Student Party / 22 dkbr
O gün ustayla görüşmüşdük. Həmişəki iqamətgaha gedəndə bizim uşaqları gördüm. Bahooo! "Nətərsən, neynirsən? Niyə gəlmədin? Adam kişi olar!". "Vallah vaxt eləyə bilmədim" deyib başımdan elədim. Amma deyəsən yaman "party" olub. Şəkillərə baxandan sonra isə, dedim yaxşı ki, getməmişəm =) Belə yerləri sevmirəm. Bir tərəfdən də HOSTa görə getməyə dəyərdi…
Bir də Dima Filan Bilan yazıblar, başım çıxmadı bu nə cür xəbər çatdırılma formasıdı. "Cinema Club"ın adını zadı da çəkməyiblər. Reklam olunmasın deyə, güya…
- Buralar |


Həəə, o gün küçədə rastlaşdığımız qardaşlar party haqda elə danışdılar ki, dedim, bahoo əsrin tədbirini qaçırdıq. Düzdü mən onsuz da qaçırmışdım, çoxdandı student olmadığımdan)))
Şəkillərə baxdım və düşündüm ki, gənclər belə party-lərə getməkdənsə, qulaqlarında HOST-un “Propaqanda”sı və ya Unformal-ın “Sonsuz Yol”u ilə kiçik gəzintiyə çıxsalar, onlarçün daha əyləncəli olar. Nə var e bu party-lərdə?
Gələcəkdə elə party-lər edəcəyik ki!!!
Bu Dimanı başa düşdüm, dietdə deyilsə çörək pulu, dietdədirsə nəbilimnə pulu qazanmaqçün gəlib ora, bəs bu onunla şəkil çəkdirənlər nə qazanır?
Hardasan, ay Dima Bulan, hardasan?!
Comment by Usta — December 26, 2007 @ 11:06 am