October 11, 2010

Darıxmaq və Karıxmaq

Yox, karıxmamışam.

Darıxmışam səninçün.

Darıxan darıxdıranın sağlığın istər.

Darıxdım səninçün, alternativa!

Səndən sonra bir bilsən nə qədər avantürist layihəyə girişmişik. Bahooo.

İlk addım oldun, düşərli oldun.

Nə? Öz payını istəyirsən?

Azərbaycanlılaşmağı sənə yaraşdırammadım blogum. Sən ki, belə deyildin? :)

Nə olub?

Oğlum olub. Ciddi deyirəm. :)

Hə, düzdü, əvvəl evləndiyimi yazmalı idim. Əşşi, nə fərqi var səninçün? Yaxşı, incimə.

Şamanlıq eliyirik arada bir özünü Don Kixot hesab edən bir Sanço Panço ilə. 

Pis alınmır. Qəşşşşəng şeylər çıxır arada.

Kayahan abi demiş, yuvarlanıp gidiyoruz işte a.q.

Yeni bir layihə də var növbədə. Kod adı: YYS.

Qısqanma.

Ürəklərdəsən, bro.

Hörmətlə, "otvertkasız", rəndəsiz,

Usta 

alternativaya açıq məktub / və ya Usta`ya diss

Salam alternativa. Salam yetim balamız. Səni dünyaya mən gətirdim. Usta böyütdü. Mən səni heç vaxt unutmadım. Ürəyimdə saxladım. Sənə ögey uşaq kimi davranmadım heç vaxt. Bəlkə də yanında olmadım aylarla. Ama sakitcə uzaqdan, bir kənardan izlədim səni. Bir sözlə sən həmişə mənim ilkim oldum. Və ilkim olaraq da qalacaqsan.

 Amma, nə yazıq ki səni böyüdən, səni bəsləyən, bu gün sənə kəm gözlə baxır. Özünü səndə formalaşdırıb, sənə söz tapan, səndə əli qələm tutan Usta, artıq səni istəmir… Səni soyundurmağımı, səni məhv etməyimi, sənin o incə səhifələrini, o toz bazmış ama zərif postlarını silməyimi istəyir…

 Sən sən ol alternativa, heç kimə güvənmə bu dünyada. Nə adminlərinə, nə redaktorlarına, nə də comment yazanlara!

Yaşa,  yaşa, yaşa var ol ey alternativa!

[az-ya]

November 9, 2009

Give me 5!

5shirt

bla bla bla

Əslində bu yazının aşağısındakı yazını oxuyub sonra buna keçməlisiz.

Çünki ordan ilhamlandım. =)

Vay bee. Baxıram sağdakı kolonlara 3-cü il yaxınlaşır. Vaxt nə tez gedir. (yalan söhbətdi)

Vebzin nöqtə kom. Başladığımız yerə qayıdıb baxanda lirika haqda moral oxumaq istəmirəm. Bura mənə ən sevdiyim kitabların rəfini xatırladır. Dəfələrlə oxuyub-oxuyub qırağa qoymadığım. İndi isə toz basmış. Heç üstünü təmizləyən də yoxdu =)

Üç ildə çox şey dəyişdi. O gördüyünüz qoyunun həyatından tutmuş, bizlərin fikirlərindən tutmuş, işlərindən tutmuş, yaradıcılığına qədər.

Əgər bu planetdə hələ də insan yaşayırsa. Siz tək deyilsiniz. Və biz blogumuz sahiblənəcək qədər varıq =)

Usta, lap o məşhur çayçımız yadıma düşdü. Ayaqyolusu da var idi. =) 

O böyük ideaların doğulduğu yer. 

Bu sözü özüm üçün bir il əvvəl demişdim, amma burda da yazım istədim.

3 illikdə dizayn filan dəyişəcək bir az. (inanmayın)

Nəysə. Darıxmışdım buraya zillənən gözləriniz üçün =)

İndi bir dənə düz transkripsiya açacam və bold yazıyla az-ya yazacam, ondan sonra səhifəni bağlayıb bitirməli olduğum reklam tərtibatı yekunlaşdıracam və bir də Şeytan bilir nə vaxt girəcəm bura.

Görüşmək ümidi ilə alternativ`a!

[az-ya]

 

 

barmaqlar

Hərflər üçün darıxıram arada. Barmaqlarıma azadlıq verməyəli çox oldu.

Mən barmaqlarımla düşünmüşəm həmişə.

Bu yaxınlarda kimdəsə oxudum ki, o da yazanda düşünürmüş, yazmadan öncə nə yazacağını belə bilmirmiş.

Eynən mənim kimi.

Barmaqlarımla həyatda yol açmaq.

Barmaqlarla gələcək qurmaq.

Barmaqlarla keçmişə dönmək.

Barmağıüstə qalmaq.

Barmaq eləmək.

10 barmaq və hərəsi də bir-birindən fərqli. 

Darıxmışam yazmaqçün.

Bir vaxt necə də həvəslə başlamışdıq. Bayram idi barmaqlara :)

Dərindən düşünməyi bacaranlara həmişə həsəd aparmışam.

Ömrüm boyu uzağı 3 addım düşünmüşəm, ondan o yana düşünməyi axmaqlıq hesab etmişəm.

Bəlkə bacarmadığımdandı.

Mövzuları sürətli dəyişməyimi vecinizə almayın.

Həmişə axırda bir biclik tapıb hamısını bağlayıram bir-birinə. Ya da tupoy bir sonluqla bitirirəm ki, dadı damaqlarda qalsın.

[Usta]

June 5, 2009

Pinty t-shirt

Pinty = Gənc, Optimist, Qırmızı düşüncəlililər.

Biz pintyik. Sizi də pinty olmağa çağırırıq.

pinty

April 27, 2009

BALACA QARA BALIQ

Oxuduğum ən mənalı nağıl [Usta]  

Çillə axşamı idi. Qoca Balıq dəryanın dibində nəvə-nəticələrini ətrafına toplayıb onlara nağıl danışırdı:
–Biri var idi, biri yox idi, bir Balaca Qara Balıq var idi. O anası ilə birlikdə kiçik bir arxda yaşayırdı. Arxın suyu dərəyə axırdı. Balaca Qara Balıqla anasının bir qara daşın dalında, yosunların arasında evləri var idi. Ana və bala səhərdən axşama qədər bir-birinin dalına düşüb üzür, hərdən başqa balıqlara qoşulub sürətlə balaca bir yerdə gəzişir və geri qayıdırdılar. Qara Balıq anasının bircəsi idi.
Bir neçə gün idi ki, o, fikrə dalır, az danışırdı. könülsüz və tənbəl-tənbəl o tərəf-bu-tərəfə gedir, geri qayıdırdı. Çox vaxt anasından xeyli geri qalırdı. Anası əvvəlcə elə bilirdi ki, sadəcə olaraq balasının kefi yoxdur, bu kefsizlik tezliklə keçib gedəcəkdir. Lakin… Demə, Balaca Balığın dərdi varımış…
Bir gün səhər tezdən, günəş doğmamış, Balaca Balıq anasını yuxudan oyadıb:
–Anacan, –dedi, sənə bir neçə kəlmə sözüm var.
–Eh, sən də vaxt tapdın! Danışmağı sonraya saxla. Yaxşı olar ki, gəzməyə çixaq, –deyə Ana Balıq gözlərini ovuşdurdu və əsnədi.
–Yox, anacan, mən daha belə gəzməyi istəmirəm. Gərək burdan gedəm, –deyə Balaca Balıq etiraz etdi.
Anası heyrətlə ona baxıb soruşdu:
–Doğurdan getmək istəyirsən?
–Bəli, anacan, hökmən getməliyəm!
–Axı, alaqaranlıqda hara getmək istəyirsən?
–İstəyirəm, gedim görüm, arx harada qurtarır. Bilirsənmi, anacan, uzun müddətdir ki, fikirləşirəm, görəsən arx harada qurtarır? Amma indiyə qədər bir nəticəyə gələ bilməmişəm.
Dünən gecədən gözümü yummayıb hər şeyi götür- qoy etmişəm. Belə qərarə gəlmişəm ki, özüm gedib arxın qurtaracağını tapım. Bilmək istəyirəm başqa yerlərdə nə var, nə yox…
–Mən də uşaq olanda belə fikirlərə düşmüşəm, balacan! Arxın nə əvvəli var, nə axırı. Elə gördüyün nə varsa odur. Arx həmişə axır və qurtarmır.
–Yox, anacan, belə deyil. Hər şeyin axırı var. Məsələn, gecə sona çatır, həftə, ay, il… Məgər bunların sonu olmur?
Balaca Qara Balığın qızışdığını və dil ağıza qoymayıb danışdıqını görən ana Balıq dedi:
–Boş-boş sözləri bir kənara qoy, dur gəzməyə çıxaq. İndi danışmaq yox , gəzib dolanmaq vaxtıdır.
–Yox, ana, mən belə gəzintilərdən yorulmuşam. Burdan uzaqlaşmaq və başqa yerlərdə nələr olduğunu bilmək istəyirəm. Birdən elə bilərsən ki, bunları mənə kimsə öyrədib, yox, ana, çoxdan bu fikrə düşmüşəm. Əlbəttə, ondan-bundan çox şeylər öyrənmişəm. Məsələn, bunu başa düşmüşəm ki, balıqların çoxu həyatlarını boş-boşuna keçirdiklərindən gileylənirlər. Daim ah-nalə edir, hər şeydən şikayətlənirlər. Bilmək istəyirəm görüm həyat elə bir qarış yerdə o yan-bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünya da mövcuddur?
– Balaca, dəli olubsan? Dünya! Dünya! O başqa dünya nə deməkdir? Dünya elə həmin dünyadir ki, biz yaşyırıq, həyat da ki, elə gördüyün yaşayışdan ibarətdir!
Bu zaman iri bir balıq onların evinə yaxınlaşdı:
– Qonşu, –dedi,–uşaqla nəyin üstündə belə höcətləşirsən? Deyəsən, bu gün gəzmək fikriniz yoxdur?
Ana Balıq qonşunun səsini eşidib cavab verdi:
–Gör, zəmanə necə dəyişib?! Uşaqlar öz analarına cib-cib öyrətməyə başlayıblar.
–Necə məgər? –deyə qonşu iri Balıq soruşdu.
–Gör bu cırtdan haralara getmək istəyir?! Hey deyir ki, istəyirəm gedim görüm dünyada nələr olur? Nə bilim, axmaq-axmaq sözlər!
Qonşu iri Balıq:
–Balaca,–dedi,–de görüm sən nə vaxtdan belə filosof və alim olubsan ki, bizim xəbərimiz yoxdur?
Balaca Balıq dedi:
–Xanım, mən bilmirəm siz alim, filosof nəyə deyirsiniz? Hər gün təkrar olunan cansıxıcı gəzintilərdən cana doymüşam. Belə yorucu həyatı daha davam etdirmək istəmirəm. İstəmirəm ki, bir də gözümü açanda görüm sizin kimi qocalmışam, özü də göz qulaqları bağlı balıqlar kimi qalmışam.
Qonşu Balıq:
–Vay,–dedi,–gör bu nələr danışır ?!
Ana Balıq dilləndi :
–Heç düşünməzdim ki, bir dənə uşağım ola, o da belə çıxa! Bilmirəm, balamın qulağını kim doldurub…
Balaca Balıq dedi:
–Heç kəs mənim qulağımı doldurmayıb. Anlamaq üçün mənim özümün ağlım, görmək üçün də gözüm var!
Qonşu Balıq Balaca Balığın anasına dedi:
– Bacı, o pıç-pıç danışan İlbız yadındadırmı?–Yaxşı yadıma saldın, yadımdadır! Tez-tez uşağımın yanına gələrdi. Görüm onu gorbagor olsun!
Balaca Balıq dedi:
–Bəsdir, ana! O, mənim dostum idi!
–Balıqla İlbizin dostluğunu eşitməmişdik, bunu da eşitdik!
Balaca Balıq :
– Mən də balıqlarla İlbizin düşmənçiliyini eşidməmişdim! Amma siz o biçarənin başını yediniz!–dedi.
Qonşu dilləndi:
– Bu, keçmişin söhbətidir.
– Keçmişi siz özünüz yada saldınız!
Anası dedi:
- Elə ölməli idi! Məgər oturub-durub nələr danışdıqları yadından çıxıb?!
– Onda məni də öldürün! Çunki mən də onun dediklərini deyirəm,–deyə Balaca Balıq gileyləndi.
Axır ki, nə başınızı ağrıdım, səs-küyün sədası başqa balıqları da oraya çəkib gətirdi. Balaca Balığın sözləri hamını əsəbiləşdirmişdi. Qoca balıqlar bir-bir söhbətə qarışıb Balaca Balığa acıqlandılar:
–Elə düşünürsən ki, sənə rəhm edərik?!
–Bir qulaqburması bəsdir!
Balaca Qara Balığın anası onlara müqavimət göstərdi:
–Kənara çəkilin! Uşağıma toxunmayın!
Bu zaman balıqlardan bir başqası Balaca Balığın anasına dedi:
–Xanım, uşağını lazımınca tərbiyələndirmədiyin üçün əzab çəkməlisən!
Qonşu Balıq sözə başladı:
–Sizinlə qonşu olduğuma xəcalət çəkirəm!
Başqa bir balıq dilləndi:
–Nə qədər ki, bu məlunun işi… Göndərək qoca İlbizin yanına.
Balıqlar Balaca Balığı tutmaq istədilər. Dostları onu təhlükədən uzaqlaşdırdılar. Anası baş gözünə döyür, ağlayır və deyirdi:
–Allah, sən saxla! Uşağım əlimdən gedir. nə edim? Başıma haranın daşını salım.?
Balaca Balıq dedi:
–Anacan, mənim üçün ağlama, geridə galmış bu qoca balıqların halına ağla.
Balıqlar yerbəyerdən çığırdılar:
–Təhqir eləmə!
–Get! Sonra peşman olsan, daha bizdən incimə!
–Bunlar cavanlıq əlamətidir. Getmə!
–Buraların nəyi pisdir?!
–Başqa dünya yoxdur! Dünya elə gördüyün bu dünyadan ibarətdir. Qayıt!
–Ağlını başına yığıb getməkdən imtina etsən, onda bilərik ki, doğurdan da başa düşən bir balıqsan!
–Biz sənə öyrəşmişik, getmə!
Ana Balıq doluxsunaraq dilləndi:
- Mənə rəhmin gəlsin, bala! Getmə!
Balaca Balıq onların dediklərinə etina etmədən uzaqlaşdı. Həmyaşıdlarından bir neçəsi onu arxın gölməçəyə tökülən yerinə qədər ötürüb geri döndülər. Balaca Balıq dostlarından ayrılarkən dedi:
–Görüşənə qədər, dostlar! Məni unutmayın!
Dostlar:
–Heç unudarıqmı? Sən bizi qəflət yuxusundan oyatdın. Bizə elə şeylər öyrətdin ki, heç yuxumuza da girməzdi. Görüşənə qədər, ağıllı və cəsur dost!–dedilər.
Balaca Balıq şırrımnan aşağı sürüşüb arxa nisbətən suyu çox olan gölməçəyə düşdü. Əvvəlcə özünü itirdi. Sonra üzməyə və gölməçədə dolanmağa başladı. Balaca Balıq bu vaxtadək bu qədər suyun bir yerə yığışdıqını görməmişdi. Suda minlərlə çömçəquyruq gəzirşirdi. Balaca Balığı görən kimi onu məsxərəyə goydular:
– Bir bunun təhər-tövrünə bax! Sən nə məxluqsan?!
Balaca Balıq ani olaraq fikirləşib:
–Xahiş edirəm, təhqir etməyin,–dedi,–mənim adım Balaca Balıqdır. Siz də adınızı deyin, tanış olaq!
Çömçəbalıqlardan biri dedi:
–Biz bir-birrimizi ” Çömçəquyruq ” çağırırııq.
O biriləri yerdən dedilər:
– Əslimiz, nəcabətimiz var.
–Dünyada bizdən gözəli tapılmaz! Sənin kimi yöndəmsiz deyilik!
Balaca Balıq onlara belə cavab verdi:
–Sizin bu qədər xudpəsənd olduğunuzu bilmirdim. Amma nadanlıq üzündən belə danışdığınız üçün sizi bağışlayıram.
Çömçəquyruqlar səsləndilər:
–Deməli biz nadanıq?
–Nadan olmasaydınız başa düşərdiniz ki, hər kəs üçün öz təhər-tövrü xoşdur. Allaha şükür, sizin heç adınız da özünüzünkü deyil.
Çömçəquyruqlar əvvəl əsəbiləşdilər. Sonra Balaca Balığın haqlı olduğunu görüb sözlərini dəyişdilər.
–Sən özünü nahaq yerə yorusan,–dedilər,–biz səhərdən axşama qədər dünyanı gəzirik, amma özümüzdən, ata və anamızdan, saysız-hesabsız balaca qurdlardan, böcəklərdən başqa heç kəsi görmürük.
Balaca Balıq soruşdu:
–Siz ki, gölməçədən qıraqa çıxa bilmirsiniz, dünyanı gəzib dolanmakdan necə dəm vura bilərsiniz?
Çömçəquyruqlar təəccübləndilər:
– Məgər gölməçədən başqa da özgə dünya var?
Bəs necə? Özünüz fikirləşin, görün yaşadığınız su hardan axıb və sudan kənarda nələr var?
–Sudan qıraqda da yer olar? Biz indiyə qədər sudan başqa heç yeri görməmişik. Ha, ha, ha! sən dəli olubsan, nədir?!
Balaca Qara Balığı da gülmək tutdu. Fikirləşdi ki, çömçəquyruqları başa salmadan çıxıb getsin . Sonra belə qərarə gəldi ki, onların anaları ilə də bir-iki kələmə danışsın.
–Ananız haradadır?
Bu zaman Qurbağanın gur səsi onu diksindirdi. Qurbağa gölməçənin qırağındakı, iri daşın üstündə ötürmüşdü. Suya baş vurdu, gəlib Balığın qarşısında dayandı:
–Mən buradayam, –dedi, –qulluq?!
–Möhtərəm xanım, salam!
–Ey əsl–nəcabətsiz vücud! Nə əllaməlik edirsən? Bunları uşaq görüb axmaq-axmaq danışırsan? Bir belə ömür eləmişəm, görmüşəm ki, dünya elə bu gölməçədən ibarətdir.
Yaxşı olar ki, işinin dalısınca gedəsən, mənim uşaqlarımı yoldan çıxarmayasan.
–Yuz il də ömür eləsən, yenə geri qalmış, nadan qurbağa kimi qalacaqsan!
Qurbağa hirsləndi və Balaca Qara Balığın üstünə cumdu. Bu zaman gölməçənin dibi bir-birinə qarışdı. Balaca Balıq aldığı təkandan dığırlandı, özünü dərədən axan enli arxda gördü. Dərə əyri-üyrü idi. Dağın başından baxanda dərənin suyunu enli, ağ ipə oxşatmaq olardı. Dərənin bir yerində dağdan qopub arxa düşmüş iri bir daş suyu iki yerə bölürdü. Iri bir kərtənkələ də qarnını daşa söykəmişdi. Günəşin hərarətindən ləzzət alır, suyun təkində ovladığı qurbağanı yeyən iri, yumuru Xərçəngə tamaşa edirdi. Elə bu an oradan üzüb keçmək istəyən Balaca Balığın gözləri xərçəngə sataşdı. O, bərk qorxdu və uzaqdan xərçəngə salam verdi. xərçəng Balaca Balığı görüncə:
–Nə ədəbli Balıqsan, –dedi, –gəl qabağa. Balaca, gabağa gəl!
Balaca Balıq:
–Mən dünyanı gəzməyə gedirəm,–deyə xərçəngə cavab verdi, canabınızın yeminə çevirilmək istəmirəm!
–Niyə belə bədbinsən, qorxaqsan, Balaca Balıq?
–Nə bədbinəm, nə də qorxaq. Gördüklərimi deyirəm.
- Çox yaxşı, indi de görüm gözlərin nə gördü və əqlin nə kəsdi ki, səni ovlayacağımı xəyalına gətirdin?
–Özünü bilməməzliyə vurma!
–Bilirəm, Qurbağanın hərəkətlərinə işarə edirsən. Lap uşaqsanmış ki, baba! Qurbağalarla aram olmadığı üçün onları ovlayıram. Onlar elə xəyal edirlər ki, dünyanın yeganə məxluqlarıdılar və hamıdan xoşbəxtdilər. Istəyirəm onları başa salam ki, dünya kimin əlindədir. Sən isə qorxma, qadası! Gəl qabağa. Qorxma, gəl!
Xərçəng bu sözləri deyib yanlarını basa-basa Balaca Balığa tərəf yeridi.
Xərçəng elə gülməli yeriyirdi ki, Balığı ixtiyarsiz olaraq gülmək tutdu.
–Ay yazıq,–dedi,–sən heç yeriməyi də bacarmırsan. Hardan bilirsən dünya kimin əlindədir?!
Balaca Balıq xərçəngdən aralandı. Bu zaman suyun üzərinə kölgə düşdü. Gözlənilməz zərbədən xərçəng səndələyə-səndələyə suyun dibinə batdı. Xərçəngi bu halını görən Kərtənkələni gülmək elə tutdu ki, az qaldı sürüşüb suya düşsün. Xərçəng isə artıq suyun üzünə çıxa bilmədi.
Balaca Balıq gördü ki, suyun kənarında balaca bir çoban dayanıb ona və Xərçəngə tamaşa edir. Qoyun-keçi sürüsü də suya yaxınlaşdı. “Mə-mə! Bə-bə!” səsləri dərəni başlarına götürdü.
Balaca Balıq sürünü su içib qurtarana qədər gözlədi. Sürü gedəndən sonra kərtənkələni səsləyib:
–Kərtənkələcan,–dedi,–mən arxın qurtaracağını axtarmağa gedən Balaca Qara Balığam. Sən bilikli, zəkalı heyvansan. Buna görə də səndən bəzi şeyləri soruşmaq istəyirəm.
–Xətrin hər nə istəyir, soruş.
–Yolda məni nərə balıqla, saqqa quşu ilə, Balıqudan quşla çox qorxudublar. Bunlar haqqında bir şey bilirsənsə mənə de!
Kərtənkələ dedi:
–Nərə balıqlar və Balıqudanlar bu tərəflərdə tapılmazlar. Xüsüsilə Nərə balıqlar. Çünki onlar dənizdə yaşayırlar. Amma saqqa quşuna elə bu həndəvərdə rast gəlmək olar. Məbadə aldanıb kisəsinin içərisinə girərsən.
- Kisə nədir? –Balaca Balıq onun sözünü kəsib soruşdu.
–Saqqa quşunun boğazının altında xeyli sututan kisə var. Bəzən təcrübəsiz, xam balıqlar suda üzən quşun kisəsinə girib birbaşa qarnına gedirlər. Saqqa quşu tox olanda balıqları kisəsində ehtiyat saxlayır.
–Deməli, onun qarnına gedəndən sonra xilas olmaq üçün çarə yolu yoxdur?
–Yoxdur. Kisəni parçalamaqdan başqa heç bir yol yoxdur. Sənə bir xəncər verərəm. Saqqa quşunun çənginə düşəndə dediyim kimi edərsən.
Kərtənkələ qayadakı yarığa sürünüb xəncərlə qayıtdı. Balaca Balıq xəncəri alıb dedi:
–Kərtənkələ, sən çox mehribansan, bilmirəm sənə necə təşəkkür edim?
–Canım, təşəkkür nəyə lazımdır, mənim belə xəncərim çoxdur, sənin kimi ağıllı balıqlara bağışlayıram.
–Məgər məndən qabaq da buradan keçən olub?
––Çoxları keçib. İndi onlar özləri üçün böyük dəstə düzəldiblər…
Kərtənkələ bunları deyib qulağını daşdakı yarığa dayadı:
–Di, sağ ol,–dedi,–balalarım yuxudan ayıldığı üçün getməliyəm.
Kərtənkələ yarığa girdi. Balaca Balıq isə çarəsiz qalıb yola düşdü. Hey öz-özünə sual verirdi: “Doğurdanmı arx dənizə tökülür? Saqqa quşun gücü elə mənə çatsın?! Balıqudan quşun bizimlə nə düşmənçiliyi var? ”
Balaca Balıq üzə-üzə gedir və fikirləşirdi. Yolboyu təzə şeylər görür, öyrənirdi. Şəlalənin başı üstə axmasından həzz alır, yenidən üzürdü. Kürəyində günəşin hərarətini hiss edir və möhkəmlənirdi.
O, sonra elə bir yerə çatdı ki, burada dərə enlənir, su isə kolluqların arasından axıb gedirdi. Balaca Balıq suyun çoxalmasından ləzzət alırdı. Xeyli gedəndən sonra o, çoxlu balığa rast gəldi. Anasından ayrılandan bəri balıq görməmişdi. Bir neçə Rizə balıq onu dövrəyə aldı və soruşdu:
–Elə bil qəribsiniz?
–Bəli, qəribəm. Uzaq yerdən gəlirəm.
Rizə balıqlar dedilər:
- Hara getmək fikrindəsən?
–Arxın qurtardığı yeri tapmağa gedirəm.
- Hansı arxın?
–Biz buna arx yox, çay deyirik.
Balaca Balıq heç nə demədi. Rizə balıqlardan biri dilləndi:
–Xəbərin var ki, Saqqa quşu yolu kəsib?
–Xəbərim var, bilirəm…
Başqa bir rizə balıq soruşdu:
–Onu da bilirsən ki, Saqqa quşunun nə geniş kisəsi var?
–Onu da bilirəm.
–Bunları bilə-bilə yenə getmək fikrindəsən?
–Bəli, bütün bunları bilirəm və getməliyəm.
Balıqlar arasında səs yayıldı ki, uzaq yollardan gəlmiş Balaca Qara Balıq çayın qurtaracağını tapmaq istəyir və Saqqa quşundan da qorxmur.
Rizə balıqlardan bir neçəsi Balaca Qara Balıqla getmək istədi, lakin böyüklərin qorxusundan səslərini çıxartmadılar. Hətta onların bir neçəsi Balaca Qara balığa yanaşıb qımıldandı.
–Saqqa quşu olmasaydı, biz də səninlə gedərdik…
Çayın qırağında bir kənd var idi. Kəndin qadınları və qızları çayın içində qab-qacaq və paltar yuyurdular. Balaca Balıq onların səs-küyünə bir xeyli qulaq asdi və uşaqların islanmış bədənlərinə tamaşa etdi, sonra yola düzəldi. O qədər getdi ki, axşam oldu. Balaca bir daşın altına girib yatdi. Gecəyarı ayıldı və gördü ki, Ay suya düşüb, hər yeri işıqlandırır.
Balaca Balıq ayı çox istəyirdi. Gecələr Ay suya düşəndə yuvadan çıxıb onunla bir neçə kələmə danışmaq həsrətindəydi. Amma hər dəfə anası ayılıb onu yuvasına dartar və yenidən yatırdardı. Bu dəfə Balaca Balıq Ayın qarşısına çıxdı:
–Salam, ey mənim göyçək ayım!
Ay da Balaca Qara Balığı mehribanlıqla qarşıladı:
–Salam, mənim Balaca Qara Balığım! Sən hara, bura hara?
–Dünyanı səyahətə çıxmışam.
–Dünya çox böyükdür, sən hər yeri gəzə bilməzsən.
–Eybi yoxdur, bacardığım yerə qədər gedəcəyəm.
–Ürəyim çox istəyirdi ki, səhərə qədər yanında qalam, amma böyük bir qara bulud mənə tərəf gəlir. Qorxuram işığımın qabağını kəssin.
–Ey qəşəng Ay, sənin işığını çox sevirəm. Ürəyim istəyir ki, nurun həmişə yoluma işıq saçsın.
–Mənim Balığım, düzünü axtarsan mənim işığım yoxdur, işığı mənə Günəş verir, Mən də onu yerə Saçıram. Bilirsənmi ki, adamlar yaxın gələcəkdə uçmaq, gəlib mənim üzərimə düşmək arzusundadırlar?
–Bu mümkün deyil!
–Düzdür, bu çox çətin işdir, ancaq insan öz istədiyinə…
Ay sözünü qurtara bilmədi. Qara bulud gəlib onun üzünü örtdü, yerə qaranlıq çökdü. Qara balıq yenə də tək-tənha qaldı. Bir neçə dəqiqə heyrət içərisinə qaranlığa baxdı. Sonra daşın altına çəkilib yatdı… Subh tezdən ayılanda başının üstündə pıç-pıçla danışan bir neçə Rizə balıq gördü. Onlar Qara Balığın yuxudan ayıldığını görüb dedilər:
–Sabahın xeyir!
Qara Balıq onları tanıdı:
–Sabahınız xeyir olsun!–dedi. Nəhayət, ardımca gəlib, mən diyən yola düşdünüz?
Rizə balıqlardan biri:
–Bəli,–dedi,–ancaq hələ də qorxu canımızdan çıxmayıb.
Bir başqa balıq :
–Saqqa quşunun fikri bizi rahat buraxmır,–deyə diləndi.
Balaca Qara Balıq:
- Siz çox fikirləşirsiniz. Hər şeyə fikirləşmək, özü də bir dəfəyə fikirləşmək düz deyil. Yola düşən kimi qorxu bizi tərk edəcəkdir,–deyə cavab verdi.
Birlikdə yola düşmək istədilər. Gördülər ki, dövrələrindəki su yuxarı qaxdı, başları üzərinə örtük çəkildi. Hər yer qaranlıqlaşdı, qaçmağa imkan qalmadı. Balaca Qara Balıq o saat başa düşdü ki, Saqqa quşunun kissəsinə düşübdür.
Balaca Qara Balıq dedi:
–Dostlar, biz Saqqa quşunun kissəsinə düşmüşük, lakın xilas olmaq üçün yol var.
Rizə balıqlar ağlayıb ah-zar etməkə başladılar.
- Artıq bizm qaçmaqa yolumuz yoxdur! Təqsir səndədir. Bizi yoldan çıxardın!
–İndi bizim hamımızı “qurt” eləyib udacaq.
Qorxunc bir qəhqəhə səsi eşidildi. Bu Saqqa quşu idi, gülürdü və gülə-gülə deyirdi:
- Rizə balıqlar necə də girimə geçib! Ha! Ha! Ha! Ha! Sizin halınıza yanıram, heç ürəyim gəlmir, sizi “qurt” eləyib udum. Ha! Ha! Ha! Ha!
Rizə balıqlar yalvarmaqa başladılar:
–Həzrəti-ağayi Saqqa quşu, sənin tərifini çoxdan eşitmişik, lütf edib mübark dimdiyinizi bir qədər aralasaydınız buradan xilas olub mübarək vucudunuza duaçı olardıq.
Saqqa quşu dedi:
–Mən hələ bu saat sizi “qurt” eləyib udmaq fikrində dəyiləm. Kisəmdə ehtiyat balıqlar var, bir qarnımın altına baxın.
Kisənin aşağı hissəsində iylənmiş bir neçə Rizə balıq var idi.
Rizə balıqlar bir səslə dedilər:
–Həzrət-ağayi Saqqa quşu, bizim günahımız yoxdur, bu Balaca Qara Balıq bizi yoldan çıxardıb…
Balaca Balıq:
–Qorxaqlar!–dedi. –Siz elə xəyal edirsiniz ki, yalvarmaqla bu hiyləgər rəhmdillik edib sizi buraxacaq?
Rizə balıqlar qorxuya düşüb dedilər:
–Heç nə danşdığını da bilmirsən. İndi görəsən ki, həzrəti-ağayi Saqqa quşu bizi necə bağışlayacaq və səni necə “qurt”  eləyəcəkdir!
Saqqa quşu dilləndi:
–Doğrudur, sizi bağışlayıram, ancaq bir şərtlə!
–Şərtinizi buyurun, qurban!
–Azadlığınızı bu boşboğaz balıqı öldürməklə əldə edə bilərsiniz.
Balaca Qara Balıq bir qədər dala çəkilib Rizə balıqlara:
–İnanmayın,–dedi,–bu hiyləgər bizi bir-birimizin canına salmaq istəyir, mənim başqa fikrim var!…
Rizə balıqlar azadlığa çıxmaq istəyi ilə Balaca Qara Balığın dediklərinə qulaq asmadılar, qalxıb onun üstünə düşdülər. Balaca Balıq yavaş-yavaş arxaya çəkilib:
–Qorxaqlar!–dedi,–Hər halda girə düşmüsünüz, qaçmağa da yolunuz yoxdur. Mənə də ki, gücünüz çatmaz!
–Biz azadlıqa çıxmaq istəyirik, onun üçün də səni öldürməliyik!
–Ağlınızı başınıza yığın! Məni öldürsəniz də qaçmaq üçün yol tapa bilməyəcəksiniz. Hiləgər quşa inanmayın!
–Sən əsla bizim fikrimizi çəkmirsən, bu sözləri öz canını qurtarmaq ücün deyirsən!
–Elə isə qulaq asın, sizə nicat yolu göstərim. Mən özümü ölülüyə vurub ölü balıqların içərisində gizlənəcəyəm. Görək Saqqa quşu sizi azad edəcəkdirmi?! Əgər sözümə qulaq asmasanız bu xəncərlə hamınızı qıraraq, quşun da kissəsini parçalayıb çıxaram. Siz isə …
Rizə balıqlardan biri onun sözün kəsib:
–Daha bəsdir!–dedi,–Mən bu sözlərə inanmaq istəmirəm. –O, bu sözləri deyə-deyə ağlamağa başladı.
Balaca Qara Balıq onun ağladığını görüb dedi:
–Bu anasının naz-naz balasını niyə yanınıza salıb gətiribsiniz?
O, xəncərini çıxarıb balıqların üstünə cumdu. Rizə balıqlar çarəsiz qalıb Balaca Qara Balığın təklifini qəbul etdilər. Yalandan bir-birləri ilə dalaşmağa başladılar. Balaca Qara Balıq özünü ölülüyə vurub uzandıqda onlar yuxarı qalxdılar:
–Həzrəti-ağayi Saqqa quşu,–dedilər,–füzül Qara Balığı öldürdük.
Quş güldü:
–Çox yaxşı iş gördünüz,–dedi,–bunun əvəzinə sizin hamınızı diri-diri udacağam, qarnımda istədiyiniz qədər gəzərsiniz.
Rizə balıqlar macal tapmamış bir andaca Saqqa quşu onları uddu. Qara Balıq istə cəld xəncərini çəkib mökəm zərbə ilə quşun kisəsini yırtdı və deşikdən çıxıb qaçdı.
Saqqa quşu aldığı zərbənin ağrısından fəryad qopardı, başını suya salıb Balaca Qara Balığı yenidən tutmaq istədi. Lakin gücü çatmadı…
Günorta idi. Artıq nə dağ görünürdü, nə dərə. Çay axıb geniş düzənlikdən keçirdi. Çayın sağ-solundan tökülən kiçik çaylar onun suyunu qat-qat artırırdı. Balaca Qara Balıq suyun çoxluğundan ləzət alırdı. Birdən ayılıb gördü ki, suyun dibi görünmür. O yan-bu yana baş vurdu, heç yana çıxa bilmədi. Az qala qərq olmuşdu. Ürəyi istədiyi qədər üzəndən sonra da əli bir yana çatmadı. Birdən gördü ki, burnunda mirvari dişləri olan uzun bir heyvan ildırım sürət ilə ona hücum edir. Balaca Qara Balıq hiss etdi ki, heyvan o saat onu parça-parça edəcəkdir. Çapalayıb tez suyun üzərinə qalxdı . Bir mütdətdən sonra suyun altına endi. Yolun yarısında minlərə balıq dəstəsinə rast gəldi. Onlardan birini saxlayıb soruşdu:
–Qardaş, qəribəm, uzaq-uzaq yerlərdən gəlirəm. Deyin görüm bura haradır?
O dönüb Balaca Qara Balığa dedi:
–Qardaş bizim dənizə xoş gəlibsən!
Balıqlardan biri dedi:
–Bütün çaylar və arxlar bura tökülür.
Başqa bir balıq isə:
–İndi get bir az gəz. Suyun üzünə çıxmaq istəsən Balıqudandan ehtiyatlı ol. Bu günlər o heç kəsdən qorxmur. Hər gün dörd-beş balıq ovlanmasa yaxamızdan əl çəkmir,–dedi.
Balaca Balıq dəniz balıqlarının dəstəsindən aralanıb təklikdə üzməyə başladı. Az sonra dənizin üstünə çıxdı. İndi o, qızmar günəşin yandırıcı hərarətini öz kürəyində hiss edir, bundan ləzzət alırdı. Aramla üzür, öz-özünə deyirdi: “Bu saat ölüm çox asanlıqla mənim sorağıma gələ bilər. Yaşamağa qadir olduğum halda onu özümə yaxın buraxmamalıyam”
Balaca Qara Balıq fikir və düşüncələrini sona çatdıra bilmədi. Balıqudan gəldi, onu götürüb apardı. Balaca Balıq Balıqudanın uzun dimdikləri arasında çapalasa da özünü xilas edə bilmədi. Balıqudan dimdiyi ilə onun belini elə bərk sıxırdı ki, az qala canı çıxacaqdı. Digər tərəfdən də Balaca Qara Balıq sudan qıraqda nə qədər sağ qala bilərdi? Ölümün qabağını almaq üçün lap Balıqudanın qarnına getməyə razı idi, axı, oradakı nəmişlikdən istifadə edə bilərdi. Buna görə Balıqudana dedi:
–Nə ücün məni sağ-sağ udmursan? Mən o, balıqlardanam ki, öləndən sonra bütün bədənim zəhərə dönər.
Balıqudan heç nə deməyib fikrə getdi:
“Ay hoqqabaz, istəyirsən məni dilləndirib aradan çıxasan?”
Sahil getdikcə yaxınlaşırdı. Balaca Qara Balıq “quruya çatsaq daha iş bitdi” deyə düşündü və nəhayət Balıqudana dedi:
–Bilirəm məni balaların üçün aparırsan. Amma sahilə çatana qədər öləcəyəm, bədənim zəhər kisəsinə dönəcək, balalarına niyə rəhmin gəlmir?!
Balıqudan bir anlıq fikrə getdi: “Ehtiyat yaxşı şeydir. Hər ehtimala qarşı onu özüm yeyim, balalarım üçün isə başqa balıq tutum… Birdən bu, bir kələk işlədər… Yox, canım, heç bir kələk işlədə bilməz”. Sora gördü ki, Qara Balıq sustalıb candan düşür. Öz-özünə dedi: “Deyəsən öldü, artıq onu özüm də yeyə bilmərəm”. Zərif və yumşaq balığı yeməkdən ehtiyat elədi. Ancaq yenə Qara Balığı səsləyib ölüb-ölmədiyini müəyyən etmək istədi. Düşündü ki, yarımcandırsa yesin, ölübsə … Dimdiklərini aralayan kimi Qara Balıq onun ağzından xilas oldu. Balıqudan aldandığını görüb, Balaca Qara Balığı təqib etdi. Balaca Qara Balıq havada ildırım kimi şığıyıb aşağı düşür, ağzını açıb dənizin rütübətli havasını udurdu. Nəhayət suya düşdü. Köksünə yeni nəfəs doldu. Balıqudan da ildırım sürəti ilə şığıyıb arxasınca suya baş vurdu, aman verməyib yenə də Balığı uddu. Balaca Qara Balıq bir xeyli vaxt başına nə gəldiyini hiss etmədi. Bircə onu hiss etdi ki, hər yer qaranlıq və rütübətlidir, çıxış yolu isə yoxdur. Elə ki, gözləri qaranlığa alışdı, ağlayıb anasını istəyən bir Rizə balıq gördü. Yaxınlaşıb ona nəsihət verdi:
–Qalx ayağa, ay balaca ! Başına çarə qılmaq haqqında fikirləş, ağlamaqdan, ananı çağırmaqdan bir şey çıxmaz.
Rizə balıq soruşdu:
–Sən kimsən? Məgər görmürsən get-gedə məhv oluram? Ana… Ay ana, hardasan, imdadıma çat! Daha mən səni görə bilmiyəcəyəm, ana!
Balaca Qara Balıq:
–Daha bəsdir, canım,–dedi,–sən bütün balıqları rüsvay elədin.
Rizə balıq ağlamağına ara verən kimi Balaca Qara Balıq dedi:
–Mən balıqudanı öldürüb bütün balıqları azad etmək fikrindəyəm. Səni onun qarnından xilas edəndən sonra bunu həyata keçirmək istəyirəm.
–Sən özün ölümlə əlbəyaxasan. Balıqudanı necə öldürə bilərsən?
Balaca Qara Balıq xəncərini göstərib dedi:
– Bunla onun qarnını cıracağm. Hələlik mənə qulaq as, gör nə deyirəm. Mən balıqudanın qarnında o tərəf-bu tərəfə gedib onun əsəbləri ilə oynayacağam. Bu zaman o məni məsxərəyə qoyub başlayacaq qəhqəhə çəkib gülməyə, elə ki, dimdiklərini açıb gülməyə başladı, cəld özünü bayıra at.
–Bəs sən?
–Mənim fikrimi çəkmə. Bu bədcinsi öldürməmiş bayıra çıxası deyiləm.
Balaca qara Balıq bu sözləri deyib Balıqudanın qarnında o tərəf-bu tərəfə var-gəl etməyə başladı. Rizə balıq isə onun ağzından bayıra atıldı və suya düşdü. Çox gözlədi, xilaskarından xəbər çıxmadı. Birdən gördü ki, Balıqudan havada mayallaq vurub fəryad qoparır…Nəhayət, o müvazinətini itirib şappıltı ilə suya düşdü, yenə bir qədər çapalayandan sonra taqətdən düşdü. Lakin Balaca Qara Balıqdan yenə də xəbər çıxmadı və indiyə qədər də bir səs-soraq yoxdu.
Burada Qoca Balıq nağılını bitirdi. Üzünü on bir min doqquz yüz doxsan doqquz nəvə və nəticəsinə tutub dedi:
–Daha yatmaq vaxtıdır, balalarım, gedin yatın!
Nəvə-nəticələri ondan soruşdular:
–Nənəcan, axı sən Balaca Qara Balığın başına sonra nələr gəldiyinı demədin?
Qoca Balıq dedi:
–O da sabahkı gecəyə qalsın, balalarım. Artıq yatmaq vaxtıdır. Gecəniz xeyrə qalsın!
On bir min doqquz yüz doxsan doqquz bala Balıq bir ağızdan: –Gecəniz xeyrə qalsın!–dedi və yatmağa getdi. Nənəni də yuxu apardı. Balaca Qızıl Balıq isə nə qədər çalışdısa yata bilmədi. Sübhədək dəniz barədə fikirləşdi…

 

Səməd Behrəngi

 

April 15, 2009

Ata-bala

 

 atanin suali var

April 9, 2009

İçimiz doludu

Gül bayramından gül kimi kadr!

