December 30, 2007

Graffity – şəkil yoxsa ismarış?

Küçələrə su səpmişəm şəkil çəkmişəm.

İş yerim küləklər şəhərinin düz göbəyindədi. “28”-dediyimiz rayonda.
Hər səhər olduğu kimi bu səhər də işə gələndə Milli Bankın arxasındakı divarlarda olan qraffiti-lərə baxıb, düşündüm ki, nə yaxşı ki, illər əvvəl burda bu əsərləri yaradıblar. Bir çoxlarının divara işədiyi vaxtda, digərləri divarda şedevrlər yaradıb. Nə gözəl! Məni sevindirən şeylərdən biri də, onları çəkənləri tanımağımdı. Bu haqda sonra.

Yəqin hamınız o şəkilləri görmüsüz. Ağ “07”, Vaqif Mustafazadə, Qız Qalası və s. Həmin şəkillər bəlkə də ilk müasir graffity-lərdi şəhərdə. Şəxsən mən onlardan öncə belə şeylərə rast gəlməmişdim. İndi-indi biz şəhərin bir çox yerlərində “divarcızanların” ("graffito"-italyanca “cızmaq” deməkdi) əsərlərinə rast gəlirik. Əvvəllər belə şeylər hardaydı?

bakı qraffiti 

Hə, onu deyirdim axı, səhər bunları görüb, həmişəki dozada sevindikdən sonra düşündüm ki, bəlkə graffity mədəniyyəti haqda bir yazı qoyum  Abloga

Kiçik bir araşdırma apardım hörümçək torunda bu mövzuda.

Graffity-nin yaranma tarixi haqda hərə bir fikir irəli yürüdür.

Bəziləri ilk insan məskəni olan mağaralardakı divar rəsmlərini ilk qraffiti əsərləri kimi qəbul etdiyi halda, bəziləri bunu qəbul etmir. Amma məncə etməyənlər yanılırlar. Bir çox yazı oxuduqdan sonra mən də bu qənaətə gəldim ki, elə ilk Qraffiti məskənlərindən biri də bizim Qobustandı. Zarafat eləmirəm. Fikrimi beyinlərə yeritməmək üçün (kiminsə beyninə öz fikrimi yeritməyin, beyin yuyulmasının əleyhinə olduğum qədər əleyhinəyəm) bu haqda özünüzün düşünmənizi istəyirəm.
Buyurun, oxuyun, bilmədiyinizi öyrənin və ya bildiyinizi təkrar edin. Biliyin anasını… təkrar eliyin.

Qadağan olunan yerlərdə şəkil çəkmək, harda ürəyin istəyir orda yaratmaq (ən çox da gecələr) əsl küçə yaradıcılığı bax, budu.

bakı qraffiti baku graffity 

Müasir “divarcızanlar” özlərini rayter, gördükləri işi bombing, şəkilləri pieces, mətnləri taging adlandırırlar. Müasir graffity-nin yaranması ötən əsrin 60-cı illərində Nyu-York şəhərinin Manhatten rayonunun 183-cü küçəsində yaşayan TAKI-183 ləqəbli Demitrius soyadlı bir gənclə bağlıdır. TAKI-183-ün bombinqi qısa zaman ərzində bütün Nyu-Yorka yayıldı. Dövlət orqanları bombinqin qarşısını almaq məqsədi ilə rəngli balonların yeniyetmələrə satılmasını qadağan etdi. Bu zaman yaradıcılar “yeraltına” endilər. Metrolar, körpülərin altı, zirzəmilər yaradıcılıq məskəninə çevrildi.

Bombinq keçici xəstəlik kimi bütün Amerikaya, Avropaya, qısası bütün dünyaya yayıldı. Küçədə, asfaltda, divarda və s. yerlərdə çəkilən hər bir graffity yaradıcılıq əsəri olmaqla yanaşı, həm də cəmiyyətə, yaşadıqları şəhərin sakinlərinə ünvanlanmış bir ismarışdı. Graffity-lər onları yaradanların həyatını, ətrafdakı hadisələrə onların münasibətini əks etdirir.

Hər bir küçə rəssamının öz ləqəbi vardır, hər bir ləqəbin də öz tarixçəsi. Onlar Tag-ləri (avtoqraflar, mətn) nə ilə istəsələr - rənglə, balonla, qələmlə və s. - yazırlar. Artıq Tagging özü də divar rəngkarlığının azad bir istiqamətinə çevrilib.

graffity alternative culture baku 

Bu gün bu stil bütün dünyada populyardı. Dünyanın ən müxtəlif yerlərində rayterlər eyni komiks personajlarını xatırladan obrazlar, fantastik-kosmik mənzərələr, futuristik şəhərlər çəkir. Onlar cəmiyyətə özlərini tanıtmaq, cəmiyyət tərəfindən görülmək, eşidilmək istəyirlər. Öz etirazlarını graffity ilə bildirirlər. Küçə rəssamları çəkdikləri şəkillərin tez-tez pozulmasına çox rahatlıqla yanaşır və bunu oyunun bir hissəsi kimi qəbul edir. Onlar üçün əsas olan reaksiyadı, şəkillərin pozulmasını da elə reaksiya kimi qəbul etmək olar.

Təcrübəli rayterlər bir müddət sonra peşəkarlaşır və graffity işindən pul da qazana bilir. Onlar dizayner kimi klubları dizayn edir, reklam dizaynı ilə məşğul olur və s. Berlin, London kimi şəhərlərdə graffity festivalları keçirilir, rayterlər öz əsərlərini auksionlara çıxararaq, satır.

 Ardı var.

 

 

2 nəfər gör nə yazıb »

URI-uri!: http://alternativa.blogsome.com/2007/12/30/p24/trackback/

  1. Usta əllərinə sağlıq..

    Comment by az-ya — January 1, 2008 @ 9:47 am

  2. Ela. Bele informasiyalari bir araya yigmaq ideyanizi beyendim. Qraffitiye geldikde ise, eslinde ozum de bununla meshgul olmaq isterdim, amma bunu bir etiraz numunesi kimi deyil, eslinde estetik cehetden chox beyendiyim uchun. Heyf ki, ushaqliqda az-maz da olsa resm qabiliyyetim olsa bele inlkishaf etdirmedim.
    Ilk defe 28-de gorende artiq graffiti haqqinda kifayet qeder melumatim vardi, amma ozumu teeccublenmekden saxlaya bilmirdim. Incesenetin her novu inkishaf etmelidir. Xususen bize tariximizi xatirladan Graffiti.. Halal olsun bizim divarcizanlara ve bu yazinin muellifine.

    Comment by Aygun Islamzade — January 1, 2008 @ 7:14 pm

RSS deyilən məxluq.

Yaz qardaş, yaz!

Abzasa özü düşəcək narahat olma. E-poçt ünvanını da heç kimə göstərmərik, qorxma. Bu HTML zadlarından da istifadə edə bilərsən: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <code> <em> <i> <strike> <strong>



Anti-spam: yanda yazılanı bura köçür ki, bizim da başımız ağrımasın.