Çərçivə

Gəlin səmimi etiraf edək ki, necə keçmişdə, eləcə də indi qızlarımız bir çox problemlərlə qarşılaşır,onların əvəzinə qərarlar verilir, heyatlarını necə, nə vaxt, kiminlə quracaqları başqaları tərəfindən müəyyən olunur, hansı peşəni seçəcəkləri belə müzakirə obyekti olur və bir çox başqa qadağalar quyulur onlara – valideynləri və qardaşları tərəfindən. Qız heç bir şey deyə bilməz! Valideynlərinin üzunə ağ olan, atasının bir sözünü iki eden qız kimə lazımdı axı? Sən yox valideynlərin bilir sənə nə, necə ve nə vaxt lazımdı.
Nə qədər olar axı həyatını özünün yox, başqalarının arzuları ilə qurmaq, başqalarının diqtəsi ilə yaşamaq? Niyə bir azərbaycanlı qız da müasir dünyaya açılmasın? Niyə həmişə belə istəklərə mentalitetə sığmayan bir arzu kimi baxılmalıdı? Niyə bir azərbaycanlı qız xaricə oxumağa gedə bilməz? Çünki başqalarının göz-qaşı qaradı bizimki yox?!
Hətta bizdə peşəni belə qız ve oğlana görə bölürlər. Məsələn “qız üçün en uyğun peşə həkim və müəllimlikdi” fikri yəqin hamıya məlumdu. Qız hara hüquq hara? Olmaz qətiyyən!!! Qızdan iqtisadçı ola bilməz! Nə diplomat? - bu qız peşəsi deyil!!! (amma yeri gələndə bu hörmətli kişilərimiz ilk diplomat qadın Sara Xatunun adını qürurla çəkirlər)
Niyə əksər ailələrdə çox gözəl səsi olan bir qıza “müğənnilərə bizim cəmiyyətdə yaxşı baxmırlar”- deyib oxumaq arzusunu fikrindən çıxarmasını tələb edirlər? imza: ever the same
Nə badə anana kimisə sevdiyini söyləyəsən ha?! Sizi əmin edirem ki, bu cavabı alacaqsız: ”Ay bala bəs ətraf, bəs qonşular, dost-tanış nə dəyəcək?”.
Niyə biz ömrü boyu bu suarla yaşamalı ve özümüzü yox başqalarını fikirləşməliyik. Axı bu başqalarının yox, bizim həyatımızdı…
Niyə axı azərbaycanlı qız istədiyi vaxt öz dostları ilə birgə istədiyi yerə gedə bilməz?
Səbəbini soruşsan deyəcəklr:
-“Qız uşağının nə işi var ………..?”
Bax mənden sizə məsləhət: nə badə “taksi”yə zada minəsiz ha?!
Qızlara taksiyə tək minmək olmaz! Yoxsa…
Nə olursa olsun valideyninizə iş yoldaşlarınızla başqa ölkəye səfərə getmək fikrini söyləməyi ağlınıza belə gətirməyin ha!
Ata:
- İki dünya bir olsa da olmaz! Qız nədi başqa ölkəyə getmək nədi!? Özu de iş yoldaşları ilə!
Ana:
- A bala nə vaxt ailə qurarsan, o vaxt da həyat yoldaşınla hara istəsən gedərsən?
Belə deyək də, bəlkə heç bu yazıq qızın taleyində ailə qurmaq yazılmayıb? İndi bu heç yerə gedə bilməz? Oturub gözləməlidi ki, nə vaxt ailə quraram, onda da insan kimi yaşayaram? (hələ həyat yoldaşının necə birisi olacağı məlum deyil.
Aile qurmamış qız hər şeydən məhrum olmalıdı bəyəm?
Axı bu hansı qanunda yazılb? Bıy həə… Bu "Yazılmamış qanundu", müzakir olunmur.
Hə, yadımdan çıxmamış bəzi ailələrin qızlarını tez ərə vermələri ile fəxr edib, qürurla danışmalarını demirəm hələ. Belə ailələrdə nəinki peşə seçimindən, heç oxumaqdan söz gedə bilməz. Belələri deyirlər:
- Hə nə olsun ki, filankəsin qızı neçə institut qurtarıb, bax indi evdə qalıb alan zad yoxdu.
- Əşşi diplom zad boş şeydi ey ay bajı, təki bütün qızlara ər çörəyi qismət olsun!
He.. Sən demə “dövlət quşu” ərə gedən qızların başına qonub xəbərimiz yox imiş.
Bir qisim de güya oxumaq tərəfdarı olub, qızlarının diplomlu (özüdə elə-belə yox haa! Ancaq “qırmızı diplom”lu!) gəlin olması arzusu ilə yaşayır.
Bu gunun ən vacib informasiya mənbələrindən olan internet klublar da sən demə qızlara aid deyilmiş.
Nə yazıq ki, bu da bizlik deyilmiş ay qızlar!..
Bəs görəsən bu ölkədə qızlara aid bir şey varmı?
Deməyin ki, evde oturub yemək bişirmək, paltar yuyub-ütüləmək ve s kimi ev işleri.
Goresen ne vaxtsa “çercivə” yox olacaqmı?
Yenə də ümid edek ki, qızlar da nə vaxtsa insan kimi yaşayacaqlar, axı deyirler “ümid sonda ölür”…


Lazımı mövzu idi.
Cəmiyətimizin güya həll olunan çoxsaylı pronlemlərindən biri idi.
Yazıya görə təşəkkürlər.
Comment by az-ya — January 31, 2008 @ 2:07 pm
sende sagol.
men size tesekkur edirem bu imkani yaratdiginiza gore.
Comment by ever the same — February 1, 2008 @ 12:28 am
VAllah yazdıxların hamısı çox yaxınnan bacımı ilgiləndirir. Çaş o oxuyardı. Yazıya görə təşəkkürlər.
Comment by MetaL — August 14, 2008 @ 10:18 pm