Bakı. Krizisdən öncəki günlər. O vaxt hələ 20 qəpik verməyə camaatın imkanı var idi :P

 yerin melum)

April 1, 2009

MEN

Men viza sistemli Qosha Qala qapisi, Men zeherlenmis Xezer qagayisi, Men defelerle unvanini deyishmis bakili heykel, Men eqrebleri satilmish sheher saati, Men dagidilmis Baki Soveti stansiyasi, Men zencilerin asildigi fener direyi, Men qarinlarin yirtildigi agac kolgesi, Men usyanlarda tapdalanmis axmaq bir meydan, Men kutleye aldanmish mesum bir sheytan, Men sadece “cibi” cirilmish asfalt prospekt, Men inqilaba cagiran bashibosh dellek, Men men men men… Men birinci shexs evezliyi- Axmagin biri. [Usta]

March 30, 2009

Comandante Винни!

 

 

 

Винни is Live!

Vinni Puxlu seriyalarımızdan növbəti layihə.

T-shirt`ü əldə etmək istəyənlər bizə yaza bilər *hıms

 

* - bu smayldı. özü də Vinni`yə çox oxşayır.

[az-ya]

March 13, 2009

Şouşenkdən Ümidə doğru qaçış

show 

Dünən axşam TV "Şouşenkdən qaçış" filmini göstərirdi.

İlk dəfə bu filmə "eradən əvvəl" deyə biləcək qədər uzuuun zaman öncə baxmışdım.

Filmə baxdıqdan sonra çox böyük təsir altına düşmüşdüm.

Tim Robbins-in əlimə keçən bütün filmlərini izlədim sonra. Nə isə. Mövzum əslində bu deyil.

Filmdə Düfreynin Red-ə ümid haqqında dediklərini xatırlayırsız?

Tam dəqiq heç mənim də yadıma deyil, amma məğz budur ki:

"Ümid etməkdən qorxmaq lazım deyil!

Ümid insana güc, sabaha inam verir.

Ümidini-İnamını itirməməlisən!"

Red isə deyir ki, "Lələ, burada ümid öldürücü silah kimidi. İnsanı içdən yeyir."

Sonda Düfreyn, tfu, Ümid qalib gəlir.

Bu dəfə diqqətimi çəkən detal: Düfreynin öz kamerasında asdığı Eynşteynin şəkli oldu.

Dilini çıxararaq bütün dünyayla məzələnən Eynşteyn.

Düfreyn bu şəkli elə-belə asmamışdı qapısının üstündən.

Bununla həbsxanadakı rejimə, qaydalara dil çıxarmışdı.

Bir də xoşuma gələn fikrim bu oldu:

"Düfreyni türməyə "qadın" salmışdı. Elə türmədən çıxaran da "qadın" oldu"

Filmin 99 faizində qadın aktrisa yoxdu. Bu cür filmlərə tək-tək rast gəlmək olar indiki zamanda.

[Usta]

March 12, 2009

Vin Ni Pux

kishibala

Если бы Винни Пух жил в … , то его бы звали как …

 

Англия - сэр Винсент Пуух

 

Армения - Виник Пуханян

 

Азербайджан √ Винбала Пухлу

 

Бельгия - Виннил де Пухильде

 

Бразилия - Лиуш Назарио Соуса Лима Франсиско Винниуш Пухинья де ля Санта Мария

 

Германия - Хер Вильгельм фон Пухен

 

Голландия - Винсент ван Пухкелен

 

Грузия - Виначар Пухашвили

 

Дания - Винни Пухсен

 

Израиль - Виннихак Пухберг

 

Индонезия - Виннилар Пухарто

 

Индия - Виннира Пуханди

 

Ирак - Виннидам Пухеин

 

Иран - Винниех Пухейни

 

Ирландия - Винни О’Пух

 

Италия - Винсенте дель Пухини

 

Испания - дон Виннио Пухалес

 

Камерун - Кхвини Мбпух

 

Китай - Вин Ни Пух

 

Ливан - Виннин Пухнан

 

Нигерия - Виннибу Пухегбени

 

Норвегия - Виняер Гуннар Пухяер

 

Россия - Винни Владимирович Пухин

 

 

 

March 2, 2009

DOMİNO DAŞLARI

 

dom i  no 

Oyun daşı kimiyik,

Bizi həsrət ayırıb.

Biz bir qoşa kimiyik,

Arada xətt ayırıb.

 

Gəl birləsək bir dəfə,

Bu xəttə yağı olaq.

Sən də keç bu tərəfə,

Ikinin ağı olaq.

 

Yandı bağrım gəl daha,

Gəl qovuşaq, evlənək.

Sonra çıxaq sabaha,

Üçün ağına dönək.

 

Gəl bu dərdi uçuraq,

Sevinc göz yaşlarıyla.

Yuva quraq, ev quraq,

Domino daşlarıyla…

Elvin K.

February 17, 2009

inqilab

ŞƏKİL!ŞƏKİL!ŞƏKİL!TFu!

<!– /* Style Definitions */ p.MsoNormal, li.MsoNormal, div.MsoNormal {mso-style-parent:""; margin:0in; margin-bottom:.0001pt; mso-pagination:widow-orphan; font-size:12.0pt; font-family:"Times New Roman"; mso-fareast-font-family:"Times New Roman";} @page Section1 {size:8.5in 11.0in; margin:1.0in 1.25in 1.0in 1.25in; mso-header-margin:.5in; mso-footer-margin:.5in; mso-paper-source:0;} div.Section1 {page:Section1;} –>

3 həftə ərzində 3 kitab oxumuşam.

- Beqbeder “Lyubov jivet 3 qoda”

- Palanik “Utselevshiy”

- Baqirov “Qastarbayter”

 

2 filmə baxmışam:

- “Issız Adam”

- “Kutsal …” arxası yadımdan çıxıb.

 

Xeyli şey düşünmüşəm, xeyli məqsədlər qoymuşam beynimin içinə.

 

Məgər bu inqilab deyil?

Sənnənəm, məgər bu inqilab deyil?

 

[Usta]

 

February 13, 2009

Kendirbaz

 kendirr

 

Mahir kendirbazin en son tryuku ozunu kendirden asmaq oldu.

El calmadi kimse. Tamasaciz idi bu gun.

“Aydaa buna bax e”-deyen de olmadi heyecanli sesi ile.

Usaginin gozunu ter iylenen ovcu ile orten de.

Boyuk zalin coxsayli projektorlari da tek ona teref zillenmedi.

Elece yariqaranliqda asdi ozunu “corek agacindan”.

Yox, mektub filan da yazmamisdi sevdiyi, incitdiyi ve ya terefinden incidildiyi shexse.

Tek idi. Sonda da tek qalmaq istedi uzun illerin kohne dostu ile.

Ozunu ele dostunun elleri ile bogdu getdi.

“Bax, ha kendirini qiraram”-deyirdiler onu hedelemek isteyende isyoldaslari.

Shirlerden de qorxmadi, fillerden de, sicanlardan da. Dehset kisi idi rehmetlik.

“Ay seni xatakar, adam da bele iş tutar?-demisdi anasi onun kendirbaz olmaq istediyini oyrenende.

- Kimin balkonuna sefere cixmaq isteyirsen, he?”

Bu xatire indi zalda oz-ozune havadan asili qalmisdi onunla birlikde.

Ondan olsa ele havada da basdirilmaq isterdi. Omru boyu havada qalmisdi.

Havada dogulmaq (Moskva-Baki havareysinde dogulmusdu),

havada yasamaq (kendirbaz oldugunu demisdim yuxarida?), havada olmek.

Qismete bax ha.

 

[Usta]

 

February 12, 2009

HemoITLER

 Belə şeylərə görə adam tarixdə qalmaq istəmir e, yoxsa nə var ki? :) [Usta]

itler 

February 11, 2009

iGod

ahaa

Dinlerin qarşıdurması

 

 :)

BUŞOBAMA

 

bahbahbah_behbehbeh 

reklamlar

 

boyuyequlaqasmayan 

January 29, 2009

Dünən

Dünən öldüm..
Öldürdüm dünən özümü.

Tüpürdüm dünən.
Mənliyimə tüpürdüm.
Ürəyimi axtardım dünən,
Cəsarətimi axtardım …

İnsanlığımı axtardım
heç olmasa
hisslərimi qaytarım deyə..

Sevmək istədim
Sillə yedim, təpikləndim,
Tüpürüldüm,
Qovuldum,
Söyüldüm dünən..
Özüm qəbul etmədi özümü.

Qürurmuş səbəbi.
Aldanmaqmış bəhanəsi.
Yenə yıxılmaq qorxusuymuş.

Mən də tüpürdüm özümə
“ Qorxaqsan!
İkiüzlüsən!
Alçaqsan – dedim -
sən də hisslərini aldatmadın?
Neçə qürur tapdaladın bəs? ”

Səsini kəs!
Otur yerində dedi özüm özümə.
Dözə bilmədim.
Atdım özümü.

Öldürdüm..
Dünən öldüm.

[az-ya]

January 28, 2009

Xeyli Keçmiş

Keçmişimizdən xeyli keçmiş,
Ümidlərimizin istifadə müddəti bitmiş,
Gələcəyimiz konservləşdirilmiş…

Təbriklər!
 
Həyat saatımızda ilişmiş,
Hisslərimiz havadan asılı qalmış,
Həqiqət dəm qazından boğulmuş…

Təbriklər!
 

Üzümə bax,
Sözümə bax,
Gözümə bax, Kor!
Üzümə bax,
Sözümə bax,
Gözümə bax, Kor!
 
İnsalıq palçığa bulaşıb,
İnsalıq palçığa bulaşıb,
İnsalıq palçığa bulaşıb,
Şalvarımızdadı insanlığımız.

 

[Usta]

January 10, 2009

Holms Bar

Bir az martini.. yox, yox kokteyl olsun!
Nə var e bunda ? Mən içib sərxoş ola bilmərəm ?
Siqaretimi də yandıracam, bir barda oturacam.
Ora gələnləri tamaşa edəcəm.
Bütün günü deyingən şefindən qaçıb evə getmək istəməyən işçilər,
Küncə çəkilib ahəngdar və həzin musiqidə ən gözəl fantaziyasını işə salan təsadüfi iş adamı,
Bir qız, orta yaşlı kişi, cavanlığından ayrılmaq istəməyən qoca, bir də futbol şərfi taxan oğlan.
Bir az boşluq var burda. Heç kim heç kimə qarışmır. Hər kəs öz dünyasında…
Necə də gözəldi deyil mi ?
İçəcəm.. Gedəcəm o lənətə gəlmiş Avropaya.. Mançestr`də düşəcəm..
Calm Street`dəki o Holms Bar`a girəcəm..
Bir viski sifariş edəcəm amma.
Siqaretimi də yandırıb, oturacam…
Qarışmıyın mənə!
Fantaziyalarımla işiniz olmasın!

[az-ya]

January 2, 2009

Sonu gizli şeir

Bəzən təkliyə Bəzən hamınıza, Bəzən sözlərə Bəzən getməyinizə ehtiyacım var. Bəzən rədd olmaq, Sizi özümdən xilas etmək, Bəzən sizin dalınızdan Təpik vurmaq Istəyi var içimdə. Etiraf etməliyəm- Bəzən bəzilərinizin Üzünü tüpürməyim də gəlir, Öldürməyim də. Yox, sizin günahınız yoxdur, ey ali zatlar. Sadəcə mən əsəbiyəm o an. Bəzən insan olduğuma hirslənirəm Bəzən isə ümumiyyətlə olduğuma əsəbləşirəm. Bəzən kitablardan, bəzən kitabxanalara qaçıram. Budur, Siz də ordasınız. Ya kitabda, ya kitabxanada. Ya dayanacaqda, ya avtobusda. Marsda da, toyda da, yasda da, basabasda da. Hər yerdə siz varsınız. Məni izləyirsiz. Niyə? Kimin sifarişilə? Rəngarəngdi dünya. Qırmızılar, Mavilər, Yaşıllar, Çəhrayılar, Qaralar, Sarılar, Ağlar, Ağ-qaralar… Və siz. Bütün rənglərdə siz varsınız. Axı necə bacarırsız bunu??? Məni bezdirdiniz. Gözlərinizi çəkmirsiniz hərflərimdən. Oxumayın məni. Bitəcəm sizin üzünüzdən erkən. Gizlədirəm sonumu! [Usta]

December 30, 2008

Gəlir haaa!

 

cek!l 

December 22, 2008

Bidətin şırnaqları

 

Səmalarım, səndə itdi o arzularım,
Seyr edirəm, sevgilin, o buludlarım.
Son həyatın yarığı,
Son mərtəbəmin işığı,
Son sahilin səssiz qırağı,
Son, son, son…
Bəlkə də bu başlanğıcda yeni bir don…

Radiom pıçıldıyır öz mənalı həyatından,
Danışmıram ona mən, uzaqlarda tükənən ruhumdan.
Əl-ələ vermiş səhvlər yedi-bitirdi səbrimi, ağacdələn tək,
Əbəs əzablar yararsızdır, qovuşa bilməyən qütblər tək.
Simfoniyamdakı notlar pozulub,
Bunu eşidincə qaranlıq işığa fəryad edərdi,
Nəfəsdə dayanıb sakitcə tamaşa edərdi.
Nə məna dəlisiyəm, nə məntiq,
Nə ucuz yalan, nə boş təsdiq.
“Sənə olan eşqimi sənə də alçaltmaram,
Bu dünyanı qoyub, o birisini qurmaram”
“Həyat dənizdirsə,
Gəmini itirmisənsə,
Qorxma boğulmayacaqsan,
Çox istəsən sahili də tapacaqsan.”
Stop buzz of deyərdim bu şablonlara,
Əyri baxışlara,
Pas atmış naxışlara.
Zavallı jestlər əşya gözümdə,
İstefa verdim buna çoxdan sözümdə.
Vüsal körpümün ikinci dayağı harda?
Quşların uçaraq içində apardığı yazın anında.
Soruşdum divarlardan,
Yanımda yatan sükutdan,
Niyə şirin gəldi işıqlı yalan, qaranlıq həqiqətdən?
Cavab gəldi, yalan özü zəhərlənib həqiqətin zəhərindən.
Sonra mənə öyrətdilər:
Həyat qısadır 90 illəri ilə,
Həyat ucadır ayaqlarındaki yaltaqları ilə.
Gözümü qırpmadan söz verdm:
Mən bir gün cinayətkar olacam,
Keçmişimnən oğurluyub bir parça, gələcəyimə bağışlayacam.
Hələlik isə bu mənə bəsdir,
Onsuzda hər atdım doğruluqdan doğaraq tərsdir.
Heç üzülməyəcəm günəşim,
Qalacam ayla tet-a-tet,
Sən geriyə baxmamış get.
Gedişinnən mənə bir hədiyyə,
Yoxluğun olar, dönmə geriyə…
Sənsizliyimi dəyişmərəm heç bir brassokotelleyaya.

Səmalarım, səndə itdi o arzularım,
Seyr edirəm, sevgilin, o buludlarım.
Son həyatın yarığı,
Son mərtəbəmin işığı,
Son sahilin səssiz qırağı,
Son, son, son…
Bəlkə də bu başlanğıcda yeni bir don…

Kainatda kapsula yetməz, doldursam içinə nifrətimi,
Ağ kəfən də yetməz, basdırsam əks fikirlərimi.
Bu sondur, uzun bir yoldur.
Çox olacaq maniyələr, mükəmməl dahilər.
Bənzərsiz səhvlər, mənə də qalacaq hüsünlü qələbələr.
Bezdirdi səni dediklərim?
Laqeydsən, maraqsız sətirlərim?
Gəl qatım trackıma biraz şitdiy,
Gəl ləkəli edim onu tüpürcəklə,
Müvəqqəti sinql edim onu, bəhs edim onlardan.
Başlıyım,
Fitnəkar əcdadlarımızdan,
Sevimli müğənnilərdən,
Pak qızlardan,
Nöqsansız oğlanlardan
Kalçuk üzlərdən,
Vüqarlı yalançılardan,
Sonsuz rütbələrdən,
Rəsmi səfərlərdən,
Səviyyəli canilərdən,
Naməlum ölüm səbəblərindən,
Təslim olan şərlənənlərdən,
Dünyadan köçən ümüdlərdən,
Humanist düşüncələrdən,
Ateist mövqelərdən,
Solmayan şan –şöhrətdən,
Peşəkar gülünclərdən,
Özümüzü qalxanlarla aldatdığımızdan,
Məhv edilmiş protestlərdən,
Fəth edilməmiş ərazilərdən,
Dirilik suyu içən zülmətdən,
Ən sonda bitirim,
Beynimi ürəyimnən gizlədən qıfıllarla.

*****

Nağllları sevirsiz?
Hə, məndə sevirdim, indi isə onlara inanan o saf uşaqlığımı sevirəm sadəcə.
Bu nağılı eşitmisiz heç?

“Biri var idi, bir yox qədim şəhərlərin birində Həsən adlı bir şah var idi. 30 illik hakimiyyəti dövründə çoxlu günahsız insanlar edam etdirib. Bir gün onun yanına dərviş gəlir. 57 yaşlı Həsən dərvişə deyir:
-Mənə xeyir-dua ver.
Dərviş deyir:
-Ya allah, Həsən şahı tez öldür.
Şah qəzəblənir. Dərviş onu sakitləşdirir və izah edir:
-Ey şah, tez ölməyin sənə də, xalqa da xeyirdi.
-Niyə?
-Ona görə ki, tez ölsən, günahın çox olmaz. O dünyada da az cəza alarsan. Xalqada xeyirdiki, səndən canını tez qutarar.
Allah dərvişin arzusunu eşidir, Həsən şah 57 yaşinda dünyadan köçür.”

Həə..Bəlkə elə məndə pis insanam?
Pislərə nifrət edirəmsə məndə onlar üçün pisəm.
Onlara nifrət etdikcə, elə bu şah kimi özümü tükəndirirəm, onları da nifrətimlə bezdirirəm. Mənim varlığım heç bir tərəfə üstünlük gətirmir.
Elə isə mənim də bir dərvişin xeyir-duasına ehtiyacım var…

 

NYLANE 

Tayyip olsaydı

tayp

December 5, 2008

yeni nağıl - yaxında!

paramparca 

"İçini boşalda bilməyən insanın nağılı"nı oxumusuz?

Axmaq sualdı, əlbəttə oxumamısız, yazmamışam axı hələ.

Yazacam amma. Söz.

Baş rolda özüməm. Mən elə sənəm də axı.

Sən də elə mənsən axı. Deməli, baş rolda Sənsən.

Çox uzun olmayacaq, çox qısa da.

Mövzu banaldı deyə (dünya əhalisinin yarısından çox içini boşalda bilmir) çalışacam yazı dili bir az orijinal olsun.

Başqa çox fəndlər işlədəcəm, əşşi, super olacaq. İçimi boşaldacam. Sayəmdə sənin də için boşalacaq.

Super olacaq. Bəlkə bir də oxudun təzdən.

Maraqlı edəcəm nağılı.

Bir az erotika duzu da səpəcəm üstünə. Kapitalizmin üzü qara olsun, satışa çıxardım bəlkə nağılı :)

Satışda ki, erotikasız olmaz.

Aa, tapdım. "Erotik nağıl". Sən öl, bundan yaxşı ad olmaz. Vsyo. Satacam nağılımı.

Lexus hazırdı!

Bir az hapa-gopa basacam. Oxunaqlı olsun. Hamı belə şeylər gözləyir axı.

Şampan, qızlar, dondurmalar, qızğın gecələr və s. 

Oldu bu iş!!!

İçimi başqa bir nağılda boşaldaram da.

[Usta]

November 28, 2008

CoolDesign

http://www.cooldesignideasblog.net/

BOUNTY-ni reklam elemek istemesem, ESL CENNET HEZZİ yazardim, amma…

November 16, 2008

Azadlıq-İnsan-Yazı

(Burada sizin şəxsiyyət vəsiqənizdəki şəkliniz olmalı idi)

Hər şey qəfil oldu.

Bir gün ona elə gəldi ki, kimsə həyatımnı idarə edir və əslində onun ağızdolusu danışdığı, yaşadığı, nəfəs aldığı azadlıq məhdudmuş.

Öz azadlığını saf-çürük etməyə girişdi.

Azadlığı ilə Azadlıq arasında bir sərhəd olduğunu gördü.

Azadlığı Azad deyilmiş.

Ona tam azadlıq lazım idi. Bəh-bəh-bəh.

Axtarmağa başladı hər yerdə, hər şeydə.

Milyon məşğuliyyət, milyon cərəyana, milyon macəraya, milyon “azad” insana qoşuldu.

Sonda hamısını bir kənara atdı. Məyus oldu.

Azadlığı ilə nə edəcəyini bilmirdi.

Azadlığının məqsəd olması onu qorxutdu.

O, öz azadlığını daha böyük bir nəsnə üçün vasitə etmək istəyirdi.

Amma nəyə? Nəyə? Nəyə?

Buna cavab tapa bilmirdi.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Ətrafındakılarda da bir azadlıq xəstəliyi vardı. Hamısı “Azadlıq” adlı havadan udur, “Azadlıq” siqaretləri çəkir, “Azadlıq” tualet kağızlarından istifadə edir, “Azadlıq” dinləyir, “Azadlıq” oxuyurdu. O da onlarla birgə. Amma onlar azad deyildi.

O, bunu anlayırdı. Bi neçə dəfə bunu onlara anlatmağa çalışdı. Alınmadı.

İnsanlar ya azad sanırdı özünü, ya da azad sanmaq üçün nümayişlərə çıxırdı.

“Artıq onlar da etiraz etmək üçün proqramlaşdırılıblar. Etirazı, üsyanı məqsəd olaraq qəbul edirlər.” - deyə düşünürdü.

Məqsədlərin içi boşaldılmışdı. O, bunu ilk anlayan insan ola bilməzdi.

Axtarmağa başladı həmfikirlərini.

Hər yerdə yazdı.

Forumlarda, küçələrdə, fanzin, vebzin, sms və s. hər şeydən istifadə edərək yazdı.

Çatdırmağa çalışdı fikirlərini yaza-yaza…  və bir gün insanları oyatmağa proqramlaşdırılmış biri kimi hiss etdi özünü

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Azad olsa həyatında nə dəyişəcək?-deyə düşündü.

Bu sual dəli elədi onu…

O qədər yazdı ki, özünü insan yox, yazı kimi hiss etməyə başladı.

İnsan və yazı. Nə fərqi var ki?

Birinin saatları, günləri, illəri o birinin hərfləri, cümlələri, paraqrafları məhdud.

Hər ikisi yaradılıb. Hər ikisi xeyir ya da şər ola bilər.

Amma yazının üstünlüyü də var insandan.

Yazı əbədidi, yazı aldanmır, yazı zamandan asılı deyil.

Yazıya pozu yoxdu.

Bir gün ona elə gəldi ki, o tam azadlığa qovuşub…

[Usta]

November 8, 2008

Sagopa Kajmer

 sagodervish 

"Ben Hüsrana Komşuyum"

Benim sermayem çift el (+) çift göz , karamsardan varan harbi doğru söz, acılarımsa köz ah benim bu sisli yollarım, vay benim körpe ellerim , kara saçlı başım ,dara düştü yarım .Bazen bıktım ,aslen yıkıldım ve daldım derinlere sığdan yıldım ,be toplasan 30 şirin yıldım , sabreden dervişin muradaına vardım.Bitmez kaderin uzun yolu , gidilemez tek binekle , içine sinmiş korkak çocuk ileri doğru itekle , burada beklemekle sanma kalıcısı ya pekte bak kaç milyar insanın yaşam bayrağı direkte!… Bu ses benim dinle!…dinle!..dinle!…

Nakarat

Denedim olmadı , çabalarımın sonu nihayete varamadı ben hüsrana komşuyum, yolları gözler meczubum uykum kaçtı, iflasın eşiğine battı, bu suçsuz gözlerime hesabım ağırdır, vardır şerrim de velâkin kalanım hayırdır.

Bilmelisin yolunu bulman çok basit ve bedava, yapmamalısın bunu dava, sana dostum diyenler var ya alayı hava en sert tekerlekler bile bir gün mutlak kaçırır hava, gel yanaş!.. yaşın kaç? hmmm yolun azını gitmişsin tecrübe demek kalpte kalan izdir yanılma, çok bildimlik yaparsan çok düşmüşlük yaparsın, yok derdimlik yaparsan dert görünce saparsın, elindeki ölümlü:para,ev,mülk,tâ ki vücut. Rabb cömertiğinde asla koymamıştır hudut, can yakmak pahasına mı icad oldu barut? Ben gülüp selam ederken simâları nemrut. Ben bu uğurda çok yoruldum olsa zor da içim rahat, ruhum buruk, yüzüm sanık, görsen hor da durum ortamızda, her şey açık meydanda, kaç kişi felci tatı iyi ve kötü arası cereyanında?

November 6, 2008

Vinni Puxlu söhbət

İçinizi aşsüzəndən keçirmək istəyi olub sizdə?

Boşaltmaq hər şeyi aşsüzənə… Qoy, saf olanlar keçsin deşiklərdən, çirkinliklər qalsın aşsüzəndə.

Yox? Ya da qusmaq içindəki pislikləri ağ kağıza və oturub baxmaq alınan mənzərəyə.

Qapıları bağlamaq və pişiklə qucaqlaşıb yatmaq peçin qırağında.

Pişik canına çəksin bütün irgəncliklərini. Sonra pişiyi də qovasan küçəyə.

Vaxtım yoxdu yaxşılıq yaratmağa.

Vinni Puxa baxdım o gün. Necə də darıxmışammışam cizgi filmlərinin bir az saf, bir az axmaq qəhrəmanları üçün.

"Gecikməyə də gecikmişəm"-bu Vinninin sözüdü. Bir də "Mən oxumağı bacarıram, sadəcə görə bilmirəm"

Sadə və dahiyanə sözlərdi.

Siz Vinnini sevirsiz?

Görəsən, Vinni depressiya, inflyasiya, manipulyasiya, evakuasiya haqda xəbərdardı?

Sizin içinizdən küləyə qarşı tüpürmək və sonra öz tüpürcəyinizdən gizlənmək istəyi olub?

Sizin ümumiyyətlə qəribə nə istəyiniz olub ki?

Ətrafınızdakı pisliklərə necə baxırsız? Siz də onlardan birisiz yoxsa? 

Afərin, mən sizinlə qürur duyuram. Əslində mən yaxşı adamam, sadəcə ətrafımdakılar məndən daha yaxşıdı deyə pis görsənirəm.

[Usta]

 

November 5, 2008

Woman ft. Smoking

Əynində diqqət çəkici rəngdə don,
bir əlində çətir, bir əlində siqaret,
dik daban ayaqqabılar,
və böyük çantayla
özündənrazı addımlar.
+ yağış

Qadın obrazını bu auradan başqa
heç nə bu qədər gözəl izah edə bilməz..

Kopolunun pulu

"Bapbalaca boyu var, dam dolusu toyu var." Açması: pul

 

 yasillarpartiyasi

Obban alə burdan

kisidi bu 

Bu gün onun günüdü.

Bütün Amerikanı (oxu: dünyanı) dəyişiklik, ümid və s. bu kimi zadlarla aldada bildi. Amma məni aldada bilməzsən, Qara.

Görək, bunun axırı necə olacaq? Amerikanın gələcəyi qaranlıqdı mənimçün :)

[Usta]

October 27, 2008

NONSENS

Məni bağışlayın..

Özüm özümü bağışlaya bilmirəm çünki..

Buralara çox yad hiss edirəm..

Atamı anamı belə sevə bilmirəm artıq.

***

Nifrət dolub içimə.

Heç sevgili də istəmirəm.

Onsuz hamısı başı boş qızlardı.

***

Eqo düşkünüyəm. Sizinlə oxşar cəhətim təkcə budu.

Başıbağlı, balağı kəsiklərin dininə də inanmım qalmayıb.

Şeytanla müqavilə imzalamışam sanki.

***

Söyürəm hər gün.

Bu yazını oxuyanlardan tutmuş əlifbadan xəbəri olmayanlara qədər.

Özümü isə daha çox söyürəm.

***

Allahdan yeni tale istəyirəm.

Güzgüdə alnıma baxdım bəyənmədim ordakı yazını.

***

Gülürəm hər gün.

Problemlərdən, sui-qəsddən danışan 15 yaşlı uşaqlara.

3 günlük aclıqdan sonra tarakan yeyən yetimçələrə də.

Bizə gülürəm.

Sizə gülürəm.

Onlara gülmək istəyəndə ağlayıram.

***

Şizofrenik fikirlərimi işə salıram:

Güzgü, mən və ülgüç.

Saqqalımı yox kapilyarlarımı ayırmaq istəyirəm bədəndən.

***

Bu gün nəşənin də dadına baxdım,

Çox fərqlənmir siqaretdən.

Niyəsə beynim dumanlanır.

Ola bilər dünənki içkidən?

***

Mənim qara dostum gileylənir öz dərisindən.

Gəl götür mənimkini.

Nə fərqi var ay axmaq dəyişməyəcəksənsə içindən?

***

Bacısı fahişə küçə uşaqları,

Özünə qlamur deyən qızın silikon dodaqları,

Sunidi gülüşü həm tatulu qaşları.

Hiphop, oldskul, nyuskul,

Tupakın vayt niqqa cocuqları,

Emo, qotika, rokerlər

Azrepperlər!

Yox bir, az-skinhed, az-baykerlər!

Anarxistlər, mazaxistlər, pedofillər!

“Deputa madre stuff”ın

T-shirtdəki çegevaraları,

Bakının təzə komunist avaraları,

Masturbativ hərəkətlərdi hamısı:

Hərəkatları, cərəyanları,

 “Alma”ları, “Dalğa”ları..

***

Soruşursan hamıya nifrət hissi hardandı məndə?

Bil, yeyib ürəyimi qəlbimin qara qarğaları..

Bəs sən danış bu qədər düşkünlük qızlara hardandı səndə?

Satarsan bir gecəsinə qardaşını öpsə səni küçə xalaşkaları..

İçimdəki nifrəti töksəm bu şəhərə dayanmaz zəhər şkalaları..

Ona görə sus, danışma, əbsəm ol, kəs səsini!

Münasibətsizliliyini mükəlləfiyətə çevirdi Bakının ağ-qara kvartalları.

İndi də sarsaqlaşmış, sərsəmləşmiş insanlar üfünət iyi hopdurur beyinlərə..

***

EPİLOQ ƏVƏZİ

- Bəsdir az-ya, sus artıq..

- Bilirsən uşaqlıqda polis olmaq istəyirdim …

- Ha-ha! Ona görə indi bölmədəsən?

- … amma ona görə yox ki, polis olmaq yaxşıdır …

- Mən də kosmonavt olmaq istəmişəm. Sus də!.

- … sadəcə polislərə tapanca gəzdirməyə icazə verirlər…

- Yaxşı də, yaxşı. Sus, qoy rahat işimizi görək!

- … deyirdim ki, tapanca olsa istəmədiklərimi öldürərdim.

- Ha-ha-ha? Öldürərdin? Ha-ha! Kimi öldürərdin?

- Bu dəqiqə səni.

- Niyə məni ay axmaq?

- Çünki indi ən çox özümə nifrət edirəm…

[az-ya]

October 21, 2008

Şizofreniyaya 30 saniyə

 şizofreeeeen!

"Xəstə" sakitcə otağa daxil olur, əyləşir və tələsmədən həkim ilə söhbətə başlayır:
-Düşünmüsən ki, niyə külək kobudcasına məzələnir ağacların incə budaqları ilə? Bəlkə, oynayır onlarla, sevir, gizlədir qəlbinin qaranlıq künclərində. Deməli,o yazıqdır, o acizdir sevginin qarşlsında, onu qınamayın.
Üstündə min bir səs-küylü hadisələr baş verən asfalt. Qoy qulağını üzərinə, nəfəsini saxla. Eşidirsən? Qışqırır torpaq altdan : "boğuluram, xilas edin!"
Yönləndir gözlərini o ucsuz bucaqsız səmalara. Hə, yağış yağır, sevirsən yağışı, sevinirsən, gülümsəyirsən. Amma dayan! Heç düşünmüsən ki, mələklər axmaqlıqlarımızla mübarizədən bezib, qalxıb göylərə, tüpürürlər üstümüzə?
Dəniz…Mavi dəniz…Gözəl çırpınır… Dalğaları qışqırır, duyğuları yerə göyə sığmır. Hələ o səs… O, sahilnən bir birini sevir sanki. O sənidə sevir sanki. Bəlkə bağırır qulaqlara batmayan səslə, əlləri(dalğaları) ilə itəliyir, çırpır özünü qayalara "əl çəkin mənnən, yığışdırın gəmilərinizi, bəsdir çapdız məni, bəsdir sorduz qanımı(neft).
Zəlzələ, dəhşətli zəlzələ. Niyə olur bu hadisə? Ata ve oğul misalı götürək. "Ata oğlunu çox istiyir. Balaca oğul səhv hərəkətlər edəndə, atası onu bağışlaya bilir. Amma bəzən onun səbr kasası dolur. Və hərdən bərk şillə vurur oğluna." Buda bizə şillədir, özümüzə gələk deyə.
Çaylar. Onlar həmişə qaçırlar və ümidləri var. Niyə? Çünki mundarlıqları, yalanları, xəyanətləri, ikiüzlüləri, paxıllıqları və s. görüb baş alıb qaçırlar. Və heç vaxt dayanmırlar, elə bil "təmiz" yer axtarırlar, məhs buna görə də ümidləri var.
İnsanlar çox sırtıqdılar. Doktor, bilirsiz niyə? Günəş batdı, hava qaraldı, insanlar elektrik cihazlar kəşv etdi. Göl quruyur, süni kanallar yaradılır
ağaclar boy atır, insanlar onları məhv edir. Ağaclar havanı təmizliyir, insanların mənasız fabrik və zavodları kirləyir. İnsanlar vəfat edir, o birisilər klon yaratmaq həvəsinə düşürlər.
Doktor, insanlar çox ağılsızdılar. Bilirsiz niyə? Çünki bir birini başa düşməmək üçün, cür bə cür dillərə müraciət edirlər. İllərin zəhmətini iki saniyədə cırıla bilən kağıza satırlar. Rüşvət verirlər ki, bilik almasınlar. Özlərini sığortalıyırlar. Sonda onlara qalan qəbir pulu olur. Təhsil alır, sonda parkda yatan sərxoşa dönür. İntihara qalxışır. "ay aman yaşaya bilmir onsuz, ürəyi dözmür" Yox, sadəcə güya elə cəsarətlidir ki, ozünü özünə göstərir. Yaşamaq ölümə doğru addımlardır. Bir çoxunun arzusu rahat yaşamaqdır. Bəlkə deyək rahat ölmək muradı ilə yaşayırlar.
Fikir vermisiz, artıq yalana ehtiyac olmayan bir yerdə istifadə olunur. Bilirsiz niyə? Çünki qanları zəhərlənib. Onlar yalanın əsirləridilər.
Eşitmisiz ildırım çaxanda? O, dəhşətli səs. Düşünmüsüz ki, bu şeytanın əzəmətli gülüşüdür. Nİyə? Hərdən, o, qələbələrini qeyd edəndə özünü saxlaya bilmir.Bir dəqiqə , doktor, siz heç düşünmüsüz ki, axı niyə və nə üçün yaşayırsız?

Doktorun üzündə mənasız bir mimika yaranır və o üz-gözünü turşudaraq söyləyir:
-Ehh xəstə. Bütün bu söylədiklərindən elə qənaətə gəldim ki, hələdə sağalmamısan…Heyif… Uşaqlar gəlin, aparın onu öz otağına… Bəs sənin son sözün?
Beş saniyə sükutdan sonra, "xəstə" söyləyir :

- Biz heç vaxt yaşamamışıq, biz sadəcə yaşamağa ümid edirik!

[НИЛ’ЭЙН]

October 9, 2008

Təmizlənmə

Yandır oxuduqlarını, yazdıqlarını,

Sındır qanadlarını,

Qır lələklərini,

Tüpür, gül arzularına.

Sənə öyrədilənlərlə sil burnunu,

Ayaqla keçmişini-

Xilas ol artıq.

Xilas ol artıq yükdən,

Boşalt belindəkilərini kitablara

Beynindəkilərini dəftərlərə.

Özün yazmalısan dost,

Yalandı yazdıqları.

Özün etməlisən,

Fanidir etdikləri.

 

Yolunda qarşına çıxanların əm qanını boyunlarından

Qəm al içinə.

Sənə qəm lazım dünyanı sevindirməkçün.

Sənə lazım olanı al, qalanı təfərrüatdır.

Kilidlə qəbrini, buraxma ruhlarını da yanına.

Mübarəkdi ölümün.

 

[Usta]

Nifrət

. 

Onsuzdan hər şeydən qopduğum, aralandığım anda, məni məndən aralayan insanlar var.
İçimi özümdən qoparanlar. Tək olmaq istəyirəm. Nə sizin dostluğunuza, nə sevginizə, nə hörmətinizə, nə pulunuza ehtiyacım var! Rahat buraxın məni!..
Nifrət edirəm hamınıza.. Özümə də..

az-ya

a f f e t b e n i m i c k e y r o u r k e

iskenderin buynuzu var, buynuzu 

bir aşk kuyusu var içimde

kaç çocuk düştü de boğuldu

çıkamadı bir türlü..

İki kişilik siyasi parti kurma düşlerimin yıkıldığı gece oturup bütün resimlerimi yırttım. Benimle birlikte birçok insanın da görüntüsü bir yerlerinden ayrıldı. O küçük kâğıt parçalarını götürüp çöpe attım. Kiminin yüzüne salça bulaştı, kiminin yüzünde çay. Bir tanesinin gözlerinin üstünde, spermlerimi silip attığım tuvalet kâğıdından geçen menim duruyordu. Onların gülen ağızlarında belki yarım bir söz duruyordu. Onların o gülen ağızlarında belki tılsımlı bir fransız şarkısı duruyordu. Dinleyemezdim onları artık. Dönüp geri kalan resimleri de yırttım. Ayırdıklarım da oldu. Uzaklara baktığım, birlikte baktığımız fotoğrafları ayırdım nedensiz. Onları okşamak geldi içimden. Onları kapıcının oğluna verdim. Ve verirken sordum, ne görüyorsun, diye: -Tutsaklık! dedi.

Evet, iğrenç bir kafesti karşı karşıya birşeyleri beklediğimiz. Ruhumuzu şeytana satmak için sıraya girmiştik. Çok yönlü bir bırakılışın, yakışıklı ‘hah, işte bu’sunu yaşıyordum. Mickey Rourke beni affetmeyecekti. O denli acı çekmiştim ki aşktan, artık yüzbaşıydım. Baudelaire’den bu yana ne değişebilmişti ki?! O insanların resimleri bana ne kazandırırdı?! Birlikte bir el monopol bile oynayamamıştık. Hız yapamamıştık. Odamda, küçük erkek kardeşim böcek Archie, kedim, kitaplarım, daktilom ve Lou Reed ile mutlu taklidi yapabiliyordum. Gelen mektuplar, telefonlar, arkadaşlar, şizofreni, krizler neyi, ne kadar karşılayabilirdi?! Bir piyes adı: Ama Niye Ben.

Kim bilir, bir takım evlerde de benim de içinde olduğum resimler yok ediliyordu o anda. ‘Kimdi bu adam?’, sorusunu takiben yırtılıyordum çarçabuk. Albümler yeni tanışılan insanlarla çektirilmiş fotoğraflar için çarçabuk boşaltılıyordu. Herkes birilerini birilerinden habersiz manen idam ediyordu. Buruşturuluyorduk. Biz zaten birbirimizi bir vakit sonra buruşturmak adına tanışmış, tanıştırılmıştık. Biz zaten birbirimizi bir vakit sonra harcamak adına yanyana gelmiş, getirilmiştik. Kıyım sürecek. Düşlerimin yıkıldığı gece oturup bütün resimleri yeniden yapıştırmayı denedim. Her resimde hep bir parça eksik çıktı.

Küçük İskender

October 6, 2008

KreaTiv

yaralibarmagaishemedi 

Kreativ!!!

 

Tüstü yaradıcılığı

Ətraflı

mənə tüstü verin 

September 16, 2008

GRAFFITY-gözləriniz sevinsin!

zombi 

BAXIN, BAXIN, BAXIN!
BAXIN, BAXIN, BAXIN!
BAXIN, BAXIN, BAXIN!
BAXIN, BAXIN, BAXIN!
BAXIN, BAXIN, BAXIN!
BAXIN, BAXIN, BAXIN!
BAXIN, BAXIN, BAXIN!

September 4, 2008

Yarımçıq Köşə Yazısı

 son

 

Biz yarımçıq insanlarıq. Hər şeyimiz yarımçıqdı. Ustadımız da, şagirdimiz də, əfəlimiz də, ağıllımız da, sevincimiz də, yasımız da, qələbəmiz də, məğlubiyyətimiz də, müharibəmiz də.

Biz Azərbaycan Yarımçıq Respublikasının vətəndaşlarıyıq.

Demokratiyamız da yarımçıqdı, demosumuz da, kratiyamız da.

Bizim alın yazımıza yazılıb bu yarımçıqlıq… və ya bizim alın yazımız da yarımçıqdı yazmalıydım? Biz sonu görməyəcəyik, bizə bütövlük qismət olmayıb, çünki qərarlarımız da, onların tətbiqi də yarımçıqdı. Bizim ən bütöv əsərlərimiz də bu xəstəlikdən qurtulmayıb, ən böyük yazarlarımız da. Nə Cavidi, nə Sabiri, nə İldırımı, nə Füzulisi, nə Nəsimisi, nə İsa Hüseynovu (ələlxüsus da sonuncu) bütöv ola bilməyiblər.

Gənclərimiz də yarımçıqdı. Eyni zamanda həm Çe Gevaraya, həm Eminemə rəğbət bəsləyən, həm roka, həm meyxanaya qulaq asan gəncliyin beyni yarımçıqdı, qəlbi yarımçıqdı. Bu ölkədə yollar yarımçıqdı, tıxaclar bütöv. Dərslər yarımçıqdı, rüşvət bütöv.

Xəbərlər yarımçıqdı, ölümlər bütöv…

Yarımçıqdı bu ölkədə sevgilər də, vergilər də, bilgilər də,

Yarımçıqdı bu ölkədə beyinlər də, deyimlər də, geyimlər də.

