December 30, 2007

Graffity – şəkil yoxsa ismarış?

Küçələrə su səpmişəm şəkil çəkmişəm.

İş yerim küləklər şəhərinin düz göbəyindədi. “28”-dediyimiz rayonda.
Hər səhər olduğu kimi bu səhər də işə gələndə Milli Bankın arxasındakı divarlarda olan qraffiti-lərə baxıb, düşündüm ki, nə yaxşı ki, illər əvvəl burda bu əsərləri yaradıblar. Bir çoxlarının divara işədiyi vaxtda, digərləri divarda şedevrlər yaradıb. Nə gözəl! Məni sevindirən şeylərdən biri də, onları çəkənləri tanımağımdı. Bu haqda sonra.

Yəqin hamınız o şəkilləri görmüsüz. Ağ “07”, Vaqif Mustafazadə, Qız Qalası və s. Həmin şəkillər bəlkə də ilk müasir graffity-lərdi şəhərdə. Şəxsən mən onlardan öncə belə şeylərə rast gəlməmişdim. İndi-indi biz şəhərin bir çox yerlərində “divarcızanların” ("graffito"-italyanca “cızmaq” deməkdi) əsərlərinə rast gəlirik. Əvvəllər belə şeylər hardaydı?

bakı qraffiti 

Hə, onu deyirdim axı, səhər bunları görüb, həmişəki dozada sevindikdən sonra düşündüm ki, bəlkə graffity mədəniyyəti haqda bir yazı qoyum  Abloga

Kiçik bir araşdırma apardım hörümçək torunda bu mövzuda.

Graffity-nin yaranma tarixi haqda hərə bir fikir irəli yürüdür.

Bəziləri ilk insan məskəni olan mağaralardakı divar rəsmlərini ilk qraffiti əsərləri kimi qəbul etdiyi halda, bəziləri bunu qəbul etmir. Amma məncə etməyənlər yanılırlar. Bir çox yazı oxuduqdan sonra mən də bu qənaətə gəldim ki, elə ilk Qraffiti məskənlərindən biri də bizim Qobustandı. Zarafat eləmirəm. Fikrimi beyinlərə yeritməmək üçün (kiminsə beyninə öz fikrimi yeritməyin, beyin yuyulmasının əleyhinə olduğum qədər əleyhinəyəm) bu haqda özünüzün düşünmənizi istəyirəm.
Buyurun, oxuyun, bilmədiyinizi öyrənin və ya bildiyinizi təkrar edin. Biliyin anasını… təkrar eliyin.

Qadağan olunan yerlərdə şəkil çəkmək, harda ürəyin istəyir orda yaratmaq (ən çox da gecələr) əsl küçə yaradıcılığı bax, budu.

bakı qraffiti baku graffity 

Müasir “divarcızanlar” özlərini rayter, gördükləri işi bombing, şəkilləri pieces, mətnləri taging adlandırırlar. Müasir graffity-nin yaranması ötən əsrin 60-cı illərində Nyu-York şəhərinin Manhatten rayonunun 183-cü küçəsində yaşayan TAKI-183 ləqəbli Demitrius soyadlı bir gənclə bağlıdır. TAKI-183-ün bombinqi qısa zaman ərzində bütün Nyu-Yorka yayıldı. Dövlət orqanları bombinqin qarşısını almaq məqsədi ilə rəngli balonların yeniyetmələrə satılmasını qadağan etdi. Bu zaman yaradıcılar “yeraltına” endilər. Metrolar, körpülərin altı, zirzəmilər yaradıcılıq məskəninə çevrildi.

Bombinq keçici xəstəlik kimi bütün Amerikaya, Avropaya, qısası bütün dünyaya yayıldı. Küçədə, asfaltda, divarda və s. yerlərdə çəkilən hər bir graffity yaradıcılıq əsəri olmaqla yanaşı, həm də cəmiyyətə, yaşadıqları şəhərin sakinlərinə ünvanlanmış bir ismarışdı. Graffity-lər onları yaradanların həyatını, ətrafdakı hadisələrə onların münasibətini əks etdirir.

