QWERTY
Bu gün öz fotoaparatımdakı şəkillərə baxırdım, birdə görsəm nə???
Qəşəng şəkildi məncə.
az-ya‘nın növbəti sənət əsərini sizə təqdim edirəm. Adını QWERTY qoydum (içimdəki Dədə Qorqudluq bir az sevindi)
Əslində bu işdə qeyri-adi heç nə yoxdu. Həmişə gördüyüm klaviaturadı. Amma nəsə mistika var elə bil içində. Məni ilk gördüyüm andan əfsunladı. Yerləşdirdim desktopa.
Bu tip işləri çox sevirəm. Daim göz önündə olan, lakin görülməyən əşyaları, hadisələri görə bilmək hər insana qismət olmuş xüsusiyyət deyil. Bir də fikir vermisinizsə ən məşhur fizika qanunları da bu tip adamlar tərəfindən kəşf edilib. Nyuton və Arximed ən məşhurlarıdı. Gör hardan hara gəlib çıxdım yenə.
[Usta]
- 25-ci kadr |


Papaqaltda yatan hələ çox belə əsərlər var..
Comment by az-ya — April 28, 2008 @ 11:12 am
Onları da üze çıxarın zehmet olmazsa
Comment by EsmaNur — April 28, 2008 @ 7:21 pm
BU tesadufdu amma papaq altda yatanlarin vaxti gelende ozleri chixacag narahat olmuyun =)
Comment by Bart — December 7, 2009 @ 6:08 pm