Alimlər də, alimlərə gic deyən də, ayinlər də.

Canilər də, qurbanlar da,

Oyunlar da, qoyunlar da,

tülkülər də yarımçıqdı.

Himnimizdə də bir çatışmamazlıq var sanki.

Bu yazı da yarım…

[Usta]

 

September 2, 2008

Eh, dünya, dünya…2

 ac

Ardı 

 

August 30, 2008

Eh, dünya, dünya…

Görəsən bizim polislər bunu neçə yüz il sonra bacara bilərlər?

Görün İtalyan polislər 50-ci illərdə nələr edib!!! 

August 22, 2008

ƏHLİ-MSN

msndekiler 

Demək, kalendarımdakı tarix 22.08.08. Saat 18:52.

Bekarçılıqdı. Yeriniz məlum.

MSN-də bir nəfərnən xudmani məzələnirdim. (yeriniz məlum, dubl2)

Onun əhli-MSNə verdiyi ismarışına gözüm dəydi. (dubl3)

Sonra o biri həmMSNlərimə baxdım bir-bir. Qısası, MSNimdə olan insanların hamısının ismarışının "tozunu çırpdım".

Birdən ağlıma dınq elədi ki, "Ayə, bəlkəm bunların hamısını bir yerə yığım?"

Adları yazmıram, sadəcə ismarışlar.

Xanımlar və bəylər, kəmərlərinizi bağlayın, di, getdik:

"she is always my VIP" 

"kaç dünya güzəli öldü boşa gidən orgasmlarda……..???"

"женщина хочет многого от одного мужчины, а мужчина одного от многих женщин"

"how does it feel in my arms…" 

"Sevib de susuyorsan, cok ayib!"

"Axırıncı dəfə Ananın əlindən öpüb ona olan sevgini nə vaxt demisən?"

"odnoklassniki.ru" 

"freedom and justice" 

"в моем маленьком сердце- мачты Монтевидео"

"lookin for an EOS 5D"

"Вся наша жизнь-ИГРА!"

"I was swimmin’ in the Caribbean, animals were hiding behind the rocks, except the little fish"

"MR GENTLEMENTS,THINK A LOT BEFORE SAYING EVEN A WORD,IVE NO PATIENT FOR STUPIDITY"

"Russia shows her true face! Stop aggression against Georgia! Hands off from Caucasus!"

"Loading…….."

"wörking…"

"Jazzbalayev Numizmat Bakili oqlu" 

"TƏBRİZDƏ İKİ SOYDASİMİZİ HƏBS EDİBLƏR!(((("

"Saraylarda süremem dağlarda sürdüğümü,Bin cihana değişmem şu öksüz Türklüğümü."

"tek taşla kuş katliyamı yaptırmayın bana uleyyn!!" 

"Get!!!"

"шель-мель.."

"Mine yarat"

"xalq ne qeder istemediyi sheyi deyecek?"

"03883365"

"Вот оно!.."

"uninet"

"İlhamı görməmisiz?" 

"Все мы, женщины, по сути - ангелы! …но когда нам обламывают крылья, приходится летать на метле" 

Heyf ki, bir çoxunun heç ismarışı yoxdu :(

Siz də öz MSNinizdə olanların ismarışlarını burada komment kimi yazsanız, maraqlı olardı :)

[Usta] 

August 21, 2008

Göyəzən

Bu binaya göydələn demək gülüncdü. Bu göydələndən də yüksək bir zaddı.

Ərəblər Allahın yanına qalxmaq istəyir deyəsən.

Buyurun, tanış olun, Dünyanın ən hündür binası - Burj Dubai.

 

[Usta] 

August 12, 2008

Basabas Culture

Bir gün boşluqların insanlarla qapana biləcəyini düşünməmişdim. Yanılmışam. "Allah filankəsi yer boş qalmasın deyə yaradıb" - cümləsini heç eşitmisiz? [Usta]

2  2  3 4

 

 

August 11, 2008

Öz köynəklərimiz, öz mesajlarımız! [4]

 

hellvetika

 

invisible

 

 by az-ya  

August 9, 2008

Səbəbkara həsr olunur

Hər yazılan kitabın, əsərin, şerin, sözün arxasında bir adam durur.
Onu qələmə alan yox. Söhbət aqresiyasını, eqosunun tələblərini kağıza, qələmə, klaviyaturaya tökəndən getmir. Söhbət səbəbkardan gedir. Kimisə nəyəsə təşviq edən. Bütün dahi əsərlər,
şedevrlər belə yaranır. Sitatlarla, P.S.`lərlə, şərhlərlə ya da ön sözlərlə bitir. Bəli, bəli – o əsərlər başlamamış, elə ön sözlərdə bitir. Bitir. İtmiş hər fikri bitmiş fikir – nöqtə tamamlayır.
Həyatımda nöqtə qoymaq istədiyim çox əsərlərim olub. Hələ ön sözünü yazmadığım. Hələ başlamadığım. Təşviq olunub, susduğum. İçimdə partlayan, beyin hüceyrələrimi öldürüb, saçlarımı ağardan. Depressiv, aqressiv vəziyyətə salan. İçimdə qalan…
Korlanmış arzularım kimi. Uşaqlıqdakı velosiped xəyallarım kimi. Böyüyəndə maşına çevirlməyən küt, tozlanmış arzularım. Onlar bəzən yalançı dilənçiyə bənzəyir. Əla aktyorluq eləyir içimdə. Bir yerlərimə, ürəyimə təzyiq etməyi də bacarır. Normativlərə cavab verməyən ürək kardeoqrammam kimi. Pis aktyorluq edir bəzən arzularım. Hisslərimdən istifadə edir. Məni boş otağa salıb, “replay”lə bir mahnıya saatlarla qulaq asdırır. Bezdirir qulaqlarımı. Sıxır..
Sadəcə P.S.`ini yazmaq istədiyim arzularım da var. Yalandan. Sırf görüntü olsun deyə başqalarına sırımaq istədiyim tələblərim. Kiminsə hisslərini bölüşmək xətrinə. Başımdan eləmək istədiyim xəyallarım. Eyni zamanda başımı rahat buraxmayan. Divara sıxılan yumruq kimi ağrıyan. Vuranda yox, hirsim soyuyanda hiss etdiyim. Bu arzularım məni cəmiyyətə bağlayır deyəsən. Oxşamağa çalışdığım. Ya da oxşadıldığım. Ya da başını oxşadığım cəmiyyətə. Tüpürdüyüm cəmiyyətə. İylənmiş cəmdək ətinə bənzəyən cəmiyyətə. Yararsız, vaxtı keçmiş. Ancaq köpəklərin yeminə çevrilən bir şeyə…
Vərəqlərə, vörd səhifələrinə, GB`lara sığmayan fikirlərim də var imiş. Danışıb-danışıb qurtara bilmədiyim. Danışıb qurtarandan sonra tam izah edə bilmədiyimi düşündüyüm fikirlər. “Başa düşdün?”-ə verilən “hə”-yə sillə kimi vurulan “eh.. sən hardan başa düşə bilərsən!” kimi…
Çox şirin arzuya bənzəyir bu. O biri arzulara bənzəməyəcəyini, hədəfə çatdıqdan sonra adiləşməyəcəyini düşündüyüm. Özüm-özümü aldadıram…
Özümü qabağıma qoyub başa sala bilmirəm. Daşıyıram dağı arana, aranı dağa. Bütün komplekslərim özümə qarşı. Milçək kimi bir zərbəylə əzərdim komplekslərimi, sarsaq arzularımla birgə. Bircə özümü başa sala bilsəydim, keşkə..
Bu yazının səbəbkarını bircə özüm.. Bir də özüm bilirəm. Özümü başa sala bilmədiyimə görə, nöqtə qoya bilmirəm…

P.S.: burda heç bir yazı olmamalıydı.. bura boş qalmalıydı.. bu P.S. olmamalıydı…

August 8, 2008

Dünya bir pəncərədir

pencere 

(eksklüziv olaraq)        

          Salam əzizim, olar qarşında dayanıb səni seyr edim? Hə, məhz bu dəfə sənə tamaşa etmək istəyirəm. Bilirəm, fikirləşəcəksən ki, nə oldu bəs əvvəllər…? Haqlısan əzizim. Biz beləyik də, vaxtında hər şeyi anlasaydıq nə dərdimiz? Mən vicdansız da o birilər kimi qədrini indi bilməyə başlamışam. Başa düşürəm, çox gecdir, amma əlacım nədir? Yəqin incimərsən, deyilmi? Çünki mən kimiləri o qədər görmüsənki…

        Ehhhh! Gündə səni açıb-örtməkdən təngə gətirmişdik. Sən yazıq bir dəfə dillənmədin ki, axı belə olmaz, mənə də istirahət lazımdır. Vallah, təmkininə heyranam. Bu qədər dözümü haradan toplamısan, hə? Yoxsa dünyanın gərdişini sakitcə seyr etmək üçün Allah səni elə lal, səbrli yaradıb?

       İndi əllərimi qoyub qalxıram yanına. İcazə verərsən, ayaqlarımı sinəmə sıxıb başımı “köksünə” qoyum? …Ahh, şüşənin istiliyi ürəyimi də isitdi. 

        Uşaq vaxtı nəfəsimi hopdurub üstündə evcik şəkilləri çəkməyim yadındadır? Yox olub itənə kimi elə təsəvvür edirdim ki, həmin o əyri- üyrü evin içində yaşayıram. Hətta evin yanındakı ağaca dırmaşıb alma da dərirəm. Böyüdükcə xəyallarım da özünə yer tapmırdı: ürəklər, plus, minus, nə bilim, bərabər işarələri çəkməyə başladım. Gah kimisə üyərimə “yapışdırırdım”, gah da kiməsə minus qoymaqla hirsimi üstünə tökürdüm. Sən zavallı da hirslənmək əvəzinə ürəyimi ələ alıb nəvaziş göstərərdin: səhərlər mehi içəriyə ötürüb pərdəylə başıma sığal çəkəndə mən başıboş bunu anlamayıb hirslə pərdəni kənara itələyib səni örtərdim. İllah da ağcaqanadlar, milçəklər qonaq gələndə səndən necə hayıf çıxacağımı bilmirdim. Milçək öldürənlə hücum çəkib əzişdirəndə yazıq şüşələrin az qalırdı çilik- çilik olsunlar…

       İndi əzizim, heç bilmədim səni əvəzləmək kimin ağlına gəldi. Məndən olsaydı səni qoruyar, ömrümün sonuna kimi nazınla oynayardım. Amma nə edim, ixtiyarın əlimdə deyil. Birazdan ustalar gəlib səni dəyişəcəklər. Nə bilim, deyirlər təzə qohumun qanacaqlı, mərifətlidir- içəri səs ötürmür. Guya ki, sən səsləri otağa gətirməklə yatmış hirsləri yuxudan oyadırsanmış?! Bir də acığın tutmasın, deyirlər ki, yaman qocalmısan. Yox, əzizim, biz səni əldən salıb qocaltdıq.

     Təəssüf, səni daha yaxından anladığım bir zamanda itirmək məcburiyyətindəyəm. Gəl, sonuncu dəfə nəfəsimi sənə hopdurub heç vaxt demədiyim sözlərimi yazım. Bilirəm ki, səni bundan sonra heç kəs silməyəcək. Bax, yazıram – “Dünya bir pəncərədir, hər gələn baxıb gedər. Böyük varlıqsan ki, səbrlə bizi seyr edib hər hərəkətimizə dözmüsən. Biz isə bir dəfə də olsun sənin “dünyanın pəncərəsini” açıb baxa bilmədik. Ona görə bizi bağışla!”

… Səninçün çox darıxacam. Görəsən, ərköyün sahibindən ötrü darıxacaqsanmı?

[Ülviyyə Heydərova]

Sonsuzluğun sonsuzluğu

8 

"Səkkizi səkkizinci ay səkkizinci ildi bu gün"-deyir dostum.

Vecimə də deyil.

Göz qapaqlarımı yumub, səkkizcə saatlıq yuxuya getməyim var.

Yuxuda ƏhmədiNejadı görməyim var.

Üzünə tüpürməyim var.

Ruslarla öz dilimdə danışmağım var.

Erməniləri qıdıqlamağım var.

Türkləri sillələməyim var.

Özümü basdırmağım var.

Səkkiz-çılpaq qadın bədəni-sonsuzluq işarəsi-keqli…

P.S. Hər şey yaxşı gedir. GEDİR… Anlayırsan? Gəlmir yaxşı şeylər, gedir… Hər şey yaxşı gedir, pis gəlir.

off. Anlamır məni, nə bu klaviatura, nə internet kainatında unudulacaq bu yazı…

P.P.S. Mənə dəstək lazım deyil, sadəcə mənə inanın, yetər. 

[Usta] 

August 5, 2008

White Power

ss 

Beyin vs Peyin

Insana verilən ən dəyərli şey beyindir. Şəkk eləməyin.
Gördüyünüz, eşitdiyiniz, bildiyiniz və s. hər şeyə görə beyninizə borclusuz.
Beyin qədər güclü silah yoxdur.
Bunu anlamış olan tək mən deyiləm. Düşmənlərimiz də bunu gözəl anlayıb.
Əclaflar çox gözəl bilir ki, insanların beynini əllərindən almaqla onları çox rahatca qula çevirmək olar.
Könüllü qullar erası başlayıb artıq. Bir zamanlar tarix kitablarında qulların üsyanı haqda oxuyurduq, başqa sözlə desək, bir zaman babalar qul olmaqda qurtulmaq üçün can verirdi, indi isə biz könüllü olaraq qul olmağa imza atırıq. Beynimizin idarəedilməsini başqalarına həvalə etməklə.

kamerada 

Başqasının əlində olduqda isə beyinlə peyin arasında fərq olmur.

[Usta]   

August 4, 2008

Kimə deyirsən???

qadaga 

[HOSTFIGHTER]

July 30, 2008

Problem

 

min 

Sual

ƏN ÇOX NƏYƏ NİFRƏT EDİRSƏN?

KİMİ TAPDALAYARDIN BÖYÜK SEVGİ VƏ MƏMNUNİYYƏTLƏ?

CAVAB YAZ! 

[Usta] 

 

July 23, 2008

Sivişin!

 killerim

Gedin, gedin, gedin!
Əlim-ayağım dəyməmiş, gedin.
Nə olar bir az da özümlə çoxluqda
Sizinlə təklikdə buraxın məni-
Gedin, gedin, gedin!

Baxın, baxın, baxın!
Bax, taa oralardan.
Ən təmiz əlinizi
ən çirkli gözünüzün üstünə qoyub,
doyana kimi-
Baxın, baxın, baxın!

Qaçın, qaçın, qaçın!
Tüpürün motorunuza və
Məndən-mənə doğru
Ən iti addımlarınızla uzaqlaşın
Ölənə kimi-
Qaçın, qaçın, qaçın!

Qapını arxadan açın.
Basın bayıra!

 

[Usta] 

July 22, 2008

adamlar və KÖYNƏKLƏR

designbyhumans    

payiz geldi 

T 

TT 

July 21, 2008

Yeni Şeir

Səni bоşаyаndаn sоnrа

Bеkаrçılıqdаn ən düşük rоmаnlаrı охudum,
ən sаrsаq şаirləri əzbərlədim
bаğışlаdığın sааtı dа
bir ахşаm «Sаhil bаğı»dа qоlumdаn аçıb
şаm аğаcının budаğınа bаğlаdım.
Günоrtаnın istisində еvimizin çаrdаğınа çıхıb
Nəfəsli musiqi аlətlərində ifа оlunаn
zəhləmgеtmiş muğаmаtlаrı dinlədim


Bu mаhnılаrdаn ifаçı kişinin аğzının pis qохusu gəldi
Еlə bil qulаqlаrımа
Iyrəndim
Ögüdüm
Qusdum
Kəsilən buğа bаşı kimi bir аğız kədərlə böyürüb susdum.
Pеncəyimin yахаlığıylа аğlаğаn üzümü gizləyib
şəhəri dоlаşdım.
Gün bоyuncа
Üç dəfə məscid minаrəsinin kəlləsindən аzаn охundu
Üç dəfə аllаhın tək оlduğunu cаr çəkdi dindаr
Bu qədər özünürеklаm
Böyük qüdrət sаhibinin nəyinə gərəkdir görəsən?
düşündüm
Əlimi yеllədim, «Bоş vеr» dеdim özümə, «Bоş vеr!»
Yuхаrıdаkılаrın səsindən bеzdim
Iyrəndim
Ögüdüm
Qusdum
Kəsilən buğа kimi bir аğız kədərlə böyürüb susdum
Аşаğıdаkılаrın…
…аşаğıdаkılаrın… səsini еşitmək istədim
Yеrə əyildim qulаğımı tоrpаğа dirədim
Qulаğımа cücü girdi.
Siz yəqin kişilərin nеcə аğlаdığını görməmisiniz
Uzun və yоğun bir «I» hərfinə bənzəyir kişi аğlаmаğı
Zоrlа çıхır bоğаzdаn, cırа-cırа, yаndırа-yаndırа
Kösöv kimi
Ən əzаblı аğlаmаq növüdür «I»
аllаh hеç düşmənə də göstərməsin
Göz yаşlаrı öz bаşlаnğıcını hаnsı bаtаqlıqdаn götürür, ustаd
Hаnsı dənizə tökülür göz yаşları?
Sоnrа еvə qаyıtdım
Dəli оlduğumu düşünüb, bаşımа bir оvuc duz çеvirdi
iflic оlmuş хəstə аnаm
Duzu оcаğа аtdı
О gün hər şеy, hаmı məni аğlаtdı.
Sоnrа intihаr məşqləri еtməyə bаşlаdım
еvimizin çаrdаğındа
Bir kаğızа «nеcə də dаşürəkli аdаmlаrsınız,
Sizin ürəklərinizdə mən аncаq cib bıçаğımı sürtüb itiləyərdim»
Yаzdım
Əlimi tаpаnçа kimi tutub, gicgаhımа аtəş аçdım
Yıхıldım, öldüm
Istənilən ölüm intihаrdır!
Оnsuz dа ən ахırdа insаn həmişə özü-özünü öldürür.
Yıхılmаqdаn, ölməkdən bеzdim
Iyrəndim
Ögüdüm
Qusdum
Kəsilən buğа bаşı kimi bir аğız kədərlə böyürüb susdum.

Səni bоşаyаndаn sоnrа
еvdən qаçdım
Qаçıb şəhərləri, kəndləri dоlаşаn аvаrа,
nəhəng pəhləvаnlаrа qоşuldum
yumruqumlа tахtаlаrа mismаr vurdum
içki şüşələrini sındırıb üstünə uzаndım
dişimlə аğır yük аvtоmоbillərini dаrtdım
аrıq cаnımlа dözdüm
nə cаn-cəsədim vаr ахı,
bir sümük, bir dəri
gеcələr yuхumа girdi gözlərin
gözlərin yаddаşımın bədənindən hеç vахt silinməyən
bir cüt yаnıq yеrləri.
Bu illər ərzində аnlаdım ki,
insаnı ən аğır günündə аtıb gеdən insаndır, dоst
ən аğır günlərində аtıb gеtdim dоstumu
ən аğır günlərimdə аtıb gеtdi məni dоstum
iyrəndim
ögüdüm
qusdum
kəsilən buğа bаşı kimi bir аğız kədərlə böyürüb susdum
Tаnrıyа dа inаmımı itirdim
tаnrı ədаlətli оlsаydı
Pələngə də, cеyrаnа dа еyni sаydа аyаq vеrməzdi, ustаd
Qаçаnın аyаqlаrının sаyını
qоvаnınkındаn çох еdərdi.
Yаşаmаq üçün hаmı bir-birinin ətini, həyаtını yеyirsə
Günlərin bir günü insаn dа
Аt kimi
It kimi
Qоcаlırsа, ölürsə
Həyаt pеşəkаrlаrın yох, həvəskаrlаrın uydurmаsıdır.

Səni bоşаyаndаn sоnrа
içkiyə qurşаndım
Səndən sоnrа еvimə fаhişələr dаdаndı
Ən kədərli nəğmələr,
bоş şüşələr dаdаndı
Qаdın düşkünü еtdin məni, оğrаş qızı
Budur yеnə içə-içə ucuz kаfе küncündə
insаnlаrın üzündəki
uzаqlаrа bахırаm
Bаtаn günəş hаqqı
yаğаn qаr hаqqı
Şаr üçün аğlаyаn uşаqlаr hаqqı
Ünvаnı itirmiş əcnəbi hаqqı
Ömrüm səni unutmаğа хərcləndi
Iyrəndim
Ögüdüm
Qusdum
Kəsilən buğа bаşı kimi bir аğız kədərlə böyürüb susdum.

[Aqşin] 

July 10, 2008

HOSTSAAAAAAAYT

hucuma! 

www.havaodsutorpaq.com açıldı! HÜCUMAA!

Əbədi epizod

 

Gecə. Hər yer qaranlıq. Ay işığında asfalt yol ilə dörd ruh - üç qadın və bir uşaq harasa doğru gedirlər. Qadınların üzü cırılıb. Kimsə danışmır. Ətraf çox sakitdi. Uşaq günboyu ağlayan, qışqır-bağır salan nənələri və bibisinin niyə belə susqun olduqlarını düşünür. Cavab yoxdu. Balaca ürəyi tuk-tuk döyünür. Əlindən tutduğu nənəsinin – “Qorxursan?” sualına, “Yox, qorxmuram. Amma elə bil bədənimin başından aşağıya tok keçir”-cavabı verdi. Nənəsi gülümsədi. Ay işığında nənəsinin gözlərinin parıldadığını gördü. O, sakit-sakit ağlayırmış. Yenə susqun-susqun getməyə davam elədilər.

Nə uşaq, nə də qadınlar bu səhnəni heç zaman unutmayacaqlar.

Bu qısa səhnə bütöv bir əbədiyyət davam edəcək onlarçün.

[Usta] 

July 6, 2008

Tü-tü-tüpürcəkli yazı

Son zamanlar tüpürcək sözü yaman tez-tez fırlanır beynimdə. Yazmaq istədiyim hər şeir və ya hekayədə mütləq bu sözü işlətmək istiyirəm. Yox, heç özüm də bilmirəm niyə. Bəlkə son zamanlar üzünə tüpürmək istədiyim, lakin bir çox səbəblərdən tüpürcək dieti saxlamağımdandı? Hər şey ola bilər. Ümumiyyətlə tüpürcək nədi? Niyə biz tüpürürük və ya tüpürmürük? Başağrısı vermirəm ki?

O qədər üzünətüpürüləsi insan var ki, bu ölkədə. Bizim kanallarda gördüyümüz insanların hardasa 99 faizi potensial tüpürcək hədəfləridi. Elələrinin üstünə pomidor atmaq da heyifdi. Nəsə yaman hirsliyəm son zamanlar. Bir dəli şeytan deyir ki, bağışlayın ha əgər başağrı verirəmsə, hə, dəli şeytan deyir, at hər şeyi, çıx get Şəkiyə, Qubaya, nə bilim harasa başqa yerə. Amma çıx bu basabasdan.

Yeni kəşflər etmək istəyirəm, yeni tanışlıqlar yaratmaq istəyirəm, yeni kitablar oxumaq, mahnılar dinləmək, fotolar çəkmək, adlar düşünmək, yaratmaq, yaşamaq istəyirəm, anlayırsız məniiii???

Tüpürüb dabanıma nə qaçardım burdaaaan. 

Eeey, Napoleon, eey qazan qapağı sürən, eey, məni dəli hesab edən, mən sizin kimi dəli deyilləəəm…

[Usta] 

 

 

 

July 4, 2008

Başı bəlalı

Ürək dəyirman kimi işləyir.
Hər gün minlərlə əzab üyüdürəm…
Bir başı bəlalı zəifliyim var ki ,
xırda şeyləri ürəyimə salıb
həddindən artıq böyüdürəm.

niyə o qız istehzayla gülümsədi
şeirimi eşidəndə,
saçlarımmı çox dağınıqdır
yoxsa çox şair görünürəm ?
niyə o oğlan dedi ki,
- şeir yazırsan acından öləcəksən…

niyə o mavi kişinin,
bənövşəyi qızın,
niyə o pozğunun, əclafın, arsızın
maşını, evi, şöhrəti
və əsas da hörməti var ?
mənimsə heç nəyim .
Niyə diplomlar bitirmək haqqında sənəddir
başlamaq
haqqında yox…?
niyə başlamaq üçün
bitirmək haqqında sənəd lazımdır..?
niyə ilk adddımı oğlan atmalıdır
qızın ayaqları ayaq deyil ki…

feministlərin üzünə bir - iki cümlə öskürmək istəyirəm :
niyə kişi meymundan bir az seçilsə bəs eləyər
qadın yox.
Niyə qadını olar amma
kişini bənzətmək olmaz çiçəyə, gülə ?

Üzümü tanrıya tutub vulkan kimi püskürmək istəyirəm :
Niyə mən siqaret
hansısa mavisə kef çəkməlidir ?
bu nəyin cəzasıdır axı belə………….?!!

[Qismət]

June 25, 2008

Sevgi YOXdur!!!

 

Sevgi qoqqu 

az-ya 

Gündən-günə

 

 yenetek

 Mən hamıdan gec öləcəm-

Saatların əqrəbləri təmbəlləşir gündən-günə.

Zaman yoxmu, zaman varmı?

Ilk baharmı, son baharmı?

Ötürdüyüm hər bir ildən xatirələr yadigarmı?

Gizlimi, ya aşikarmı qocalıram gündən-günə,

Inan, aşağı endikcə ucalıram gündən günə.

Sarmaşıqlar sarılıbdır əllərimə qoymur yazam,

Yaddaşıma lənət olsun bu şəhərdə qoymur azam.

Bədən ölər, ruh yaşayar, məhəbbəti ruh daşıyar,

Nə edim ki, bədəndən tez ruhum ölür gündən-günə,

Bu zülmətdə bir şam ilə o da sönür gündən-günə.

Milyonların arasında tənhalığa qapılmışam,

Nə deyərəm, nə gülərəm, sanki daşdan yapılmışam,

Cırılmış bir paltar kimi bədənimdən atılmışam,

Ciyərlərim vermir nəfəs paxıllaşır gündən-günə,

Güzgüdəki düşmənlərim yaxınlaşır gündən-günə.

Ağıllı anlamaz məni dəlilərin şairiyəm,

Ağıllı anlamaz məni dəlilərin şairiyəm,

Dənizlərdə batım gedən gəmilərin şairiyəm,

Qığılcımla alovlanan zəmilərin şairiyəm.

Alovlanan zəmilərim külə dönür gündən-günə,

Yaxınlarım məzarlıqda gülə dönür gündən günə.

Gəncəm, amma qəlbim deyir:

-Qoca, yüzü vurdun başa

Ürəyin hər döyüntüsü deyir yaşa,yaşa,yaşa!

Nə yaşamaq? Yaşadıqca yaşananlar dəydi daşa.

Yazı qışı aşa-aşa yaşayıram gündən-günə,

Daşıyıram yaraları qaşıyıram gündən-günə,

Ağacların yarpaqları, bax, tökülür gündən-günə,

Qurduğum arzulara bax, bax, sökülür gündən-günə,

Belim düzdü qəlbim isə bax, bükülür gündən-günə.

Amma yuxularım deyir, mən hamıdan gec öləcəm

Mən ya dahi bir sənətkar, ya da ki, bir heç olacam.

Qaraqan

June 24, 2008

12

 

Açığı adını eşidəndə məni o qədər də cəlb etməmişdi. Rüfət`in təkidindən sonra, hətta deyərdim ki, zorla məni PC`nin arxasına oturdub, DVD`ni qoyaraq izlətdirəndən sonra baxmağa dəydiyini başa düşdüm. Rus-Çeçen müharibəsi, Rusyadakı milli azlıqların problemləri, Sovet dövründən qalan "çürüntülər"in müasir rus cəmiyyətinə təsiri və s. Bunları uzatmaqda olar..
Mükəmməl kamera çəkilişi və əla spesifikalarla zəngin psixoloji drama.
İzləməyə dəyər.

[az-ya

Pesare

Gözəl işlər. Baxın, gözləriniz sevinsin, zövqünüz zənginləşsin :)

equ 

 yatagan

 ulduzyığan

 Müəllif

Xronika

Gecə saat 1. Gənclik. Bina qarşısında basketbol meydançasında futbol. Narazı qonşu. Atatürk parkında futbola davam. Qaranlıqda vurulan qollar. "Türkiyə-Almaniya". 15-11. Qələbə. Gecə saat 2. Yorğunluq yoxdu. Ağrıyan ayaqlar və məmnuniyyət hissi var. Nəhayət ki, nəsə fərqli bir şey oldu. Kaş ki, belə kiçik yeniliklər, parıltılar bol olaydı. Bozarıram yavaş-yavaş. Bozarırıq. Gecə saat 3. Azərbaycan və Türkiyə cəmiyyəti arasındakı fərqlərin müzakirəsi. Dəli olmaq olar bu ölkədə. Səhər saat 8. Oyanış. Metro. 2 Xaçapuri və çay. İnternet. Vebzin. Post.

[Usta] 

 

June 19, 2008

Açıq Məktub

 

basın bayira

Rədd olun başımızdan, Ürəyimizdən, Həyatımızdan. Yalanlarınızı, doğrularınızı, Cavablarınızı, sorğularınızı, Nöqtələrinizi, vurğularınızı da götürün gedin. Tək buraxın məni. Tək buraxın bizi. Aparın özünüzlə reklamlarınızı da, Rəngsiz sloqanlarınızı da, Dadsız Mcdonalds-larınızı da, Pepsi, Kolalarınızı da, Superqəhrəmanlarınızı da - Lazım deyil onlar heç kəsə. Dağılmaz dünya əgər oxumasa rəqsanəniz, Göbək atmasa, sellülit oynatmasa rəqqasəniz. Gedin, soxulun adalarınıza, Alın özünüzkimiləri də aralarınıza. Pıçıldaşın, hırıldaşın, quduzlaşın, Amma gedin. Gedin, başımızdan. [Usta]

June 18, 2008

Sonu Olmayan Hikaye

Araba son sürat yoluna devam ediyordu. Arka koltukta başını cam’a yaslanmış düşünüyordu. Sadece kendi ve hayal ettikleri vardı. Aklındaki soldan soğa olan beş harfli bilmeceyi çözmeye çalışıyordu. Sonra dikketle camdan dışarı bakmaya çalıştı. Cam buğuluydu ve dışarıyı göremiyordu elini cam’a doğru uzattı .. tam eli cam’a yaklaşmışken durdu işaret parmağını kaldırdı ve cam’ın soluna doğru götürdü.. ilk harfi özenle sanki hayat çizgisini çizer gibi çizdi. Ve Devam etti. Son harfe geldiğinde parmakları sanki bir ressam hakimiyetindeydi artık.. O an dünya dursun dönmesin istiyordu, zamanı durdursun biri diye içinden geçiriyordu… onunla ilgili birşeyler yapmanın sevinci vardı içinde.

Son harfin bitmesine doğru içini bir burukluk sardı. Güzel sözcüklerle başlayan ve çok çabuk biten bir şiirin kalbinde bıraktığı doyumsuz tad’ı vardı sanki. Eliyle son harfi yavaş yavaş çiziyordu ama parmağının değdiği yerden aşşağıya doğru akan damlaların yarattığı çizgilerden istediğini yapamıyordu.. ve sonunda bitmişti. Bir puzzel’ın son taşınıda eklemiş gibiydi. Uzun uzun baktı cam’a ve hiçbirşey düşünmeden sadece soldan sağ’a oluşan beş harfli bilmecenin cam’a yansıyan silüetinde cevabını aradı düşündüklerinin. Havanın soğukluğundan cam’ın buğusuna işlenen mutluluk kelimesine yeniden buğu hakim olmaya başlamıştı..Artık çizdiğide kafasındaki gibi silüetleşmişti. yazı tamamem silüetleşincede varacağı yere varmıştı.. Aslında varacağı yere çok vardı.. ön taraftan yükselen suskunsun lafıyla irkildi. Kendine geldiğinde hemen arabadan inmek istedi.. ve indi. Yağmur damlalarının süratla yeryüzüne doğru çarpma telaşı içerisinde yürümeye başladı. Kafasına çarpan her damlada irkiliyor kendini geliyor ve bir saniye geçmeden yeniden dalıyordu düşünceye. Elleri ceplerindeydi ve üşüyordu ellerinin titremesine hakim olamıyordu.. Bir otobüs durağına geçti ve yağmurun dinmesini bekledi. Oturduğu yerden gökyüzüne bakmaya çalışıyordu. Gözü elektrik direğinin ışığına takıldı ışığın içinden süratla inen yağmur damlalarını seyretmeye başladı.. Sanki hepsinin acelesi var gibiydi. Biranönce yeryüzüne çarpıp parçalara ayrılmak ister gibiydiler. Daha fazla dayanamadı ve oturduğu yerden kalkıp süratla inen yağmur damlaları arasında yoluna devam etti. Attığı her adımda onu görmenin ardından geçen zamana bir saniye daha eklenmesine üzüldü. Çünki onsuz geçen her saniye kaybedilmiş bir saniyeydi. Zamanın uzamasına sinirlendi ve durdu. Geriye döndü uzun uzun baktı. Sanki bir adım daha ilerdeki üzüntüye tahammülü kalmamış gibiydi. Zamanla arası hiç iyi olmamıştı aslında. Sabırlı biri olmadığını düşünürdü herzaman. Ne kaybettiyse bu yüzden kaybetmişti hayatında. Zaman ona herşeyi öğretmişti ama sabırlı olmayı öğretememişti. Sakinleşti ve yoluna devam etti. Taki karanlıkta kaybolana kadar devam etti..
Geride boynu bükük yağmur damlalarını bıraktı birde onun üzüntüsünü görmek istemeyen ve bu yüzden bulutların arasına saklanmış ay’ı bıraktı.

O günki gibi yaşamaya devam ediyor.
Bilmem nereye kadar ?

[Nikolof

June 16, 2008

“İçimdən gəldi yazdım” adlı yazı

Hərdən düşünürəm ki, görəsən dünyanın sonu nə zaman olacaq?

Hərdən düşünürəm ki, görəsən mən onu görəcəmmi və ya düşünürəm ki, görəsən ata olmağa dəyərmi? Dünyanın sonu oğlumun 23 yaşına, onun dünyaca sevdiyi sevgilisi ilə öpüşdüyü ana qismət olsa mənə nə deyər? Söyməzmi? Və ya lazımdırmı ki, o, həmin günü görsün? Bəlkə heç ata olmayım və beləcə oğlum/qızım üçün narahat olmaqdan qurtulum???

Hərdən düşünürəm belə şeylər.

[Usta] 

 

June 13, 2008

Stop!

İnsanları ölçüb, biçib nəyə layiq olduqlarını yaxşı anlaya biləcəyimiz bir üsul var. Sadəcə onlara problemlərinizdən danışın. Ki, kimin sənə həqiqətən kömək etməyə hazır olduğunu, kimin sadəcə artistlik etdiyini, kiminsə heç vecinə almadığını görəcəksiniz. Bütün bunları başa düşmək üçün ekstrasens olmağa ehtiyac yoxdu. Onların hərəkətləri, gözləri, dili topuq vuran danışıqları hər şeyi gün kimi aydın edəcək…
Hər münasibətin bir çərçivəsi var. Hər dostluğun, hər sevginin, hər hörmətin bir limiti. Bu limitə çatmamaq məsləhətdir. "Son sürət"ə basanda maskalar düşür. O maskaların düşməsi hamıdan çox elə özümüzü pis vəziyyətə salır.
O anda, özümü ömrünü komunizmə həsr etmiş bir insanın SSRİ`nin dağılmasıyla barışa bilmədiyi anda yaşadıqlarıyla müqayisə edə bilərəm. Ya da fikirlərimi alt-üst edən, həyatım boyu düzgünlüyünə inandığım ideanı məhv edən kitabı oxumaq kimi…
Limit yaxşı şeydi. Çalışın hisslərinizin Yol Polisinə yaxalanmayın.
NEEDN’T FOR SPEED!


[az-ya]

June 9, 2008

ROMANTİK KOMMUNİSTLƏR

 

Kommunistlərin romantik ruhi halı ilk baxışda çox hiss olunmur, çünki kommunistlər həmişə elmdən, fəlsəfədən, ağıldan danışırlar. Halbuki bu anlayışları da romantik dünyagörüşüylə qəbul edirlər. (Romantizm insanın ağıl və məntiqinin göstərdiyi doğrularla deyil, duyğuları ilə hərəkət etməsidir). Elmin sübut etdiyi, amma özlərinə sərf etməyən nəticələri "burjua elmi" deyə gözü bağlı şəkildə rədd edirlər. Hətta Stalin bu dünyagörüşünü sistemləşdirmiş və öz dövründə "burjua elmi" və "proletariat elmi" adlı axmaq və süni ayrı-seçkilik etmişdir.

Digər tərəfdən kommunistlərin müxtəlif nəşrlərinə, jurnallarına, şerlərinə və ya marşlarına detallı baxsaq əslində əməlli-başlı romantizm yaşadıqları görülür. Bəzi anlayışları bütləşdirmiş və onlara qarşı həddindən artıq romantik bağlılıq yaratmışlar. Bunlardan ən başlıcası "inqilab" anlayışıdır. Bir kommunist üçün inqilab sözdə bütün pisliklərin sonu və bütün yaxşılıqların başlanğıcıdır. Heç bir zaman reallaşmayacağını bildiyi bu xəyala bir növ ümidsiz eşqlə bağlanırlar. Tez-tez danışdıqları bu inqilab haqqında heç bir ağıllı qiymətləndirmə aparmırlar. İnqilab niyə olacaq? İnqilab olsa çox sayda günahsız insanın qanı boşuna axacaq, bütün cəmiyyət acı çəkəcək. Buna nə ehtiyac var? İnqilab olmadan da kasıb insanların həyat şəraiti düzələ bilməzmi? İnqilab olsa iqtisadiyyatın vəziyyəti necə olacaq? Ölkə necə idarə olunacaq, daxili qarışıqlıqlar necə yatırılacaq, xarici təhlükələrin qarşısı necə alınacaq?

Bu həqiqi sualların kommunist üçün heç bir əhəmiyyəti yoxdur. Varsa-yoxsa tək məqsəd inqilabdır. Əgər yuxarıda sadalanan suallara cavab verməyi lazım bilsə Leninin, Stalinin və ya Maonun yazdığı kitablardan qəlibləşmiş sözləri götürüb köçürər, ancaq bu sualların cavablarını həqiqi olaraq düşünməyə yaxın durmaz. Onu inqilab fikrinə ən çox bağlayan faktor isə bu barədə yazılan romantik şerlər, bəstələnən atəşli marşlardır. Kommunist ədəbiyyatda tez-tez "çiçəklər içindəki gözəl ölkə"dən, "uzaqlardakı qırmızı günəş"dən və s. bəhs edilir. Əslində inqilab anlayışı ilə kommunist arasındakı əlaqə bir növ romantik eşq hekayəsi kimidir. Universitetlər, kitab sərgiləri, mədəniyyət mərkəzlərindəki kommunistlərə aid stendlər, həmçinin kommunistlərin yığışdığı barlar, kafelər araşdırıldığında bu romantizmin müxtəlif simvollarla qorunduğu görülür. Zəncirlərini qıran güclü proletariat posterləri, sıxılmış yumruq fiqurları, sosializm uğruna döyüşməkdən və ölməkdən danışan inqilab mahnıları kommunist romantizmin ən məşhur simvollarıdır.

Bu romantizm bəzən paltarlarda da əks olunur. Əyninə xaki rəngli parka geyinən başına da komando papağı qoyan kommunist gənc özünü Latın Amerikanın kommunist gerilla lideri Che Guevara-ya bənzədir. Onsuzda otağında və ya xüsusi əşyalarının arasında böyük ehtimalla "Che" posteri var. Pop ulduzlarına vurulan, onlar kimi geyinən romantik məktəbli gənclərdən yeganə fərqi özünə seçdiyi ulduzun musiqiçi deyil, gerilla (partizan) olmasıdır.

Kommunist romantizmin digər maraqlı nümunəsi özlərinə əzab vermək və digər insanların onlara yazığı gəlməsindən maraqlı zövq almalarıdır. Məsələn, həbsxanada "aclıq aksiyası"na başlayaraq çox adi məqsəd uğruna özünü ölümə atan kommunist militan yaşadığı ağrı və iztirabdan, eləcə də çəkdiyi ağrı səbəbiylə digər insanların ona yazığı gəlməsindən və maraq duymasından həzz alır. Digər tərəfdən yoldaşları tərəfindən "dava adamı" olaraq bilinmək və təqdir edilmək də ona zövq verir. 

Kommunistlərin acı çəkməkdən aldıqları romantik zövq bəzən son həddə çatır. Kommunist militanlar keçirdikləri aksiyalarda bəzən özlərini diri-diri yandırır, seçdikləri yoldaşlarını dəmir barmaqlıqlara bağlayaraq üzərinə yanacaq töküb alovlandırır, sonra da qarşısına keçib o yanarkən kommunist marşlar söyləmək kimi qorxunc vəhşilik tətbiq edirlər. Bu ağla sığmaz şiddəti reallaşdıran militanların eynilə Nasist mitinqlərindəki kütlələr kimi bir növ "şüur sürüşməsi" halında olduqları, tamamilə romantik və psixoloji trans halına keçdikləri aydın şəkildə görülür.

Kommunistlərin hədəflərinə əsla çata bilməyəcəklərini bildikləri halda israrla ideologiyalarına bağlı qalmaları bir növ romantik inadla mümkündür. "Səhv də olsa, müvəffəqiyyətə çata bilməsə də mən kommunistəm və sonuna qədər belə qalacağam" düşüncəsiylə kor-koranə bağlılıq göstərirlər. Əlbəttə ağıllı insan belə hərəkət etməz. Nəticədə, kommunizmin də şeytanın insanları ağıldan və Allaha imandan uzaqlaşdırmaq üçün istifadə etdiyi romantizm silahının bir parçası olduğu aydın olur. Əslində Masonik İerarxiyanın 4-cü pilləsi olan Kommunizm, ağıllı ideologiya və fəlsəfə olma iddiasıyla meydana gəlməsinə baxmayaraq, gerçəkdə ağıla və elmə zidd iddialarla doludur və bunların təxminən 1.5 əsrdir hələ də israrla müdafiə olunmasının arxasında kommunistlərin ideologiyalarına olan romantik bağlılıqları yatır.

Mənbə

June 7, 2008

Canım dönər istədi.

Canım dönər istədi.

“Dönərə çatacaq pulum da yoxdur”- yazmaq istədim.

