BilKÜRsayar!
Gözün aydın Azərbaycan! Artıq öz kompüterin var! Bəh-bəh-bəh!
Düzü bu hadisən çoxdan gözləyirdim. Axı nə vaxta qədər başqalarına xeyir verməliyik ay qardaş? Yerli mal istəyirik, xeyirin Vətənə qalmasını istəyirik. Və s. və i. Çox maraqlıdır ki, bu bilgisayarlar paytaxda ondan kənarda - Mingəçevirdə istehsal olunur. Düzdü oranın "elektron şəhər" olmasını hələ dağılmış sovetlər dövründən bilirik. Amma hərhalda Bakılaşdırılmış Azərbaycanda bu cür addım aqlışa da layiqdi, tərifə də.. Tənqidə də.. Bir tərəfdən baxanda, güya bu dəqiqə istifadə etdiyimiz kompüterlər Bakıda yığılmır ki? Bəli, bəli bütün kompüterlər istisnasız burada hazırlanır. Yazıq Nexusun sadəcə adı çıxıb. Bu yeni KÜR Computersin Nexusdan əsas fərqi tam burada hazırlanmasında və AZƏRBAYCAN adını üzərində daşımasındadı. MADE IN AZERBAIJAN. Ümid varıq, bu da yerli mala yuxarıdan aşağı baxan millətimiz bu dəfə "pərdələnməmiş" yetirməsinə sahib çıxar.
Nəysə, gedim Mingəçevirə, kompüteri dəyişmək vaxtıdır =)


Keyfiyyətini bilmək istərdim KÜR-ün.
Görəsən, adaşı kimi gurdu, yoxsa adi kənd çayları kimidi?:)
Comment by Usta — January 8, 2008 @ 8:37 am
Güya Azərbaycandakı başqa çaylar.. ee.. bilgisayarlar “gur”du ki?.. =)
Comment by az-ya — January 8, 2008 @ 11:26 am
goresen, keyfiyyet ceehtden yaxshidir?
amma zennimce yaxhis olar. sadece biz oreshmishik xarici mallari almaga. oz malimiz ozumuze keyfiyeytsiz gorsenir.
Comment by безумец — March 26, 2008 @ 12:14 am
100/80 bal.
Comment by YAHYA — August 8, 2008 @ 11:07 am
Mən də deyirdim yaxşı olar. Ama bəzi tanışlar deyir heç yaxşı deyil
Comment by MetaL — August 9, 2008 @ 12:09 am