April 30, 2008

Qısa və konkret

Həyat bir kəndirdi-

Kimi kəndirbazlıq edir üzərində

Kimisə həyatını ona bağışlayır.

 

Həyatımı sənə ithaf edirəm quzum.

Imza: Qoyunun

 

“Qələmlə şeir yazan

o son nəslin övladıyam!”

yazdı klaviaturada.

 

Ümidverən gənclər idik,

Şarfımızda boğulduq biz.

Misraları boş vermişik,

Vergüllərdə yorulduq biz.

 

Bir şəhər var bu dünyada

Qız Qalasıyla başlamış,

Başlanğıcını unutmuş.

Biz o şəhərin sonuyuq.

Nəsillərdən nəsillərə

Keçən SON!

 

İki Bakı var:

Biri ayağımızın altında qalan,

O biri bizi əzən Bakı.

 

Kilobaytlıqdan çıxmış,

Qeqabayt ola bilməmiş

Yorğun insanlar yığınıdı Bakı.

 

Başlanğıcımız uçurum,

Sonumuzsa bağlı qapı.

Koridorla o baş-bu başa

Addımlayan kölgələrik.

[Usta] 

 

3 nəfər gör nə yazıb »

  1. “Qələmlə şeir yazan
    o son nəslin övladıyam!”
    yazdı klaviaturada.
    - superissimusss.. =)

    Comment by az-ya — April 30, 2008 @ 11:33 am

  2. Demek isteyirem ki, men bu sherin setirleri yarananda yaxinliqda idim. Cox xosh oldu ustunden bir nece gun kecenden sonra oxumaq tam shekilde. :)

    Comment by Aynur — April 30, 2008 @ 10:25 pm

  3. hmm belədiki fikirləşdim nə yazım . Axırda tapdım. Dəşətsəne

    Comment by MetaL — August 9, 2008 @ 3:28 pm

RSS deyilən məxluq.

Yaz qardaş, yaz!

Abzasa özü düşəcək narahat olma. E-poçt ünvanını da heç kimə göstərmərik, qorxma. Bu HTML zadlarından da istifadə edə bilərsən: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <code> <em> <i> <strike> <strong>



Anti-spam: yanda yazılanı bura köçür ki, bizim da başımız ağrımasın.