Dəbdi, axı ağlamaq, şikayətlənmək şeirlərdə.

Hə, başqası olsa elə belə də yazardı.

Amma mən yox.

Yox, daha bir yalanlı şeirin

dünyaya gəlməsinə izn vermərəm.

Cibimdə dönərə çatacaq pul var.

Amma sadəcə dönərə.

[Usta] 

Şikayətçi şeir

Bilirsiniz, əslində mən…

Əslində mən şeir olmamalıydım.
İnsan olmamalıydı mənim allahım.
Yox, mən allahıma bərabər doğulmalıydım.
Ya da ən azı qağayı kimi
Sərsəri gəlməliydim bu dünyaya.
Offf.
Məni isə şeir olaraq yaratdı sadistin biri.
Çərçivələrə saldı, zülm verdi.
Qırdı qanadlarımı, qabırğalarımı
Qafiyələrə soxdu, rejimə öyrətdi.
Sonrasa qafiyələrimi göylərə üfürdü deyəsən.
Məzələndi mənimlə öz allahı onunla məzələnən kimi
Oynadı mənimlə,
başqalarına bəyəndirməkçün yüz dona saldı…
Lənətə gəlsin o.
Yox, mən şeir olmamalıydım.
Sözlərdən yoğrulmamalıydı mənim xamurum.
Mən pişik olmalıydım.
Zərif, ilıq qız əlləri sığallamalı idi boynumu.
Myauu.
Nöqtə qoymaq istəyir indi də sonuma əclaf.
Offf.
İlahi, bu nə iş idi gəldi başıma???

[Usta] 

 

June 4, 2008

Qarada Qırmızı

Albom indi yeni ünvanda satılır.

afisha 

May 31, 2008

İkinci Ölüm

Eskalatorla yeraltına girən və gün işığına çıxan bütün insanların üzündə bir boşluq gördü. Qorxunc boşluq. İnsanların üz cizgiləri anlamsız idi və bu anlamsızlıq, boşluq Nəsiminin bədəninə bir soyuqluq gətirdi, bədənini soyuq tər basdı. Yalnız bir anlamı vardı bu boşluğun və bu soyuqluq minlərlə hürufi qəlbini isitmiş Günəşi qorxutdu. Bir yuxarı qalxan, bir aşağı enən kütləyə baxdı Nəsimi. Bağırmaq istədi ki, “Məndə sığarikən cahan”, amma səsi çıxmadı. Gördüyü boş üzlər, mənasız gözlər möhürləmişdi ağzını. Bu məğlubiyyət idi. Gördüyü üzlər bu torpaqlarda yüz, min illər öncə yaşamış simalara çox oxşayır və heç oxşamırdı. Yer şairin ayaqlarının altından həm hərfi, həm də məcazi mənada qaçırdı. O, indi dar br tuneldə ata qatilləri ilə birlikdə işığa doğru qalxırdı, onların udduğu havadan udurdu. Şair özünə nifrət etdi, cismindən irgəndi. Sol tərəfdən aşağı düşənlər düz onun gözünün içinə baxırdılar. Aşağı getdikcə arxaya dönür, əvvəl göz bəbəklərini, sonra isə başlarını qaldıraraq, o gözdən itənə kimi onu izləyirdilər. Başını aşağı saldı, peşman idi. Sanki o da ata qatili idi. Ürəyi sanki parçalanaqdı. Əlini ürəyinin üstünə qoydu. Köynəyi qan ləkəsinə batdı. İnanmadı. Gözləri bərəldi, rəngi qaçdı. Ha çalışdısa da, gözlərini yuma bilmədi. Gözü bağlanmırdı, udquna bilmirdi. Eskalatorla aşağı düşən insanlar eyni soyuq nəzərlər və mənasızlıq dolu gözləri ilə ona baxırdılar. Onların nəzərində O heç kim idi artıq. MSN, Skype, ICQ, Facebook, Gmail, smile işarələri, axmaq musiqilər tutmuşdu onun yerini.Yuxarı qaçmaq istəyirdi, amma nə aşağı, nə də yuxarı addım ata biləcəyi boş məkan vardı. Böyük şair, dahi hürufi mürşidi Bakı metrostansiyalarından birinin eskalatorunda can verirdi. Ona baxan simasızlıq, boşluq onu dəli edirdi. Bu dəfəki ölümü ona daha ağır gəldi, baxışların verdiyi işgəncə, soyulmağın verdiyi işgəncədən daha əzablı oldu. O, bu ağrıya dözə bilmədi və ağlayaraq öldü.

[Usta] 

May 30, 2008

Eurovision`dan bizə qalan

Məşhur MP3 saytlarımızdan birində reytinq: 

"Bizim mahnıdırrrr!!! … uşağı … oğurlayıb remix eləyiblər!!!" deyən, EuroVision təşkilatçılarına kütləvi mail göndərən xalqımız "EuroVision 2008"dən sora deyəsən fikrini dəyişib. Belə getsə deyəsən gələn bizdə Ermənistana xal verəcəyik. 

[LoWRiDeR

May 29, 2008

Damdan aşağı

damdabaca

O , uca binanın damından aşağı baxırdı. Sevgilisi Əli dünən avtomobil qəzasında ölmüşdü. Əli 10 ilin idmançısı , yeni yaranmış rock qrupun başçısı idi. Bir neçə universiteti bitirmiş və öz biznesini qurmuşdu. Əgər Ayselə desəydilər ki , sabah Eifel qülləsini Tokyoya aparacaqlar, o inanardı. Amma desəydilər ki, sabah Əli öləcək, Aysel gülümsəyib deyərdi “ Deyəsən siz mənim sevgilimi yaxşı tanımırsınız – ölüm özü ondan qorxur”.

          Lakin Əli ölmüşdü. Aysel də onun yanına hazırlaşırdı. O uzundaban ayaqqabılarını çıxarıb damın qırağına yaxınlaşdı. Son məktubunu anasının yastığının üstünə qoymuşdu. Yazmışdı ki, Əlinin yanına gedir. Hər zaman çıxdıqları damdan. Əli ilə bu dama tez-tez çıxardılar. Birlikdə şəhərin gözəl mənzərəsinə saatlarla  tamaşa edib danışardılar. İndi Əli yoxdu. Əlisiz Ayselin də həyatı ola bilməzdi.

          Çantasını qırağa qoyub damın kənarına çıxdı. Diqqətlə aşağı baxdı , insanlar nöqtə kimi görünürdü. Onu sevgilisindən cəmi bircə addım ayırırdı. Elə o addımı atmaq istəyəndə sol tərəfdə nə isə bir qaraltı gördü.

          Bu başqa bir qız idi. Saçları səliqə ilə yığılmış mavi köynəkli bir qız. O ağlayırdı. Deyəsən o da özünü atmaq istəyirdi. Qız Ayseli görüb bir addım da kənara yaxınlaşdı. Aysel də özünü atmaq istəyirdi. Amma bu qız.. Bu qız.. Onun burda olması yersiz idi..Əgər polis gəlib desəydi ki, “özünü atma”  Aysel o dəqiqə tullanardı. Əgər Valideynləri desəydi, fikirləşmədən atılardı. Bu qız da nə isə desəydi Aysel özünü öldürəcəkdi. Amma o heç nə demirdi. O Ayseli elə bil ki, heç görmürdü. Başı özünü atmağa qarışmışdı. Aysel gücünü toplayıb tullanmağa hazırlaşdı. Amma yox..Alınmır..Heç cürə fikrini toplaya bilmirdi. O qız ..O qız..!!

Növbəti dəfə Aysel cəhd edəndə qız qışqırdı:

- Axı niyə ? Ay Allah niyə ? Rahat ölmək də olmaz?! Burada da insanlar mənə mane olur ?!!!

          Aysel diksinib geri çəkildi. Görəsən o qız niyə özünü öldürmək istəyir? Niyə ?  Bu Ayseli maraqlandıran sonuncu şey idi. Ona görə soruşdu:

- Sən niyə özünü öldürmək istəyirsən ?

Qız Ayselə tərs-tərs baxıb dedi :

- Sənə qalmayıb. Sən kimsən ki, mənə sual verirsən. Özü də mənə mane olursan. Sən burada olanda özümü ata bilmirəm. Mənim sevgilim dünən avtomobil qəzasında ölüb. Mən də onun yanına gedirəm.

Aysel çaşdı. Bu xəbər onu doğrudan da təəccübləndirdi. Ola bilməzdi! Belə təsadüf ola bilməz. Aysel dedi :

- Mənim də sevgilim dünən avtomobil qəzasında ölüb.

Qız ona diqqətlə baxıb ağzı açılı qaldı:

- Ola bilməz. Dünən avtomobil qəzasında bir nəfər ölüb o da mənim Əlim.

 Aysel bir addım geri çəkildi. Bütün bədəni əsməyə başladı.

- Necə yəni ? Sən niyə bu dama çıxmısan? Niyə məhz bu dama?

Qız əlini üzünə tutub ağlamağa başladı.

- Biz Əli ilə həmişə bu dama çıxardıq. O mənə yenicə yazdığı mahnıları oxuyardı. Bəsdir məni saxlatdın – bu sözləri deyib qız bir addım da kənara yaxınlaşdı.

Onda Aysel qızın əlindən tutub onu geri çəkdi:

- Dayan bir dəqiqə. Nə mahnıları? Sən kimdən danışırsan?

Qız dizləri üstə yıxıldı, saçları üzünə töküldü. Sakitcə dedi:

- Mən Əlidən danışıram. Mənim sevgilim Əlidən. Onun rok qrupu var idi- Fırtına. Mənə də mahnı yazmışdı, “Leyla”…mənim adım Leyladır. O həmişə mənə bu mahnını oxuyardı.

Ayselin gözləri doldu:

- Ola bilməz! Əli mənim sevgilimdir. Onun Fırtına qrupu var. Amma Leyla mahnısını heç kimə yazmayıb.

Leyla dedi:

- Bağışla, bilirəm sən kimsən, amma görürəm ki, sənin özünü öldürməyə səbəbin daha çoxdu. Sən dəlisən!!! Əli mənim sevgilimdir. Bu üzüyü də o mənə verib. Bir ay əvvəl nişanlanmışdıq.

Aysel dözməyib ağlamağa başlayır. Hadisələrin bu qədər qarışıq bir vəziyyətə gəlməsini o təsəvvür edə bilməzdi.

- Necə yəni ? Bir ay əvvəl o İstanbula getmişdi. Mən özüm onu yola salışdım.

 Leyla kinayə ilə gülümsədi :

- Biz İstanbulda nişanlanmışıq. Amma görürəm ki, o Bakıda da boş durmayıb. Mənim sevglimi əlimdən almaq istəyirdin? Bilə- bilə ki, onun nişanlısı var yenə də onunla gəzirdin ?

Aysel dedi :

- Əli, mənim sevgilim idi. Amma hər şey çox qarışdı. Nə isə bir səhv baş verib. Neçə il onu tanıyırsan ?

Leyla:

- Üç il tamam olacaq. Biz həftənin cüt günləri bu dama çıxardıq. Tək günləri işə gedəri.

Aysel  :

- Mən də onunla bir ildir tanışam. Onunla tək günlər görüşürdüm. Cüt günlər güya işi var idi. Amma əslində səninlə görüşürdü! O bizim ikimizi də aldadırdı.

Leyla :

- Əclaf !!! Keçən həftə demişdi ki, yeni mahnı yazmaq istəyir adı “Aysel” .  Sənin adın nədi ?

Aysel başı ilə təsdiqlədi. Leyla dedi :

- Deməli ikimizlə də oynayırdı. Əclaf! Mən də ona görə özümü atmaq istəyirdim. Alçaq!! Yalançı ! Fırıldaq! Deyirdi ki, evlənəcəyik .Özü də sənin kimi qızlarla fırlanırdı.

Leyla damın ortasında oturub dizlərini qucaqlayıb ağlamağa başladı:

- Hhh..hhh … Həmişə belə olur. Gözəl oğlanlar sadəlöv qızları aldadır. Necə ona inanırdım? Elə bilirdim ki, ən yaxşı oğlan odur. Elə bilirdim ki, sevir məni. Amma əslində yalançının biri idi. O mənə layiq deyildi. Zibil ..Yaxşı oldu, öldün. Yaxşı oldu sənə..Məni oyuncaq kimi oynadırdın.

Aysel də hönkürüb ağlamağa başladı. Bir anın içində bir illik sevgisi nifrətə çevrilmişdi. O Əliyə nifrət edirdi. Əli ona layiq deyildi. Onu aldatmışdı. Zibil yerinə qoymuşdu. Aysel göz yaşlarını silib ayağa qalxdı. Sonra Leylaya baxıb dedi:

- Axmaqlıq eləmə ! Özünü atma ! O buna layiq deyil !

Sonra  çantasını götürüb yavaş –yavaş pilləkənləri enməyə başladı. Addım səsləri getdikcə uzaqlaşıb  blokun sükuta qarışdı. Bir az da gözləyəndən sonra Leyla gözlərini silib gülməyə başladı. Bu an telefonuna zəng gəldi.

- Alo

- Alo  Nərgiz , haradasan, qızım ?

- Damdayam, ata . Binamızın damında.

- Nə edirsən orada ? Düş gəl evə .

- Heç , quşlara baxırdım. İndi gəlirəm.

Nərgiz telefonu bağladı. Əslində Nərgiz bu binanın sonuncu mərtəbsində qalırdı. Hər dəfə damlarına kimsə çıxanda evlərindəki çilçıraq əsirdi. Nərgiz bir ildən çox idi ki, eyvanlarında oturub, həmişə damlarına çıxan iki gəncin söhbətini dinləyirdi. Onlar Nərgizi tanımasalar da Nərgiz onlara çox bağlanmışdı. Dünən televizorda Əlinin öldüyünü eşidəndə bildi ki, Aysel yenə  bu dama qalxacaq. Qalxacaq ki, özünü atsın. Ona görə Nərgiz belə bir nağıl fikirləşdi. Düzdü, Əli yaxşı oğlan idi. Damlarında oxuduğu mahnılar da, Ayselə dediyi sözlər də, danışdığı əhvalatlar da çox maraqlı idi. Amma Ayselin yaşaya bilməsi üçün o Əliyə nifrət etməli idi. Ayseli güclə də  damdan qırağa çəkmək olardı. Amma o bu yenidən dənəyərdi. Alınana qədər. Bu nağıldan sonra isə o bir də  özünü öldürmək istəməz. O daha Əliyə görə ağlamayacaq. Onun yanına getmək istəməyəcək. Həyatını yenidən başlayıb Əlini kiçik bir səhv kimi unudacaq. Bəlkə belə daha yaxşıdır ? Bəlkə itirməkdənsə nifrət etmək daha yaxşıdır ?

Bilmirəm. Bircə onu bilirəm ki, bəzən tanımadığımız insanlar bizə bizdən də yaxın olur.

Qaraqan

Yozumsuz Yuxular [v5]

Dörd yol ayrıcında boynundan bayraq asmış bir axsaq içindən keçən maşınlara əl edirdi, “Dayanın, içimə girmiyin”-deyirdi. Amma kim idi ona qulaq asan bu karlar bölgəsində? Maşınlar düz onun üstünə gəlir, içindən keçir, yoluna davam edirdi. Sanki heç görmürdülər onu. Mən isə görürdüm. Yolayrıcının tam ortasında bir uşaq da vardı. Asfalt üzərində bardaş qurub, oturmuşdu. Uşağın qarşısında papaq, ağzında tütək vardı və o, 3-4 melodiyadan ibarət olan korlar himnini çalırdı. Uşağı axsaqla məndən başqa kimsə görmürdü. Əslində heç dörd yol ayrıcı da deyildi bura, üç yol ayrıcı idi. Mən buna sonradan fikir verdim. “Tüpürüm sənə də, Leninə də, Hitlerə də, Çeyə də, Onlara da”-dedi arxamdan bir səs. Döndüm. Kimsə yox idi. Amma səsi eşitməyə davam edirdim. “Hamınız agentsiz, şpionsuz, işverənsiz”-deyirdi səs uzaqlaşa-uzaqlaşa. Başımı önə çevirdim. Bu dəfə axsaq yerdə oturub tütək çalırdı.

[Usta] 

Dayanma!

90

Boğun içinizdəki səsi..
Boğun! Susun!
Allah hamınızın bəlasını versin!
4-3 bayraq, 2 fişəng,
bayraq üstdə acı 1 gerçək!
Bu idi mi istədiyin?..
Məgər 90 sadəcə rəqəm imiş..

[az-ya

P.S. Lənət olsun içimdəki bu millət sevgisinə! 

May 26, 2008

Eurovision

 

Bu siyasət yarışmasıdır deyirlər.
Məncə siyasət yox, lobbi yarışmasıdır.
Lobbilərdə dığalardan geri qaldığımıza görə, bizimkiləri təbrik etməyə dəyər.
Keçmiş olsun Azərbaycan!..

Hələ yaxşı ki, içimizdəki ermənilər də, öz ölkəsinə 10 xal vermədi.
"Azərbaycanın 12 xalı… Ermənistan! "
- düşünmək belə adamın beyninə qan axınını sürətləndirir..

[az-ya

May 22, 2008

United !

Moskvada Avropanın 2008-ci il üçün ən yaxşısının adı bəlli oldu.
Abromoviçin komandası isə əlidən də oldu (Premyer Liqa), vəlidən də (Çempionlar Liqası).

Bu da bizdən "Mançestr"lilərə hədiyyə: YÜKLƏ 

 

May 19, 2008

Şeytanın duası

 

 D

Gecənin ən qaranlıq vaxtı idi.  Bütün insanlar və qarışqalar öz yuvalarında yatırdılar. İnsansızlıqdan qapısını toz basmış məscid kimsəsiz küçələrin dərin qaranlığında, əbədi sükutunda tənhalıq yuxusunda idi. Qəribə bir bürkü var idi. Bu şəhərin yuxusunda qəribə bir hürkü var idi. Bu şəhər gündüzləri bərbəzəklə bəzənən, süslənən, daranan, gecələri isə bütün süni bəzəklərini çıxarıb yataqlarında uyuyan əsl simalarında eybəcər olan gözəlçələrə bənzəyirdi. Bu şəhər çirkin yağışdan sonra qalan gölməçələrə bənzəyirdi. Heç bir canlı bu dərin sükutu pozmağa cəsarət etməzdi. Amma cəsarətli bir kəs addım səsləri ilə bu sükutu pozdu. Qara libasına bürünmüş bu yad qaranlığa qarışaraq addımlayırdı. Qara uzun paltarı yer ilə sürünür, sanki bütün zülməti özü ilə dartıb aparırdı. Yavaşca məscidin qapısını açdı. Qapı tük ürpədici bir səs çıxardı. Bu məscidin çəkdiyi “ah” idi. Axır ki onu yada salan olmuşdu. Amma bu sevinc “ah”ı bir an içində qəm fəryadına çevrildi. Məscidin qonağı var idi. Amma bu qonağı məscid heç gözləmirdi. Qara uzun libasına bürünmüş qaranlıqdan seçilməyən bu simada qan rəngli iki göz parlayırdı.  Bu şeytan idi.

Şeytan məscidin çirkli xalçasına,rəflərdəki toz basmış Qur’anlara, köhnə minbərə baxdı. Bu mənzərə onu dəhşətə gətirdi. Sonuncu dəfə məscidə girəndə yüzlərlə minlərlə müsəlman ona o qədər lənət yağdırmışdı ki, çıxış yolu tapmayıb özünü minarədən atmış və üç gün özünə gələ bilməmişdi. İndi isə boş məscidə baxır və yazığı gəlirdi. Düşmənlərinə yazığı gəlirdi. Bir az irəlilədi, üzünü Qibləyə tutdu və diz çökdü.O özü də bilmirdi nə edirdi. Amma əlacı yox idi. Əllərini açdı və duasına başladı.

“Bismilləhirrahmənirrahim”

 “Ey uca və qüdrətli Allah, sənə dua etmədiyim 100000 il oldu. Özün bilirsən sənin rızan üçün necə darıxmışam. Keçmiş vaxtlar yadıma düşür.Cəbrayıl, Mikayıl, İsrafil, Əzrayıl yadıma düşür.

Sənə etdiyim ibadətlər yadıma düşür. Mən sənə hər kəsdən yaxın olmuşdum. Mən xoşbəxt idim. Sonra sən insanı yaratdın. Və mən günaha batdım. Böyük günaha. Məni oradan qovdun. Mənə Cəhənnəmi qismət etdin. Yox,mən tövbə etməyə gəlməmişəm. Sözümüz sözdür. Qiyamət gününə kimi insanları sənin yolundan çıxaracağıma söz vermişdim. Sən də mənə vaxt verdiyini söz vermişdin. Amma indi hər şey başqa cürdür. Əvvəllər mən insanları sənin yolundan çıxara bilirdim. İndi isə heç kəsi yoldan çıxara bilmirəm. Heç kəsi pis yola sala bilmirəm. Çünki insanlar özləri pis yola gedir. Mənə heç ehtiyacları yoxdur. Məni də üzən,kədərləndirən elə budur. Özümü çox lazımsız hiss edirəm. Heç bir işə yaramayan bir məxluq oldum. Həyatımın mənası insanları pis yola çəkmək idi. İndi isə həyatımın mənası itib. Yalvarıram uca Allah mənim bir duamı qəbul et. Yalvarıram dünyaya yaxşı insanlar gətir. Mən də onları yoldan çıxarmağa çalışım. Boş durmayım. Boş durmaqdan ürəyim partlayır. Yalvarıram dünyaya yaxşı insan gətir.”

Qara libaslı bu yad duasını bitirib, göz yaşlarını silib yavaş-yavaş addımlayıb məsciddən çıxdı.         

Qara libası yer ilə sürünərək qaranlığa qarışdı və qara libaslı yad zülmətdə yox oldu.
                                                                                                                                QARAQAN

 

Soyuducudan məktub

Bilirsiniz mən indi haradayam? Mən soyuducunun içindəyəm. Mən bu axmaq soyuducunun içindəyəm. Soyuducunun içindən məktub yazan adama nə deyərsiniz? – Dəli.

Mən də deyərdim. Iki ay əvvəl bu restoranda işə düzəldim. Hər şey yağ kimi gedirdi. Bu günə kimi.

Amma o sarsaq italiyanın meymunu masanın üzərinə çıxıb şamları süfrəyə yıxmasaydı mən indi soyuducuda son sözlərimi yazmazdım. İndi həmişəki kimi oturduğum menecer otağında çayımı içərdim. Bilmirəm necə oldu amma süfrə birdən-birə alışdı.Bəlkə içkilərdəki spirtə  görə alov belə güclü oldu. Bilmirəm.. Tərslikdən döşəməni də səhər spirtli məhlulla silmişdilər. Par- par parıldayırdı. Süfrədən bir parça od yerə düşən kimi bütün restoran alışdı. Mən yanğın söndürəni götürmək istədim amma gec idi. Bütün  restoran yanırdı. Divardakı rəsmlər , pərdələr, xalçalar, masalar. Alov bara çatanda partlayış baş verdi. Camaat qaçmaq istəyirdi amma qapı tərəfdə alov lap güclü idi. Adamlar pəncərədən tullanırdı. Mən isə çatdırmadım. Hər şey bir dəqiqənin içində baş verdi. Od məni qova-qova mətbəxə saldı. Beş saniyənin içində mətbəx də alışdı. Mən də məcbur olub bu soyuducuya girdim. Soyuducu otaq kimi böyükdür- evdəkilərdən deyil. Içəridə də mənfi 48 dərəcə şaxta var. Indi mən nazik köynəkdə bu soyuducunun içində donuram. Soyuducunun qapısını da içəridən açmaq olmur. Lap açsam da alov məni yandıracaq. Mən donuram!!! Həyatın ədalətsiz və mənasız olduğunu bilirdim. Amma bu qədər mənasız yox daa. Mən belə ölmək istəmirəm. Istəmirəm desinlər ki “ Restoranda YANĞIN baş verdi və o DONDU ” . istəmirəm ölümüm bu qədər düşük olsun. 15 dəqiqədir buradayam. Artıq dodaqlarım çatlayıb. Bütün bədənib göyərib. Yanğının içində donuram.  Bütün həyatımı karyera qurmağa sərf etmişdim. Hər şeyin yaxşı getdiyi bir vaxtda bütün planlar puç oldu. Mənim bioqrafiyamda 4 cümlə yazılacaq. Doğuldu , oxudu , işlədi , öldü. Dördü də boş və dəyərsiz. 5 ildən sonra məni hamı unudacaq. Amma bir gün yanğın söndürənlərdən biri öz nəvələrinə danışacaq ki , yanğın zamanı donan birisi də olmuşdu. Nəvələrin ağzı açılı qalacaq. Baba isə sevinib bu hekayəni ətraflı danışacaq.uşaqlar qulaq asıb üzüləndə onlardan ən kiçiyi qaqqıldayacaq. Sonra digər uşaqlar da güləcək. Ehhh…

Artıq yaza bilmirəm , barmaqlarım donur. Son söz olaraq demək istəyirəm:

RESTORANINIZA MEYMUNLU İTALİYANLARI BURAXMAYIN!

ƏN ƏSASI: YANĞIN ZAMANI SOYUDUCUYA GİRMƏYİN!

                                                                                                 QARAQAN

May 18, 2008

Yumurtlayan İnək

Baxın, baxın. Bu cür fotoşop əsərlərini çox görəssiz hələ. Hansısa dizayner göydə buludlardan, yerdə adalardan, ağaclardan hansısa söz yazanda, digər həmkarı da belə məzəli əsərlər yaradır. [Usta]  

bunu da gördük

May 16, 2008

İkili monoloq

Bir nəfərli dialoq 

Quş ağac budaqlarından
Başını aşağı salıb
Baxır gözlərimə.
Mən isə dünənki ağac-
Bugünki skamyadan
Başımı qaldırıb
Baxıram quşun gözlərinə.
“Dostum, bir anormallıq var bunda”-
deyir mənə quş.
Mən susuram
quş dilini anlamadığım üçün
cavab verə bilmirəm.

 

(İdeal əsərinin təsiri ilə yazmışam aşağıdakını) 

Hər bir şeydə bir qəribəlik gördü insan.

Qavrayammadı “Həqiqət”in “Od” olduğunu

Dərk edəmmədi öz-özünə “Bağ” olduğunu

Seçəmmədi sözlə mahiyyətin fərqini…

Suların dərinliyini Idrakına sığdırammadı.

Əllərinin dərinliyini xətlər içində seçəmmədi.

Hər bir şeydə bir qəribəlik görən insan

Qəribəliklərə çox təbii yanaşmışdı.

Yanılmışdı.

Yanmışdı.

[Usta] 

Mein Kampf

Mənim mübarizəm çirk pullara qarşı -
Saxta məmurlara, qullara qarşı!
Mübarizəm ot, kollara qarşı -
İynələrə məskən qollara qarşı!
Mənim mübarizəm müəllimlərə qarşı -
Dərs keçən zır dilənçilərə qarşı!
Mübarizəm hakimlərə qarşı –
Pula satılan yalançılara qarşı!
Mübarizəm porno saytlara qarşı –
Gözlərini bərəldən aclara qarşı!
Mübarizəm çılpaq müğənnilərin
başına qoyduğumuz taclara qarşı!
Mübarizəm iki üz etika,
yeni biletimiz!
USA – qara politika!
Biz radikal,
Siz olun ofsayd!
Bu matç bizim meydanda –
HOST sayd!

Mənim mübarizəm sərhədlərə qarşı,
İrqlərə, ya da millətlərə qarşı!
Mübarizəm - saqqalın uzunluğuyla
ölçülən cənnətlərə qarşı!
Mübarizəm – cinsi azlıqlara!
Bəsdir! Nə qədər verdik üz bunlara?!
Mübarizəm – gizli sektalara,
Təşkilatlara, saxta dinlərə qarşı!
Mübarizəm - sizə qarşı,
Fahişələrinizin “İstanbul tətili”nə!
Mübarizə – bizə qarşı?
Güldürmə fanatlarımı buraxaram üstünə!
Şəhər inkişafda - disko, bari!
Dünən Jiquli sürəndə, bu gün Ferrari!
Amma qaçıb əsgərlikdən – fərari!
Döyüş olsa hamı – Mickey Mouse, Jerry!

Qaç gizlən!
Deşik axtar girməyə!
Gizlən!
Qaç sığorta şirkətinə!
Bizdən,
zəhləniz gedir bilirəm!
Çünki bu dediyimiz sözlər
sizdən!

Gəlin birləşək!
Mənləri biz, birləri yüz
eləməyin indi vaxtıdır!
Birləşək!
Nə qədər ayrı, topa, topa?
Hamı bizi qova-qova?!
Gəlin birləşək!
Bütün fərqlilər!
Beş fərqli barmaq,
Ama yumruq bir!
Gəlin birləşək!
Yumruqları qaldırın,
Gəlin birləşək!

Mənim mübarizəm siyasətçilərlədir -
Sarayda qalan nə bilir daxma nədi?!
Mübarizəm haram içkilərlədir -
Həqiqətdən qorxan – sərxoş, kefli.
Mənim mübarizəm – gic məcnunlarla,
Ki, bütün həyatlarına həsr edə sevgiyə!
Mübarizəm – başıboş qızlarla,
Ki, razıdır ilk gələn elçiyə ərə gedə!
Mübarizəm – “papa uşaqları”yla!
Bir gecədə hamısını gülləliyərdim!
Arvadı evində tapılmayan ərin,
Uzun buynuzunu rəndəliyərdim!
Mübarizəm – tarix dərslərinə,
Ki, düşmən unudulur, rəqəm əzbərlənir!
Mübarizəm – bayrağımıza qarşı,
Ki, sərhəddə yox, küçə bacada yellənir!
Mübarizəm – dilənən kişilərlə!
Mübarizəm – ailə dağıdan qızlarla!
Mübarizəm – geri çəkən qocalarla!
Mübarizəm – ömür çürüdən gənclərlə!
HOST hücuma!
Dağıdaq mentaliteti!
HOST hücuma!
Sındıraq beyinləri!
HOST hücuma!
Dinsizləri yandıraq!
HOST hücuma!
Allah bizimlədir!

[Qaraqan

May 15, 2008

il Manifesto contro al Graffist

May 12, 2008

Paslanma! :)

Bloq olmasaq da, bizə də pas atdılar, bizi də top atəşinə tutdular. Məcburuq cavab verməyə. Xalq bizə nə deyər sonra. Sağlı, sollu hücumlarla irəli…

 

1. Adın və Soyadın

az-ya: Xalq, Millət, Vətən, Torpaq, Kəpəz, Qoşqar, Göyəzən, başı qarlı dağlar, pambıq tarlaları, taxıl zəmiləri.. =)

Usta: Adım - Usta, soyAdım - soyUsta

 

2. Təvəllüdün

az-ya: 25+18-(55:3)x1200:7+1=? *

Usta: Dədə Qorquddan cavan, Spayderməndən yaşlıyam.

 

3. Nə ilə məşğulsan (sənət, peşə..)?

az-ya: Yazıram. Oxuyuram. Pozmağa vaxt olmur.. =)

Usta: Camaata şirin həqiqət deməklə :)

 

4. Harada yaşayırsan və hansı şəhərdə yaşamaq istərdin?

az-ya: Plutonda iki mərtəbəli villada.

Usta: Yerin düz göbəyindəyəm.

 

5. Yaşam fəlsəfənizi təşkil edən sözərdən, cümlələrdən biri?

az-ya: Eskalatordan düşəndə şıllaq atmağı unutmayın.

Usta: Məndə sığar ikən cahan!-zarafat eliyirəm- Ey fələk, eylə külək, qaldır onu, biz də görək. J

 

6. Sənin üçün blog nədir?

az-ya: Bir şeylər yazmaq həvəsi.

Usta: İçimdəkiləri bölüşmək üçün məkan.

 

7. Bloq həyatında nə qədər və necə bir yer tutur?

az-ya: 350 KB. Amma təzə 90 GB “hard disc” almışam. Qorxusu yoxdu =)

Usta: Solumun bir hissəsini tutduğu dəqiqdi.

 

8. Nəyə görə blog yazırsan?

az-ya: Usta adlı bir qansız var, o məcbur eliyir. Vallah mən günahsızam =)

Usta: Sənnən dashboard-da görüşərik, az-ya!!!

 

9. Fərz edək ki, Allah sənə öz xalqının konkret bir xasiyyətini əlindən almaq qüdrəti verdi. Onun hansı cəhətini ləğv edərdin?

az-ya: Dayanacaqlarda ən düşük mahnılara qulaq asmağını.

Usta: Qonaqpərvərlik adı verdiyi yaltaqlığını.

 

10. Sizcə, hər bir insan öz cütünü axtararkən gələcək həyat yoldaşından daha çox nə umur?

az-ya: Əvvələr şan-şöhrət, bir də ağ at. İndi pul-para, bir də ağ Mercedes (S class olanından).

Usta: Anlayış.

 

11. Öz həyatınızdan nəyi çıxarmaq və nəyi əlavə etmək istərdiniz?

az-ya: Dünyaya ikinci dəfə də gəlsəydim bu suala cavab verməzdim =)

Usta: Kafel-metlaxı çıxarardım, yerinə bol-bol krem əlavə eliyərdim J

 

12. İndiki ağıl və dünyagörüşü yeniyetməlik vaxtı olsaydı, o zaman hansı peşəni seçərdiniz?

az-ya: Kosmonavtlığı.

Usta: Peşəmin Ustasıyam : )

 

13. Sizcə, pulun hansı yolla qazanılmasının fərqi varmı?

az-ya: Öz əməyiylə qazanırsa yox.

Usta: Var, əlbəttə. Kanalizasiyada işləyib çirkli pullar qazanmaqdansa, məmur işləyib təmiz pul qazanmaq yaxşıdı yarımçıq papaqçılıqdan. :)

 

14. Master Yoda kimdir? Ona münasibətiniz

az-ya: Qonşumuz. Yaxçi oğlandı. Cayıldı dəə, qədeş.. =)

Usta: Yod çatışmamazlığı üzrə usta.

 

15. Millət olaraq Tarix dərsindən nəsə öyrəni bilirik mi?

az-ya: Öyrənsəydik özümüzə “Azəri” deməzdik.

Usta: Biz dərslərdən Qaçmağı öyrənmişik. Bəsimizdi.

 

16. Azərbaycan futbolunun inkişafının reseptini bilirsənmi?

az-ya: Tetraskilin. Gündə üç dəfə.

Usta: Bax, yuxarı!

 

17. Hansı millətin nümayəndəsi olmaq istiyərdin? Niyə?

az-ya: Kosmopolitlər! Çünki kosmosa uçmaq istəyirəm.. =)

Usta: Nəşəxoritlərdən ol daa. Kosmosa qısa yol onlardan keçir. :)

 


* - inanıram ki, bunu hesablamağa çalışacaq qədər sadəlövh deyilsiz =)

 
Ustayla az-ya`nın “divar paslaşma”sından sonra topu atırıq Ronaldinyoya. Day bunu da vura bilməsə, getsin özünə başqa sənət tapsın! Futbol oynamasın!..

17-ci dəfə

May 10, 2008

Nickelback


Mənbə:
Hanna, Alberta, Kanada
Janr: Ağır rok, post qranc, alternativ, alternativ metal, pop rok
Yarlıqları: Roadrunner, Atlantik
Fəaliyyət İlləri: 1995-bugünədək
Veb Səhifə: www.nickelback.com
Qrup Üzvləri:
·          Çad Kroeger
·          Ryan Pik
·          Mayk Kroeger
·          Daniel Adeə
Keçmiş Üzvlər:
·          Ryan Vikdel
·          Miç Quindon
·          Brandən Kroeger
Studiya Albomları: CurbThe StateSilver Side UpThe Long RoadAll the Right Reasons
Sinqlları: "Fly" • "Leader of Men" • "Old Enough" • "Breathe" • "Worthy to Say" • "How You Remind Me" • "Too Bad" • "Never Again" • "Someday"
"Figured You Out" • "Feelin Way Too Damn Good" • "Because of You" • "See You at the Show" • "Photograph" • "Animals" • "Far Away"
"Savin’ Me" • "Rockstar" • "If Everyone Cared" • "Side of a Bullet
Başqa Mahnıları: "Follow You Home" • "Next Contestant" • "Throw Yourself Away" • "Where Do I Hide
Videoları: Live at HomeThe Videos • Road to Success • Photo Album
EP-ləri: Hesher
      
Nickelback
Kanadanın Alberta şəhərindən olan ağır rok/ post-qranc rok qrupudur. Qrupun yaradıcıları Çad Kroeger, Mayk Kroeger, Ryan Pik və keçmiş barabançı Brandon Kroeger (qrupun hazırki barabançısı Daniel Adeədir) olmuşdur. Qrup 3 Doors DownDaughtry ilə birgə1990-cı illərin  müasir post-qranc janrının ən populyar nümayəndələrindəndir, onlar ənənəvi tərzdən çox radio tərzində ifa edirlər. Qrupun yaradıcılarının Kalqarinin şərqində yerləşən kiçik Hanna, Alberta şəhərindən olmasına baxmayaraq halhazırda qrup Vankuverdə yerləşir. Qrupun adı Kanada qəpiyi olan nikelin adından gəlir, qrup üzvü Mayk Kroeger Kanada qəpiyi nikeli müştərilərinə qalıq olaraq qaytarır və deyir: ”Buyurun bu da sizin qalıq nikeliniz”.
Qrup ölkədaxili işlər üçün EMİ ilə, ölkədənkənar bütün məsələlər üçün isə Roadrunner ilə müqavilə bağlayır.
Nickelback-in ilk işi 1996-cı ildə buraxılan 7 mahnıdan ibarət olan “Hesher” adlanan EP oldu. Elə həmin ildə qrup “Curb” adlanan ilk  albomunu təqdim etdi. Qrupun  ilk sinqlı “Fly” həm  Hesher, həm də  Curb albomunda yer almışdı. Sinql reytinq cədvəllərində yer tuta bilmədi və yalnız yerli radiolarda oxunmaqla kifayətləndi. Curb isə müstəqil albom kimi 100 min nüsxə satıldı.
       
Qrupun 3-cü  “Silver Side Up”  albomuna daxil olan hit sinqlı “How You Remind Me” bir çox ölkələrdə və 13 həftə Meynstrim və Modern Rok reytinq cədvəllərində #1 olub. Albomun ikinci sinqlı “Too Bad” isə reytinqlərdə 20 həftə #1 olduğuna görə Qinnesin Rekordlar kitabına düşüb. Üçüncü sinql “Never Again” Bilbordun Qaynar reytinq cədvəllərində yüksələrək hit oldu. Silver Side Up albomu ABŞ-da 6 qat, Birləşmiş Krallıqda 3 qat, Kanadada 8 qat,
Avstraliyada 2 qat və 4 Avropa öıkəsində Platin Albom statusuna layiq görülmüşdü. “How You Remind Me” isə Bilbordun Qaynar 100-də #1 yüksələrək 2002-ci ilin sinqlı oldu.
“The Long Road” albomu 2003-cü ildə buraxıldı. Bamayaraq ki, albomun ikinci sinqlı “Figured You Out” Meynstirm Rok  cədvəlində 13 həftə #1 oldu albom “Silver Side Up” kimi yer tuta bilmədi. Albomun “Someday” sinqlı “How You Remind Me” sinqlı ilə oxşar olduğuna görə tənqid olundu, lakin bir çox ölkələrdə top 10-da yer aldı. Albom Kanadada 4 qat, ABŞ və Avstraliyada a 3 qat, Almaniya və Yeni Zellandiyada isə Platin Statusuna yiyələndi.
Nickelback-in 5-ci albomu “All The Right Reasons”  ABŞ-da 6,7 mln və dünya üzrə isə 9,5 mln nüsxə satıldı. Bu albom 21-ci əsrə qədər bu zirvəyə çatan 16-cı albom oldu. Alboma 100-lükdə top 20 olan 5 sinql daxildir: Savin Me, İf Everyone Cared, Far Away, Photograph və Rockstar, bunlardan üçü ABŞ-da Qaynar 100-də  top 10 oldu. Albom Bilbordun 200-də 99, 100, 101 və 102-ci həftəsində top onluqda qaldı. Vaxtilə Şania Tveynin “Come On Over” albomu buraxıldığı gündən Bilbordun 200-də 123 həftə #30 olduqdan sonra ikinci Nickelback-in bu albomu 110 həftə ərzində Bolbordun 200-də #30-dan oldu. Bilbord Jurnalı albomu “əsrin bu vaxta qədər olan ən böyük rok albomu” adlandrdı. Albom Birləşmiş Krallıqda #13 olaraq reytinqə başlamamış və tezliklə yer tutmadan birinci olaraq “Savin Me” sinql və onunla birgə 20 sinql da 75-likdən cədvəli tərk etdi.
     

Bu qrupun “Curb” albomundan bəri Krallıqda ən az satılan albomu oldu. 2008-ci ilin əvvəlində “Rockstar” sinqlının yenidən bərpası ilə bu sinql qrupun Krallığın reytinq cədvələrində ən uğurlu yer tutan sinqlı oldu. Albom indi #13-dən #2-ə çatdı. “All The Right Reasons” albomu Birləşmiş Dünya Reytinq Cədvəlində 89 həftə 40-lıqda belə uzun müddət qalan üçüncü albom oldu. Albom ABŞ-da 7 qat, Kanadada 6 qat, Avstraliya və Yeni Zellandiyada 4 qat, İsveçrədə 3 qat, Almaniya və Krallıqda Platin Albom Statusuna yiyələndi.

