March 26, 2008

Mıxınızı çəkin dünyadan


mixini cek dunyadan 

İşıqlı gələcək üçün 1 saat qaranlıq

Maraqlı bir aksiya haqda xəbər verdi bir dostum. Düşündüm ki, bu aksiya haqda hər birinizin xəbəri olmalıdı və nəinki "Aaa, onu deyirsən? Hə, xəbərim var"-deyə bilmək üçün, həm də yerinə yetirmək üçün.

YaxÇı Qardaşlar bizdən iqlim dəyişməsinə gətirib çıxaran hallara, dünyaya qarşı başverən haqsızlıqlara, vəhşiliklərə qarşı çıxış etmək üçün 1 saatlıq işığı söndürməyi xahiş edirlər. Mart ayının (bilməyənlərə: indi martdı) 26-sı, saat 20:00-da.
 
Dünyaya yazığım gəlir… Ürəyim ağrıyır onunçün… Əslində o bizdən daha yaxşılarına layiq idi… Bəlkə də dili olsa -"Axı, hara getdi əziz dinozavrlarım??? Məni niyə bu 2ayaqlı məxluqatların öhdəsinə buraxıb qeyd oldular?"- deyə soruşardı… 

Ətraflı burda  

[Usta] 

12 nəfər gör nə yazıb »

URI-uri!: http://alternativa.blogsome.com/2008/03/26/p135/trackback/

  1. hmmm. maraqli aksiyadir. amma Ustanin qoydugu ad daha metnalti gorsenird. (metni oxumayana qeder bele dushundum). ))) dushundum bu azerilerin ishidir. dedim yeqin dalgacilarin. hemishe onlar bele qeyri-adi aksiyalara el atir. (belke eli catdi deye)… mence cox az adam qoshular bu aksiyaya. belke de bu aksiyani NASA zad ozleri qurashdirib ki, hec olmasa bir defe dunyanin ishqisiz sheklini ceke bilsin kosmosdan. heee. 100% onlarin zibilidir. )))

    Comment by безумец — March 26, 2008 @ 10:19 pm

  2. Çox qəribə reaksiya vermisən məsələyə.
    Şübhələnmək lazım olanda iş görən, iş görmək lazım olanda şübhələnən bir toplumun beyninə yeritdiyi bir fikir olsa gərək bunlar :)
    Dalğanın nə qeyri-adi kampaniyası olub ki?

    Comment by Usta — March 27, 2008 @ 10:52 am

  3. Dünən axşam mən özüm bir neçə saat qaranlıqda oturmuşam.
    Ümidvaram, bunu edən tək mən olmadım dünyada.
    İnsanı yandıran odur ki, dünyanın “evini yıxan” elə şüurlulardı. Heyvanların heç bir ziyanı dəymir yaşıl planetə, amma bu insan ki, var ha!!! Dad əlindən!!!

    Comment by Usta — March 27, 2008 @ 11:01 am

  4. Mən həmin vaxt DVD-yə baxırdım evdə.. Səhərə qədər baxmışam.. Maraqlısı da bilirsiz nədi? Evdə bütün işıqlar söndürülmüşüdü və mənim bu aksiyadan xəbərim yox idi =)

    Comment by az-ya — March 27, 2008 @ 11:14 am

  5. Ay maşallah, bərəkallah!

    İşığı söndürdün, amma yenə elektrik tükətdin. Bu da bizim “üstünlüklərimizdəndir” :)
    Biz çox zəkiyik, istənilən baryerin solundan ötə bilirik. :)

    Comment by Usta — March 27, 2008 @ 11:18 am

  6. Usta, dalganin bezi aksiyalarina fikir vermemisenmi? )))
    sozun suzu men cox vaxt qaranliqda olanlardanam. qaranligi daha cox sevirem. ))) amma dunen deyesen hemin vaxt burda deyilenlere riayet etmemishem. (((

    Comment by безумец — March 27, 2008 @ 12:04 pm

  7. ps: goresen dunen bu aksiyaya qoshulanlar dunyaya ne qeder xeyri deydi. bes ne qeder ishiq enerjisine qenaet elediler? yeinq milyonlarla kvt olculer. hmmm.

    Comment by безумец — March 27, 2008 @ 12:05 pm

  8. Ondansa Iraqda muharibeye son qoyardilar, ne qeder ekologiyay ziyan vururlar.

    Comment by Ruzigar — March 29, 2008 @ 12:42 am

  9. İraqda ekologiyaya yox, İNSANLIĞA ziyan vurulur..

    Comment by az-ya — March 29, 2008 @ 3:11 pm

  10. az-ya duz deyirsen. O iraqda ve bashqa ereb dovletlerinde de guya o kamikadzeler var haaa. mes: guya bir amerikalini oldurmek isteyir. gelir ozunu camaatin yaninda partladir, bir amerikali olurse, 100 de iraqli olur. bununla da guya xeyir bir ish gorur. zennimce onlar sivilizasadan kenar qalmish adamlardir. onlarin duhsunce qabiliyyeit hele tam formalashmiyib.
    ps: biyyyy. Ruzigaaaar? seni taniyiraaam? ;)

    Comment by безумец — March 30, 2008 @ 12:12 am

  11. bizdə işıqlar onsuzda hər gecə sönür. :)
    yani aksiyanı vatomatik olaraq hər gün yerinə yetiririk..

    Comment by Ra — March 31, 2008 @ 4:41 pm

  12. “Yetirisiz” deməzdim,
    “yerinə yetirməyə məcbur edilirsiz” deyərdim =)
    Sonra da Bakı Şəhər İcra Hakimiyyətini, İşıq İdarəsini tənqid edirlər, adamlar bu cür töhvə verir dünyaya =)

    Comment by az-ya — March 31, 2008 @ 5:54 pm

RSS deyilən məxluq.

Yaz qardaş, yaz!

Abzasa özü düşəcək narahat olma. E-poçt ünvanını da heç kimə göstərmərik, qorxma. Bu HTML zadlarından da istifadə edə bilərsən: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <code> <em> <i> <strike> <strong>



Anti-spam: yanda yazılanı bura köçür ki, bizim da başımız ağrımasın.