Traktor/Penis/Superman/Ağcaqanad
Ehtiyatlı olun, buralarda SPAM var!!!
Bezdim. Axı, nə qədər olar?
Nə istəyirlər bizdən? Niyə kilo-kilo zəhlə tökürlər?
Spamistləri deyirəm.
Superman olmaq istəyirsən?
Penisini böyütmək arzusundasan?
Liftdə tək qalmaqdan qorxan xanımlar! Bu fürsəti qaçırmayın!
Məktubu aç, dünyanı xilas et!
Lenin ölməyib! Che Guevara sağdı! Hitler yaşayır!
Heç nə etmədən milyon dollar qazanmağa nə deyirsən?
Ucuz qiymətə traktor satıram!
Qan axıtmadan ağcaqanadlardan azad olmaq indi sadəcə arzu deyil!
Rus qızlarının İCQ nömrələri… nə bilim daha nələr, nələr…
Ağıllı şeytan (sözarası: şeytan çox ağıllıdı) deyir, elə bu spamistlərin a (və ya spammerlərin) özünü spam atəşi ilə susdur
Siz necə baxırsız bu məsələyə?
Görəsən bu Vera Karpovaya nə yazım göndərim? Bir də Ərəb Əmirliklərinin şahzadəsi var spam göndərənlər içində. Adama deyən lazım, "nöş" gedib, dəvə otarmırsan səhrada a şeyx? nə isə… Baş ağrısı vermirəm ki? Arada bir bizimkilərdən də gəlir bir şeylər. Bir də gördün hansısa Aysel Aliyeva, eləmə tənbəllik, hansısa saytda tanış olmağa dəvət edir. Əşşi, bura Azərbaycandııı, balaca ölkədiii, tanış olarıq, orda-burda görərlər, yaxşı deyil axı
Atalar nə deyib? Spamı ver spamçıya, birini də üstəlik!
Ardı yoxdu…
[Usta]
- Efirdəsən |


Bu “Siz 100.000.000. dollar udmusuz!” spamı mənim bir dostuma gəlmişdi (adını çəkib məşhur eləmək istəmirəm
).
Ailəlikcə qoşuldular ki, bəs Böyük Britaniyada yeləşən North Bank`ı tapsınlar. İngiltərədən zaddan zənglər gəlirdi ki, bəs noldu, 750 funt göndərin, pulunuzu, uduşunuzu hesabınıza köçürək. Axırda dedim, ay ağıllı, de görüm bank işçisi sənə Skype-dan zəng vurarmı? =) O vaxta qədər başa düşməmişdi ki, ona göndərilən bütün sənədlər fotoşopda işlənilib və onunla danışan adam Afrikalıdı =)
Bax belə..
Tanrı bizi spamlərdan qorusun! =)
Comment by az-ya — February 29, 2008 @ 12:45 pm
O kişinin adına and olsun, bəzən elə gülməli spamlar gəlir, adamı lap elə bil qıdıqlayır e
“Qaynananı öldürməyin 32 üsulu” adlı kitab işıq üzü görüb.
ə, dooolsun?
Comment by Usta — February 29, 2008 @ 12:53 pm