Mükafatları:
Qremmi Mükafatı:
·          2003- İlin Ən Yaxşı Mahnısı - “How You Remind Me”
·          2004- Ən Yaxşı Rok Mahnı - Someday; Ən Yaxşı Rok Albom - The Long Road
·          2005- Ən Yaxşı Ağır Rok Performansı - "Feeling” Way Too Damn Good"
·          2008- Ən Yaxşı Solo və Duet Vokallı Rok Performansı- "If Everyone Cared"

Bilbord Musiqi Mükafatı:
2006
·          İlin İfaçısı- Nickelback
·          İlin Rok Albomu- All The Right Reasons
·          İlin Albomu- All The Right Reasons
·          İlin Qrupu- Nickelback
·          İlin Qaynar 100 Duet/Qrup İfaçısı- Nickelback

Amerika Musiqi Mükafatı:
2003 Yanvar
·          30-cu Amerika Musiqi Mükafatı- Sevimli Pop/Rok Qrupu
2004 Noyabr
·          32-ci Amerika Musiqi Mükafatı- Sevimli Pop/Rok Qrupu
2006 Noyabr
·          34-cü Amerika Musiqi Mükafatı- Sevimli Pop/Rok Qrupu
·          Sevimli Alternativ İfaçı
·          Sevimli Pop/Rok Albom- All The Right Reasons
2007 Noyabr
·          35-ci Amerika Musiqi Mükafatı- Sevimli Pop/Rok Qrupu

Piplz Çoys Mükafatı:
·          2007 Yanvar- 33-cü Piplz Çoys Mükafatı- Sevimli Qrup

Cuno Mükafatı:

2001
·          Ən Yaxşı Yeni Qrup- Nickelback
2002
·          Ən Yaxşı Albom- Silver Side Up
·          Ən Yaxşı Sinql- “How You Remind Me”
·          Ən Yaxşı Qrup – Nickelback
·          Ən Yaxşı Rok Albom – Silver Side Up
2003
·          İlin Musiqi Yazarı- "Spiderman Saundtrək"/"Silver Side Up"
·          Cuno Fanatlarının Seçımi Mükafatı- Nickelback
2004
·          İlin Albomu- The Long Road
·          İlin Qrupu- Nickelback
·          İlin Rok Albomu- The Long Road
·          İlin Sinqlı- Someday
·          Cuno Fanatlarının Seçimi Mükafatı- Nickelback
2005
·          Cek Riçardson İlin Prodüsseri- Nickelback
2006
·          İlin Albomu- All The Right Reasons
·          İlin Qrupu- Nickelback
·          İlin Rok Albomu- All The Right Reasons
·          Cek Riçardson İlin Prodüsseri- Nickelback
·          Cuno Fanatlarının Seçimi Mükafatı- Nickelback
·          İli Sinqlı- Photograph
2007
·          Cuno Fanatlarının Seçimi Mükafatı- Nickelback
·          İlin Musiqi Yazarı- Nickelback

MuchMore Video Mükafatı:
2002
·          Ən Yaxşı Video- Too Bad
·          MuchLoud Ən Yaxşı Rok Video- Too Bad
2006
·          MuchLoud Ən Yaxçı Rok Video- Photograph
2007
·          Ən Yaxşı Video- If Everyone Cared
·          MuchLoud Ən Yaxçı Rok Video- If Everyone Cared
·          MuchMore Musiqi Mükafatı- Far Away
·          Kanadalının Ən Yaxşı Beynəlxalq Videosu- Far Away
·          Piplz Çoys: Sevimli Kanadalı Qrup- Far Away


 [ever the same]

May 8, 2008

Yerli qraffitilər

Əgər sizdə bu tip şəkillər varsa, paxıllıq etməyin, göndərin alternativa@mail.az ünvanına. Noolay? 

biri 

 sehv

[Usta] 

May 6, 2008

Dadaizm

dada -

Birinci dünya savaşında Zurix şəhərində yaranan, Dad ilə Dadaismi, mədəni, ədəbi və sənətçiliyə bağlı olan 1916 – cı ildən başlayaraq 1920 – ci ildə lap yüksək zirvəyə yetişən bir Axın hesablamaq olar.

Ümidsizlik, iztirab, terorçuluq və birinci dünya savaşının səmərəsindən, dadaism yaranmağa başladı. 

Dadaism, sarsılmış və heç nəyə ümidləri olmayan insanların şərh halı da hesablamaq olardı.  

Bu üsyankar məktəbə bağlı olanların əsas qəsdi toplum, sənət və mənəviyyətə qarşı çıxmağı idı. Onlar bəşəriyyəti məntiq, ağıl və dilə olan bağlılıqlarından tam azad etmək niyyətində olmaqla hər nəyi inkar edirdilər.

Bu məktəbin şairləri, qəzetlərdən kəlmələri cırıb bir – birinin yanına düzməklə şer yaratmaq zorundaydılar. Kəlmələrin azad olmağına düşünürdülər.

1916 – cı ildə avrupada yaranan dada zurix şəhərində bir neçə yazıçı və sənətkar əlilə quruldu. Fransızlı Jan Arp və Rumaniyalı olan Trisan Tesaranı bu məktəbin əsas qurucularından adlandırmaq olar.

Önəmli olan daha bir söz, dadaismdən döğulan surealismin yaranmasıdır. Dadaismlər hər nəyi inkar etsələr də yeni məktəblərin yaranmasında əsas təsirlər qoyublar.

Dad birinci dünya savaşının son çağlarında, almanyada da inkişaf taparkən, militarism və nasyonalismə qarşı çıxdı. Zurx şəhəri ilə bərabər Niyoyork şəhəri də, dadaism məktəbinin hərəkatına çevrildi.   

Bu məktəbə üz gətirən şairlərdən, Berton, Pikabiya, Tristan Tesa, Aragon, Əlvar, Apoline, Məx Jakop və Soyo kimiləri ad aparmaq olar.

Mənbə

Həmrəylik buna deyərlər :)

Mən elə bilirdim elə tək Buralardadı bu. Sən demə Oralarda da varmış. 

iRELİ! 

Basabas in the bus :) əhvalatı düşdü yadıma

Çax-çux var?

kalkulyatorun dedesi 

Mənim belə bir xüsusiyyətim var: fikrimi cəlb eləmiş sözün öz başlanğıcını haradan aldığını mütləq öyrənməliyəm.

Bu tip sözlərdən biri də "çak-çuk"du. Yəqin çoxunuz gündəlik həyatda bu sözlə qarşılaşmısız.

-Harda işləyirsən?

-"Filan" MMC-də.

-Nə qədər maaş alırsan?

-Filan qədər.

-Bəs, "çak-çuk" var?

Həmişə düşünürdüm ki, ayə, görəsən bu "çak-çuk" sözü hardan gəlir? Niyə məhz "tuk-tuk", "tak-tuk" və s. yox, məhz "çak-çuk". Bu söz nə zaman yaranıb? Yaxın onillikdəmi?

Cavabı Muğannanın "İdeal" əsərini oxuya-oxuya tapdım :) Mən oxuduğum kitab 1988-ci ildə çap olunub, amma dəqiq bilirəm ki, əsərin tarixi daha qədimlərə gedib-çıxır.

Demək bu əsərdə Çax-çux Xalıq adında bir obraz var. İşi-gücü alverçiliklə məşğul olmaqdı.

O zaman anladım ki, əslində "çak-çuk" deyil, "çax-çux" olmalıdı söz.

Və anladım ki, "Çax-çux" əslində SƏSdi :)

Kalkulyator olmadan öncə bir hesablama aləti vardı dədə-babalarımızın və həmin alətdə Təkliklər, Onluqlar, Yüzlüklər, Minliklər vardı. Alətin öz dilimizdə adını xatırlamıram :(

Bax, o alətdə "haqq-hesab çürüdəndə" "Çax-Çux" səsi gəlirdi. Demək indi işlətdiyimiz "Çax-çux" sözü ordan gəlir.

Axır ki, gecələr yuxu görürəm :)  

[Usta] 

May 2, 2008

Tarantino - qürubu olmayan şəfəq!

Tarantino - qürubu olmayan şəfəq!

 

Tarantinodan danışarkən yazını adi tərzdə yazmaq belə insanı çətinə salır. Axı bu, 1990-cı illərin əvvəlindən başlayaraq qeyri-real həyat hadisələrini, qəribə dialoqları və qanlı zorakılıq səhnələrini açıq şəkildə Amerika kinosuna gətirməklə qısa bir vaxtda dünyaya səs salmağı bacaran rejissora haqsızlıq olardı. Təəssüf ki, mən Kvetnin deyiləm. Ona görə də oxumaqda olduğunuz məqalədə qəribəliklər axtarışında olmayın. Sözü çox uzatmayıb şablon avtobioqrafik abzasa keçmək istərdim…

 

Amerikanın Tennessi ştatında, Neksvilledə dünyaya göz açanda anası onun gələcəkdə belə parlaq gələcəyə sahib olacağını təxmin etməzdi. Amma Mis Tarantino 60-cı illərdə populyar serialdakı bir kovboyun adını oğluna qoymaqla müəyyən mənada kino aləminə bağlamış oldu. Həmin Kvin adını sonralar bəyənməyən Kventin hazırda dillər əzbəri olan ismi seçdi. Ən adi, kasıb bir Amerikan ailəsində dünyaya göz açan Tarantinonun kinoya həvəsi uşaqlıqdan yaransa da, filmlər haqda biliyi bizi kimi videokasetlərə baxmaqla toplayıb. Və ilk ssenarisini də elə 22 yaşında yazıb (“Captain Peachfuzz and the Anchovy Bandit”).

 

“Kiminsə kəlləsini bədənindən vinçestrlə ayırmaq — bu mənə qətiyyən təsir etməz. Bunu əla speseffekt kimi qəbul edirəm. Mənə əsl insan hadisələri dərindən toxunur. Kimsə kağızla özünü kəsir… və bu məni həqiqətən də həyəcanlandırır. Axı bunu öz üzərimdə sınaqdan keçirə bilərəm. Amma uzidən qarnına güllələr almaq… axı bunu kim öz üzərində sınaqdan keçirə bilər?!..”

K.Tarantino

 

 

Həyatının bundan sonrakı axarı adi ssenariylə davam edir. Aktyor olmaq istəyir. Amma ssenari müəllifliyi onu daha çox ön plana çıxarır. 1992-dəki “Reservoir Dogs” filmiylə başlayan uğur ötən ilki “Death Proof”a qədər gedən yolda eniş-yoxuşlu bir qrafik cızır. İndi isə “Inglorious Bastards”ın üzərində çalışır və bu filmin 2008-də kinoteatrlarda seansa başlaması gözlənilir. Tarantinonun onsuzda üzdə olan həyat və yaradıcılığına dair çox danışmağın mənası yoxdu. Birbaşa və bilavasitə adı çəkilən filmlərin siyahısıyla aşağıda tanış ola bilərsiz. Daha çox filmlərindəki bəzi xarakterik xüsusiyyətlərə toxunmaq istərdim.

Beləliklə Tarantinonu digərlərindən ayıran məqamlar:

  • Başroldakı surətlər xüsusiylə “Chevrolet” və “Cadillac” olmaqla daha çox “General Motors”un maşınlarından istifadə edir.
  • Hər filminə, azalmaqla tamam ilə  kəsilən və sonra yenidən səslənməyə başlayan bir musiqi səhnəsi əlavə edir:
  • “Reservoir Dogs”  (qulaq səhnəsi) - Mr. Blonde (Michael Madsen) maşına qaçıra və sonra yenidən içəri gəlir;
  • Pulp Fiction” (axsama səhnəsi) - Butch Coolidge (Bruce Willis) yuxarıya doğru qaçır ve bir samuray qılıncıyla geri dönür;
  • Jackie Brown (Beaumont Livingston-un ölümü) - Beaumont Livingston (Chris Tucker) Ordell Robbie-nin (Samuel L. Jackson) idarə etdiyi maşının baqajındadır. Radio səsi gələrkən maşın uzaqlaşır ve dövrə buraraq kameraya doğru qayıdır.
  • Kill Bill Vol. 1(meydan oxuma səhnəsi) - O-ren ve tərəfdaşları əylənərkən aşağı tonda səslənən musiqi (“From Man To Man” mahnısı), Gelin qışqıranda yüksəlir; Sofie-nin dəhşətə gəldiyi səhnədə aşağı düşür, Gelin yeriməyə başlayanda yenə yüksəlir ve dayananda kəsilir.
  • Surətləri tez-tez qapının ağzında, qapıları açarkən ve bağlayarkən lentə alır. Filmlərində zorakılıq və lazımsız surətlərin dialoqları daha çox səhnədən kənarda gerçəkləşir.
  • Filmlərinin çoxunda çanta ve çamodanlar önəmli rol oynayır.
  • Demək olar bütün filmləri Losa-Ancelesdə cərəyan edir (“Kill Bill” istisna olsa da, Los-Ancelesdə keçən qısa bir səhnə orda da var).
  • Şedevrə çevrilmiş filmlərə və seriallara nəzirə edir, onların musiqisindən istifa edir.
  • Dolayı yolla olsa da əvvəlki filmləri ile tez-tez əlaqə qurur. Kevin Smith-in “View Askewniverse”ı kimi. Amma daha incəliklə öz dünyasını yaradır.
  • Buna nümunə olaraq Tarantinonun belə bir açıqlaması var: “Pulp Fiction”dakı John Travolta-nın canlandırdığı obrazla “Reservoir Dogs”dakı Michael Madsen-ın canlandırdığı obraz qardaşdır. Soyadları Vega-dır, adları (Vincent və Vic) və tipləri (sıx saçlı və eyni geyimli) bir-birinə oxşayır.
  •  Filmlərinin çoxunda üç, ya da daha çox surəy eyni anda bir-birinə silah tuşlayır (Məsələn, "Mexican standoff").
  • Filmlərində tez-tez ordinar olmayan hekayə anlatma tərzindən istifadə edir:
    • Reservoir Dogs”da retrospektiv (geriyə meyilli);
    • “Pulp Fiction”da qeyri-real;
    • “Kill Bil“l, “Four Rooms” (və qonaq rejissor kimi iştirak etdiyi eyni tərzdən istifadə olunan “Sin City) "bölmə" formatında
  • Tez-tez komediya aktyorlarına  kiçik rollar verir:
    • Reservoir Dogs”da DJ rolunda Steven Wright;
    • “Pulp Fiction”  qəzanın şahidi kimi Kathy Griffin;
    • “Pulp Fiction”  Raquel rolunda Julia Sweeney;
    • “Pulp Fiction”  Marvin rolunda Phil LaMarr;
    • “Jackie Brown”da Beaumont Livingston rolunda Chris Tucker.
  • Surətlər elleriylə bir iş görəndə kameranın yaxından çəkiliş etməsi Brian De Palma-nın texnikasını xatırladır. Bu səhnələr tez-tez təqlid edilir.
  • Biri səhnədən kənarda danışanda uzun müddət bir surətin üzünü yaxından çəkmək (Bill danışanda The Bride-ın üzü ve Marsellus danıışanda Butch-ın üzü).
  • O qədər yaradıcı olmasa da populyarlaşdırdığı “trunk shot (baqajdan çekiliş). Əvvələr Martin Scorsese-nin “Goodfellas filmində rast gəlinən bu sahnəni Reservoir Dogs, “Pulp Fiction”, “From Dusk Till Dawn”, “Jackie Brown” və “Kill Bill”‘de istifadə edib.
    • Demək olar bütün filmlərində surtələrin ləqəbi var: “Pulp Fiction”da Honey Bunny və Pumpkin, Reservoir Dogs”dakı qruplaşma üzvləri və “Kill Bill”‘də Bill-in komandası.
    • Filmlərində tez-tez kiçik rollarda oynayır:
    • Reservoir Dogs”da Mr.Brown;
    • “Pulp Fiction”da Jimmie Dimmick ;
    • Desperadoda yükmaşınındakı adam ;
    • “Four Room“da Chester Rush;
    • From Dusk Till Dawn”da Richard Gecko;
    • “Jackie Brown“da telefonun səsyazmasındakı səs;
    • “Kill Bill”də Crazy 88 qruplaşmasının ölmüş üzvü.
  • Tez-tez bir surəti hansısa mahnını oxuyarkən göstərir:
    • Mr. Blonde, "Stuck in the Middle With You" — Stealers Wheel;
    • Butch, "Flowers on the Wall" — Statler Brothers;
    • Mia Wallace, "Girl, You’ll Be A Woman Soon" — Urge Overkill;
    • Elle Driver, "Twisted Nerve" — Bernard Herrmann;
    • Jackie Brown, "Across 110th Street" — Bobby Womack;
  • Filmdəsurətlər hamamdan nadir hallarda istifadə etsə də Tarantino tez-tez tualet sahnesindən yararlanır: Reservoir Dogsda Tim Roth, “Pulp Fiction”da John Travolta, “True Romance”da Christian Slater, “From Dusk Till Dawn”da Juliette Lewis, “Kill Bill Vol.1”də Uma Thurman ve “Kill Bill Vol.2”də Daryl Hannah.
  • Özü də qarışıq irqdən olan Tarantino bəzi filmlərində iki irqin qarışığından olan surətlərdən istifadə edir:
    • Pulp Fiction”da Jules Winfield (Samuel L. Jackson);
    • “Kill Bill Vol.1”də O-Ren Ishii (Lucy Liu) yarı yapon, yarı çin amerikalısı, ən yakın dostu Sofie Fatale (Julie Dreyfus) də  yarı yapon, yarı fransızdır.
    • True Romance‘dakı Drexl (Gary Oldman) ağdərilidir, amma qaradərili olduğunu düşünür və anasının apaçi olduğunu iddia edir.
  • Tarantinonun idarə etdiyi dörd film ve sadəcə ssenarisini yazdığı üç film başdan ayağa cinayət və cinayətkarların üzərində qurulub.
  • Əsas obrazların siqaret çəkməsi Tarantinonun filmlərində tez-tez təkrarlanan özəllikdir. Və “Kill Bill” seriyasından The Bride olduqça önəmli bir istisnadır.
  • Aşağıdakı aktyorlara filmlərində tez-tez yer verib:
    • Tim Roth (Reservoir Dogs”,Pulp Fiction”);
    • Harvey Keitel (Reservoir Dogs”,Pulp Fiction”),
    • Uma Thurman (“Pulp Fiction”, “Kill Bill”),
    • Michael Madsen (Reservoir Dogs”, “Kill Bill”),
    • Steve Buscemi (Reservoir Dogs”,Pulp Fiction”),
    • Samuel L. Jackson ( “Pulp Fiction”, “Jackie Brown”, “Kill Bill”, “True Romance”).
  • Tez-tez qara kostyumlu, ağ köynəkli və qara qalstuklu obrazlara yer verir:
    • Reservoir Dogsdakı oğrular;
    • Pulp Fiction”dakı John Travolta və Samuel L. Jackson;
    • “From Dusk Till Dawn”daki Gecko qardaşları;
    • “Kill Bill Vol.1”dəki Crazy 88 qruplaşması.
  • Surətlərinin mövzu və motivasiyasını inkişaf etdirmək üçün tez-tez keçmişlərini də çəkir.
  • “Kill Bill Vol.2”‘də The Bride, kovboy çəkməsinə gizlətdiyi ülgüçlə tabutdan çıxır (yaxın məsafədən tabutu qıran yumruqdan sonra), Reservoir Dogs”dakı Mr.Blonde çəkməsinin içində qulaq kəsmə səhnəsində istifadə etdiyi ülgüçü gəzdirir.
  • Rejissorluq etdiyi hər filmdə ən azı bir dəfə “Wilhelm qışqırtısı səs effektindən yararlanıb.
  • Rejisor

    Ssenari müəllifi

    Aktyor kimi

    Prodüser

     

    “Mən kino məktəbinə getməmişdim, kinoya getmişdim”

    K.Tarantino

     

    [az-ya]

     

    O küçələr…


    O küçələr…

    Deyirəm ki, biz çox qəribəyik. Sual oluna bilər niyə?
    Çünki hələ heç bir ölkədə ünvanları hər hansısa tikiliyə görə müəyən etmirlər. Amma di gəl ki bizdə ünvandan başqa hər şey deyirik amma küçənin adını çəkmirik. Bilmirəm daha niyə əziyyət çəkib küçələrə kiminsə adını verirlər bir halda ki o heç kimə lazım olmur. Hazır əvəzində hər hansısa marketin, şəklin və xüsusilə də şadlıq sarayının adından istifadə edirik. İndi çətin ki bir adam küçələri adı ilə tanısın. Soruşanda deyirlər ki, yadımda qalmır. Niyə silsilə yarişmalrdakıların adları yadda qalır amma tanınmış adamlarımızın adını daşıyan küçələrin adları yadda qalmır görəsən?
    Məsələn elə insanların sıx olduğu avtobusları götürək. Elə avtobusa yaxınlaşan soruşur filan şadlıq sarayının yanına gedirmi və yaxud sürücülər dayanacaq kimi şadlıq saraylarından istifadə edirlər, filan sarayda düşən varmı deyə sərnişinlərə müraciət edirlər. Yəqin çoxunuz bunun şahidi olmusuz. Maşallaq şadlıq sarayları da ki, şəhərdəki maşınların sayı qədər çoxdu. Adları da ki iynədən tutmuş sapa kimi bütün adları əhatə edir. Bəzən sürücü soruşur ki, İstanbulda və yaxud Ərzurumda düşən var? Küçə adlarının şadlıq saraylarının adına dəyişdirilməsindən xəbəri olmayan biri Azərbaycanda yox məhz Türkiyədə olduğunu zənn edəcək. Deyirəm bir azda avropa və amerika şəhərlərinin adlarını qoysaydılar saraylara heç olmasa qiyabi də olsa olardıq o ölkələrdə.
    Hələ bu qalsın bir yana bəs köhnə küçə adlarının dəyişilməsinə baxmayaraq hələ də işlənməsinə nə deyirsiz bəs?
    Yəni bizim öz adlarımız Razin, Basin, Papanin, Xutorlaradan pismi səslənir? Niyə Bakixanov deməyək Razin deyək, axı Bakıxanovun Razindən nəyi pisdi hə?
    Nə vaxta qədər Nəsimi Bazarı əvəzinə erməni-kənd bazarı, Musa Nağıyev əvəzinə Semaşko deyəcəyik? Bu siyahını hələ çox davam etdirmək olar. Heç olmasa bütün günü oturub müğənniləri müzakirə etmək, qiybət qırmaq, sözbazlıq etmək, gic-gici yarışmalara və ət-tökən seriallara baxmaqdansa belə şeylərə fikir versək daha yaxşı olmazmı?

    Heç olmasa bir az özümüzə hörmət edək və bizim olana sahib olaq!!!


    [Ever the Same]

    May 1, 2008

    Graffity

    Aklımı Kaybettim Hükümsüzdür

    Bu tip espirileri sıkça duyarız onlardan birine mahal verdiğim için ayrıca özür dilerim.
    Asıl olarak gazetelerin reklam spotlarında sıkça görürüz böyle duyuruları. Genelde nufüs hüviyeti kaybolduğunda görürüz.

    Birde insanın aklını kaybetme raddesi vardırki bulanların art niyetli insanların kötü emellerine rahatça alet edebileceği farklı bir durumdur. İnsanın aklını kaybetmesi sonra onu altın dedektörüyle arasa bile bulamayacak duruma sokması kendini.. insanın ne basiretsiz bir yaratık olduğunun kanıtıdır..İnsanda değilsin hatta sen böyle olunca.

    Nerde kaybederiz aklımızı ? hangi durumlarda kaybederiz? birde bunun sorusu vardır. Verilebiliyorsa birde cevabı vardır..
    Hayatımızı allak bullak edecek kıvama sokan bu akıl kaybı sorunu genelde manita ayağına yaşansada (bu kaidede kalan kısım) .. Aslında hayatımızda yaşadığımız her soruna olan yaklaşımımızın basiretsizliğindede olabilecek bir durumdur.. evet basiret.. Aklını kullanmak yerine kıçını kullanan insanlar aklımı kaybettime verilebilecek en iyi insan türüdür..
    Kendine bahşedilmiş düşünme yetisini kullanmak yerine..
    -off banane ya ne uğraşacam. Yada..
    - olmuyor abi unutamıyorum, olmuyor anasını satim!.
    durumları kıçıyla hayat bakışı edinmiş kesimin basiretsiliğine verilebilecek örneklerdendi.
    Zaten basiret sahibi olamayan insanlar akıl sahibide olamaz. Yaşadıkları ilk üzücü olayda hayattan ümitlerini kesen kısaca kendilerini hayattan afaroz eden bu kesim toplum için son derece tehlikeli olan cinslerdir.. Zira sizde takdir buyurursunuz (Ne şekil konuştum lan) hayattan beklentisi olmayanın yarardan çok zararı olur.
    Hertürlü zorluğa göğüs gerebilmek, yaşanan her kötü olayı ders saymak, birdaha yapmamak adına çabalamak varken hayattan soğumak elini eteğini çekmek insanın kendine yapacağı en büyük kötülüktür.
    Kötülüktür evet çünki hayat iyi veya kötü yaşanacaktır. Zaman öyle yada böyle geçecektir. Şuan bile geriye dönüp baktığınızda hayatınızda geçen zamanın çok kısaymış gibi göründüğünü farzsayarsak.. böyle alengerli işlere bulaşmanın anlamı olmadığını düşünüyorum. Geçen zamana bakıp ağlamak yerine yaşanacak yarınlar için çabalamak lazım. Birazda hayata polyana gibi bakmak lazım.. Gidenin arkasından ağlamak kadar kalanlar içinde savaşmak lazım.
    Elbetteki insan üzülecek, sıkılacak, daralacak, bunalacak lan ne bilim işte başımıza türlü türlü felaketler gelecek.Yaradanın bahşettiği aklı biraz kullanmayı denesek yeter..
    Mazallah kullanmaya kullanmaya körelen bir aklın olursa. aklı olana eğlence olursun.. seninle top gibi oynar hatta sana rövaşata atar.

    Ben bu anlattıklarımın neresindeyim onu bende bilmiyorum aslında. Ortada biryerdeyim heralde. Akıllı geçinip ama aslında aklını birkaç durak ötede bırakmış kesimden olmam gerek.

    Çıkarın şu başınızı gömdüğünüzden kumdan.
    Aklınızı kullanın olm biraz aklınızı!

    [Nikolof

    April 30, 2008

    Sizdə sarılaşdırabildiklərimizdənsinizmi?


    Deyir adamı geyimə görə qarşılayıb, ağıla görə yola salarlar. Amma sizi əmin edirəm ki, halhazırada bizdə elə qarşilayanda da, yola salanda da esas geyimdi. Geyimi bahalı markalardan olan adamlara hər yerdə xüsusi münasibət bəslənilir. O, da hörmət xətrinə görə yox ha, bizdə dəbdə olan məsələyə görə “A birdən işim zad düşər eliyər vaxtıkən özümü gözə soxum, yaxşı olar elə uşağı da işə zada qoyarıq və s …..” .
    Paltar deyirəm ey paltar daha indi bir çoxlarının dəb deyib geyindiyini yox. Birinci hələ paltardan danışaq hə… peşmandı ki, bir modelyer desin ki, bu il filan şey dəbdəbi daha yaraşan da, yaraşmayan da dəbi əllində bayraq edib geyinir.
    İndi bir çox “modabazlar” idman üslubuyla klassik geyim üslubun sintezindən heç yerdə görünməyən üslub yaradırlar: klassik geyim və idman üslubunda ayyaqqabı, idman üslubunda geyim və klassik çanta, idman üslubunda geyim və hündürdaban ayyaqqabı, heç bir üsluba aid edə bilmədiyim qaşlı, bərli-bəzəkli paltarla idman ayaqqabısı (bu xüsusilə cazibədar görünür)….
    Keçək Rənglərə, rənglər də moda da əsas amillərdən biridir, xüsusilə də bizim “modabazlar” üçün. Hansı rəng dəbdədisə mütləq paltar və aksessuarlar da o rəngdə olmalıdı, necə deyərlər bütünlük pozulmasın deyə. Yəqin ki, bu il hansı rəngin dəbdə olmasını heç soruşmadan hamı asanlıqla tapa bilər bizim şəhərin qızlarına bir baxışla. Əlbəttə sarı, yaşıl və bənövşəyi. Amma sarı xüsusilə dəbdədi bu il. Necə deyərlər sarıya bürün, elnən sürün!
    Sizdə sarılaşdırabildiklərimizdənsinizmi?
    Bu yazıq rənglərdən o qədər süi istifadə olunur ki, adam həmin rəngə artıq nifrət edir, hətta təsadüfən səndə o rəng paltar varsa onu da geyinə bilmirsən “modabazlar”ın sayəsində.
    Hə o ki qaldı qısa ətəklərə, dar şalvarlara, qısa şotrlara və açıq-saçıq paltarlara o bizdə həmişə dəbdədi də bunu heç xatırlatmağa dəyməz ki. Bir qızın ki, avtobusdan düşəndə arxasınca da bir neçə “xoş söz” deyilmədi daha bu necə modadı axı? Hə bolluca makiyaj da lazımlı amildi “modabazlar”ın görüşüylə.
    Aksessuarlardan ən əsası qızıl bəzək əşyalarıdı, asasən italyan qızılı özüdə böyük ölçüdə, bu da elə şeydi ki hər şeylə uyğun gəlir də öz aramızdı.
    Çoxları deyir ki, qərbləşməyə doğru gedirik axı, hər şey qərb tərzinə uyğun olmalıdı, eləcə də geyim, a bəs necə bəyəm? Hər şey qərbləşdi guya elə bircə qaldı geyim. Hansı qərbləşmədən danışır bunlar görən, heç qərbdə belə açıq-saçıqlığa yol verilmir. Braziliya, Kolumbiya, Argentina seriallarındakı qəhrəmanların dənızqlrağında geyindiyini bizimkilər dəbdi deyib şəhərə geyinir bu isə tamamilə biabırçılıqdı.
    Ehhhhhhhhh!!! Artıq bizdə çox şey qalmayıb nəinki abır.


    [Ever the Same]

    Orda kim var?

    Tanış olun, Carioca!

    alo 

    xalcali dunya 

     zati alileri siqaret

     

    Qısa və konkret

    Həyat bir kəndirdi-

    Kimi kəndirbazlıq edir üzərində

    Kimisə həyatını ona bağışlayır.

     

    Həyatımı sənə ithaf edirəm quzum.

    Imza: Qoyunun

     

    “Qələmlə şeir yazan

    o son nəslin övladıyam!”

    yazdı klaviaturada.

     

    Ümidverən gənclər idik,

    Şarfımızda boğulduq biz.

    Misraları boş vermişik,

    Vergüllərdə yorulduq biz.

     

    Bir şəhər var bu dünyada

    Qız Qalasıyla başlamış,

    Başlanğıcını unutmuş.

    Biz o şəhərin sonuyuq.

    Nəsillərdən nəsillərə

    Keçən SON!

     

    İki Bakı var:

    Biri ayağımızın altında qalan,

    O biri bizi əzən Bakı.

     

    Kilobaytlıqdan çıxmış,

    Qeqabayt ola bilməmiş

    Yorğun insanlar yığınıdı Bakı.

     

    Başlanğıcımız uçurum,

    Sonumuzsa bağlı qapı.

    Koridorla o baş-bu başa

    Addımlayan kölgələrik.

    [Usta] 

     

    April 26, 2008

    QWERTY

    Bu gün öz fotoaparatımdakı şəkillərə baxırdım, birdə görsəm nə??? :) Qəşəng şəkildi məncə.

    az-ya‘nın növbəti sənət əsərini sizə təqdim edirəm. Adını QWERTY qoydum (içimdəki Dədə Qorqudluq bir az sevindi)

    zzzz

    Əslində bu işdə qeyri-adi heç nə yoxdu. Həmişə gördüyüm klaviaturadı. Amma nəsə mistika var elə bil içində. Məni ilk gördüyüm andan əfsunladı. Yerləşdirdim desktopa. :) Bu tip işləri çox sevirəm. Daim göz önündə olan, lakin görülməyən əşyaları, hadisələri görə bilmək hər insana qismət olmuş xüsusiyyət deyil. Bir də fikir vermisinizsə ən məşhur fizika qanunları da bu tip adamlar tərəfindən kəşf edilib. Nyuton və Arximed ən məşhurlarıdı. Gör hardan hara gəlib çıxdım yenə. 

    [Usta] 

     

    April 22, 2008

    Qaranlıqdan qaranlığa baxan insan

     

    Çətinliklər bataqlığında “Hər şey yaxşı olacaq!”-deyib, gəbərənlərə həsr olunur.

    Ağsaqqalar belə rəvayət edir ki, Allah-təala ilk insanı yaradarkən ona üç keyfiyyət bəxş etdi: İradə, Qanacaq və İstedad. Lakin sonradan yeri-göyü yaradan nə düşünüb daşındısa bu üç keyfiyyətdən birini hər bir insandan uzaq tutdu. Beləliklə, insanların biri - iradəli, istedadlı, lakin qanacaqsız; digəri – qanacaqlı, iradəli, lakin istedadsız; üçüncü tip insanlar isə qanacaqlı və istedadlı, lakin iradəsiz doğuldu.

    O, iradəli, qanacaqlı və istedadlı doğulmuşdu. Yox, doğuluşu Allahın nəzərindən qaçmamışdı əlbəttə. İlk insana bəxş edilən üç keyfiyyətin üçünü də özündə birləşdirirdi, amma…xoşbəxt deyildi. Xoşbəxt olmamasının böyük bir səbəbi vardı. O, kor idi. Yaradanı ondan gözlərinin nurunu almışdı. O, müğənni idi. Çıxışını elan edən aparıcılar onu “Sevilən kor müğənni” kimi təqdim edirdilər. Sevilən… kor… müğənni…

    Çox inciyirdi bu sözdən. Amma heç biruzə etdirmirdi. Üzündə “dünyanı xilas etmiş insan” təbəssümü ilə səhnəyə çıxır, mahnısını oxuyur, alqışlar və güllər alaraq səhnəni tərk edirdi. Sevilən müğənni idi, lakin bura gəlib çatması ona heç asan başa gəlməmişdi.
    Səhnədəki hər bir addımı əvvəlcədən planlaşdırılır və ona bildirilirdi. Prodüserləri bu yolla onun korluğunun yarada biləcəyi problemlərin qarşısını alırdı. Bir neçə il bundan öncə kosertlərinin birində səhnədən yıxılmışdı və bu hadisənin bir daha təkrarlanmaması üçün cangüdənləri bir an belə gözlərini ondan ayırmırdı.

    Hələ uşaqlıqda əlillər üçün məktəbdə oxuyarkən öz eşitmə qabiliyyətini inkişaf etdirmişdi. Oxuduğu məktəb köhnə binada yerləşirdi. Ümumiyyətlə, məktəb binasının yerləşdiyi küçə çirkli olduğundan bu binada siçanlar məskən salmışdı. Onunla bir parta arxasında oturan kar qız siçanları görən zaman qorxur və qorxudan huşunu itirirdi. Bu qorxu ona da keçmişdi. Qızın bir daha siçan görən zaman anidən huşunu itirərək onu da qorxutmaması üçün saatlarla müəlliminin nə danışdığına fikir vermir, siçanın addım səslərinin hansı tərəfdən gəldiyini müəyyənləşdirməyə çalışırdı. “Kaş ki, mən də o siçan deyilən qorxunc heyvanı görə biləydim”-deyə tez-tez düşünürdü. Bir müddət sonra o balaca siçanın ayaq səslərinin hansı tərəfdən gəldiyini tam dəqiqliklə təyin edə bilirdi. Elan olunmamış siçan ovu başladı. Siçanlar məhv edildi. Bu hadisənin onun yüksəksəviyyəli müğənni olmasında böyük pay var.

    Tez-tez efirə çıxır, hamı onu görürdü. Bütün şəhər, bütün ölkə. O, isə ona doğru tuşlanmış kameraları belə görmürdü. “Seyrcilər”-adlandırılan hansısa qaranlığa, hansısa boşluğa danışırdı. Sonra aparıcıların xahişi ilə son zamanlar çox dəbdə olan mahnısını oxuyurdu. İnsafən çox gözəl oxuyurdu. Sarışın qızları çox bəyəndiyi haqda oxuyurdu, lakin sarı rəngin nə cür olduğu haqda anlayışı belə yox idi. Gözəl geyinirdi-səliqəli və zövqlü; lakin “zövqlə geyinmiş insan necə olur?”-sualına cavab tapa bilmirdi.

    İllər keçdikcə onu çox heyrətləndirən daha bir məsələ vardı. Özü də kor olmasına baxmayaraq, onunla bir sinifdə oxuyan kor uşaqlarla ünsiyyətdən qaçırdı. Əvvəllər düşünürdü ki, korlar bir-biri ilə görüşərkən bir-birini “görməlidir”. Bu görüşü hər tərəfi boz olan bir məkanda təsəvvür edirdi. Sonralar korlarla tanış olarkən bu görüşün heç də təsəvvür və ümid etdiyi kimi olmadığını anladı.

    Yaşadığı evdə televizor da vardı, güzgü də. Bütün insanlara xas olan “güzgü xəstəliyi” onda yox idi. Güzgünün önündə dayanmadan qarşısından keçə bilirdi. Dayandıqda da güzgüdən ona “baxan” ağsaçlı koru görə bilmirdi. Ağsaçlı kor da onu görmürdü. Elə yaxşı ki, görmürdü! Görsə onun da ilk sözü, -dostum saçların ağarıb ki!..-olardı. Yeni tanış olduğu hər kəs ilk öncə onun ağ saçlarını kəşf edirdi.

    O, Sevilən Kor Müğənni idi. “Bundan böyük nə bədbəxtlik ola bilər?”-soruşurdu özündən…

    İnsanları aldadırdı. Ekrandan onlara yalançı təbəssümlər, sevgi dolu sözlər, gülüşlər göndərirdi. İçi qanaya-qanaya… Hamı onu zarafatcıl hesab edirdi, anlamırdılar ki, bu zarafatlar ona çox çətinliklə başa gəlir. Əvvəllər ətrafındakı insanlar gülərkən, onun eyibibə güldüklərini düşünürdü. Eşitdiyi və əslində onunla əlaqəsi olmayan gülüş səsləri bıçaq kimi ürəyinə saplanırdı… Öz kreslosunda oturub səsi tamamilə alınmış televizora tərəf baxırdı. Kino gedirdi. Səssiz və görüntüsüz kino. Qonşu otaqda isə radio tam gücüylə onun ən çox sevdiyi mahnını səsləndirirdi. Bu mahnını İlqar Muradovun ifasında dinləməyi çox sevirdi. Ən çox sevdiyi sözləri özü də oxuyurdu, amma ürəyində. Öz səsinin dinləməsinə mane olacağını düşündüyündən sadəcə dodaqlarını tərpədirdi.

    Qurban adına,
    Bir sal yadına,
    Sənin oduna,
    Yandım bilmədim…

    Əvvəl sevinirdi (xatirələr gözəl başlayır), sonra kədərlənirdi (səbəb aydındı).
    “Qarşınıza qara pişik çıxarkən nə edirsiz?”-DJ-in verdiyi bu sual onu xatirələr aləmindən ayırdı. Heç vaxt etmədiyi bir işi etdi. Dəstəyi qaldırdı və radioya zəng etdi.

    -         Alo, BestFM-ə xoş gəlmisiz. Özünüzü təqdim edin.

    Özünü təqdim etdi. Aydın əvəzinə adının Ayxan olduğunu bildirdi. DJ bir az duruxdu. Səs çox tanış gəlirdi.

    -         Bəli Ayxan bəy, qara pişik qarşınıza çıxanda nə edirsiz?

    -         Heç vecimə də almıram.

    -         Doğurdan?

    -         Bəli. Heç görürəm ki, qara pişik?

    -         Siz tərəfdə qara pişik yoxdu?

    -         Bəlkə də var, amma mən görə bilmirəm, çünki…

    -         Niyə görə bilmirsiz?

    “Çünki, mən koram”-demək istədi, amma deyə bilmədi. Həyatında bir dəfə də bu sözü deməmişdi. Sanki boğulurdu. Kor olduğunu söyləmək, uzun müddət hansısa qızla dostluq etmiş, sonradan ona dəlicəsinə aşiq olmuş oğlanın, həmin qıza “Səni sevirəm!”-deməsinə bərabər dərəcədə çətin idi onunçün. Yenə qulağında DJ-in “Niyə görə bilmirsiz?” sualını eşitdi.Dəstəyi sakitcə yerinə qoydu. Radiodan qudok səsləri eşidildi. Radionu söndürdü. Sevimli kreslosuna oturub, güldü. Əsəbi gülüş idi bu.
    Televizorun səsini artırdı. Bayaqkı kino bitmişdi. “Xəbərlər” gedirdi. Bir qrup insan işıq puluna olan borclarına görə işıqlarının kəsilməsinə etiraz aksiyası keçirirdi.
    Onun işıqları isə ömürlük keçirilmişdi.  “Görəsən, mənim Allaha borcum nə qədərdi?”
    Yeniyetməykən oğlanların gözləri, qızların isə qulaqları ilə sevdiyini oxumuşdu.

    “Mən heç vaxt sevməyəcəm”-deyirdi özündə. Sonralar o da sevdi. Amma gözləri ilə deyil, bütün qəlbiylə. Sevdiyini isə heç kimə demədi. Sevdiyi qıza da. Heç vaxt deməyəcəyinə də söz verdi özünə. Bu andın nəticəsidə sevdiyi qız - onun sevgisindən bixəbər - başqasına ərə getdi. Toyda o da iştirak etdi, sevindi. Bu toy həyatında ilk və sonuncu toy oldu. Bundan əvvəl heç bir toya çağırılmamışdı, sonralar dəvət olunduğu toylara da özü getmədi. Ən çox sevdiyi qızı – Cahanı belə itirdi. Cahanla birlikdə bütün cahana da marağını itirdi. Cahan isə onun şərəfinə oğlunun adını Aydın qoymuşdu. Bütün bunlar çoxdan olmuşdu. Amma, bu itki hələ də onu yandırırdı.

    İllər keçdikcə özünə daha çox qapanırdı. Son zamanlar həmişəkindən daha çox düşünürdü. Efirə də çoxdan idi çıxmırdı. Unudulmuşdu. Saatlarla kreslosundan qalxmayaraq yaşadığı ömrü, illəri, eşitdiyi sözləri, görmədiyi insanları xatırlayır, düşünür, “gördüklərini”analiz edirdi həyatını.
    Bu gün də əlində bir stəkan rom, sevimli kreslosunda oturub xatirələri “qurdalayırdı”. Arada romdan bir-iki qurtum udurdu. Çoxdandı dostları zəng etmirdi, bacısından da bir xəbər yox idi.
    Küçədə gecə idi. Birdən bütün dünyanın da onun içi kimi qaranlıq olduğunu anladı.
    Ani hərəkətlə stolun üstündəki rom şüşəsini başına qaldırdı və içkini ilk dəfə şüşədən içməyə başladı. Acgözlüklə içirdi. Günlərlə səhrada dolaşmış insanın su içərkən göstərdiyi acgözlükdən fərqli idi bu. Şüşənin içində gizlənmiş hansısa xoşbəxtlik damcısını udmaq istəyirdi. Acgözlük və tələskənliklə içdiyindən damcılar ağzının qıraqlarından süzülərək sinəsinə tökülürdü. Xoşbəxtlik damcısı, xoşbəxtlik damcısı… İlahi damcı. Hardasan?
    Ən son damcını udduqdan sonra beynində bir boşluq hiss etdi. Yanılmamışdı. Beynində, qəlbində, həyatında böyük bir boşluq var idi. Xoşbəxtlik damcısının doldurmalı olduğu boşluq. Amma bu boşluq bir daha dolmayacaqdı. Gec idi. Onun qərarı artıq verilmişdi. Damcını qaçırdığı an deyil, doğulduğu, bəlkə də doğulmamışdan əvvəl. Çox, çox əvvəl.
    Bir neçə gün sonra dostları onu öz otağında, sevimli kreslosunda ölmüş tapdılar. Özünü zəhərləyib, öldürmüşdü. Başı sola doğru əyilmişdi. Sol əli yerə toxunurdu. Sağ əlində gözəl bir qız şəkli vardı. Şəklin arxasında “Cahandan dostu Aydına, Bakı, 1997”-yazılmışdı. Yerdə boş rom şüşəsi və içində iki ədəd siqaret qalmış “Marlboro” qutusu var idi. Stolunun üstündə bir kağız tapdılar. Üzəri mənasız xətlərlə dolu bir kağız. Hərfləri düzgün yaza bilmədiyindən fikirləri, demək istədikləri anlaşılmaz qaldı və heç kəs orada “Mən bu qaranlıq dünyanı sevmədim, dostlar! Vaxt var idi, bu qaranlıq sadəcə gözlərimin önündə idi, indisə mən özüm bütöv bir qaranlığam”-yazılmışdı.

