Yozumsuz Yuxular [v5]
Dörd yol ayrıcında boynundan bayraq asmış bir axsaq içindən keçən maşınlara əl edirdi, “Dayanın, içimə girmiyin”-deyirdi. Amma kim idi ona qulaq asan bu karlar bölgəsində? Maşınlar düz onun üstünə gəlir, içindən keçir, yoluna davam edirdi. Sanki heç görmürdülər onu. Mən isə görürdüm. Yolayrıcının tam ortasında bir uşaq da vardı. Asfalt üzərində bardaş qurub, oturmuşdu. Uşağın qarşısında papaq, ağzında tütək vardı və o, 3-4 melodiyadan ibarət olan korlar himnini çalırdı. Uşağı axsaqla məndən başqa kimsə görmürdü. Əslində heç dörd yol ayrıcı da deyildi bura, üç yol ayrıcı idi. Mən buna sonradan fikir verdim. “Tüpürüm sənə də, Leninə də, Hitlerə də, Çeyə də, Onlara da”-dedi arxamdan bir səs. Döndüm. Kimsə yox idi. Amma səsi eşitməyə davam edirdim. “Hamınız agentsiz, şpionsuz, işverənsiz”-deyirdi səs uzaqlaşa-uzaqlaşa. Başımı önə çevirdim. Bu dəfə axsaq yerdə oturub tütək çalırdı.
[Usta]
- Təqdimat |


Bravooo. Gozeeel. Cox xoshuma geldi. Yene de abstraktliq.
MIstikaya da yol vermisen deyesen.
Tebrik edirem. Ugurlu alinib.
Comment by безумец — May 31, 2008 @ 8:45 am
Çox sağ ol xoş sözlərinçün.
Haydı bir Yozumsuz Yuxu da sən yaz.
Gözləyirik.
Comment by Usta — May 31, 2008 @ 11:26 am
“Bu yuxunu həqiqətən görmüsən?” deyə mənasız bir sual vermirəm. Anlaşılmaz bir şeydi.
Comment by MetaL — August 9, 2008 @ 3:15 pm