Запретная Зона
Зона – это не территория, это та проверка, в результате которой человек может либо выстоять, либо сломаться. Выстоит ли человек – зависит от его чувства собственного достоинства, его способности различать главное и преходящее.
Bu filmi (daha doğrusu, serialı!) “məhv etmək” üçün 3 günüm getdi. Peşmanam ya yox, bilmirəm ama 17 saat fasiləsiz baxmaqla artıq filmin içinə girdiyimi görəndə bir az fasilə götürüb yenidən televizorun qarşısına oturdum.
Adından da gördüyünüz kimi, türmə, dustaqlıq həyatından, yəni “zona”a haqqındadı. Film haqda daha ətraflı və dəqiq məlumatı aşağıda yazmışam. Bir az təəssüratlarımı bölüşəcəm. Başa düşün axı, 2 DVD, 50 seriyanın üstündən insan içindəkiləri birtəhər çölə çıxartmalıdı ya yox?..
Elə bilməyin ki, müasir gəncliyimizdə çox rastladığımız “briqada” və “içəri düşmək” həvəsində olan sadəlövhlərdənəm. Ümumiyyətlə o həyat tərzi (tüpürüm elə həyata!) məni həmişə qıcıqlandırıb. Təsadüfi deyil ki, DVD bir il məndə olsa da, ancaq iş yoldaşıma baxmağa verdikdən sonra tsadüfən ilk seriyaya baxıb “virusa” bulaşmışdım və bütün seriaları bitirməyənə qədər sağalmadım.
Nəysə. Kifayət qədər maraqlı filmdir. Ssenari quruluşu qəribə inkişaf edir, gözlənilməz hadisələr və ən əsası hadisələri real çatdırma məqamları sizi filmə daha da bağlayır. Mistika, gizlilik, detektivlik və “içəridə”kilərin necə yaşadığına dair haqda maraq “Zona”nı Rusiyada sevdirən əsas amillər olmuşdur. Açığı elə məni cəlb edən keyfiyyətlər də bunlar idi.
Tərif bəsdi. Keçək tənqidə. Petr Şteyn hər nə qədər ssenarini belə demək mümkünsə maraqdoğurucu, mistikalı etsə də, hadisələr inkişaf etdikcə bir çox boşluqalar da buraxıb. Bir çox faktların üst-üstə düşməməsiylə yanaşı, sonu açılmayan epizodlar və surətlər nə qədər istəsəz tapmaq olar. Bundan əlavə, surətlər gözlənilməz dərəcədə “mənfi” obrazdan “yaxşı”ya və əksinə sıçrayış edə bilir. Yəqin bunu özünün xüsusi “tryuku” sayıb rejissor amma, məncə çox uğursuz fəndlər olub. Təbiiliyi və reallığı pozub Petr qardaşımız.
Filmin qısa özətinə gəlincə. Rusiyanın daim qarlı olan əyalətlərindən birində, adi şəhər həbsxanasında bir ölüm (və ya sui-qəsd) hadisəsindən sonra başlayan hadisələr ölən zabitin ən yaxın dostunun araşdırmalarıyla inkişaf edib, qəlizləşməyə, bağırsaq kimi uzanmağa başlayır. Sonda hər şey bir-birinə qarışır. Yeni cinayətlər, ölülər yaranır.
Kəsəsi, türmə həyatını, “blatnoy” jarqonu, “vorzakon”ların, həbsxana zabitlərinin nə hoqqalardan çıxdığı haqda ilkin məlumatlar və təsəvvür toplamaq üçün əla vəsaitdi. Filmdə, güya bu serialın studiyaya “içəridə”kilərdən gələn məktub əsasında yazıldığı (pəəh!) və real faktlara əsaslandığı bildirir. Bu sadəcə serialın, Usta demişkən, mifidir. Çünki, “Zona”da çəkilənləri mənə “içəri” düşmüş tanışlarım da danışıb. Bu heç də gizli qalan bir şey deyil. Həmin hadisələrsə hər bir həbsxanada baş verə bilər..
Sonunu səbirsizliklə gözlədiyim obraz Pavlov idi. Sonu çox maraqlı oldu. Mən onun öldürüləcəyini düşünürdüm amma, rejissor məni təəccübləndirdi. Halal olsun =) O əsas rolda deyil. Baqrov ola bilər baş rolda, amma düşünürəm ki, əsas maraqlı məqam da konkret baş rolun, “qəhraman”ın olmaması və “yaxşı”ların “pis”ə, “pis”lərinsə “yaxşı”ya çevrilməsi elə filmi fərqləndirən əsas məqamlardandır..
İstehsal tarixi: 2006
Ölkə: Rusiya
Janr: Kriminal dram / Serial
Hər serianın müddəti: 00:45 saat.
Yayımlandığı kanal: HTB
Rollarda: Luiza Mosendz (Колесникова), Adam Çekman (Дэнис), İqor Filippov (Раевский), Aleksandr Taranjin (Багров), Yuliya Mayboroda (адвокат Елена Дьякова), Andrey Filippak (Павлов), Georgiy Şaxet (Дядя Гриша), Karen Marterasyan (Гиви Беридзе), Aleksey Aqrızko (Величко), Yevqeniy Berezovskiy (отец Михаил), Tixon Kotrelyev (Чига), Sergey Molojayev (Саня Веселый), Vadim Medvedyev (II) (Агдам), Sergey Barinov (солдат-срочник), İqor Artaşonov (Митя Сухой), Oleq Protasov (Шверник), İqor Kartaşev (Костюхин), Janna Vorobyova (Савчук), Lara Çaklin (доктор Марина Шверник), Nelli Nevedina (контролер Сытник), Vladimir Nikitin (Гузеев), İqor Romaşenko (прокурор Мащенко), Oleq Geraskin (Айболит), Sergey Heudaçin (Петюня).
Rejissor: Petr Şteyn - çarstvo yemu nebesnoye!
P.S. Tüh, zibil! Gözüm ağrıdı baxmaqdan.. DVD-lərini istəyənlər mənə deyə bilər, paxıl deyiləm..


hmmm. maraqli filme oxshayir. amma menim rus kinolarindan daha cox KARMEN, bir de PARAGRAF 76 ya 78. bunalri daha cox sevirem. meslehetdi gedib baxasiz. paragrafin da 2hissesine.
Comment by безумец — March 27, 2008 @ 3:09 pm
“Karmen” mənlik deyil,
Amma “Paraqraf 76″ isə, ruslar demiş “другое дело” =)
Son vaxtlar ruslar film keyfiyyətini artırmağa başlayıb. “9-я Рота”, bir də “Сволочи”dən sonra buna əmin oldum…
Comment by az-ya — March 27, 2008 @ 3:33 pm
heee. duz deyirsen. axir vaxtlar ruslar zor kinolar cekir. hec bilmezdim ruslarda bele sheyler bacarar. demek olar amerikalilarin kinosundan hec ferqlenmir.
yeri var, prosta. sen dediyin o kinolarasa hec baxmamisham. ((( ps: “nachnoy dazor” da efir kinodur. )))
Comment by безумец — March 27, 2008 @ 10:22 pm
Men de baxmisham bu filme amma nedense qardashim senin kimi virusa bulasha bilmedim.Nedense iki uch seriadan sonra ureyim sixildi.Bilmirem turme qaranliq olmalidi yoxsa dvdinin keyfiyyeti pis idi chox qaranliq geldi film mene.O bedbaxti tek saldilar bir yera o birsi de gelib bicaqladi ya bax o hisseden atval verdim o seriala))
Comment by Kenan — March 28, 2008 @ 3:13 am