January 13, 2008

PSP - gəl ay müştəri!

yaradır də camaat!

Son dövrlər texnologiyanın "kiçilməsinə" alışmışıq.. Kompüterlər, telefonlar və s. getdikcə balacalaşır. Hətta məncə cılızlaşır, amma bu başqa söhbətin mövzusudu. Sizə şəkildə gördüyünüz artıq, çoxdan çıxan amma, Azərbaycan üçün yeni olan texnoloji naliyyətdən danışmaq istərdim. Hamımızın çox sevdiyi PlayStation də "balacalaşıb". Qarşılayın: PSP !

Uauuuuuuuuuuuuuuuuu! Bu nədi ay qardaş..

Artıq sevimli oyunlarınızı mobil kompüterdə oynaya, yolda, işdə, gəzintidə də virtuallığın dadını çıxara bilərsiz. Üstəlik bununla internətə qoşulmaq, yazı, çap işləri aparmaq da olur.

O gün, şəhərin mərkəzi mağazalarında 260 AZN (ağ rəng) və 270 AZN (qara rəng) arası qiymətə ala biləcəyimizi öyrəndim. Hərçənd PSP-ni daha ucuza da əldə etmək mümkündü.

Şəxsən PSP-nin PS3-dən qat-qat yaxşı olduğunu düşünürəm. Bu məqamda Sonynin zamanlama səhvi buraxdığını deyə bilərik mi? Nəticə çıxarmaq sizə qalsın…

bil gi sa yar

2 nəfər gör nə yazıb »

URI-uri!: http://alternativa.blogsome.com/2008/01/13/p39/trackback/

  1. PSPlərin TV üçün çıxışıda olduğunu bilmirdim.
    Əlbəttə bu məqamda səninlə tamamilə razıyam PSPni almaq PS3dən qat- qat səmərəlidir.

    Düzdür istifadə etmədiyim üçün qrafiklərindən fərqi bilmirəm, amma yenə də portable olması hər şeyə dəyər.

    Comment by Makla — January 16, 2008 @ 6:19 am

  2. Makla, qrafiklər təbii ki, PS3-dəki kimi ola bilməz..
    Portable-la ancaq bu qədər =)

    Comment by az-ya — January 16, 2008 @ 12:28 pm

RSS deyilən məxluq.

Yaz qardaş, yaz!

Abzasa özü düşəcək narahat olma. E-poçt ünvanını da heç kimə göstərmərik, qorxma. Bu HTML zadlarından da istifadə edə bilərsən: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <code> <em> <i> <strike> <strong>



Anti-spam: yanda yazılanı bura köçür ki, bizim da başımız ağrımasın.