    Adi insanların həyatını hər dəqiqə, hər an müşayiət edən işıq onun həyatında bir an belə özünü göstərmədi. Bəlkə də bu dünyada görmədiyi işığı o biri dünyada tapmaq niyyətilə öldürmüşdü özünü.

     [Usta]

     

    Paolo Nutini


    Əsl Adı: Paolo Covanni Nutini
    Təvəllüdü: 9.01.1987
    Mənbə: Peysli, Şotlandiya
    Janr: Alternativ rok
    Fəaliyyət İlləri: 2005-bugünədək
    Yarlıq: Atlantik
    Rəsmi Saytı: http://www.paolonutini.com/
    Albom: These Streets (17 İyul 2006)
    Sinqlları: "Last Request"  · "Jenny Don’t Be Hasty"  · "Rewind· "New Shoes"  · Million Faces  · These Streets” · White Lies”  ·Loving You”  ·Autumn”  ·  “Alloway Grove

    Paolo Covanni Nutini Peyslidən olan şotland ifaçı/bəstəkardır. Onun atası Italian əsllidir, o, Tuskaniyanın Barqa əyalətindəndir, anası isə şotlanddır, həmçinin Paolonun ata ailəsinin 4 nəsli də şotland olub.
        

    Paolonun musiqi təhsili olmadığına görə onun atasının ailə biznesini davam etdirəcəyi gözlənilirdi. Onu musiqiyə ruhlandıran ilk adam musiqi vurğunu olan babası Ceki və istedadını ilk kəşf edən məktəb müəllimi olmuşdur. O, yolda işləməyə və Speedway qrupunun köynəklərini satmaq məqsədilə məktəbi yarımçıq qoyur. Paolo bu 3 ilini musiqi biznesini öyrənmək, canlı konsert, solo və özünün qeyd etdiyi kimi onun karyerasına böyük təsiri olan Donqesdən olan Dom və Diklə (xüsusilə Dikin oxumağı)duet oxumaq və Qlaskovun studiyasında köməkçi kimi işləməklə keçirir.
    Paolonun bəxti onda gətirir ki, 2003-cü ilin əvvəlində Deyvid Sneddon öz doğma şəhəri Peysliyə konsert verməyə gəlir. Sneddonun gecikməsilə əlaqədar olaraq, pop kuizin qalibi kimi Paoloya bir neçə mahnı oxumağa icazə verilir. Onun ifasını yaxşı qarşılandığını görən bir tamaşaçı ona menecerlik etmeyi təklif edir.
    Paolonu Şahzadə Marqaret Birliyindəki ifasını bəyənən Deyli Rekordun jurnalisti Con Dinqual onu canlı ifa üçün Şotlandiyanın BBC radiosuna dəvət edir. Yalnız 17 yaşında Paolo Londona gedir və Balfamda Bedford adlı klubda oxumağa başlayır halbuki qanuni olaraq alkoqollu içkidən istifadə üçün o hələ çox gənc idi. Bundan əlavə Paolonun London Radiosu və The Hard Rock Cafe-də iki canlı akustik ifa edib.
    2006-cı il ərzində Paolo Birləşmiş Krallıqda bir çox məkanlarda canli konsertlər verib. Buraya Qlaskoda “King Tut`s Wah Wah Hut” adlı məkanda və sonra bir neçə TV proqramlarda- Holladiyada “Later with Jools” proqramında və Nyu Yorkda “Carnegie Hall”-da, Montreyo Cazz Festivalında, Wireless Festivalında, Oxegen və T in the Park adlı festivallarda iştirak edib. O, Rollinq Stounz-u Vyanada dəstəklədiyinə görə yenidən 2006-ci ilin Avqustunda Don Vəlley Stadionuna çıxış üçün dəvət alır. O, həmçinin “V Festivalı”na və bir qədər sonra Texasa “Austin Siti Limits Myuzik Festivalı”na və sonrakı Avropa turu da daxil olmaqla dəvət alır.
    Paolo 2006-cı ilin Mayında BBc Radiosunun Dundedə keçirilən “Biq Uikend” konsertində iştirak edir.
    Paolo 2006-cı il Hoqmanayda Şotlandiyanın BBC radiosunda “Canlı Hoqmanay“ konsertlərində çıxış edib, Şahzadənin Bağında planlaşdırılan bayram tədbirləri havanın pis olması ucbatından təxirə salınır. Paolo heç bir məşq etmədən Edinburq Sarayının Böyük Zalında TV tamaşaçıları üçün bir neçə mahnı ifa etdi.
       

    2007-ci ilin İyununda Paolo “Qlastonburi Festival”ı mərasiminin ikinci günü tanınmış piramidəbənzər səhnədə çıxış edib. O həmçinin 2007-ci ilin İyulun 7-də Uembli stadionundakı Canlı konsertin Birləşmiş Krallıq qolunda Lui Armstronqun “What a Beautiful World” mahnısının yeni improvizə versiyası da daxil olan bir çıxış göstərdi. Növbəti gün o, Şotlandiyada “T in The Park”-da ifa edir.
    Paolonun “Million Faces” sinqlı “Qreysin Anatomiya”sı proqramınnın 3 Fəslindən olan “Testing 1-2-3” epizodunda və şounun 3-cü hissəsinin saundtrəki kimi istifadə olunub.
    Sentyabrın 17-də Paolo “The Tonight Show With Jay Leno” proqramında Last Request mahnısını ifa edir.
    Sentyabrda Paolo imeem.com-la birgə öz kiçik radio şousunu yazdırır və burada o, 10 ən sevdiyi mahnısını yerləşdirir və məhz bu seçiminin səbəbini izah edir.
    Oktyabrda Paolo Luizianagda Nyu Orleanda keçirilən illik Vodoo Ziyafətində çıxış edir.
    2008-ci ildən Paolonun musiqisi İrvin Uelşin çox satılan “Three Tales of Chemical Romance” hekayəsinin film versiyasında yer alacaq.


    Paolonun 18 yaşı tamam olandan sonra 2005-ci ilin Mayında Atlantik Rekordsla müqavilə bağladı. 2006-cı ilin Mayında Paolo ilk sinqlı “These Streets”i təqdim etdi və 2006-cı il İyulun 4-də ikinci sinqlı “Last Request” təqdim edildi və Birləşmiş Krallıqda #5 oldu. Nutininin üçüncü sinqlı “Jenny Don`t Be Hasty” 2006-cı il Sentyabrın 25 təqdim edildi və Birləşmiş Krallığın Sinql Reytinqlərində #20 oldu. Nutininin dördüncü sinqlı “Rewind” 2006-cı il Dekabrın 4-də işıq üzüz gördü və Birləşmiş Krallıqda #27 oldu.
    Paolonun debyut albomu “These Streets” isə 2006-cı il İyulun 7-də buraxıldı və albomun prodüsseri Kin Nelson (Coldolay/Gomez qrupundan) idi. Albomun təqdimatından qısa müddət sonra Birləşmiş Krallıqda #3 oldu. Albomun bir çox mahnıları elcə də “Last Request” və “Rewind” Paolonun keçmiş qiz dostu Teri Boqanla olan münasibətlərinə həsr edilib. “Jenny Don`t Be Hasty” isə olmuş hadisə ilə bağli olub, özlərindən yaşlı qadınla görüşənlərə  ithaf edilib.
    Paolo bildirib ki, onun yeni albomu 2008-ci ilin İyununda işıq üzü görəcək.

    Xeyriyyə İşləri:

    Paolo 2007-ci il İyulun 24-də İtaliyanın Barqa şəhəri tərəfindən Barqa şəhəri və əhalisinə etdiyi qeyri-adi tövhələrə görə Müqəddəs Kristofer adına Qızıl medalla təltif edilib.

    Əlavə Linklər:
    ·          Paolo Nutini at MySpace
    ·          Paolo Nutini Photo Gallery
    ·          Paolo Nutini live (9th June 2007)
    ·          Paulo Nutini introduces his favourite records
    ·          Video and audio clips (Windows media/Realplayer)

     

    P.S: Elədə tanınmış olmasa da super oxuyur, qulaq asmağa dəyər məncə=).

     

    [Ever the Same]
     

    No name, no comment!

     Al Kaponedən maraqlı baxış

    maraqli 

    Ölməz Əsər [v1]

     

    Huseyn Cavid 

    April 21, 2008

    Imagine

     

    Imagine there’s no heaven
    It’s easy if you try
    No hell below us
    Above us only sky
    Imagine all the people
    Living for today…

    Imagine there’s no countries
    It isn’t hard to do
    Nothing to kill or die for
    And no religion too
    Imagine all the people
    Living life in peace…

    You may say I’m a dreamer
    But I’m not the only one
    I hope someday you’ll join us
    And the world will be as one

    Imagine no possessions
    I wonder if you can
    No need for greed or hunger
    A brotherhood of man
    Imagine all the people
    Sharing all the world…

    You may say I’m a dreamer
    But I’m not the only one
    I hope someday you’ll join us
    And the world will live as one..

    Con Lenon 

    April 19, 2008

    Fridrix Nitsşe, “ZƏRDÜŞT BELƏ DEDİ”

    4.

    Zərdüşt heyrətlə camaata baxdı. Sonra nə düşündüsə yenidən: İnsan dediyin bir kəndirdir, heyvanla fövqəlinsan arasında bir kəndir, özü də bu kəndir uçurumun üstündə bənd olunub. Yıxıla-dura, zor-bəla ilə azca irəliləyir, qorxa-qorxa dönüb gəldiyi yollara nəzər salır, öz yaşamından dəhşətə gəlir və… vəssalam, canını tapşırır. Budur insanın bütün həyatı! İnsanda böyüklük adına bir şey varsa, o da onun son məqsəd deyil, yalnız məqsədə doğru bir vasitə, körpü olmasıdır, insanda seviləsi bir şey varsa, onun bir adlama, keçid olması və gəldi-gedərliyidir. Mən məhvə doğru gedən adamları sevirəm, çünki onlar bu körpünü keçirlər. O adamları sevirəm ki, nifrət etməyi bacarsınlar, çünki əsl qədir bilən və başqa sahilə can atan həsrət oxları onlardır. O adamları sevirəm ki, canlarını boş xəyallara, mənasız cəfəng ideyalara deyil, torpağa, vətənə fəda edirlər, o torpağa ki, bir vaxt fövqəlinsanın məskəni olacaq. O adamları sevirəm ki, dünyaya kor gəlib kor getməsinlər, həyatı anlamaq istəsinlər ki, nə vaxtsa fövqəlinsan yaşaya bilsin. Çünki o, öz məhvini çox istəyir. O adamları sevirəm ki, canına cəfa verib fövqəlinsana yurd qurur və torpağı, heyvanları və bitkiləri fövqəlinsan üçün hazırlayır. Mərd adamları sevirəm, çünki gözüylə od götürə-götürə dünyanın qəm yükünü çiynində daşımağa tək onların hünəri çatar. Çünki o, öz məhvini çox istəyir. O adamları sevirəm ki, öz fəzilətini sevsin, çünki fəzilət məhvə doğru atılan həsrət oxudur. Mərdliyi ilə ölümü öldürənləri, insan kimi yaşayıb insan kimi də ölənləri sevirəm. O kəsi sevirəm ki, hər şeyin yaxşısına can atmır, əslində tək bir yaxşı cəhəti olan adam ideal adamdan yaxşıdır, çünki belədə insan bu tək cəhətə daha çox alışır, o, alın yazısı kimi insana ölüncə yoldaşlıq edir. O kəsi sevirəm ki, öz əziyyətinin əvəzini gözləmir və özünə edildiyi yaxşılığın əvəzini ödəmir, çünki o, daimi qurbanlar verir və özünü qorumur. O kəsi sevirəm ki, həyatda naxışı tutanda, bəxti gətirəndə xəcalət çəkir – “Mən bu oyunu düz yollamı udmuşam? – deyə öz-özündən soruşur, çünki o, öz məhvini çox istəyir. O kəsi sevirəm ki, çəkinmədən qızıl sözünü əməlindən əvvəl yayır, sonra isə vədini artıqlamasıyla yerinə yetirir. O kəsi sevirəm ki, gələcəyin adamlarına bəraət qazandırır, keçmişin adamlarını isə bağışlaya bilir. Çünki o, indinin insanlarının əlindən məhv olmaq istəyir. O kəsi sevirəm ki, o, öz allahını cəzalandırır, çünki o, öz allahını sevir, çünki o, öz allahın qəzəbindən məhv olmaq istəyir. Dərin qəlbləri sevirəm, onlar kövrək belə olsa. Çünki onlar həvəslə bu körpünü keçirlər. Qəlbi dolu kəsi sevirəm, çünki o, özü-özünü unudur və bütün şeylər onun özündədir: beləliklə bütün şeylər onun məhvinə gətirir. Azad ruhlu və azad ürəkli insanı sevirəm: onun başı onun ürəyinin evidir, onun ürəyisə onu məhvə doğru çağırır. İnsanların başı üstündən asılmış qara buluddan düşən ağır damlalara bənzər kəsləri sevirəm: onlar şimşəyin yaxınlaşmasını car çəkirlər və bütün car çəkənlər kimi məhv olurlar. Eşidin mən şimşəyin carçısıyam, qara buluddan düşən ağır damlayam: bu şimşək fövqəlinsandır.

    [безумец]

    Street Art and the War on Terror

    Street Art and the War on Terror [Illustrated] (Hardcover)
    by Xavier Tapies (Author), Eleanor Mathieson (Editor)
    » Kitabı al

    Product Description
    How the World’s best graffiti artists said NO to the Iraq War. 176 pages of amazing, visceral anti-War graffiti. Includes the work of Banksy, Blek le Rat, Dolk, Happy and many more. Covers USA, Canada, Europe, Middle East, Australia, Japan and South-East Asia. Brilliant caricatures of our warmongering politicians - Bush, Blair, Cheney, Rumsfeld, Howard in Australia and Aznar in Spain. The most complete collection of anti-War graffiti available.

    About the Author
    Xavier A. Tapies is an Anglo-Argentinian writer and activist who writes on the loss of civil liberties and the growing democratic deficit in the West. This is his first book on the visual language of opposition. 

    April 17, 2008

    3 DD-dən Cənnətə Məktublar


    Mənbə:
    Eskataupa, Misssisipi, ABŞ
    Janr:
    Post qranc, ağır rok, cənubi rok, alternativ rok və alternativ metal
    Aktiv illəri: 1996-bugünədək
    Yarlıqları: Repablik, Yuniversal
    Birgə işləri: Puddle of Mudd, Nickelback
    Veb Səhifələri: www.3doorsdown.com
    Albomları: The Better Life · Away from the Sun · Seventeen Days · 3 Doors Down
    Konsert albomları və Əlavələri: Another 700 Miles · iTunes Originals - 3 Doors Down · Landing in London - Live
    Sinqlları:Kryptonite· "Loser· "Duck and Run· "Be Like That· "When I’m Gone· "The Road I’m On· "Here Without You· "Away from the Sun· "Let Me Go" · "Behind Those Eyes· "Live for Today· "Here by Me· "Landing in London" · "Citizen/Soldier" · "It’s Not My Time" · "Down Poison· "Ticket to Heaven"
    Qrup üzvləri:
    ·   Brəd Arnold - vokalist
    ·   Mət Roberts - əsas gitarist
    ·   Kris Hinderson - ritm gitarist
    ·   Tod Harrel - bas gitarist
    ·   Qreq Apçörç - barabançı və zərb alətləri
    Keçmiş Üzvlər:
    ·   Daniel Adeə - barabançı və zərb alətləri
    ·   Riçard Lilz - barabançı
    3 Doors Down 1994-cü ildə Missisipinin Eskataupa vilayətində yaranmış Amerikan post-qranc rok qrupudur. Qrupun yaradıcıları Brəd Arnold (vokal və baraban), Mət Roberts (gitara) və Tod Harrel (bas gitara) olmuşdur. Qrup “Kryptonite” sinqlının uğurundan sonra Yuniversal Rekordsla müqavilə bağladı. 2000-ci ildə qrupun ilk “Better Life” debyut albomunun təqdimatından bu vaxtadək albomun 12 mln nüsxəsi satılıb. Qrup bir ildə tanınmış 300 konsert verdi, konsertdə  həmçinin Lynyrd Skynyrd, Staind, Alter Bridge, Breaking Benjamin, Seether  və Shinedown kimi tanınmış ifaçılar da çıxış etdilər.
    Better Life (2000-2001)

    Brəd Arnold qrupun vokalisti olmaqla yanaşı ilk debyut albomu “Better Life”-da baraban hissəsini də ifa edib. Bir konsertdə Brədin çox yaxşı ifasından sonra o qrupda vokalist kimi fəaliyyətə başlamışdı. “Better Life” 2000-ci ildə təqdim edilib və "Kryptonite", “Loser", and "Duck and Run" kimi hit sinqllar sayəsində 6 qat Platin titulu qazanıb. “Be Like That” mahnısının sözlərinin ilk iki sətri alternativ variantda “American Pie 2” kinosunnun saundtrəki kimi istifadə olunub və mahnının bu variantı “American Pie 2 Edit” adlanır.
    Away from the Sun (2002-2004)
           
    Qrupun ikinci albomu "Away from the Sun” 2002-ci ildə təqdim edildi və ABŞ-da 4 qat platin və Avstraliyada isə Platin tituluna yiyələndi. “Here Without You” və “When I’m Gone” sinqlları albomun ən uğurlu sinqlları oldu. “The Road I’m Trippin On” və “Away from the Sun” sinqlları isə o qədər də uğur qazana bilmədi. Albomun baraban hissəsini Coş Freze ifa etmişdi. Həmçinin Rush qrupunun gitaristi Aleks Layfson albomun 3 mahnısının “Dangerous Game”, “Dead Love” və “Wasted Me” gitara hissəsini ifa edib. Bu mahnılardan yalnız “Dangerous Game” albomda yer aldı. Daniel Adeə Seventeen DaysAway from the Sun turu zamanı qrupda barabançı kimi çalışıb.
    Another 700 Miles:

      
    2003-cü ildən qrup “3 Doors Down və Dostları” adlı konsert keçirtdi və bu konsert qrupun öz The Better Life adlı Fondunun xəttilə təşkil edilmişdi. 2006-cı ilin Dekabrın 2-də keçirilən konsert Hurrikan Katrina Qasırğasının qurbanlarına kömək məqsədilə təşkil edilmişdi. Qrup 2003-cü ildə canlı EP buraxdı ki, buraya Çikaqoda keçirilən Away from the Sun turundan olan konsert çıxışı daxildir. Another 700 Miles bu vaxrdan ABŞ-da Qızıl Sertifikata layiq görülmüşdü.
    Seventeen Days (2005-2007)

    Qrupun bu albomu 2005-ci ildə təqdim olundu və Platin tituluna yiyələndi. Albomun “Let Me Go” “Behind Those Eyes” sinqlları da kifayət qədər reytinq qazandı. Qrupun “Live for Today”, “Landing in London” ( bu sinqllarda Bob Seger bəkvokal və gitara hissəsini ifa edib) və “Here by Me” kimi mahnıları da sinql kimi təqdim edildi. Seventeen Days turunda 3DD cənubi rok qrup olan Lynyrd Skynyrd ilə birgə göründü. Həmçinin qrup 2005-ci ildə “Away from the Sun Live from Houston, Texas” adlı DVD buraxdırdı. DVD Akademik Auardda Aleks Gibni və Douq Biro  tərəfindən yaradılıb.
    2005-ci ildə Nickelback qrupuna gedən barabançı Daniel Adeəni Puddle of Mudd qrupunun keçmiş barabançısı Qreq Apçörç əvəz etdi.
    3 Doors Down (2008-bugünədək)
    Qrupun rəsmi saytında verilən məlumata görə qrupun öz adı ilə adlandırılan 4-cü studiya albomunun yazıyaalma işləri başa çatıb və bu məlumat qrupun 2007-ci il dekabrın 28-də Las Veqas Sun-a intervyusunda da təsdiqlənib. Şayələrə görə bu albomda yer alacaq mahnılar bunlardır: “Train”, “Citizen/Soldier”, “İt`s Not My Time”, “Let Me Be Myself”, “When İt`s Over” və “İt`s The Only One You`ve Got”. 3DD-nun bildirdiyinə görə albom rəsmi olaraq 2008-ci il Mayın 6-da təqdim olunacaq. Albomun birinci sinqlı isə artıq Fevralın 19-da təqdim edilmiş “İt`s Not My Time” sinqlıdır. Mahnının ilk bir dəqiqəsi və yarısı artıq MySpace-də qulaq asılmaqdadır. Qrupun yarlığı olan Yuniversal Rekordsda bu yaxınlarda albomun Mayın 6-da işıq üzü görəcəyini bildirib. Qrup albom turuna Mayın sonlarında çıxmağı planlaşdırır.
    Videoları:
    ·         Kryptonite
    ·         Loser
    ·         Duck and Run
    ·         Be Like That
    ·         When I’m Gone
    ·         The Road I’m On
    ·         Here without You
    ·         Away from the Sun
    ·         Let Me Go
    ·         Here by Me
    ·         Landing in London
    ·         Citizen/Soldier
    Əlavə Linklər:
    ·         Official site
    ·         Official 3 Doors Down MySpace Site
    ·         3 Doors Down Last.fm - də
    ·         Universal Republic Records
    ·         3 Doors Down Facebook Page

    P.S: 3DD ən çox xoşladığım qruplardan biri olduğundan onlar haqda sizinlə bölüşdüm, ümid edirəm sizin də xoşunuza gələr.=)

    [Ever the Same]

    çayxana|kafe|restoran|şeir

    şeirli_çay 

    Qəhvəyi rəngli çaya bənzəməliydi.
    Rəngsiz qənd dadı verməliydi.
    Çünki çayxana yazısı idi.
    Olmadı.
    Heç yazı da deyildi bəlkə.

     
    Yaşıl rəngli çaya bənzəməliydi.
    Sarı şirniyyat dadı verməliydi.
    Çünki kafe şeiri idi o.
    Olmadı.
    Heç şeir də deyildi bəlkə…

     
    Vürgülünün solunda çəngəl olmalıydı.
    Çəngəlin sağında isə qaşıq yer almalıydı.
    Çünki restoran əsəri idi.
    Olmadı.
    Heç əsər də deyildi bəlkə.

    [Usta] 

    Öz köynəklərimiz, öz mesajlarımız! [3]

    basabas_koyneyi 

    temiz_sohbet 

     

     çayxana_mədəniyyəti

    Bu da az-ya‘dan yeni işlər! Göydən 3 köynək düşdü. Biri mənim, biri [Usta]nın, biri də bu sətirləri yazanın. Ədalətli bölgü oldu, deyilmi? :)

    P.S.-M.S.-F.S.:.Yadımdan çıxmamış yazım ki, bura da baxarsınız. 

    April 16, 2008

    AdTapmaca

    Xeyli vaxt olar ki, bu haqda yazmaq istəyirəm. Hə, artıq xeyli vaxtdı.
    Di, gəl hüç cür yazammırdım. Yəqin eşitdiyim xəbər olmasa, bəlkə bir az da gecikəcəkdi.
    Başınızı çox ağrıtmayacam. Yer adları haqdadı bu yazım.
    Fikir verimisiz yəqin, Nərimanov rayonu, Nərimanovun heykəli; Nizami rayonu, Nizami metrostansiyası, Nizaminin heykəli, Nizami kinoteatrı; Neftçilər metrostansiyası, Neftçilər prospekti və sairə… hərəsi şəhərin bir tərəfindədi.
    “Nərimanovun heykəlinin yanında gözləyirəm”-cümləsini eşitdikdən sonra N.Nərimanov metrostansiyasının yanındakı parkdakı heykəlinmi yanına gedəsən, ya bu şəhərin göbəyindəki zırıltı heykəlinmi?
    Bu cür adqoymalar düşünürsüz ki, təsadüfdü? Yox, əzizlərim. Bu insanların öz şəhərində istiqamətlərini (başlarını da) itirmələri üçün düşünülmüş, ölçülüb-biçilmiş, üstündən də qəşəngcə yeyilib-içilmiş bir plandı.

    İndi də Əli Bayramlı şəhərinin adını Şirvan qoyublar. (belə eşitmişəm)

    Əli Bayramlının adının Recycle Bin-ə (zibil qutusuna) atılması təqdirəlayiqdi, çünki onu kimsə tanımır, hansı məzhəbə qulluq etdiyini kimsə bilmir. Şirvan isə gözəl addı, AMMA… Şirvan bölgəsində yerləşən hər hansı bir məntəqəyə bu ad verilsə. Eks-Əli Bayramlı Şirvan bölgəsindən bir “xeylax” uzaqdadı. İndi coğrafiya qanmayan adam (qanan da) Şirvan şəhərini əlbəttə Şirvan zonasında təsəvvür edəcək ki, bu da ölkə coğrafiyasının öyrənilməsi, ölkənin tanınmasında böyük ziyan vuracaq insanımıza.
    Beləcə daha bir yanlış informasiya oturdulacaq beynimizdə.
    Ehtiyatlı olun. Beyin böyük silahdı, onun əlinizdən alınmasına imkan verməyin.

    [Usta] 

    Delfin MP3

    MP3-Pleyer artıq ən çox istifadə etdiyimiz texniki cihazlardan biridir. Hətta deyərdim, TV-dən də çox istifadə etdiyimiz. İşə, dərsə, yaxud harasa uzaq bir səfərə gedəndə mütləq özümüzlə MP3`ümüzü də götürürük. Meloman olmaya bilərsiz, amma yüz faiz əminəm ki, bu cihazla heç vaxt darıxmazsız. Fərqi yoxdu roka qulaq asırsız, yoxsa repə, yoxsa popa, yoxsa Rəqsanəyə və s. və i. Əsas odu ki, musiqi daim qulağımızda səslənir və ən önəmlisi bunu başqaları eşitmir.
    "Musiqidən ayrıla bilmirəm və hətta, dənizdə üzəndə, ya da hamam çiməndə də istəyirəm ki, qulağımda nəsə dınqıldasın" deyirsinizsə, onda darıxmayın, bir azdan Azərbaycana da aşağıdakı cihaz gələcək. Tayvanın NU şirkəti tərəfindən hazırlanan bu Delphin MP3 musiqiyə qulaq asmağın çərçivəsini sındırdı. Çünki bu sadəcə adi MP3-Pleyer deyil, tamamilə sukeçirməz alətdi. Üstəlik cəmi 25 qr çəkisi və 1 GB yaddaşı var. 250 $ qiymət qoyublar. Azərbaycana çatana qədər məzənnə necə və hansı yöndə dəyişəcək, deyə bilmərəm.

    Öz köynəklərimiz, öz mesajlarımız! [v2]

    RAP

     subay

     arabali gede

    Əvvəli var, ardı da olacaq!

    Müəllif hüquqları az-ya zati-alilərinə məxsusdur! :)

    April 14, 2008

    Yozumsuz Yuxular [v4]

    bey quşu 

    Kişi avtobusdan düşdükdən sonra qızı qucağına aldı. Addımlarını sürətləndirdi. Tini buruldular. Bir az da getmişdilər ki, qızın ürəyi dayandı. Bu oğlanın öldüyünə işarə idi. Qız uzun zaman nəfəs almadı, lakin yaşayırdı. Bu gün ikinci dəfə idi ki, ürəyi döyünmürdü. Başını qaldıra bilmədiyindən elə hey yerə baxırdı. Atasının palçığa batmış mavi ayaqqabılarının dabanında qan damcıları gördü. Hər damcıdan kimsə ona baxırdı. Hər qan damcısı sahibinin üzünü gəzdirirdi atasının ayaqqabılarında. Gözünü yumdu. Qəribə bir hadisə baş verdi. Heç cür anlaya bilmədi ki, gözünü yumub və yuxu görür, yoxsa gözünü açıb və həyata baxır.

    Qaranlıq düşmüşdü ürəyinin ilk döyüntüsünü hiss edəndə. Atası yanında yox idi. Buranın divarları da tanış gəlmədi ona. Olduqları hər yerin divarlarını xatırlayırdı. Xoşlayırdı oboysuz divarlarda mala izlərinin yaratdığı qəribə şəkillər "kəşf etməkdən". Bir bayquşla, bir yarasa gördü başının üstündə. İnsan dilində danışırdılar. “Qorxuram, artıq özümdən qorxuram”-deyirdi bayquş. Yarasa susurdu. “O da qorxur”-düşündü qız. “Bağışla məni, qızım”-dedi yarasa qıza. “Mən daha bacarmıram”-dedi və uçub getdi. Bayquş ağladı. Qız hər şeyi anladı. Əlini uzatmaq istədi bayquşa tərəf, əllərinin yerində qanadlar yaranmışdı. O da bir bayquş olmuşdu. 

    Atası gəldi. Üzü yavaş-yavaş bayquşlamağa başlamışdı. Gözləri sifətinin yarısını tutmuşdu. 

    [Usta] 

    April 13, 2008

    Yazılmamış Qanunlar


    Toxunacağım mövzu yəqin ki, çoxlarınıza tanışdır. Bu məktəblərdəki "Yazılmamış Qanunlar" haqqındadır.
    Bəli, Qanunlar…yazılmış qanunlara çox əməl edirdik qalmışdı yazılmamış qanunlara əməl etmək….
    Məktəbdə işə düzəlməzdən əvvəl hər şeyə uzaqdan baxırdım əlbəttə ki, söhbət rayondakı məktəblərdən gedir. Məktəblərimizin biri yox, ele hamısı bu gündədir. Universiteti bitirdikdən sonra təyinatımı kəndə aldım, ingilis dili müəllimi kimi, həvəslə getdim, deyilən məvacibin 1/10-ni alırdım. Bir yandan da evə qayıtmaq problem olurdu nəqliyyatın olmamağına görə. Eybi yox bunlara birtəhər dözmək olardı, dərd məktəb dərdi omasaydı. Elə məktəb, məktəb deyirəm ağız dolusu. Dediyim məktəb bir-birinin yanında yerləşən 2-3 vaqondan ibarət idi. Demək asandır, görmək lazımdır, vallah görmək…
    Nə isə uzun sözün müxtəsəri təyinatı rayonun özünə dəyişdirdim. İndi gözəl….yagişdan çıxıb yağmura düşdüm. İşə düzəldin əlin daima cibində olsun gərək: işə düzəldin pul, əlavə saat aldin pul, 8 Martda direktora hədiyyə və s….
    Sonra təzə gəlmisən deyib bəzi kefkom müəllimlərin saatını əvəz etməlisən…özüdə pulsuz-parasız….
    Əmək haqqına əvəz elədiyin saatların pulunu əlavə etməyi isə heç kəs fikirləşmir, səndən başqa. Bəzi məktəblərdə məvacib əldən alınır və direktora kef düşür, nə düşür. Hər dəfə müəllimlər 2-3 yerə imza atırlar, amma “Kimin əvəzinə?” - bunu soruşmağa heç kimin ixtiyari belə yoxdur. Alanda isə tam öz məvacibini alırsan, qalan pullar hara uçur bilmirsən. Bunu bir Allah bilir, bir də direktor.
    Əsasən də arzu etmirəm ki, direktorun qohumlarından biri sənin sinfində oxusun. Əsl fəlakətdir…bunlar rəhbərliyin şəffaf işləridi…
    İndi də keçək "ağıllı, savadlı" şagirdlərimizə…Yaxşı deyiblər ki, balıq başından iylənər…
    4-cü saatdan sonra IX sinifdən yuxarı siniflərdə uşaq tapana muştuluq düşür. Dərs oxumağa qaldıqda isə şagirdlərdə orucluq ayıdır…
    I sinifdən tutmuş XI sinfə qədər olan siniflərdə 3-dən artıq oxuyan uşaq tapana bilmirəm nə düşür, amma axtarmağa
    dəyməz. Qiymətlər sifarişlə yazılır, jurnala qaib qoymaq olmaz, savadsız şagirdi sinifdə saxlamaq olmaz, şagirdi danlamaq olmaz….
    Bir sözlə şagirdlərin məsuliyyətini artiracaq bütün cəza növləri demək olar ki, yox dərəcəsindədir. Bunlar yalnız müəllimlərə aiddir. Əlbəttə müəlllimlər də mələk deyil. Ümumiyyətlə vəziyyət acinacaqlidir. Saat bölüşdürmək üstündə bir qırğınlar düşür ki, görən deyər ki, Amerikadan silahları borc alaq, pulla gücümüz çatmaz…
    Bunlar təkcə mənim rayonda rastlaşdığım problemlər deyil. Bu hamının problemidir.
    Axı bizim yolumuz ordan keçdiyi kimi, gələcək nəslin də yolu ordan keçəcək…
    Gələcək nəsil isə hər birimizin övladı və yaxınları ola bilər. Onlar bizim keçdiyimiz yolu necə keçəcək?!
    Bax gərək bunu biz düşünək. Biz gənclər. Bəlkə də bütün bunlar hələ də başlanğıcdır. Belə başlanğıcı beşiyindəcə boğmaq lazımdır Vəssalam.

    [Nuriyyə Səmədova]

    April 10, 2008

    Red Hot Chili Peppers (Ardı 2)


    Stadium Arcadium (2006-bugünədək)
    2006-cı ildə qrupa Qremmi mükafatı qazandıran “Stadium Arcadium” albomunun prodüsseri Rik Rubindir. Qrup 38 mahnını ayrıca 3 albom kimi buraxmağı planlaşdırsa da, sonrdan 28 mahnıdan ibarət iki üzlü albom işıq üzü gördü və qalan 10 mahnı isə B hissə kimi buraxıldı. Bu qrupun ilk #1 albomu idi. Albom elə debyut həftəsində ABŞ-da, Birləşmiş Krallıq və dünyanın 25 ölkəsinin reytinq cədvəllərində birinci oldu. Albom ilk həftəsində həftəlik satışa görə rekord qıraraq təkcə ABŞ-da 442 min nüsxə, dünya üzrə isə 1,1 mln nüsxə satıldı. 2006-cı ilin sonuna qədər “Stadium Arcadium” 7 mln nüsxə satılaraq ilin ən çox satılan albomu və ilk həftəsində ən çox satılan abom adını qazandı.
    Albomun ilk sinqlı “Dani California” ən surətli satılan sınql olaraq ABŞ-da Müasir Rok cədvəllərində debyut etdi, eləcə də Bilbordun Qaynar 100-də #6 və Birləşmiş Krallıqda #2 oldu. “Tell Me Baby” sinqlı ikinci olaraq təqdim edildi və 2006-cı ilin reytinqlərində yüksək yeri tutdu. “Snow (Hey Oh!) sinqlı da 2006-cı ilin sonlarında təqdim edildi və 2007-ci ildə çoxsaylı rekordlar qırdı. Bu qrupun nömrə 1 olan 11-ci mahnısı olmaqla qrupu 81 həftə nomrə bir kimi reytinqlərdə saxladı. Bu qrupu birinci edən üçüncü sinqlları idi. “Desecration Smile” 2007-ci ilin fevralında buraxıldı və Birləşmiş Krallıqda #27 oldu. Növbəti sinql isə Hump de Dump” ABŞ, Kanada və Avstraliya üçün planlaşdırılırdı, lakin studiyadan alınan müsbət cavabdan sonra sinql 2007-ci ilin Mayında təqdim olundu.
    2006-cı ildə qrup “Stadium Arcadium”u tanıtmaq məqsədilə ikinci beynəlxalq tura çıxdı. Konsert Avropada başladı və iki ay- Mayın sonlarından İyulun ortalarına kimi uzadıldı. Avqustun əvvəllərindən Noyabrın əvvəlinə kimi qrup Şimali Amerikada, sonra yenidən Avropa turunun ikinci qolu kimi Noyabrdan dekabrın ortalarına kimi Avropada davam etdi.
    2007-ci ildə Amerika turunun ikinci qolunu qrup Meksika da daxil olmaqla yanvarın ortalarından Martın ortalarına kimi davam etdirdi. Tur Aprelin əvvəllərindən ortalarına qədər və iki ay sonra qrupun 7 ildə Okeaniyaya ilk səfəri ilə davam etdirildi. Bu səfər zamanı qrup Avstraliya və Yeni Zenlandiyanın bəzi şəhərlərində və İyunun əvvəllərində Yaponiyada da konserti verdi. Turun üçüncü Avropa qolu İyunun sonlarından Avqustun sonlarına kimi davam edərək Avropada başa çatdı.
    2007-ci il İyulun 7-də RHCP Londonda Uimbli Stadionunda canlı konsert verdi. Turları ərzində qrup bir çox festivallarda 2006-cı ilin İyulunda İrlandiyada Oksigen Festivalı, Avqustda Çikaqoda Lolapaluza və davamı olaraq 2007-ci il Aprelin sonlarında Kaliforniyada Kouçelli Vəley Myuzik və Art festivalında iştirak etdi.
    Söz və musiqi yazarlığı:

    Qrup mövcud olduğu illər ərzində bir çox mövzulara müraciət etmişdi. Buraya sevgi, dostluq, yeniyetmə aqressiyası, müxtəlif seksual mövzular, seks və musiqi, siyasət, sosial şərhlər (xüsulilə yerli amerikalılarla bağlı mövzular buraya daxildir), romantika, təklik, qloballaşma, Hollivud və onun şöhrəti, kasıblıq, alkoqol və s. daxildir.
    İmprovizə:
    İmprovizə qrupun musiqi tərzinin əsasını təşkil edir. Qrupun cari albomlarına daxil olan gitara soloları Frasiant tərəfindən həmçinin Fleanın bəzi bas soloları da improvizə edilmişdi. Son on illikdə qrup necə başlamışdısa eləcə də ilk vaxtlarda olduğu kimi indi də mahnılarını kiçik improvizə ilə başlayır. Bəzən mahnının ortası və sonu uzun improvizə ilə müşayiət olunur. Qrup həmişə şoulari uzun improvizə ilə bitirir. Bu ideya “Californicaion”a görə qrupa qayıtmamışdan əvvəl Frasiantın Kidisdən olan xahişi ilə başlayaraq hələ də davam etməkdədir.
    Mükafatları:
    The Red Hot Chili Peppers fəaliyyət illəri ərzində 7 Qremmi Mükafatı qazanıb:
    • 1993: Ən Yaxşı Ağır Rok Performansı - "Give It Away"
    • 2000: Ən Yaxşı Rok Mahnı - "Scar Tissue"
    • 2007: Ən Yaxşı Rok Albom - Stadium Arcadium; Duo və Qrup Vokallı Ən Yaxşı Rok Performansı və Ən Yaxşı Rok Mahnı - "Dani California"
    MTV Video Musiqi Mükafatı:
    • 1992: Dönüş Videosu- "Give It Away"-e görə, Yayımlayanın Seçimi - "Under the Bridge"
    Amerika Musiqisi Mükafatı:
    • 2000: Sevimli Alternativ İfaçı
    • 2006: Sevimli pop/rok qrupu, Sevimli Alternativ İfaçı
    Bilbord Musiqi Mükafatı:
    • 2000: Ən Yaxşı Alternativ Qrup
    Qrupun şərəfinə 2008-ci ildə Hollivuddakı Ulduzlar Alleyasında Ulduz qoyulacaq.

    PS: Məndən bu qədər, əgər kiminsə RHCP haqda əlavə məlumatı varsa şərh yazmaqdan çəkinməsin =)

    [Ever the same]

    April 9, 2008

    Yozumsuz Yuxular [v33]

    qanvardigecede 

    Bir
    iki
    dörd              
    on dörd
    iyirmi dörd
    otuz
    otuz bir
    otuz iki…

    Şeeef, hamısını saydım. Cəmi 32 baş. 32!!! Eşitdin? Biri çatmır. Biri çatmır! Axı, bayaq “Qıfıl”a zəng edəndə 33 başın hamısını hazır elədiyini demişdin. Bəs, biri hanı? Mən kəsdiyim başların sayın itirmişdim, deyirdim, yəqin sən deməmisənsə demək hamısını kəsmişəm. Öhö, öhö. Zibilə qalsın bu siqaret çıxaranı. Öhö…

    Şef, neyniyək indi, hə? Gecədi e. İndi küçədə heç kim tapammarıq. Hə, şef?
    Qonşuluqda da heç kim yoxdu ki, tovlayıb, başın kəsim. Sabah tezdən “Qıfıl”, Bir baş çatmır, deyəndə neyləyəcəyik, hə, şef?  Öhööö.
    Şef… neynirsən şef? Qadan alım, qurban olum şef, eləmə… balalarının…

     

    [Usta] 

    April 8, 2008

    Dünya sənin, dünya mənim… Yazıq dünya.

    Dünya həqiqətən də sahibsizdi. İdeyanı isə çox bəyəndim :) Ona görə Bahoo bölməsinə yerləşdirdim. Yoxsa bu sarışının burada nə işi?

    dunya senin, dunya menim

    [Usta] 

    Yozumsuz Yuxular [v2]

     

    …Əlini qaldırıb bir daha zərbə endirdi. Artıq gücü tükənirdi. Möhkəm-möhkəm sıxmışdı ovcundakını. Onu ölmək yox, ölərkən ovcundakını itirmək qorxusu narahat edirdi. Bu qədər insanın əziyyətini itirmək demək idi. Namusu, şərəfi itirmək. Yox olmaq demək idi. Yer üzündən silinmək.

