LP-Hibrid Nəzəriyyəçiləri (Ardı)

Meteoranın uğurundan sonra qrup yeni studiya albomu üzərindəki işlərini bir müddət təxirə salaraq səfərlər və əlavə layihələrlə məşğul olmaga başladı. Benninqton DJ Lesalın İncəsənətin Vəziyyəti Proyektiylə və Dead By Sunrise-la birgə başqa bir proyektlə, Şinoda isə Depreche Mode-la birgə göründü. 2004-cü ildən qrup Jay-Z ilə yeni remiks albomu Coallision Course üzərində işləməyə başladı. Hər iki ifaçının əvvəlki albomlarından olan mahnıların musiqi və sözlərinin sintezindən ibarət olan albom 2004-cü ilin Noyabrında debyut etdi. Həmçinin Şinoda yeni Fort Minor adlı qrup yaratdı. Bu qrupun The Rising Tied adlı debyut albomu Jay-Z-nin köməkliyiylə işıq üzü gördü. Bu vaxt ərzində qrupla Uorner Bros arasında əlaqələr pisləşməyə başladı. Bir neçə ay davam edən bu narazılıq nəhayət 2005-ci ilin Dekabrında yeni müqavilə bağlanması ilə başa çatdı.
Linkin Park bir neçə xeyriyyə işlərində iştirak edib. Qrup 2004-cü ildə Çarli və 2005-ci ildə Katrina qasırğalarının qurbanlarına maddi yardımı artırmağa kömək etmişdi. Qrup 2004-cü ilin Martında Xüsusi Əməliyyyat Hərbiçiləri Fonduna 75 min dollar hədiyyə etmişdi. Qrup həmçinin 2004-cü il Tsunami qurbanlarının çətinliklərin yüngülləşdirmək üçün bir neçə xeyriyyə konserti keçirmiş və əlavə olaraq “Acıları yüngülləşdirən Musiqi” adlı fond yaratmışdı. Qrup dunya əhalisini məlumatlandırmaq məqsədilə təşkil edilmiş Liv 8 adlı xeyriyyə konsertində iştirak etmişdi. Qrup Jay-Z ilə birgə Pensilvaniya və Filadelfiyada Liv 8-in səhnəsində dünya əhalisi qarşısında çıxış etdi. Bundan bir az sonra Qremmi Avard 2006-nın təqdimatında qrup yenidən Jay-Z ilə birgə səhnədə göründü, mərasimdə onlar Numb/Enkor ifa etdilər və Ən yaxşı Rep/rok sintezinə görə Qremmi mükafatına layiq görüldülər. Daha sonra onlar 2006-cı ildə Yaponiyada Metallika tərəfindən təşkil edilmiş Yay Sonik musiqi festivalında iştirak etdilər.
Dönüş: Minutes to Midnight (Gecəyarı Dəqiqələri) (2006-bugünədək)
2006-cı ildə Linkin Park studiyalarına qayıdaraq yeni albomları üzərində işləməyə başladı. Yeni albomun prodüsseri Rik Rubin seçildi. Albomun 2006-cı ildə işıq üzü görəcəyi barədə ilkin fikirlərə baxmayaraq albomun buraxılışı 2007-ci ilə qədər uzadıldı. 2006-cı ilin Avqust ayında Şinoda bildirdi ki, albomun yarısı tamamlanıb bu zaman qrup 30-50 mahnı yazmışdı. Benninqton vurğuladı ki, bu albomdakı mahnılar nyu metaldan tamamilə uzaq olacaq. Uorner Bros. rəsmi olaraq bildirdi ki, qrupun 3-cü albomu Minutes to Midnight 2007-ci il Mayın 15-də ABŞ-da işıq üzü görəcək. Albom üzərində 14 həftəlik işdən sonra qrup albomu daha da yaxşılaşdırmaq məqsədilə 17 mahnıdan 5-ni albomdan çıxartdı. Ilk həftəsində 600 min nüsxəsi satılan albom son illərin ən uğurlu debyut həftəsinə malik olan albomlarından biri oldu. Albom həmçinin Bilbordun reytinqində #1 oldu. Albomun bəzi mahnıları albom buraxılmamışdan əvvəl Traybal İnk-in musiqisi üçün albomdan çıxarıldı.
Albomun ilk sinqlı
Linkin Parkın turne və canlı konsertlərinə 2007-ci ilin İluyun 7-də Yaponiyada olan konserti də daxildi. Qrup 4-cü Procekt Rovoluşn adlı turneni yenicə başa vurub.
Tərzləri:
Hybrid Theory və Meteora kimi albomlarında qrup hip-hop, alternativ, sintezator effekləri, elektronika təsirli nyu metal və rep rokdan istifadə edilmişdi. Uilliyam Rulman “Breaking The Habit” haqda bele soyləmişdi “ Conni artıq çoxdan işlənmiş musiqi tərzinə yenicə gəlib”, Rollinq Stoun isə bu mahnını “riskli lakin gözəl incəsənət” adlandırmışdı.
Los Anceles Tayms Minutes to Midnight albomunu Underground 2 ilə müqayisə edərək soyləmişdi ki,qrup sonuncu albomda daha geniş və rəngarəng janrlardan istifadə etmişdi. Burda yalnız iki mahnıda rep oxunub, bu həmçinin qrupun solo gitara və Mayk Şinodanın oxuması ilə müşayiət olunan ilk studiya albomudu.
Linkin Parkın iki müxtəlif vokalistinin olması onların musiqisində böyük rol oynayır. Benninqton vokalın daha çox metal janrında istifadə olunan bağırtı və qışqırıq formasında və yeri gələndə melodik ifasıyla da tanınır. O, Hit Paradda “Həmişə Top 100 Ağır Metal Vokalistləri” siyahısında 46-cı yerdə dayanır. Qrupun təşkilatçısı, reperi Mayk Şinoda isə həmin Hit Paradda 72-ci yeri tutub. Şinoda bütün bəkvokalları ifa etməklə yanaşı sonuncu albomda 3 mahnıda “In Between” (Arada), “Hands Held High” (Əllər Yuxarıda), “No Roads Left” (Başqa Yol Yoxdur) əsas vokal hissəsini ifa edib.


Azərbaycanlı LP fanatları:
www.linkinpark.az
Comment by az-ya — March 1, 2008 @ 2:14 pm