Sizdə sarılaşdırabildiklərimizdənsinizmi?

Deyir adamı geyimə görə qarşılayıb, ağıla görə yola salarlar. Amma sizi əmin edirəm ki, halhazırada bizdə elə qarşilayanda da, yola salanda da esas geyimdi. Geyimi bahalı markalardan olan adamlara hər yerdə xüsusi münasibət bəslənilir. O, da hörmət xətrinə görə yox ha, bizdə dəbdə olan məsələyə görə “A birdən işim zad düşər eliyər vaxtıkən özümü gözə soxum, yaxşı olar elə uşağı da işə zada qoyarıq və s …..” .
Paltar deyirəm ey paltar daha indi bir çoxlarının dəb deyib geyindiyini yox. Birinci hələ paltardan danışaq hə… peşmandı ki, bir modelyer desin ki, bu il filan şey dəbdəbi daha yaraşan da, yaraşmayan da dəbi əllində bayraq edib geyinir.
İndi bir çox “modabazlar” idman üslubuyla klassik geyim üslubun sintezindən heç yerdə görünməyən üslub yaradırlar: klassik geyim və idman üslubunda ayyaqqabı, idman üslubunda geyim və klassik çanta, idman üslubunda geyim və hündürdaban ayyaqqabı, heç bir üsluba aid edə bilmədiyim qaşlı, bərli-bəzəkli paltarla idman ayaqqabısı (bu xüsusilə cazibədar görünür)….
Keçək Rənglərə, rənglər də moda da əsas amillərdən biridir, xüsusilə də bizim “modabazlar” üçün. Hansı rəng dəbdədisə mütləq paltar və aksessuarlar da o rəngdə olmalıdı, necə deyərlər bütünlük pozulmasın deyə. Yəqin ki, bu il hansı rəngin dəbdə olmasını heç soruşmadan hamı asanlıqla tapa bilər bizim şəhərin qızlarına bir baxışla. Əlbəttə sarı, yaşıl və bənövşəyi. Amma sarı xüsusilə dəbdədi bu il. Necə deyərlər sarıya bürün, elnən sürün!
Sizdə sarılaşdırabildiklərimizdənsinizmi?
Bu yazıq rənglərdən o qədər süi istifadə olunur ki, adam həmin rəngə artıq nifrət edir, hətta təsadüfən səndə o rəng paltar varsa onu da geyinə bilmirsən “modabazlar”ın sayəsində.
Hə o ki qaldı qısa ətəklərə, dar şalvarlara, qısa şotrlara və açıq-saçıq paltarlara o bizdə həmişə dəbdədi də bunu heç xatırlatmağa dəyməz ki. Bir qızın ki, avtobusdan düşəndə arxasınca da bir neçə “xoş söz” deyilmədi daha bu necə modadı axı? Hə bolluca makiyaj da lazımlı amildi “modabazlar”ın görüşüylə.
Aksessuarlardan ən əsası qızıl bəzək əşyalarıdı, asasən italyan qızılı özüdə böyük ölçüdə, bu da elə şeydi ki hər şeylə uyğun gəlir də öz aramızdı.
Çoxları deyir ki, qərbləşməyə doğru gedirik axı, hər şey qərb tərzinə uyğun olmalıdı, eləcə də geyim, a bəs necə bəyəm? Hər şey qərbləşdi guya elə bircə qaldı geyim. Hansı qərbləşmədən danışır bunlar görən, heç qərbdə belə açıq-saçıqlığa yol verilmir. Braziliya, Kolumbiya, Argentina seriallarındakı qəhrəmanların dənızqlrağında geyindiyini bizimkilər dəbdi deyib şəhərə geyinir bu isə tamamilə biabırçılıqdı.
Ehhhhhhhhh!!! Artıq bizdə çox şey qalmayıb nəinki abır.
