May 6, 2008

Dadaizm

dada -

Birinci dünya savaşında Zurix şəhərində yaranan, Dad ilə Dadaismi, mədəni, ədəbi və sənətçiliyə bağlı olan 1916 – cı ildən başlayaraq 1920 – ci ildə lap yüksək zirvəyə yetişən bir Axın hesablamaq olar.

Ümidsizlik, iztirab, terorçuluq və birinci dünya savaşının səmərəsindən, dadaism yaranmağa başladı. 

Dadaism, sarsılmış və heç nəyə ümidləri olmayan insanların şərh halı da hesablamaq olardı.  

Bu üsyankar məktəbə bağlı olanların əsas qəsdi toplum, sənət və mənəviyyətə qarşı çıxmağı idı. Onlar bəşəriyyəti məntiq, ağıl və dilə olan bağlılıqlarından tam azad etmək niyyətində olmaqla hər nəyi inkar edirdilər.

Bu məktəbin şairləri, qəzetlərdən kəlmələri cırıb bir – birinin yanına düzməklə şer yaratmaq zorundaydılar. Kəlmələrin azad olmağına düşünürdülər.

1916 – cı ildə avrupada yaranan dada zurix şəhərində bir neçə yazıçı və sənətkar əlilə quruldu. Fransızlı Jan Arp və Rumaniyalı olan Trisan Tesaranı bu məktəbin əsas qurucularından adlandırmaq olar.

Önəmli olan daha bir söz, dadaismdən döğulan surealismin yaranmasıdır. Dadaismlər hər nəyi inkar etsələr də yeni məktəblərin yaranmasında əsas təsirlər qoyublar.

Dad birinci dünya savaşının son çağlarında, almanyada da inkişaf taparkən, militarism və nasyonalismə qarşı çıxdı. Zurx şəhəri ilə bərabər Niyoyork şəhəri də, dadaism məktəbinin hərəkatına çevrildi.   

Bu məktəbə üz gətirən şairlərdən, Berton, Pikabiya, Tristan Tesa, Aragon, Əlvar, Apoline, Məx Jakop və Soyo kimiləri ad aparmaq olar.

Mənbə

4 nəfər gör nə yazıb »

  1. привет всем. Salam, dostlar. :) Necesiz? Men burdayam. Uraaaaa.
    Hmmm. Bu dadaizm barede cox eshitmishem, amma yene de tam anliya bilmedim de bunu… Bunun postmodernizmden ne ferqi var? :(

    Comment by безумец — May 6, 2008 @ 9:57 pm

  2. dadaizm haqda yazmaga hazirlasirdim, meni qabaqladiz=)
    bilmirem bu ne isdi, amma son zamanlar burda hami bir-birinden xebersiz eyni movzularda yazmagi fikirlesir=)
    onda icaze versez mende bildiklerimi sizinle boluserdim. Dadaizm adinin yaranmasindan demek isterdim.
    Trestan Tszara fransiz lugetinden ilk rast geldiyi “dada” (menasi da “oyuncaq at”) sozunu oz yeni yaranmis cereyanlari ucun ad secir. en maraqlisi da odu ki, bu ad zenci taylalarindan birinin dilinde “muqeddes ineyin quyrugu” menasinda islenir. adin tamam menasizligi dadaistlerin her seyi ele salmalari ile baglidi.dadaistler qezetden kesdikleri sozleri yanasi duzerek yaratdiqlari numuneleri senet eseri adlandirirdilar ve bu elaqesizliyi ise onlar inqilabilik kimi qeleme verirdiler.
    onlarin asanliqla her seyi ele salir, inkar edir ve puclugu ise simvollari hesab edirdiler.

    bezumec, postmodernizmle dadaizmin ferqi ondadir ki, dadaistler ozunden evvel yaranmis butun klassik deyerleri inkar edir amma postmodernisler ise eksine klassik deyerlere esaslanaraq onlari yeni terzde canlandirirdi.dadaistler nihilist idiler,postmodernislerse yox=)

    Comment by ever the same — May 6, 2008 @ 11:12 pm

  3. məsələn mən dadistəm,
    Usta post-modernist =)

    Comment by az-ya — May 7, 2008 @ 3:20 pm

  4. ooo. artiq burda da cereyancilar var. ps: deyesen men de psotmodernistemeee. :D

    Comment by безумец — May 9, 2008 @ 11:25 am

RSS deyilən məxluq.

Yaz qardaş, yaz!

Abzasa özü düşəcək narahat olma. E-poçt ünvanını da heç kimə göstərmərik, qorxma. Bu HTML zadlarından da istifadə edə bilərsən: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <code> <em> <i> <strike> <strong>



Anti-spam: yanda yazılanı bura köçür ki, bizim da başımız ağrımasın.