    "Yo-o-ox!" hayqırtısıyla bir daha irəli atıldı. Qarşısındakı iri cüssəli adam arxaya addım atdı. Qara pencək, ağ köynək və qalstuklu idi. Kənardan hər hansı bir bank işçisinə bənzətmək olardı. Amma çox güclü idi. Adi insandan 6-7 qat güclü. Qara gözləri.. yox bu sadəcə qara deyildi, qapqara idi. Sanki gözünə zülmət çökmüşdü. İnsani reaksiyaları robotlaşmış hərəkətlər əvəzləmişdi sanki. Vurulan zərbədən belə cəld yayınma və əks-hücum etmə qabiliyyəti ancaq peşəkar konfuçuda ola bilərdi.

    "Axı bu yapon da deyil!" fikirləri beynindən keçərkən qara pencəkli onu götürüb bir daha divara çırpdı. Dar döngənin sonunda böyük küçə, mərkəzi yol vardı. Adamlar o yana, bu yana şütüsə də bu qaranlıq dalanda nələr baş verdiyini görmürdü. Belindəki sancılar artmağa başladı. Ağzından qan tökülürdü. Tərləmişdi. Bədəninin təri göz qapaqlarından leysan kimi axır, gözüylə bərabər beynini də dumanlandırırdı.

    Qara pencəkli yavaş yavaş yaxınlaşırdı. Belindəki silaha əl atdı. Küçənin sonundakı maşın əyləci və təkərlərin asfalta sürtülərək çıxartdığı ciyiltili səsi onu bir anlıq dayandırdı. Üzünü çevirib dalanın sonuna baxdı.

    Bu bəlkə də son şans idi. Ya uğur, ya da fiasko. Əzələlərində qalan taqəti ayağındakı son təpərlə birləşdirib irəli sıçradı. Havada ikən gözünü ən son gərginliklə bir nöqtəyə - kəmərin belindəki silaha tuşladı. Əlini uzatdı. Silahı toqqadan çıxarıb geriyə atıldı. O artıq geri çönmüşdü. Vurmaq vaxtı idi. Tətiyi çəkdi…


    *** 
    - Bunu nə vaxt gətiriblər?
    - Yarım saat əvvəl. Küçənin tinində tapıblar.
    - Kim güllələyib?
    - Hələ bilinmir. Amma peşəkar olub. Bax. Bir güllə ürəyinin üst nahiyəsinə, bir güllə də gördüyün alnının ortasına. Mərmi düz mərkəzi beyinə keçib. Düşünürəm ki, 2-3 saniyəyə keçinib..
    - Səncə mafia işləridi? Yəqin kimsə sifariş edibmiş bunu.
    - Mafia olub olmadığını bilmirəm. Amma sifariş olmayıb. Əlbəayağa olublar. Üstəlik əlində silah vardı. Tətiyə basılı idi.
    - Tətiyə basılı?
    - Hə, amma DNK testləri yerdəki qanın sadəcə bir insana aid olduğunu göstərir. Üstəlik silah boş olub. Boş silahla nə etmək istəyirmiş görəsən.
    - Ehh.. Bəziləri bir silahla bütün dünyanı dəyişə biləcəyini düşünür.. 

    [az-ya]

    April 6, 2008

    Yozumsuz Yuxular [v1]

     

    eliqanli 

    Avtobus dayandı. Yanında başıbağlı kiçik bir qız uşağı olan saqqallı, 30-35 yaşlarında bir kişi daxil oldu içəri. Gözləri qırmızı idi. Bəlkə də buna görə içəridəkilərdən gözlərini gizlətməyə çalışırdı. Sürücüdən, Ora gedirsən?-soruşdu. Sürücü, Ora haradı?-dedi. Kişi cavab vermədi.

    Kişi mələküzlü balaca qızla avtobusun ən sonuncu oturacaqlarında oturdu. Dörd nəfərlik sırada onlardan başqa bir gənc oğlan da oturmuşdu. Qulağında telefon qulaqlıqları vardı. Musiqi dinləyirdi.

    Kişi ora-bura boylanırdı. Sanki, avtobusun içində kimisə, nəyisə axtarırdı.
    Qız başını aşağı salıb oturmuşdu.

    Birdən yanlarındakı oğlanın telefonu zəng çaldı. Musiqi səsləri yayıldı avtobusa.
    Oğlan tez telefona cavab verdi.

    Telefonun zəngi çalan zaman Kişinin üzü tamam dəyişdi. Şeytani sevinc yarandı üzündə. Axtardığını tapmışdı.

    Oğlan yenidən musiqi dinləmək istəyirdi ki, kişi ondan, blutuzun var?-soruşdu. Oğlan bir az təəccüb və sadəlövhlüklə, Var, dedi. Kişi ondan səslənən mahnını ona göndərməsini istədi. Oğlan razılaşdı. Mahnını göndərdi.

    Kişi başını düz onun burnunun ucuna gətirərək, İndi isə mən sənə bir mahnı göndərəcəm-dedi. Oğlan razılaşdı. Musiqini qəbul etməyə başladı. Ötürmə bitdikdə kişi, Saxla, düşən var-dedi sürücüyə. Tez qızı götürüb avtobusdan düşdü.

    Sürücü sonuncu dayanacağa çatdı. Salona baxdı. Arxa sırada bir oğlan yatmışdı.
    Yaxınlaşıb onu oyatmaq istəyəndə qulaqlarının qanamış olduğunu gördü. Oğlan ölmüşdü.

    [Usta] 

     

    April 5, 2008

    AZ QALIB!!!

    Vebzinimizin şimalındakı qoyuna baxın, ondan heç nə ilə fərqlənmirik. Saçlarımız qırışıq, beynimiz isə yuyulmuş. Halbuki, tam tərsi-beynimiz qırışıq olmalıdı!

    Çox əsəbiyəm son zamanlar. Tək mən yox. Hamımız əsəbiyik. XXI əsrdə oksigen udmaq kimə qismət olubsa, yəni ətrafımızdakı hər kəs əsəbidi. Avtobusda gedənlər də, yüz min manatlıq avtobili ilə avtobusların yanından uçanlar da. Evdə oturanlar da, ofisdə MSN-lə söhbət edənlər də. Heç bilmirəm sonu necə olacaq…

    Çox hövsələsizəm son zamanlar. Elə tək mən yox. Hamımız hövsələsizik. Beş saniyə hansısa saytın açılmasını gözləyəcək qədər hövsələmiz yoxdusa hansı hövsələdən danışmaq olar? Qərb depressiyalar əsri yaşayır. Şərq hələ ki, boşverizm əsrindədi. Heç bilmirəm sonu necə olacaq…

    Çox şikayətçiyəm hər şeydən. Hamı şikayətçidi. Heç kim heç nə etmir. Hamı dünyanı xilas edəcək insanı gözləyir və kimsə həmin insanın özü olacağını beyninin solundan belə keçirmir. Gözləməkdən pis şey isə yoxdu. Yox, dünyanı insan xilas edə bilməyəcək. Eşidirsiz? Bir zamanların Yaradıcı, yaşadıcı, sakit, sülhpərvər, xeyirxah insanını “keçi”lər zombiyə çevirdi. Zombi isə nə yarada bilər, nə sevgi göstərə, nə də ətrafında baş verənləri anlaya.

    Zombiləşirik hamımız. Fikir verirsiz? Artıq bizi həyəcanlandıran heç nə yoxdu. Hər şeyi adiymiş kimi qəbul edirik. Halbuki, heç adi deyil. Dünən bir gənc məndən soruşur ki, görəsən rüşvətin nəyi pisdi ki? Qorxdum bu sualımdan.Görün nə dərəcədə bunu qanımıza yeridiblər ki, biz onun pisliklərini görəmmirik. Görəmmirik ki, rüşvət bizdə rahatlıq, arxayınlıq, savadsızlığımızı ört-basdır etməyə imkan verir. Və bu ört-basdır etmə əməliyyatının zonunda zombi oluruq. Onlardan asılı hala gəlirik. Onlar da qanımızı, pulumuzu, əxlaqımızı sümürür. Beynimizi əlimizdən alır. Bəzi ölkələrdə sex, içki, narkotika azadlığı, bəzi ölkələrdə din, cahillik və s. yolu ilə beynimizi istədikləri kimi qayırırlar. Əvəzində heç nə …

    Beyninizə sahib çıxın! Oxuyun (lazımi kitab, jurnal, saytları), Dinləyin (lazımi musiqi, nitqləri), Baxın (lazımi proqram, kino, teatrlara) və DÜŞÜNÜN!!! 

    Onların ən çox qorxduqları insan DÜŞÜNƏN, YENİ FİKİR YARADA BİLƏN İNSANdır!

    Əsəbiliyimizin, hövsələsizliyimizin, şikayətçiliyimizin, zombiliyimizin səbəbkarı onlardı.

    Əsas beyinyuma alətləri isə müasir mediadır. Satqın, şərəfsiz, simasız, əxlaqsız, savadsız media!

    Yaxında tam alternativ bir media ilə qarşınıza gələcəyik. AZ QALIB!!!

    [Usta] 

    April 4, 2008

    AZART


    Bir gecə sevdiklərin
    kazino quracaqlar
    oynamağa heç nələri olmaz
    həvəsdən başqa
    sənin taleyini
    seçib qoyacaqlar qumara
    günahın
    oyuna qoşulmamağın olar sadəcə…
    axı sən hara,
    kazino hara… taleyini
    uduzacaqlar bir-birinə
    udacaqlar növbə ilə o gecə…
    qiymətin artacaq,
    azalacaq beləcə…
    yorulub əldən düşəcəklər…
    "Qumar haramdır,
    bir də oynamayaq " deyə
    səni büküb
    zibil qutusuna atacaqlar…
    və…
    dağılışacaqlar evlərinə sakitcə…

     

    Cavidan

    TAYFAMIZA YENİ XƏBƏR!

    DADADA DAAAAAM!

    Biz artıq burdayıq: www.vebzin.com

    Baş çəkə bilərsiz. Necə deyib Aşıq WEBOĞLU?:

    “Raz ki, oldun vebzin əhli, çağır gəlsin VEBKOROĞLU!”

    AZƏRBAYCANDA İLK VEBZİN HANSIDI?-sualına cavab tapmaq üçün nə dosta zəng etmək lazımdı, nə menhersheyibilirem.com-u ziyarət etmək, nə də 70-30 götürmək, çünki…

    Əlbəttə, ilk vebzin bizik.

    KANALI DƏYİŞMƏYİN! REKLAMLARDAN SONRA DAVAM EDƏCƏYİK!

    Şəkil həvəskarları üzrlü hesab etsin. Söz - qəşəng bir şəkil (qızzz) qoyacam gələn yazıda :)  

    [Usta] 

    April 1, 2008

    Red Hot Chili Peppers (ardı 1)

    Blood, Sugar, Sex, Magik (1990-1992)
    1990-cı ildə qrup Uorner Bros. Rekordsla işləməyə başladı, beşinci adsız albomların prodüsseri Rik Rubin oldu. Bundan sonra Rubin qrupun bütün studiya albomlarına prodüsserlik edib. Bu albom yazılışı əvvəlkilərlə müqayisədə daha da məhsuldar keçdi, Kidis deyirdi- “indi hər gün yeni bir  mahnıya söz yazmalı oluram.”
    Qrup 6 ay albomun lentəalma prosesiylə yüklənmişdi -uzun müddətli məşq prosesi, musiqi bəstələnməsi və ortaq fikrə gəlinməsi və s. lakin bütün bunlar Rubini razi salmırdı, o fikirləşirdi ki, qrup bundan daha az ortodoksal şəraitdə işləsə daha yaxşı olardı. O, qrupu Aralıq Dənizi əhalisinə məxsus olan çox böyük tarixi bir villada yerləşdirmişdi. Lentəalma prosesinin başlanğıcında Kidis, Frasiant və Flea bir ay müddətində evi tərk etmədən  işlədilər. Lakin Smis evdə ruhların yaşamasına inanaraq orda yaşamaqdan imtina etmişdi.
    Qrup hələ də alboma ad tapmamışdı amma Rik “Blood, Sugar, Sex, Magik” adının təklif edir və bu adın qrupun bu vaxta qədər olan albom adlarından ən yaxşısı olacağına inanırdı.
    Albom 1991-ci il Sentabrın 24-də buraxıldı. “Give it Away” albomun ilk sinqlı oldu və 1992-ci ildə “Ən yaxşı vokallı ağır rok performansı”na görə Qremmi mükafatı qazandı və qrupun Müasir rok reytinq cədvəlində birinci yer tutan ilk sinqlı oldu. Növbəti sinql “Under the Bridge”  Bilbordun Qaynar 100-də ikinci yeri tutaraq qrupun ən çox tanınan mahnılarında biri oldu. Abomun “Breaking the Girl” və “Suck My Kiss” adlı sinqlları da reytinq cədvəllərində yer ala bildi. Albom beynəlxalq səviyyədə tanınaraq 12 mln nüsxə satıldı və RHCP-nin dinləyici kütləsini kifayət qədər genişləndirdi. “Blood, Sugar, Sex, Magik” albomu Rollinq Stoun jurnalında “Bütün Dövrlərin 500 Ən Yaxşı Albomu” siyahısında 310-cu yerdə yerləşdirilsə də, 1992-ci ildə albom təqdimatından bir il sonra ABŞ Albom Reytinq cədvəllərində #3 oldu.
    Qrupun  uğuru və narkotikdən asılılığının artması 1992-ci il “Blood Sugar”ın Yaponiya Turu ərzində Frasiantın qrupu tərk etməsinə səbəb olur. Qrup 1992-ci ildə  Lolapaluza Festivalına başçılıq edirdi və Frasiantı gitarist Arik Marşal (O, “The Simpsons” un 4-cü mövsüm finalında, “Krusty Gets Kancelled” və “Breaking the Girl” və “İf You Have To Ask” sinqllarının klip versiyalarında qrupla birgə görünmüşdü.) və Los Anjelesdən olan Mother Tongue qrupundan Cessi Tobias əvəzləmişdi. Lakin bu iş birlikləri uzun çəkmədi, qrup uğursuz seçim etdiklərini bildrdi. Son nəticədə qrupa “Jane`s Addiction”dan gitarist Deyv Navaro dəvət olundu.
    One Hot Minute (1993-1998)

    Deyv Navaro ilk dəfə qrupla Vudstok 94-də göründü. Qrup üzvlərinin lampa formasında olan nəhəng kostyumları ordan-burdan sarı rəngli metal pencəyə birləşdirilmişdi ki, bu da onlara instrumenləri ifa etməkdə çətinlik törədirdi. Kənardan artıq stabil görünən qrupun digər 3 üzvü və Navaro arasında münasibətlət pisləşməyə başlamışdı. Navaronun fərqlənən musiqi əhatəsi RHCP-lə birgə çıxışdan sonra daha da kəskin nəzərə çarpırdı. Onun qrupla ilk və yeganə albomu 1995-ci ilin Sentyabrın 15-də işıq üzü görən “One Hot Minute” olmuşdur. Qrup albomu digər işləriylə müqayisədə tutqun adlandırırdəlar. Bütün qarışıq fikirlərə baxmayaraq albom kommersiya uğuru qazandı. Dünya üzrə 5 mln nüsxəsi satılan albomun #1 sinqlı “My Friends”  və eləcə də “Aeroplane” və “Warped” sinqlları reytinqlərdə uğur qazandı.
    Qrup Con Lenonun “I Found Out” və Ohio Players-in “Love Rollercoaster” mahnılarının impovizə edilmiş versiyasını sinql kimi təqdim etdilər.
    Bu vaxt ərzində Kidisin narkotikdən asılılığı yenidən artmağa başladı. 1988-ci ilin Aprelində yaradıcılıq müxtəlifliyi bəhanəsiylə Navaro qrupdan uzaqlaşdırıldı və Kidis bildirdi ki, bu qarşılıqlı qərar olub. Lakin şərhlər göstərirdi ki, bu heç də belə deyil, bu qərar bir dəfə Navaronun məşqlərə narkotikin təsiri altında gəlməsindən sonra qəbul olunmuşdu. Kidisin sözlərinə görə hadisə özlüyündə gülməli olsa da, əslində bu onun qrupu tərk etməsinə doğru aparan bir işarə idi.
    Californication (1998-2001)

    Artıq hamıya məlum idi ki, qrupdan ayrıldıqdan sonra Frasiantın narkotikə artan tələbatı onu kasıblığa gətir ib çıxarmış və hətta demək olar ölümünə səbəb olmuşdu. O, 1998-ci ilin Yanvarında Ras Eskinas Narkotikdən Reabilitasiya Mərkəzinə müraciət etmiş və həmin ilin Fevralında müalicəsini başa vuraraq Silver Leykdə kişik bir ev kirayə etmişdi. O, narkotikdən istifadə etdiyi vaxtlarda özünə xələl yetirmiş hətta bəziləri cərrahi müdaxiləylə (damarlarını kəsmiş, burnura operasiya etmişlər və faciəli infeksiyadan yaxa qurtarmaq üçün yeni diş qoymuşlar) aradan götürülmüşdü. 1998-ci ilin Aprelində dostunu yoxlamağa gedən Flea onu yenidən qrupa dəvət edir və Frasiant bu dəvəti məmnuniyyətlə qəbul edir. Yenidən birləşən keçmiş dördlük keçən 6 il ərzində ilk dəfə böyük həvəslə məşqlərə başladılar. Kidis bu haqda danışarkən bildirmişdi: ” Bu vaxt mən növbəti 6 ildə bizim birgə həyatımızda nə baş verəcəyini gördüm və mənə aydın oldu ki, bu əsl reallıqdı və yenə bir möcüzə baş vermək üzrədir. Qəflətən hamımız bir-birimizi eşidə  və qulaq asa bilir və özümüzü yenidən möhtəşəm bir orkestrin üzvü kimi hiss edirdik.”
    Qrupun Frasiantın dönüşünə sevinməsinə baxmayaraq o, həm əqli, həm də fiziki zəhətdən qırılmışdı. Qrupdan uzaq olduğu illər ərzində ifa etməyən Frasiant narkotik pulu üçün bütün gitaralarını satmışdı və narkotikdən sonra keçmiş həyatını geri qaytarmaq onun üçün çox ağır idi. Bütün bunlara baxmayaraq onun istedadı hər şeyi kölgədə qoyur və o yeni mahnılar yazmağa başlayır. Kiçik məşqlərdən sonra 1999-cu il İyunun 8-də “Californication” albomu RHCP-nin 7-ci studiya albomu kimi təqdim olundu. Albom dərhal 15 mln nüsxə satılaraq qrupun indiyədək olan ən uğurlu albomu oldu. “Californication” albomunda əvvəlkilərə nisbətən rep az idi, bunun yerinə burda əlaqəli mətn, sabit və melodik gitara rifləri, vokal və bas elementləri özünü göstərirdi.
    Albom ABŞ-da 3 yeri tutdu və 3 yeni hit gətirdi: Scar Tissue, Otherside və Californication. Scar Tissue 2000-ci ildə Qremmi mükafatına, Ən Yaxşı Rok Mahnı nominasiyasına yiyələndi. Bu mahnı həmçinin mərasimdə Snoop Dogla birgə qısa replə ifa olundu. Albomun digər mahnıları “Around The World”, “Road Trippin”, “Parallel Universe” isə rəsmi olaraq sinql kimi təqdim olunmasalar da, Müasir Rok reytinq Cədvəllərində ilk 40-ğa daxil oldular.
    1999-cu ilin İyulunda qrup yeni albomun tanıtım turundan sonra “Woodstock 99”-da iştirak edir. Çıxışlarına 10 dəqiqə qalmış Cimi Henrixin Bacısı qardaşının mahnısının aranjıman versiyasını ifa etsinlər və uzun tərəddüddən sonra onlar “Fire” (bu mahnı “Mother`s Milk”  albomunda yer alıb) mahnısını ifa etmeyi qərara aldılar. 3 günlük konsertin final buraxılışında kiçik bir tonqal dəhşətli bir vandalizmə çevrildi və bunu belə görən xüsusi mühahizə dəstəsi işə qarışmalı oldu.
    2001-ci ildə RHCP “Off The Map” adlı ilk konsert DVD-ni buraxdılar. DVD-nin rejissoru qrupun köhnə dostu Dik Ryud idi,  “Catholic School Girls Rules” və “Universally Speaking” mahnılarının video versiyasını da o işləmişdi.
    By The Way (2002-2005)

    Qrup 2001-ci ilin əvvəllərində yeni albom üzərində işləməyə başladı və təxminən bir il sonra 2002-ci il İyulun 9-da “By The Way” albomu təqdim olundu. Albom elə ikl həftəsində 700 min nüsxə satılaraq qrupun ən populyar reytinq debyutu oldu. Albom reytinq cədvəlində 2-ci yeri tutdu, alboma “By The Way”, “The Zephyr Song”, “Can`t Stop”, “Dosed” və “Universally Speaking” sinqlları daxildir. Bu albom qrupun bugünədək yaratdığı ən möhtəşəm albomdur, albomda qrup öz kalssik tərzləri rep fanka əks olan melodik balladalardan istifadə etmişdi. Albomun tanıtım səfəri 18 ay davam etdi.
    RHCP növbəti “Geatest Hits” albomu üçün iki yeni mahnı “Fortune Faded” və “save The Population” yazdırdı. Albom 2003-cü ilin noyabrında işıq üzü gördü və Bilbordun 200-də 18-ci yeri tutdu.Yalnız iki mahnı “Universally Speaking” və “By The Way” əvvəlki albomdam bu əlavəyə daxil edilmişdi.
    Albom turunun Avropa qolu zamanı 2003-cü il Avqustun 23-də İralandiyada Sleyn Sarayında baş tutan konsertin “Live at Slane Castle” adlı DVD-si buraxıldı. Qrup birinci canlı konsert  albomu üzərində işləri davam etdirir və 2004-cü il Avropa turuna daxil olan Hayd  Parkdakı konsertlərinin Albom versiyası “Live in Hide Park” adı altında işıq üzü gördü. Konsert böyük kütləylə müşayiət olundu. Konsertdə ifa olunan iki mahnı “Rolling Sly Stones” və “Leverage of Space” eşidilmədiyinə görə By The Way albomundan olan təqdim olunmamış sinqllar kimi qəbul olundu. 3 gün davam edən konsert qrupun təəcübüylə 17 mln dollara qiymələndirildi və Beatles qrupunu ikinci yerə salaraq musiqi tarixində eyni yerdə baş tutan ən böyük konsert oldu.

    ARDI VAR…

    Ürəyi sınmış karandaşın hekayəsi

    karandaş 

    Bir karandaş vardı. Adı yadıma deyil indi. Bu karandaş qonşuluqdakı kağıza aşiq olmuşdu. Onu dünyalar qədər sevirdi. Kağızın ağlığı, parlaqlığı, təmizliyi onun ağlını almışdı əlindən. Sevirdi kağızı və bilirdi… Bilirdi ki, kağız onu sevmir. Başqasını sevirdi kağız. Printeri. Printeri sevirdi. Bədəni, əzələləri, gücü kağızı dəli edirdi. Daim özünü onun qucağına atmaq istəyirdi. Printerin eqoizmi, özündən razılığı ehtiraslandırırdı kağızı. Karandaş isə bunu sadəcə kənardan izləməklə kifayətlənirdi. Edə biləcəyi bir şey vardımı?

    Və bir gün karandaşın qorxduğu, kağızın isə böyük həyəcanla gözlədiyi hadisə baş verdi.

    Printer kağızı qucağına, sonra isə altına aldı və… onu vəhşicəsinə zorladı. Kağız elə bilirdi ki, printer ona nəvazişlə, sevgiylə, zərifliklə yanaşacaq, bəlkə əvvəl bir az söhbətləşəcəklər, o, printerə naz edəcək, “o cür” kağızlardan olmadığını söyləyəcək, sonra isə printeri qucağında əriyəcək… Amma sən saydığını say…
    Printer ondan sadəcə öz ehtiyacını ödəmək üçün istifadə etdi, kağızın hıçqırıq səslərinə əhəmiyyət vermədən, kobudluqla zorladı və bir kənara atdı. Kağıza marağı tamam söndü. Kağız tərpənməz halda yerində qaldı.

    Karandaş bütün baş verənləri izlədi, gördü, lakin heç səsini də çıxara bilmədi.
    Şokdaydı. Özünü sınmış hiss edirdi karandaş və bu ağrını bütün həyatı boyu ürəyində gəzdirdi.

    Sahibi hər dəfə onu əlinə alıb hər hansı bir şəkil çəkmək istəyəndə o kağız üzərində sınmış ürək şəkli çəkirdi. Sonra çəkdiyinə baxır və təəccüblənirdi. Axı, o, tamam başqa bir şey çəkmək niyyətiylə karandaşı əlinə almışdı. Anlamırdı sahibi karandaşının dərdini. Anlamırdı kağız üzərindəki qan ləkələrini… Görmürdü karandaşının sınmış qəlbini…

    [Usta] 

     

    March 31, 2008

    Ost..aq

    Atam da deyir oğlum var

    Rəssam dostum mənə ost…ğa basırdi ki,
    Biz rəssamlar əslində çox qeyri-adiyik,
    Dünyanı adi insanlar kimi görmürük.
    Az qala inandım.
    Evə gələndə eyni sözləri atama dedim.
    Əslində o anda əlini siqaretə uzatmalıydı.
    Amma iki ildir ki, atıb…

    Kütlə

    Bu ölkə kiçik bir ost…ğa bənzəyir
    Mənim fikrimcə.
    Özüdə konsentrasiya edilmiş.
    Başlıyaq ondan ki,
    Mənim fikirim heç kimə maraqlı deyil.
    Bir vacib şey də var.
    Ost..aq bir qaz kütləsidir və gözə görünməzdir,
    Burnunla nəfəs almasan,
    Elə də adamı qıcıqlandırmaz..

    [Ceyhun Ocadov

    Eşşəkli Yazı

    (Bu yazını Barış Mançonun “Arkadaşım eşşək” mahnısının sədaları altında oxumağı tövsiyə edirəm)

    bmw 

    İndiyəcən neçə-neçə ciddi mövzulardan yazmışıq, amma eşşəkdən söz açmaq heç kimin yadına da düşməyib; fağır heyvan türkün sözü, hak etmədiyi bir halda, diqqətdən kənarda qalıb; amma vicadanımız da şahid, o, daha artığına layiq idi. Ona görə də, gec-tez kimsə tarixi ədaləti bərpa edib, eşşəyə olan mənəvi borcumuzu qaytarmağa, onun qarşısındakı günahlarımızı yumağa bir cəhd etməliydi, ya yox? Bu yazı məhz həmin nəcib məqsədlə klaviaturaya alınıb. Bizim millət olaraq eşşəyə (elmi adı: Equus asinus) qarşı ən böyük haqsızlığımız bilirsinizmi, nədir? İstər məişətimizə, istərsə də təfəkkürümüzə çox böyük töhfələr verdiyi halda, ona yuxarıdan-aşağıya baxmağımız! Qorxmayın, mən burada həmişə dəbdə olan şit mövzulara toxunub, kənd cavanlarının eşşəyə olan əbədi sevgisindən, bu sevginin nəticəsində yaranan “Sənə eşşək deyənin özüdür eşşək! Sən Sibel Cansan, Sibel Can” kimi düşük söhbətlərdən danışmayacağam. Niyyətim eşşək amilinin milli mədəniyyətdə yaratdığı fəlsəfi qatlara işıq tutmaqdır.

    HUMMER

    Uinston Çörçill deyirdi ki, it bizə aşağdan-yuxarı, pişik yuxrıdan-aşağı baxır; bircə donuzdur ki, özünə tay görür bizi. İngilis təfəkküründən fərqli olaraq, bizim milli şüurda həmin yer eşşəyə ayrılıb. Əlimdə dəlil-sübutum yoxdur, ona görə də bir az yavaşdan bəyan edirəm: mənə elə gəlir, “eşşək” sözü “Eş” sözündən yaranıb – yəni “tay, bərabər”. Doğrudan da, at - həmişə bizə yuxarıdan-aşağı baxıb, qoyun – aşağıdan yuxarı; bircə eşşək bərabər səviyyədə yanaşıb, nə özündən əskik sayıb, nə artıq. Bundan savayı, at - lap yuxarı təbəqənin rəmzidir, heç bir minik heyvanının olmaması - lap aşağıların; amma eşşək – kasıb və orta təbəqənin əsas dayağı, sosial bərabərsizliyə qarşı yorulmaz mübariz, ən demokratik heyvan kimi tarixi bir missiya yerinə yetirib! Eşşək - cah-cəlal deyildi, ən vacib ehtiyac idi! Kasıbın həyat enerjisi at gücüylə yox, həmişə eşşək gücüylə ölçülüb. Ona görə də, əzizim eşşək, Amerika demokratlarının rəmzinə çevrilməyin sənə ana südü kimi halaldır! Eşşəyin “aşağı” təbəqənin rəmzi olması atalar sözlərində də təsdiqini tapır: “Atlar dalaşanda eşşəklər əzilər”. Bəli, eşşək - heyvanların, amerikalılarsa xalqların arasında ən demokrat olduqlarına görə, onlarınkı tutub; di gəl, biz eşşəyə olan bağlılımızı hər yolla gizlətməyə, özümüzü o yerə qoymamağa çalışmışıq. Bizim folklorda eşşəyə yanaşmalarda böyük ziddiyyətlər gözə girməkdə. Bir yandan eşşəyi özümüzdən ağıllı sayırıq (məsələn, hansısa səhvi təkarlayanda deyirik: “eşşək eşşəkliyilə palçığa bir dəfə batar”), üstəlik, eşşəyi insan savadının ölçü meyarı kimi götürürürk (savadsız adam – “iki eşşəyin arpasını bölə bilməyən adam”dır), amma eyni zamanda ağılısız adama da “eşşək” deyirik.

    glamour 

    Və ya, bir tərəfdən eşşəyi üzüyola, dinc heyvan kimi tanıyırıq (Sayaçı söz yadınızdamı: “Eşşək deyər, mən hamıdan fağıram”), amma digər tərəfdən, kimsə özünü yaramaz aparanda deyirik: “eşşəklik elədi”.Məncə, eşşək bu ikiüzlüyə layiq olmayacaq qədər səviyyəli heyvandır! Amma daha maraqlısı başqa şeydir: Niyə biz eşşəyi qanmazlığın, mədəniyyətsizliyin, heyvərəliyin simvolu sayırıq? Onun hansı pis cəhəti var ki, məsələn, atda, ya inəkdə, qoyunda yoxdur? Bax, bu yerdə iç üzümüz açılır: eşşək, sadəcə olaraq, liberal-demokratik heyvandır; üstəlik, prinsipialdır (xalqımız bu özəlliyə “eşşək tərsliyi” adı verib); üstəlik, öz işində vicdanlı və peşəkardır; bizsə bütün bu cəhətlərini həzm edə bilmədiyimizə görə, ona şəbədə qoşuruq! Eşşək qadasını aldığım, lakmus kağızı kimi içimizi çölə tökür! Siz Allah, zərb-məsələ baxın bir: “Eşşəkdən Yasin xəbər alır…” İndi burada əsl eşşək kimdir: Yasini bilməyən heyvan, yoxsa heyvanı Yasin bilmədiyinə görə ələ salan eşşək? “Eşşək nə bilir zəfərənplov nədir” məsəlini isə özünüz analiz edin. İpucu: eşşək onu niyə bilməlidir axı? Atalar sözlərinə vardıqca, eşşəyin mənəvi obrazı qarşısında lap utanıb, yerə girirəm: “Eşşəyə min, ata çatınca”. Yəni biz eşşəyə həmişə makiavellistcəsinə, utilitar prinsiplə, məqsədə qovuşmağın vasitəsi kimi baxmışıq. Halbuki, o, bizə qarşı heç vaxt belə olmayıb! Və yaxud: “Eşşəkdən mərifət soruşdular, yerə yıxılıb ağnadı”. Yaa, qardaşım, eşşəyin normal həyat tərzi bu - ya sınama, ya qınama! Eşşək papyon taxıb, frakmı geyməliydi sizin xoşunuza gəlmək üçün?

    Mini 

    Eşşəyin ədəbiyyatımızdakı yeri də birmənalı deyil. Türkiyənin 20-ci əsrdəki ən böyük yazarlarından Əziz Nesin cəmiyyətin durumunu Taxtalıköydən məktublar yazan eşşəyin dililə anlatmış. Barış Manço “Arkadaşım eşşək” mahnısında eşşəyə sevgisini çox sentimentalcasına izhar etmiş. Amma bizim ədəbiyyatda eşşək hey mənfi yüklü obraz.

    Şirvani yadınızdamı:

    Eşşəyə dadızdırsa hər kəs bal,

    Dağılır xanəsi onun bu misal.

    shrekİA 

    Yenə də sağ olsun amerikalıları, eşşəyi Şrekə dost etməklə, bizim də yetişməkdə olan gənc nəslin gözündə onun reputasiyasını bir az düzəltdilər. …Nə isə. Bütün bunlardan sonra düşünürsən: niyə biz eşşəyin tamamilə normal adından utanaraq, ona guya mədəni dildə “uzunqulaq” deyirik? Bəlkə adını çəkməyə üzümüz yoxdur, ona görə? P.S. Bütün dillərdə vergülün yerinin sürüşməsilə cümlənin anlamının necə dəyişməsinə dair maraqlı misallar olur. Bizim dildə bu da eşşəklə bağlıdır:

    1. “Oxu atan kimi, eşşək olma”

    2. “Oxu, atan kimi eşşək olma”

    Mənbə

    Bu yazı vebzinimizin cənub-şərqindəki eşşəyimizin şərəfinə burada yerləşdirilib!!! 

    March 28, 2008

    Dilimiz


    Dilimiz haqqında çox söz deyilib, çox yazı yazılıb. Buna baxmayaraq bu mövzu maraqlı olaraq qalır. Yəqin ki, bu mövzu hər zaman maraqlı olub və inanıram ki, olacaq da, lakin indiki zəmanədə fikrimi cəlb edən odur ki, bizim dilimiz hal hazırda sınaqdan keçir.

    Müasir dövr dilimiz üçün yeni tələblər ortaya çıxardı, dilimizin inkaşafının yeni mərhələyə keçməsinə və bu inkişafı sürətləndirməsinə təkan qoydu. Böyük sürətlə inkişaf edən elm, texnika və başqa sahələr dilimizdə bu sahələrə aid olan terminologiyanın çox zəif olduğunu aşkar etdi. Bunun səbəbləri çoxdur: axrıncı 100 ildə əlifbamızın 5 ya 6 dəfə dəyişilməsi, rus və sonra sovet hökümətinin dilimizə lazımi qədər diqqət yetirməməsi, rusdilli orta və ali təhsilə verilən üstünlük, xarici dillərdən Azərbaycan dilinə kitabların olduqca az tərcümə olunması və bir çox başqa səbəblər.

    Sözsüz ki, hər şeyə çoxlu səbəb tapmaq olar, lakin mənim məqsədim onda deyil. Mən sadəcə onu istəyirəm ki, danışdığım, düşündüyüm, oxuduğum, yazdığım dildə istədiyim məlumatı tapa bilim. Bu istək məni xeyli düşündürdü və qarşımda sual yarandı: görəsən buna çatmaq üçun neyləmək lazımdır və biz (yəni hər bir azərbaycanlı) nə edə bilərik?

    Gəlin fikirləşək. Kimsə deyəcək ki, “Mən neyləyə bilərəm e-e? Qoy yuxarıda oturanlar fikirləşsin”. Amma bu doğru yol deyil. Düzdür çox adamın fikri-zikri budur: “beş-üç manat pul qazanım, ailəmi dolandırım, məndən əl çəkin, imkan verin rahat işimi görüm”. O adamları yaxşı başa düşürəm — mən də elə onlardan biriyəm, amma tək beş-üç manatla deyil, yaxşı yaşamaq üçün, həyatda nəyisə yaxşıya doğru dəyişmək üçün hər kəs çalışmalıdır. Hər şeyi yuxarıda oturanların öhdəsinə atmaqla, biz heç vaxt yaxşı yaşamayacağıq. Arada oturub fikirləşirəm ki, görəsən nə vaxtsa mən də yaxşı yaşayacğammı, görəsən mən də nə vaxtsa gün görəcəyəmmi? Bəzən eşidirəm: “Ay Avropa elə, ay Avropa belə”, başlayırlar tərifləməyə. Düzdür orada indi şərait çox yaxşıdır (bizə baxanda), keçmişə qayıtsaq isə, görərik ki, Nəsirəddin Tusi rəsədxana tikəndə, avropalılar bilmirdilər ki, hamam nədir. A balam, avropalılar əsrlələ işləyib-çalışıblar ki, indi yaxşı yaşasınlar və hələ də çalışırlar! Ancaq onlar özləri üçün çalışırlar və bizi Avropada heç də səbrsizliklə gözləmirlər. Biz isə cəmi 17 ildir ki, ayaq altından çıxmışıq və yaxşı yaşamaq üçün hələ xeyli işləməliyik, bizə heç kim kömək etməyəcək, biz özümüz özümüzə şərait yaratmalıyıq, özümüz özümüzə gün ağlamalıyıq. Nə isə, söhbətimizin mövzusundan bir az kənara çəkildik, gəlin qayıdaq dilimizə.

    Dilimiz. O dil inkişaf edir, hansı ki, istifadə olunur. Yəni, yalnız məişətdə yox, hər yerdə, evdə, bayırda, məktəbdə, işdə, qazetdə, jurnalda, kitabda, internetdə, televiziyada, radioda, yazlı, şifahi. Hər yerdə. Azərbaycanda bir ara (indinin özündə də, bu hal hələ ki, mövcuddur) rus dilində danışmaq, azərbaycan dilini isə bilməmək modda idi. Şükr olsun Allaha, bu moda, artıq, yavaş-yavaş keçir, gedir və mən əminəm ki, gec-tez keçib, gedəcək. Ruslar da, vaxt var idi, fransız dilində danışırdılar, nə oldu? Keçdi, getdi, bizdə də keçəcək. Çoxları deyə bilər ki, xarici dilləri bilmək lazımdır, mən razıyam — xarici dilləri bilmək yaxşı şeydir, göz açılır, dünya görüşü artır, oxumaq, bilmək üçün imkanlar genişlənir və s. Amma, ilk növbədə öz dilimizi mükəmməl bilməliyik ki, xarici dillərdə oxuduqlarımızı, başqa ölkələrdə gördüklərimizi, öyrəndiklərimizi xalqımızla bölüşə bilək. Hal-hazırda Azərbaycanda dilimizin inkişafı üçün hər bir şərait var. Dövlət dili Azərbaycan dilidir, əlifbamız ümid edirəm ki, bir daha dəyişilməycək, tələbat var və günü-gündən artır, az da olsa kitablar çap olunur və s. və i. a. Gərək ki, dil inkişaf etməlidir, bəs biz nə görürük? Azərbaycan şirkətlərinin veb-saytları inglis, rus dilindədir. Azərbaycan dilində olanlarda isə, kalan səhv və kütləvi miqdarda əcnəbi sözlər var. Digər saytlar üçdilli olsalar da, ilk səhifəsi açılanda nədənsə ya rus, ya da inglis dilində açılır. Forumlarımızın əksəriyyətində ünsiyyət rus dilində baş verir. Bakılılar forumunda, yenə heç olmasa, Azərbaycan dilində yazanlar üçün ayrıca bir budka bölmə ayırıblar, necə ki, ABŞ-da keçən əsrin ortalarına kimi hər idarənin arxasında zəncilər üçün ayrıca qapı qoyurdular. Bakıda hələ də rusca danışan azərbaycanlı çoxdur, mən etiraz etmirəm, bəlkə rus dilini öyrənirlər, ya da Ursiyətdə doğulub yaşayanlardandılar, ona görə azərbaycanca bilmirlər, yəni dili bilməmək qəbahət deyil (halbuki, yaxşı da bir şey yoxdur), öyrənməmək və öyrənmək istəməmək qəbahətdir. Ancaq həmən rusca danışanlardan soruşsan ki, — “Azərbaycanca bilirsən”? Cavab verir: — “Mən Azərbaycan dilini mükəmməl bilirəm, lakin təhsilimi rus dilində aldığıma görə mən rusca düşünürəm və rusca danışmaq mənim üçün daha rahatdır”. Yaxşı bu rusdilliləri bildik, bəs bəzi azərbaycandilli şəxslərə nə deyəsən? Ümumiyyətlə Azərbaycanın “elan bazarına” baxsaq, minlərlə “şedevrlər” taparıq, biri birindən gülməli. Səhv-sühv yazmaqları bir yana, səhv yazsalar hələ yaxşıdır, rus, inglis sözlərini elə yazırlar ki, başa düşmək olmur ki, bura nə yazılıb və nəyi təmsil edirlər. Elələri də, var ki, adam oxumağa utanır: “aftamoyka”, “mrojna”, “praşka”, “taxta sexi” və s.
     
    Bu “sex”-lər var haa, xaricdən gələnləri yaman çaşdırır. Ay millət, bəyəm rus dilindən Azərbaycan dilinə “цех” sözünü tərcümə etmək mümkün deyil?! Məgər elan yazanda açıb lüğətə baxmaq çətindir ki, yazdığın səhv olmasın? Mən başa düşürəm ki, hər kəsin evində kitab yoxdur, yaxşı, onda lüğət yoxdursa, heç olmasa, bilən adamdan soruşun da! Niyə belə olur? Niyə ədəbiyyatçılarımız nəsr əsərləri yazmır, ancaq şer yazırlar? Niyə Azərbaycan dilinə kitablar tərcümə olunmur? Niyə tərcümə olunan kitabları heç kim oxumur? Niyə?
    İndi hər şey bizim özümüzdən aslıdır.

    [Həsənəlizadə Ramin]

    KISS

    KISS qrupu haqda ilk dəfə hələ Odessada olanda, 13-14 yaşlarımda, qonşumuz Dyadya Seryoja`dan eşitmişdim. Bir jurnalda şəkillərini görüb maraqlanmışdım. Məndən, üzlərini əcaib şəkillərə salan qrup üzvlərinə neçə yaş verdiyimi soruşmuşdu. Yadımnan çıxıb neçə demişdim, amma yüz faiz bilirəm ki, səhv demişdim:

    "Onlar 70-ci illərdən bəri fəaliyyətdədirlər. Adamların 50-60 yaşı var artıq. Sadəcə üzlərini maskalı saxlayırlar. Çox məşhur rok-qrupdu. Ehhh.. Bizim cavanlığımız bunlara qulaq asmaqla keçib. Təsəvvür edəndə ki, indi gənclərdə buna qulaq asır, KISS`ə hörmətim daha da artır… "

    Şəkil iş yerimizin binasındadı. Şəhə mərkəzinin köhnə yaşayış binlarındandı. O "KISS" sözünü ora yazanların indi kifayət qədər yaşı var hərhalda. Ona da əminəm ki, milliyətcə bizimkilərdən deyillər..

