Delfin MP3
MP3-Pleyer artıq ən çox istifadə etdiyimiz texniki cihazlardan biridir. Hətta deyərdim, TV-dən də çox istifadə etdiyimiz. İşə, dərsə, yaxud harasa uzaq bir səfərə gedəndə mütləq özümüzlə MP3`ümüzü də götürürük. Meloman olmaya bilərsiz, amma yüz faiz əminəm ki, bu cihazla heç vaxt darıxmazsız. Fərqi yoxdu roka qulaq asırsız, yoxsa repə, yoxsa popa, yoxsa Rəqsanəyə və s. və i. Əsas odu ki, musiqi daim qulağımızda səslənir və ən önəmlisi bunu başqaları eşitmir.
"Musiqidən ayrıla bilmirəm və hətta, dənizdə üzəndə, ya da hamam çiməndə də istəyirəm ki, qulağımda nəsə dınqıldasın" deyirsinizsə, onda darıxmayın, bir azdan Azərbaycana da aşağıdakı cihaz gələcək. Tayvanın NU şirkəti tərəfindən hazırlanan bu Delphin MP3 musiqiyə qulaq asmağın çərçivəsini sındırdı. Çünki bu sadəcə adi MP3-Pleyer deyil, tamamilə sukeçirməz alətdi. Üstəlik cəmi 25 qr çəkisi və 1 GB yaddaşı var. 250 $ qiymət qoyublar. Azərbaycana çatana qədər məzənnə necə və hansı yöndə dəyişəcək, deyə bilmərəm.


mp3 çalar desek?!
Comment by EsmaNur — April 16, 2008 @ 12:14 pm
MP3-pleyer, MP3-oxuyucu, MP3-çalar, MP3-dınqıldadar
Bu sualtı istifadə üçündü deyəsən.
Comment by Usta — April 16, 2008 @ 12:28 pm
Bizdə MP3-Çalar tam olaraq açmır o sözü. Türkiyədə bu daha geniş anlamdadır =(
MP3-Oxuducu daha yaxşı çıxır.
Hərhalda http://suzgec.blogsome.com `da müzakirə etməyə dəyər..
Comment by az-ya — April 16, 2008 @ 12:31 pm
mence de mp3-player-e oxuducu desek pis olmaz=)
bu daha dogru anlasilir yeni bir sozle bu cihazin neye qulluq etdiyini nalaya bilirik.
amma hahamda mp3 neye lazimdi bunu anlaya bilmedim=)
bele adamlari da hec basa dusmuram daha ne olub ki hamamda da qulaq asalar gerek=)
Comment by ever the same — April 16, 2008 @ 4:24 pm
Delfinkimilər fəsiləsindən olan insanlar üçündü də bu
Comment by Usta — April 16, 2008 @ 4:53 pm
hec yeri yoxdur bu Mp3-calarin. mdaaaaaa
Comment by безумец — April 16, 2008 @ 6:12 pm
Qulaxlığının yeri var. Hovuzda 2 işə yarıyır. Həm mahnı həm də 3 manat verib qulağa su girməsin deyə nəsə almirsan. mp3 çalar alinmire. ar ər şəkilçisi qeyri qəti gələcək zaman şəkilçisidi. yəni bəlkə çalar. ama oxuducu əladı.
Comment by MetaL — August 9, 2008 @ 12:14 am
Dünyaca məşhur SPEEDO şirkətidə belə bir yaradıb.
Comment by Tripper — September 5, 2008 @ 4:19 pm