[Ever the Same]
- Buralar, Gözəlliyin 9-u |


Ona göre Bakıdakı qızlar,qadınlar mene inkubator cücelerini xatırladır.her kes eyni
Comment by EsmaNur — May 1, 2008 @ 9:35 am
Yəni insan bu qədər eyni düşünə bilərmiş?
Bu yazını sən yazmasaydın mən artıq qızlarımızla bağlı bir neçə söz deyəcəkdim..
Ustayla da bu haqda çox danşmışıq: hara baxırsan sarı-qara rəngli qızlar..
Dəhşət.
Palaza bürünüb elnən sürünmək həvəsi deyil bu,
dəbdən və geyimdən başı çıxmayanların buqələmunluğudur..
Comment by az-ya — May 1, 2008 @ 10:11 am
Ever the Same məni qabaqladın
Mən də bu sarılıq xəstəliyi haqda yazmaq istəyirdim. Bezdim sarıdan. Dədə-babadan görmüşük ki, (yoxsa ana-nənədən yazmalıydım? nə isə) yaz gələndə yaşıl-qırmızı geyinərlər, bu sarı hardan çıxdı e???
Comment by Usta — May 1, 2008 @ 10:12 am
birce qirmizinin adini cekmeyin o kecen ilki debiydi ve qizlarimizin sayasinde kifayet qeder gozumden dusub bu reng.
kecen il de hami qirmizi ayaqqabi ve cantaya burunmusdu.iyrenc!!!
indi yapisiblar saridan.gorek gelen il hansi reng gozumuzu mazol edecek.=(
fikrimce sari reng parlaq olmasiyla bezi qizlarimiza kifayet qeder nezer celb etmeye komek edir.onlarinda ele istedikleri budu de.hansi reng olur olsun esas odu celbedici olsun
Comment by ever the same — May 1, 2008 @ 8:27 pm
sarı rengin bu ilin debi olduğunu bilmirdim.. yaman geri qalmışam
klişe bir cümle var ve men bu cümleyle tam razıyam.. Moda size yaraşandır.
2 ay sonra Bakıya gelirem inşallah,baxım gorum dediyiniz qeder var mı.merak ettim şimdi
Qızlarımız göresen hele de çörek almağa çıxanda bele hundur topuqlu ayaqqabı geyib,makyaj edirler?
Comment by EsmaNur — May 1, 2008 @ 8:31 pm
elbette edirler EsmaNur xanim, a onsuz is olarmi hec?
makiyajsiz olanda ise ay qiz bu nedi elebil xestelikden indi durmusan, bu ne solgunluqdu?-deyirler beleleri.
ozleri o qeder renglidirler ki, basqalari gozlerinde solgun gorunur. daha demirsen ki, xeste makiyajsizlar yox ey sizsiz ki, tebiiliyi xestelik kimi qeleme verirsiz ay yaziqlar=(
sariliga qalanda ise bu iki aya sagalan xestelik deyil, en azindan bir il davam edecek hele cox etmese. emin olun ki ilin sonunda da gelsez bunun canli sahidi ola bileceksiniz=)
Comment by ever the same — May 1, 2008 @ 9:36 pm
Vallah sozum yoxdu. Bu “sarilar” bezdirib meni…….. Artiq duwuncesinin nece olduqu fikirlewmeden nifret etmeye bawlamiwam onlara…. (Amma deyesen ele duwunceleri de sap sapilawib……..)
Comment by diplomatka — June 13, 2008 @ 1:51 pm
Dəşətsize. Mən də bezmişəm sarıdan. Sora çılpaxlıqdan. Ama tək qızları qınamax olmaz. Oğlanlardan da elələri var ki, qız olsaydilar elə giyərdilər. Yəni eyni səviyə.
Comment by MetaL — August 8, 2008 @ 10:32 pm
Nehayet ki, yaz gelir…Gorek yaz ozu ile birlikde hansi reng xesteliyi getirecek?Sari renge kechen ikle gore nifffret edirem…Yaziq reng.Goresen ne gunahi var idi?
Comment by Kizel — March 1, 2009 @ 2:13 am