçib nəyə layiq olduqlarını yaxşı anlaya biləcəyimiz bir üsul var. Sadəcə onlara problemlərinizdən danışın. Ki, kimin sənə həqiqətən kömək etməyə hazır olduğunu, kimin sadəcə artistlik etdiyini, kiminsə heç vecinə almadığını görəcəksiniz. Bütün bunları başa düşmək üçün ekstrasens olmağa ehtiyac yoxdu. Onların hərəkətləri, gözləri, dili topuq vuran danışıqları hər şeyi gün kimi aydın edəcək…
Hər münasibətin bir çərçivəsi var. Hər dostluğun, hər sevginin, hər hörmətin bir limiti. Bu limitə çatmamaq məsləhətdir. "Son sürət"ə basanda maskalar düşür. O maskaların düşməsi hamıdan çox elə özümüzü pis vəziyyətə salır.
O anda, özümü ömrünü komunizmə həsr etmiş bir insanın SSRİ`nin dağılmasıyla barışa bilmədiyi anda yaşadıqlarıyla müqayisə edə bilərəm. Ya da fikirlərimi alt-üst edən, həyatım boyu düzgünlüyünə inandığım ideanı məhv edən kitabı oxumaq kimi…
Limit yaxşı şeydi. Çalışın hisslərinizin Yol Polisinə yaxalanmayın.
NEEDN’T FOR SPEED!
[az-ya]


Insanları tanımaq çətindi.. Çünki tez-tez dəyişirlər. Və d ki İnsanları tanımaq üçün böyük təcrübə lazımdır.. İnsan özü-özünü tanımalıdır birinci.. Özündən nə istədiyini başqalarından nə istədiyini bilməli ona göre münasibət qurmalıdır
Özüm elə deyirəm ki , guya mən təcrübəliyəm də =)
Comment by Faust — June 14, 2008 @ 7:22 pm
Maraqli meslehet, nesihet idi. Thanks Az-ya.
Comment by безумец — June 14, 2008 @ 7:57 pm
Faust, deyəsən axrıncı dəfə fəlsəfə kitabı oxumusan =)
безумец, sən də sağol oxuyub şərhini əskik eləmədiyin üçün.
Comment by az-ya — June 17, 2008 @ 12:07 pm
salamlar!!!
darixmisdim alternetiva ucun,coxdandi serh yazmirdim. az-ya maraqli yaziydi=)
insanlari tanimaq dogrudan da cetindi. indi hec kim basqalari ile maraqlanmir hami oz xeyrini gudur, hetta salam verende de fikirlesir ki sabah bu adamin mene komeyi deyecekse salam verim. o ki qaldi kimese problemlerinden danisib nese komek gozlemeye bunu umumiyyletle bir azdan yaddan cixarmali olacayiq bu ozgelesme ucbatindan.ozgelesme artiq bugunku dunyanin esas problemlerinden birine cevrilib.
he birde xususile maskalilarin getdikce coxalmasini nezere alaraq gerek insanlar da munasibetlerde cercive gozlesinler ki dediyin kimi maskalari dusurtmesinler bezilerinin uzunden=)
Comment by ever the same — June 18, 2008 @ 10:17 pm