Hər bir küçə rəssamının öz ləqəbi vardır, hər bir ləqəbin də öz tarixçəsi. Onlar Tag-ləri (avtoqraflar, mətn) nə ilə istəsələr - rənglə, balonla, qələmlə və s. - yazırlar. Artıq Tagging özü də divar rəngkarlığının azad bir istiqamətinə çevrilib.

graffity alternative culture baku 

Bu gün bu stil bütün dünyada populyardı. Dünyanın ən müxtəlif yerlərində rayterlər eyni komiks personajlarını xatırladan obrazlar, fantastik-kosmik mənzərələr, futuristik şəhərlər çəkir. Onlar cəmiyyətə özlərini tanıtmaq, cəmiyyət tərəfindən görülmək, eşidilmək istəyirlər. Öz etirazlarını graffity ilə bildirirlər. Küçə rəssamları çəkdikləri şəkillərin tez-tez pozulmasına çox rahatlıqla yanaşır və bunu oyunun bir hissəsi kimi qəbul edir. Onlar üçün əsas olan reaksiyadı, şəkillərin pozulmasını da elə reaksiya kimi qəbul etmək olar.

Təcrübəli rayterlər bir müddət sonra peşəkarlaşır və graffity işindən pul da qazana bilir. Onlar dizayner kimi klubları dizayn edir, reklam dizaynı ilə məşğul olur və s. Berlin, London kimi şəhərlərdə graffity festivalları keçirilir, rayterlər öz əsərlərini auksionlara çıxararaq, satır.

 Ardı var.

 

 

December 28, 2007

Paris dağıldı!

başın çıxmır, bunun harası gözəldi?

Bay bay bay! Nə eşitsəm yaxşıdı? Dünya şou biznesinin "cici qız"ı Peris Hilton pulsuz qalacaq! Açığı bu xəbərin reallaşacağına o qədər də inanmıram. Amma bu dızı qızı ərkəsöyünləşdirən, eyniylə cılızlaşdıran, qudurdan "million, million dollars"ız qalanda nə vəziyyətə düşəcəyini səbirsizliklə gözləyirəm…

Off.. off. offf..

Xəyalların gerçəkləşən Gün-ü-gör

Mutlu yıllar Güngör kardeşimm...=)

Türkiyədə artıq adət halı alıb. Yeni komandaya transfer olanlar, "Mən bu komandanı uşaqlıqdan sevirdim", "Bu formanı geyməyin xəyallarıyla yaşayırdım" və s. və i. deməyi artıq adət halına salıb.

"Qalatasaray"a keçən Əmrə Güngör abimiz də, sən demə sarı-qırmızı formanı geyməyi xəyal edirmiş.. Vay, vay, vay.. Necə deyərlər, xəyallarına çatdı kardeşimiz.. =)

December 25, 2007

Həppi Bözdey

yaraşıqdır elimizə..

Dünən hörmətli ali-cənab əlahəzrət prezidentimiz İlham Heydər oğlu Əliyevin doğum günüymüş. Nə təsadüf, məndən bir gün əvvəl =)

Gec olsa da, "Happy Birthday !" deyək..

Gangster Rapper

Deyirdim görəsən Xosenin taleyi n`olacaq. Bayaq interneti eşələyəndə tapdım ki, şərti iş kəsiblər. Necə deyərlər, bu da bizim "gangster rapper"

Student Party / 22 dkbr

O gün ustayla görüşmüşdük. Həmişəki iqamətgaha gedəndə bizim uşaqları gördüm. Bahooo! "Nətərsən, neynirsən? Niyə gəlmədin? Adam kişi olar!". "Vallah vaxt eləyə bilmədim" deyib başımdan elədim. Amma deyəsən yaman "party" olub. Şəkillərə baxandan sonra isə, dedim yaxşı ki, getməmişəm =) Belə yerləri sevmirəm. Bir tərəfdən də HOSTa görə getməyə dəyərdi…

Bir də Dima Filan Bilan yazıblar, başım çıxmadı bu nə cür xəbər çatdırılma formasıdı. "Cinema Club"ın adını zadı da çəkməyiblər. Reklam olunmasın deyə, güya…