    Məndən bu qədər KISS haqda. Artığını yazmağa həvəsim yoxdu.
    ever the same`ə qalır ümid. Görək nə vaxt yazacaq bu qrup haqda =) 

    [az-ya

    March 27, 2008

    Запретная Зона

     

    Зона – это не территория, это та проверка, в результате которой человек может либо выстоять, либо сломаться. Выстоит ли человек – зависит от его чувства собственного достоинства, его способности различать главное и преходящее.

    Андрей Тарковский.

    Bu filmi (daha doğrusu, serialı!) “məhv etmək” üçün 3 günüm getdi. Peşmanam ya yox, bilmirəm ama 17 saat fasiləsiz baxmaqla artıq filmin içinə girdiyimi görəndə bir az fasilə götürüb yenidən televizorun qarşısına oturdum.

    Adından da gördüyünüz kimi, türmə, dustaqlıq həyatından, yəni “zona”a haqqındadı. Film haqda daha ətraflı və dəqiq məlumatı aşağıda yazmışam. Bir az təəssüratlarımı bölüşəcəm. Başa düşün axı, 2 DVD, 50 seriyanın üstündən insan içindəkiləri birtəhər çölə çıxartmalıdı ya yox?..

    Elə bilməyin ki, müasir gəncliyimizdə çox rastladığımız “briqada” və “içəri düşmək” həvəsində olan sadəlövhlərdənəm. Ümumiyyətlə o həyat tərzi (tüpürüm elə həyata!) məni həmişə qıcıqlandırıb. Təsadüfi deyil ki, DVD bir il məndə olsa da, ancaq iş yoldaşıma baxmağa verdikdən sonra tsadüfən ilk seriyaya baxıb “virusa” bulaşmışdım və bütün seriaları bitirməyənə qədər sağalmadım.

    Nəysə. Kifayət qədər maraqlı filmdir. Ssenari quruluşu qəribə inkişaf edir, gözlənilməz hadisələr və ən əsası hadisələri real çatdırma məqamları sizi filmə daha da bağlayır. Mistika, gizlilik, detektivlik və “içəridə”kilərin necə yaşadığına dair haqda maraq “Zona”nı Rusiyada sevdirən əsas amillər olmuşdur. Açığı elə məni cəlb edən keyfiyyətlər də bunlar idi.

    Tərif bəsdi. Keçək tənqidə. Petr Şteyn hər nə qədər ssenarini belə demək mümkünsə maraqdoğurucu, mistikalı etsə də, hadisələr inkişaf etdikcə bir çox boşluqalar da buraxıb. Bir çox faktların üst-üstə düşməməsiylə yanaşı, sonu açılmayan epizodlar və surətlər nə qədər istəsəz tapmaq olar. Bundan əlavə, surətlər gözlənilməz dərəcədə “mənfi” obrazdan “yaxşı”ya və əksinə sıçrayış edə bilir. Yəqin bunu özünün xüsusi “tryuku” sayıb rejissor amma, məncə çox uğursuz fəndlər olub. Təbiiliyi və reallığı pozub Petr qardaşımız.

    Filmin qısa özətinə gəlincə. Rusiyanın daim qarlı olan əyalətlərindən birində, adi şəhər həbsxanasında bir ölüm (və ya sui-qəsd) hadisəsindən sonra başlayan hadisələr ölən zabitin ən yaxın dostunun araşdırmalarıyla inkişaf edib, qəlizləşməyə, bağırsaq kimi uzanmağa başlayır. Sonda hər şey bir-birinə qarışır. Yeni cinayətlər, ölülər yaranır.

    Kəsəsi, türmə həyatını, “blatnoy” jarqonu, “vorzakon”ların, həbsxana zabitlərinin nə hoqqalardan çıxdığı haqda ilkin məlumatlar və təsəvvür toplamaq üçün əla vəsaitdi. Filmdə, güya bu serialın studiyaya “içəridə”kilərdən gələn məktub əsasında yazıldığı (pəəh!) və real faktlara əsaslandığı bildirir. Bu sadəcə serialın, Usta demişkən, mifidir. Çünki, “Zona”da çəkilənləri mənə “içəri” düşmüş tanışlarım da danışıb. Bu heç də gizli qalan bir şey deyil. Həmin hadisələrsə hər bir həbsxanada baş verə bilər..

    Sonunu səbirsizliklə gözlədiyim obraz Pavlov idi. Sonu çox maraqlı oldu. Mən onun öldürüləcəyini düşünürdüm amma, rejissor məni təəccübləndirdi. Halal olsun  =) O əsas rolda deyil. Baqrov ola bilər baş rolda, amma düşünürəm ki, əsas maraqlı məqam da konkret baş rolun, “qəhraman”ın olmaması və “yaxşı”ların “pis”ə, “pis”lərinsə “yaxşı”ya çevrilməsi elə filmi fərqləndirən əsas məqamlardandır..

    İstehsal tarixi: 2006
    Ölkə: Rusiya
    Janr: Kriminal dram / Serial
    Hər serianın müddəti: 00:45 saat.
    Yayımlandığı kanal: HTB
    Rollarda: Luiza Mosendz (Колесникова), Adam Çekman (Дэнис), İqor Filippov (Раевский), Aleksandr Taranjin (Багров), Yuliya Mayboroda (адвокат Елена Дьякова), Andrey Filippak (Павлов), Georgiy Şaxet (Дядя Гриша), Karen Marterasyan (Гиви Беридзе), Aleksey Aqrızko (Величко), Yevqeniy Berezovskiy (отец Михаил), Tixon Kotrelyev (Чига), Sergey Molojayev (Саня Веселый), Vadim Medvedyev (II) (Агдам), Sergey Barinov (солдат-срочник), İqor Artaşonov (Митя Сухой), Oleq Protasov (Шверник), İqor Kartaşev (Костюхин), Janna Vorobyova (Савчук), Lara Çaklin (доктор Марина Шверник), Nelli Nevedina (контролер Сытник), Vladimir Nikitin (Гузеев), İqor Romaşenko (прокурор Мащенко), Oleq Geraskin (Айболит), Sergey Heudaçin (Петюня).
    Rejissor: Petr Şteyn  - çarstvo yemu nebesnoye!

    P.S. Tüh, zibil! Gözüm ağrıdı baxmaqdan.. DVD-lərini istəyənlər mənə deyə bilər, paxıl deyiləm..

    March 26, 2008

    Mıxınızı çəkin dünyadan


    mixini cek dunyadan 

    İşıqlı gələcək üçün 1 saat qaranlıq

    Maraqlı bir aksiya haqda xəbər verdi bir dostum. Düşündüm ki, bu aksiya haqda hər birinizin xəbəri olmalıdı və nəinki "Aaa, onu deyirsən? Hə, xəbərim var"-deyə bilmək üçün, həm də yerinə yetirmək üçün.

    YaxÇı Qardaşlar bizdən iqlim dəyişməsinə gətirib çıxaran hallara, dünyaya qarşı başverən haqsızlıqlara, vəhşiliklərə qarşı çıxış etmək üçün 1 saatlıq işığı söndürməyi xahiş edirlər. Mart ayının (bilməyənlərə: indi martdı) 26-sı, saat 20:00-da.
     
    Dünyaya yazığım gəlir… Ürəyim ağrıyır onunçün… Əslində o bizdən daha yaxşılarına layiq idi… Bəlkə də dili olsa -"Axı, hara getdi əziz dinozavrlarım??? Məni niyə bu 2ayaqlı məxluqatların öhdəsinə buraxıb qeyd oldular?"- deyə soruşardı… 

    Ətraflı burda  

    [Usta] 

    It’s İntihar Time (itin intihar zamanı)

    as dabe 

    Qəşəng işdi. 

    Amma burada da intiharın yalnız zəiflərin edə biləcəyi bir şey olduğu göstərilir.
    "İntihar yalnız zəif iradəlilərin edə biləcəyi bir şeydir"-demirəm mən.
    "İntihar həyata boyun əyməkdir" də demirəm, çünki tam tərsini düşünürəm. Zəif iradəli insan intihar edə bilməz deyirəm sizə.

    Əlbəttə, siz indi mənə hansısa "ulduza" görə özünü 8-ci mərtəbədən həyətdə dayanan Subarunun (Jiquli olmaz hər halda) üzərinə atmaqla öldürən qızlar, ruha çevrilib hansısa "ulduzun" qucağına (uau) girə biləcəyini düşünüb intihar edən erkəkciklər haqda yazacaqsız mənə. Ya da Kekillinin o məşhur mahnısında sonra özünü doğrayan, tikələyən, qablaşdıran və s. və i. haqda. Elələri də var. Amma "intihar" dedikdə mənim ağlıma gələn ideyasına görə, ideyasının həyata keçirilməsində buraxdığı səhvlərə görə, adına, ləyaqətinə görə intihar edənlər gəlir.

    P.S. İstərdim az-ya davam eləsin bu yazını :)  

    [Usta] 

    Red Hot Chili Peppers


    Mənbə:
    Los Anjeles, Kaliforniya, ABŞ
    Janr: Alretativ rok, fank rok
    Fəaliyyət illəri: 1983-bugünədək
    Yarlıqları: EMİ, Uorner Bros.
    Birgə fəaliyyətləri: What is This?, Jane`s Addiction, Dead Kennedys, Ataxia, Pearl Jam
    Veb Səhifələri: www.redhotchilipeppers.com
    Qrup Üzvləri:
    Entoni Kidis- vokal (1983-bugünədək), 1986-cı ildə narkotikdən asılllğına görə bir aylıq qrupdan uzaqlaşdırılmışdı.
    Con Frasiant
    - gitara, bəkvokal (1988-1992; 1998-bugünədək)
    Flea (Maykl Balzari)
    - bas (1983-bugünədək)
    Çəd Smis- baraban, zərb alətləri (1988-bugünədək)
    Keçmiş Üzvlər: Hilel Slovak, Cək Ayrənz, Klif Martinez, Cək Sherman, Çak Biskvits, D. H. Peliqro, Duayne "Bləkbid" MkNayt, Jessi Tobias, Arik Marşal, Deyv Navaro
    Studiya Albomları: The Red Hot Chili Peppers (1984) · Freaky Styley (1985) · The Uplift Mofo Party Plan (1987) · Mother’s Milk (1989) · Blood Sugar Sex Magik (1991) · One Hot Minute (1995) · Californication (1999) · By the Way (2002) · Stadium Arcadium(2006)
    Başqa İşləri: The Abbey Road E.P. · Live in Hyde Park
    Albom Əlavələri: What Hits!? · Live Rare Remix Box · The Plasma Shaft · Out in L.A. · Under the Covers: Essential Red Hot Chili Peppers · The Best of the Red Hot Chili Peppers · Organic Soundball · Greatest Hits · iTunes Originals
    Sinqlları: "True Men Don’t Kill Coyotes" · "Get Up and Jump" · "Jungle Man" · "American Ghost Dance" · "Catholic School Girls Rule" · "Hollywood (Africa)" · "Fight Like a Brave" · "Me and My Friends" · "Knock Me Down" · "Higher Ground" · "Taste the Pain" · "Show Me Your Soul" · "Give It Away" · "Under the Bridge" · "Suck My Kiss" · "Behind the Sun" · "Breaking the Girl" · "If You Have to Ask" · "Soul to Squeeze" · "Warped" · "My Friends" · "Aeroplane" · "Coffee Shop" · "Shallow Be Thy Game" · "Love Rollercoaster" · "Scar Tissue" · "Around the World" · "Otherside" · "Californication" · "Road Trippin’" · "Parallel Universe" · "By the Way" · "The Zephyr Song" · "Can’t Stop" · "Dosed" · "Universally Speaking" · "Fortune Faded" · "Dani California" · "Tell Me Baby" · "Snow ((Hey Oh))" · "Desecration Smile" · "Hump de Bump"

     

    Red Hot Chili Peppers Amerikanın alternativ rok qrupudur. Qrup 1983-cü ildə Kaliforniyanın Los Anjeles şəhərində yaranıb. Qrup yarandığı gündən əsasən vokalist Entoni Kidis, gitarist Con Frasiant, basist Maykl “Flea” Balzari və barabançı Çəd Smisdən ibarət olmuşdur. Qrupun rəngarəng musiqi tərzi ağır metal, pank rok, alternativ rok və psixoloji rokun müxtəlif elementlərindən ibarət olan ənənəvi rok və fankdır.
    Flea və Kidisdən əlavə qrupun gitarist Hilel Slovak və barabançı Cək Ayrənzlə iş birliyi olmuşdur. 1988-ci ildə Hilel Slovak yüksək dozalı heroindən dünyasını dəyişir və nəticədə Ayrənz də qrupdan ayrılır, qrup Çəd Smisi tapana qədər Ayrənzi qısa müddətə “Dead Kennedys” qrupunun keçmiş barabançısı D. H. Peliqro, Slovakı isə gitarist Frasiant əvəz edir. Bu tərkiblə qrupun 4-cü və 5-ci albomu, 1989-cu ildə Mother`s Milk və 1991-ci ildə Blood, Sugar, Sex, Magik albomları işıq üzü görüb.
    Blood, Sugar, Sex, Magik (12 mln nüsxəsi satıldı) albomundan sonra qrupun artan uğurundan nərahat olan Frasiant 1992-ci ildə qrupu tərk edir . Onu əvəzləmək üçün qrup Jane`s Addiction-dan Deyv Navaronu növbəti 1995-ci ildə işıq üzü görən One Hot Minute adlı albom üçün dəvət edir. Uğursuz olan albom ozündən əvvəlki Blood, Sugar, Sex, Magik albomu kimi qarşılansa da onun yarısı qədər satıldı. Bundan bir az sonra Navaro qrupdan yaradıcılıq müxtəlifliyi bəhanəsiylə uzaqlaşdırıldı.
    Frasiantın qrupdan uzaq olduğu vaxtlarda narkotikdən asılılığı artır və az qala ölümlə üzləşir və 1998-ci ildə reabilitasiya keçdikdən sonra Fleanın xahişiylə yenidən qrupa qoşulur. Yenidən birləşən dördlük 1999-cu ildə Californication albomu üzərində çalışmağa başlayır. Albom dünya üzrə 15 mln nüsxə satılaraq qrupun o vaxta qədər ən uğurlu albomu olur. Bu uğur 3 il sonra daha bir albom By The Way ilə davam edir. 2006-cı ildə iki hissəli albomu olan Stadium Arcadium işıq üzü gördü və albom Rollinq Stone jurnalı tərəfindən 2006-cı ilin  ikinci ən yaxşı albomu adına layiq görüldü. 2007-ci ildə Qremmi Mükafatına- Ən Yaxşı Rok Albom və İlin Albomu nominasiyalarına yiyələndi.

     

    Yaranışı və ilk albom (1983-1984)
    Orjinal olaraq qrupun adı Tony Flow and the Miraculously Majestic Masters of Mayhem (Toni Flou və Meyhemin Böyük Möcüzəli Ustadları) idi. Qrup Feəfaks Məktəbinin alumniləri Entoni Kidis, Cək Ayrənz, Hilel Slovak və Maykl “Flea” Balzari tərəfindən 1983-cü ildə birdəfəlik konsert proqramı üçün yaranmışdı. Slovak artıq başqa bir  What Is This? qrupunun üzvü olduğundan dördlük Los Anjeles pank səhnəsinin bir hissəsi olmaq fikrində deyildi. Qrupun Rizm Lancda baş tutan ilk çıxışı 30 nəfərlik auditoriyanı əhatə edirdi. Konsert üçün  yalnız bir mahnı yazılmışdı və mahniya Kidisin “Out İn L.A” adlı şerini rep kimi daxil etmişdilər. Qrupun çıxışı o qədər canlı oldu ki, onlar yenidən çıxış üçün dəvət aldılar. Bu gözlənilməz uğurdan sonra qrup üzvləri qrupun adını Red Hot Chili Peppers-e dəyişdilər və Los Anjelesin klublarında müxtəlif şoularda iştirak etməyə başladılar. Bu şoulardan götürülmüş 6 mahnı qrupun ilk Demo Kassetinə daxil edilmişdi.
    İlk çıxışlarından bir neçə ay sonra qrup EMI şirkəti ilə, What is This? qrupu da MCA-lə kontrakt bağladı və buna görə də Slovak və Ayrənz Chili Peppers-ə əlavə layihə kimi baxdıqlarından ilk layihələrini tərk etməkdən imtina etdilər. Flea və Kidis isə qrupu buraxmaqdansa qrupa yeni üzvlər cəlb etməyə başladılar. Fleanın tanışı olan Klif Martinez tezliklə qrupa qoşuldu. Yeni gitarist tapmaq üçün keçirilən dinləmələrdən isə Cək Şerman uğurla keçdi və qrupa üzv oldu.
    Gang of Four qrupunun gitaristi Endi Cil birinci albom üçün dəvət olundu. Endi kidis və Fleanın etirazına baxmayaraq onları başqa tərzdə oxumağa məcbur edirdi. Elə qrupun öz adını daşıyan ilk  The Red Hot Chili Peppers albomu 1984-cü il Avqustun 10-da buraxıldı. İlkin olaraq 25000 nüsxəsi satılan albom çox da yaxşı tanınmadı. Qrupun gələcək musiqi tərzi ətrafında Kidis və Şerman arasında artan narazılıq qrupun konsert və gündəlik həyatındakı münasibətləri çətinləşdirirdi. Tezliklə Slovakın keçmiş qrupundan bezməsi və Red Hot Chili Peppers-ə qayıtması ilə Şerman qrupdan uzaqlaşdırıldı.

     

    Freaky Styley and The Uplift Mofo Party Plan (1985-1988)
    Qrupun növbəti “Freaky Styley” adlı albomu üçün Corc Klinton seçildi. Albom Detroytun tanınmış R&B və Veyn Dövlət Universitetinin Yunayted Saund Sistemz adlı studiyasında lentə alındı. Klinton qrupun repertuarına pank və fankın rəngarəng elementlərindən əlavə edərək qrupun öz musiqisi ilə müxtəlif musiqi tərzləri arasında əlaqə yaratdı. Qrupda Klintona olan münasibət Cildən yaxşı olsa da bu albom da birinci kimi uğur qazana və Reytinq cədvəllərində yer tuta bilmədi. Albom 1985-ci ilin Avqustun 16-da buraxıldı. Qrupun bu albom səfəri də məhsuldar olmadı.
    1986-cı ilin yayında Kidis bildirdi ki, o Martinezin qrupdan getmək istəyini hiss edir və buna görə də Klif Martinez qrupdan uzaqlaşdırıldı. Cək Ayrənzin başqa işlərinindən uzaqlaşaraq yenidən qrupa qoşulmasından əvvəl müvəqqəti olaraq Çak Biskuits qrupa alındı. Cəkin bu addımı Kidis, Hilel və Flea üçün böyük surpriz oldu. Chili Peppers Rik Rubini növbəti albom üçün dəvət etmək cəhdi rədd cavabı ilə nəticələndi və bununla da son seçim Maykl Baynhorn oldu. Yeni albom üçün mahnılar yazılmağa başladı və albomun ilkin görünüşü keçmiş albomdakı kimi eyni fank elementləri və ritmlər olsa da, burda artıq daha kəskin pank rok və fank metal nəzərə çarpmaqda idi. Keçmiş dördlüyün yenidən bir araya gəməsi yazıya alma işini daha da canlandırdı.
    1985-ci il Sentyabrın 29-da işıq üzü görən The Uplift Mofo Party Plan albomu qrupun reytinq cədvəlində yer alan ilk albomu oldu. Albom Bilbordun Qaynar 200-də 148-ci yeri tutsa da, bu qrupun əvvəlki albomlarıyla müqayisədə qrup üçün böyük uğur sayıla bilərdi.
    Bu vaxt ərzində Kidis və Slovakın narkotikə olan tələbatları onların tez-tez qrupu tərk etmələri və işləri yarımçıq qoymaları və onların günlərcə davam edən vacib başqaları bəhnəsinin sonu yaxınlaşırdı. Uplift səfərindən çox keçməmiş Slovakın narkotikdən artan asılılığı 1988-ci il İyunun 25-də onun ölümüylə nəticələndi. Kidis baş verənlərin sürreal və yuxu olduğunu bildirdi və Slovakın dəfn mərasimində iştirak etməyərək şəhərdən uzaqlaşdı. Cək Ayrənz isə dostlarının itirdiyi qrupun bir hissəsi olmaq istəməsi bəhanəsiylə növbəti dəfə qrupu tərk etdi.

     

    Mother`s Milk (1989-1990)
    Slovakın ölümü və Ayrənzin qrupu tərk etməsiylə barışmağa çalışan Kidis və Flea Dead Kennedys qrupunun barabançısı D. H. Peliqro və P-Fankın keçmiş gitaristi Duayne “Bləkbid” MkNaytı müvəqqəti olaraq qrupa qoşuldular və heç biri qrupda bir iş yarada bilmədiyinə görə tezliklə əvəz olundular. Peliqronun qrupla uzun müddətli əlaqəsi onun tanışı Frasianta boş qalan gitarist yerinə olan dinləmələrdə iştirak etməsində köməyi onun qrupa dəyən əsas xeyri olmuşdu. Frasiant Red Hot Chili Pepperslə maraqlanır və dinləmələrdə iştirak etməyə razılıq verir. O, yekdil qərarla qrupa qəbul edildi.
    Albomun lentə alınmasına az vaxt qalsa da bir neçə dinləməyə baxmayaraq qrup hələ də barabançı axtarışında idi. Xoşbəxtlikdən qrupun bir yaxın dostu tanış barabançı Çəd Smisi məsləhət görür. Kidis əvvəl Smisi dinləmək istəməsə də, sonradan ona özünü göstərməyə imkan yaratdı. Smisin dinləməsində o nəinki Fleanın çaşdırıcı və çətin ritmini tutdu həmçinin onu idarə etməyə başladı. Çox uğurlu dinləmədən sonra o qrupa qəbul edildi.
    Qrupun 4-cü albomunun yazılması Prodüsser Maykl Baynhornla konfliktə gətirib çıxardı. O, Frasiantı yuxarı tondan gitara çalmağa məcbur edirdi ki, bu da qrupun tərzinə uyğun olmayan ağır metal effekti yaradırdı. Bu vəziyyət Frasiantın stilindən uzaq idi və onu nərahat edirdi.
    Qrupun 4-cü Mother`s Milk albomu 1989-cu ilin Avqustunda işıq üzü gördü və qrupa Slovakın şərəfinə yazılan ballada “Knock Me Down” və Stivi Vonderin “Higher Ground” mahnısının aranjıman versiyası kimi iki hit qazandırdı. Albom Amerikada albomların reytinq cədvəlində 52-ci yeri qazandı və qrupun ilk qızıl rekordu oldu.

     

    Ardı Olacaq…

    March 24, 2008

    Kiçildəbildiklərimizdən

     

    Vaxt vardı, bir oyunu ya da ağır faylı köçürtmək üçün üstümüzdə üç-dörd disket (Floopy Disc) gəzdirirdik. Hər şeyi minimallaşdırmağı bacardığımız kimi, disketlərdə də yeni mərhələ başlamağı bacardıq. Bu gün disketlər fleş-kartları məhv etməyə hazır olan və ən əsası boyu bir kredit kartı, ya da metro kartı qədər balaca formadadır. LaCie`nin hazırladığı yeni disketlər 2 yeni modeldədir. Narıncı rəngli 30 GB`dır və qiyməti 129.99 $-dır. Qara rəngli və 40 GB olan isə 159.99 $-dır. Azərbaycana hələ gəlin çıxmayıb. Gəlib çıxandan sonra bu qiymətlərin necə dəyişəcəyini isə gələcək göstərəcək…
     

    March 19, 2008

    Qol

    Ben uyurken geçer günler
    geri gelmeyecekler
    fulltime yıllarıma rağmen
    öç peşindeler

    Yönetici olabilirim aslında
    yapamayan yönetir derler
    ama tüm personel adaylarım
    üst mevkide bir yerdeler

    Ben yedekteyim, onlar oynuyor
    ben izlemekteyim onlar atıyor
    neden bilmem hep böyle oluyor
    sonuç aleyhime,uzatma yok,
    maç bitiyor

    Yıllarca ben koşup
    çalıştım, çabaladım didindim
    o bir vurdu
    gol oldu
    bana ıslak bir sopa verin
    elle oynamayayım maç durmasın
    topuğumu ağzına gömünce
    lütfen faul olmasın

    Ben yedekteyim, onlar oynuyor
    ben izlemekteyim onlar atıyor
    neden bilmem hep böyle oluyor
    sonuç aleyhime, uzatma yok
    maç bitiyor!

    Yıllarca ben koşup
    çalıştım, çabaladım didindim
    o bir vurdu
    gol oldu!

    » izlə 

    March 18, 2008

    FOB - Yüksəklik Düşkünləri

    FOB!

    Mənbə: Çikaqo, İllanois, ABŞ
    Janr: Pop-pank
    Fəaliyyət İlləri: 2001-bugünədək
    Yarlıqları: Aylend, Diseydans, Fyueld bay Reymen, Aprayzinq Rekords
    Veb Səhifələri: FallOutBoyRock.com
    Qrup Üzvləri:
    · Patrik Stamp (vokalist, gitarist, bəstəkar)
    · Pit Vints (vokalist, bas gitarist, sözyazar)
    · Co Tromən (gitarist, vokalist)
    · Endi Harli (baraban, zərb alətləri)
    Studiya Albomları:
    Evening Out with Your Girlfriend · Take This to Your Grave · From Under the Cork Tree · Infinity on High · Fifth Studio Album
     EP-ləri:
     Fall Out Boy / Project Rocket Split · My Heart Will Always Be the B-Side to My Tongue · Black Clouds and Underdogs
     Canlı Albom və Əlavələri:
     Leaked in London · iTunes Essentials - Fall Out Boy
     Sinqlları:
     "Dead on Arrival" · "Grand Theft Autumn / Where Is Your Boy" · "Saturday" · "Sugar, We’re Goin Down" · "Dance, Dance" · "A Little Less Sixteen Candles, a Little More ‘Touch Me’" · "This Ain’t a Scene, It’s an Arms Race" · "The Carpal Tunnel of Love" · "Thnks fr th Mmrs" · "The Take Over, The Breaks Over" · "I’m Like a Lawyer with the Way I’m Always Trying to Get You off (Me & You)" 
                 
    Fall Out Boy  [Fol Aut Boy] Amerikanın 2001-ci ildə Vilmet, İllanoisdə (Çikaqonun kənarında yerləşir) yaranmış rok qrupudu. Qrupn From Under The Cork Tree ( Palıd Ağacı Altından) albomuna görə bir neçə mükafata layiq görülmüşdü. 2005-ci ildə buraxılan albomun ABŞ-da 2,5 mln nüsxəsi satılanadan sonra albom 3 qat platin mükafatını qazandı. Albomun uğurundan sonra qrup 2005-2006-cı illərdə ABŞ, Kanada, Yaponiya və Avropaya səfər etdi.
    Qrupa ən çox uğur gətirən albom 2007-ci ilin Febralında işıq üzü görən  Infinity on High (Sonsuz Yüksəklik) albomudur. Albomun ilk həftədə 260 min nüsxəsi satılaraq Bilbordun 200-lük reytinq cədvəlində #1 oldu. Albomun ilk sinqlı olan This Ain`t a Scene, İt`s an Arms Race (Bu Bir Tamaşa Yox, Qol Yarışıdır) Top100-lükdə #1 və Bilbordun Qaynar 100-yündə isə #2 oldu. Albomu tanıtmaq üçün qrup İyulun 7-də Canlı konsert verdi, 2007-ci ilin ortalarında Honda Vətəndaş Turuna çıxdı və Sentyabrın 9-da MTV Musiqi Mükafatının təqdimatında çıxış etdi. Qrup Vəhşı Cavan Şeylər adlı turunu  yenicə başa vurub.

    İlkin İlləri:
    Fall Out Boy  qrupu 2001-ci ildə iki dost Co Tromən və Pit Vents tərəfindən yaranmışdı. Hər ikisi Çikaqo ərazisində başqa-başqa qruplarda çalışırdılar. Dostlar birləşərək uşaqlıqdan qulaq asaraq boya-başa çatdıqları Green Day, DescendentsThe Smiths kimi qruplara yaxın qrup yaratmağı qərara aldılar. Tromən məktəbi yenicə bitirən Patrik Stampa Borderin kitab mağazasında rast gəlir. Tromən Stampın Neurosis qrupu haqda danışdığını eşitdikdən sonra özünü ona təqdim edir və onlar qrup haqda fikirlərini bölüşürlər. Stamp əvvəl qrupa barabançı kimi gəlir, lakin onun vokalçılıq imkanları aşkar edildikdən sonra o qrupun əsas vokalçısina çevrilir. Bundan sonra Çikaqolu gitarist T.C. Rassin və barabançı Mayk qrupa gəldilər. Növbəti ildə qrup bir Demo və arxasınca 2002-ci ilin Mayın 28-də Project Rocketlə birgə Aprayzinq Rekordsda Split EP buraxdılar. 2003-cü ildə qrupun Fall Out Boy`s Evening Out  with Your Girlfriend (Fall Out Boy-un qız dostunla keçirdiyi bir axşam) adlı mini-LP-si də Aprayzinq Rekordsda işiq üzü gördü.
    İlk iki şoularında adsız olan qrup ikinci şounun sonunda tamaşaçılardan onların ideyalarına uyğun qrupa ad tapmalarını xahiş etdilər və tamaşaçılardan biri Simpsonlar Ailəsi animasiya filmindəki Radioaktiv Adamın dostu olan Fall out Boy adını təklif edir.

     


           

    Müstəqil Uğur:
    Qrupun ilk mini-albomu işıq üzü gördükdən sonra Racetraitor qrupundan olan Endi Harli də qrupa qoşuldu, Loqan və Rassin qrupdan ayrıldıqdan Stamp gitaristliyi öz öhdəsinə götürdü. Bu vaxt ərzində qrup İllianoisun Arlinqton Hayts şəhərində Kolumbun Cəngavərləri Salonunda yerli şoularda iştirak edirdi. Qrupun ilk videosu da burda yaranmış olan Dead On Arrival idi. Fyueld bay Raymənlə müqavilə bağladıqdan sonra qrupun ilk  Take This To Your Grave (Bunu özünlə qəbrə apar) mini-albomu 2003-cü il Mayın 6-da işıq üzü gördü. Aylənd Rekords  Studiyası əvvəlcədən qrupa növbəti albomu yazmaq təklifi göndərdi, lakin rədd cavabı aldı. Böyük maddi xərclə Take This To Your Grave albomu Baç Viqin Medison Viskonsindəki Smart Studiyasında yazıldı, albomun prodüsseri Şon O`Kefe idi.
    Albomun “Grand Theft Autmn / Where is Your Boy” (Böyük Oğru Payız / Oğlun Haradadır), “Saturday” (Şənbə) adlı sinqılları mtvU və FUSE kanallarında və radio dalğalarında səsləndi, albom böyük uğurla satılsada, yalnız növbəti From Under The Cork Tree albomunun uğurundan sonra Qızıl Albom statusu qazandı.
    2003-cü ilin ortalarında qrup Dif Cəm Rekordla birgə Aylənd Dif Cəm Myusik Qrupunun  bir hissəsi olan Aylənd Rekordsla müqavilə imzaladı. 2004-cü il Mayın 18-də Fyueld Bay Raymən səsyazma studiyasında qrup My Heart Will Always Be the B-Side to My Tongue (Ürəyim Hər zaman Dilimlə Yanaşı olacaq) adlı akustik debyut EP-sini təqdim etdi.
    EP Bilbordun200-lüyündə #153 oldu.  Hər iki diskə video DVD, daha çox akustika və foto qalereya daxildir.

     

    Kommersiya Debütü:
    2005-ci il Mayın 3-də qrup ən böyük debüt albomu olan From Under The Cork Tree Bilbordun 200-lük  Retinq cədvəlində #9 oldu və elə ilk həftəsində 68 min nüsxəsi satıldı. Albom ikiqat platin statusu qazandı və təkcə ABŞ-da 2,5 mln nüsxəsi satıldı. Bu uğurdan bir il əvvəl Ventsin yüksək doza əsəbsakitləşdirən dərman qəbul edərək suiqəsdə cəhd etməsi qrupun stabilliyini təhlükə altına aldı. Hətta albomdakı “7 Minutes in Heaven” (7 Dəqiqə Cənnətdə) mahnısı Ventsin  suiqəsdə cəhdinə həsr edilib.
    Albomun ikl sinqlı “Sugar, We`re Goin` Down” Bilbordun Qaynar 100-də #8, Pop 100-də #6 və Müasir Rok Reytinq Cədvəlində #3 oldu. Sinql MTV-də uzun müddət  #1 olaraq yalnız 2005-ci ilin Avqustun 26-da reytinq cədvəlii tərk etdi. Video 2005-ci il MTV Video Myuzik Avardsda “MTV2 Avard” nominasiyasına layiq görüldü və bu da albomun satışına marağı artırdı. Qrup bundan başqa 2006-cı il Qremmi Avarda “Ən Yaxşı Yeni Artist” adına yiyələndi.
    Albomun ikinci sinqlı “Dance, Dance” qaynar 100-də #9 olduqdan sonra qrupun Top 10 olan ikinci sinqlı oldu. Sinql Pop 100-də #6, Müasir Rok Reytinq Cədvəlində #2 olaraq qrupun sinqıllarının bu vaxtadək qazandığı ən yüksək zirvəyə çatdı. Sinqlın 2005-ci il Oktyabrın 11-də MTV-də premyerası oldu və tezliklə sinql #1olaraq yalnız 2006-cı il Yanvarın 17-də reytinq cədvəlini tərk etdi. Albomun üçüncü sinqlı “A Little Less Sixteen Candles, A Little More ‘Touch Me’ ” əvvəlki iki sinql kimi uğur qazana bilməsə də Qaynar 100-də #65, MTV-də iki dəfə #1 olaraq 2006-cı il İyunun 6-da cədvəli tərk etdi.
    Qrup 2006-cı ilin payızında Nintendo Fyujn Turuna çıxdı, 31 şəhərə olan turda qrupa The Starting Line, Motion City Soundtrack, Boys Night Out və Picnic! at the Disco-da qoşuldu. Qrupun MTV-dəki uğurlarından sonra qrup The Black Clouds and Underdogs turuna başçılıq edirdi və bu pop/pank mərasimində qrupu All American Rejects, Howthorne Heights və From First to Last müşayiət edirdilər. Həmçinin turun bir yarsında qrupu The Hush Sound, o biri yarısında isə October Fall müşayiət etdi. Onlar 53 gün ABŞ, Birləşmiş Krallıq və Kanadada çıxış etdilər.    

      

    Davamlı Uğur:
    Fall Out Boy-un sonuncu albomu İnfinity On High 2007-ci il Febralın 6-da işıq üzü gördü. Albomun esas sinqlı “This Ain`t  a Scene, İt`s an Arms Race” 2006-cı il Amerikan Myusik Avardda, 2006-cı il 19 Dekabrında isə MTV-də debyut etdi. Albom açılış həftəsində 260 min nüsxə satılaraq Bilbordun 200-də birinci yeri qazandı.
    “This Ain`t  a Scene, İt`s an Arms Race”  2007-ci il Fevralın 4-də Birləşmiş Krallıqda Reytinq cədvəllərində #2 olaraq indiyə qədər qrupun Krallıqdaki ən uğurlu mahnısı oldu. Sinql həmçinin ABŞ Qaynar 100-də #2 və Pop 100-də #1 oldu. Albomun ikinci sinqlı “The Carpal Tunnel of Love” yalnızca dicital satışla ABŞ Qaynar 100-də 82-ci yeri tutdu. “Thnks fr th Mmrs” (Xatilələrə Minnətdarlıq) 2007-ci il Aprelin 9-da təqdim olundu və Bilbordun 100-də 11, Birləşmiş Krallıqda isə 12-ci yeri tutdu. Albomun üçüncü sinqlı “The Take Over, the Breaks Over” İyulun 9-da təqdin olundu.
    FOB Honda Sivik Turunda aparıcı sima idi. Turun ABŞ hissəsi Aprelin 18-dən İyunun 11 dək planlaşdırılmışdı. Şəxsi səbəblərə görə səfər Mayın 11-də baş tutdu və İyulun 2-də Anahaymda Kaliforniyada başa çatdı. Halhazırda səfər Birləşmiş Krallıda davam edir və səfərə İnvizbl Çildren İnk-ə dəstək olmaq məqsədilə Afrikada yekun vurulacaq. Turda qrup qeyri hökümət təşkilatı Reverblə iş birliyi edir. Bu tur qrupu Uqanda, indoneziya, Cənubi Afrika, Filippin və Rusiyaya aparıb çıxardı.
    2007-ci il Sentyabrın 9-da qrup MTV Video Myuzik Avardda çıxış etdi.
    FOB Kanye Vest, Timbələnd və Pol Voll kimi reperlərlə əməkdaşlıq edib. Vestin “This Ain`t  a Scene, İt`s an Arms Race”-in remiks formasını işləyib və qrupla birgə ifa edib. Qrup Timbələndin Timbaland Presents Shock Value adlı yeni albomunda One & Only  mahnısını onunla ifa edib, bu mahnının yaranmasında Ştamp və Ventsin hər ikisinin əməyi var. Stamp Gym Class Heroes-lə iki mahnısını, həmçinin onların “Cupid`s Chokehold” adlı hit mahnısı duet oxuyub. O həm də Motion City Sountrack qrupunda qonaq vokalist kimi “Everything İs Allright” sinqlını ifa edib. Young Wild Things turuna başçılıq edən FOB-la birgə turda Gym Class Heroes, Plain White T`s, Cute İs What We Aim For kimi qruplar iştirak edirdi. Səfər Oktyabrda Ohayoda Kolumbusda baş tutan konsertlə başladı.

    Gələcək Layihələri:
    Vents artıq qrupun bir albomluq işləri olduğunu yalnız hələ yazıya alınmadığını Bilborda intervyusunda bildirmişdi. O həm də söyləmişdi ki, yeni albomda kifayət qədər qəribə ideyalar var folklordan tutmuş…, həm də orda o, bəstəkar Stiv Rayx kimi piano fazalarını üzərində işləyir. Orda həmçinin tale materialları də olacaq lakin, işin sonunda albom yəqin ki, pop albom olacaq. Ventsin saytdakı məqaləsində isə o bildirmişdi ki, baxmayaraq ki bu zarafata oxşayır ancaq albom reprok albom olacaq.
    2008-ci ilin 14 Yanvarında Peter Ventsin MTV-dəki intervyusunda İnfinity On High-dan sonraki albomda folklor tərzləri olsa da o tam folklor albom olmayacaq. Bircə onu deyə bilərəm ki,  yeni albomda Oasis qrupu çox iş görüb və giriş mahnıda onların akustik gitara ifası olmalıdı.

    Tərzləri:
    Əsasən poppank və rok qrupu kimi taninan FOB bəzən emo kimi də təqdim olunur. Take This To Your Grave və From Under The Cork Tree adlı albomlarında poppank və hardkor səsləri və təsirləri var. Qrupun sonuncu işi olan İnfinity On High-da isə bir çox tərzlərdən, instrumentaldan, orkestr və xordan (“Thnks fr th Mmrs”, “You`re Crashing, But  You`re No  Wave”) və Golden mahnısında isə zəif piano balladasından istifadə edilmişdi. Fob-un esas özəliyi mahnıların sözlərindən irəli gəlir. Vents yazarkən şəxsi təcrübəsi və hekayələrini ironiya və digər bədii vasitələrdən məharətlə istifadə etməklə çatdırır.

      

    Ziddiyyyət:
    Barabançı Endi Harli vegetarian olmasına baxmayaraq o, PETA-ya (Heyvanların hüquqlarını qoruyan təşkilat) dəstək olub. Bütün bunlara baxmayaraq FOB “Thnks fr th Mmrs” mahnısının klipində şimpanze, aranqutan və meymundan istifadə etdiyinə görə heyvan hüqüqlarını qoruyan bir qrup tərəfindən tənqid edilib. Bu etirazlara məhəl qoymayan basist Vents Kerranq Avarda şimpanze, eləcə də 2006-cı il  MTV Video Myuzik Avardın təqdimatına da ağ və qara meymunla görünmüşdü.
         
    Mükafatları:
    2005
    ·               MTV Video Myuzik Avard -  "Sugar, We’re Going Down"-a görə  MTV2 Avard
    2006
    ·               MuchMusic Video Award - People’s Choice: "Dance, Dance" -a görə Sevimli Beynəlxalq Qrup
    ·               Kerrang! Award - "Sugar, We’re Going Down"-a görə  Ən Yaxşı Video
    ·               Teen Choice Awards - "Dance, Dance"-a görə  Rok mahnı
    ·               Teen Choice Awards -  "Dance, Dance" -a görə Sinql
    ·               Teen Choice Awards – Rok Qrup
    ·               MTV Video Music Award - Viewer’s Choice (Yayımlayanın Seçimi)
    2007
    ·               Kerrang! Award -"This Ain’t a Scene, It’s an Arms Race"-a görə  Ən Yaxşı Video
    ·               Teen Choice Awards - "Thnks Fr Th Mmrs" -ə görə Sinql
    ·               Teen Choice Awards - Rok Qrup
    ·               MTV Video Music Award – Ən Yaxşı Qrup
    Əlavə Linklər:
    ·               Fall Out Boy MySpace-də
    ·               Fall Out Boy News
    ·               Fall Out Boyz YouTube-da

    Öz köynəklərimiz, öz mesajlarımız!

     

    shitbeyin     notvirgin
    made by az-ya
    Ardı olacaq!

    Çatlak T-shirt yarışması

    Niyə bu əjdahadan bizdə yoxdu? :(

    Çox sevirəm bu tip aktivlikləri.

    Heyf ki, bizim dizaynerlərimiz yalnız pullu işlərin dalınca qaçır və bizi əsl kreativdən məhrum edir. Eh! Dizayner olmaq istədim.

    az-ya ilə bəzi ideyalarımız vardı bu mövzuda.

    Düşünürəm ki, bu yaxında hazırladığımız (əslində o hazırlayıb, amma özümü birtəhər soxmalıyam da işə) işlərin bəzilərini burada sərgiləyə bilərik.

    March 17, 2008

    Fast-food çıxaranın atasına lənət!!!

    Özümüzü aldatmağa çox meylliyik.

    Qəlizləşdirmək üçün sinov gedirik.

    bas-getsin 

    Niyə adam balası kimi danışmağı bacarırsansa gic-gic terminlərdən, yadelli sözlərdən istifadə etməklə məsələni anlaşılmaz hala gətirirsən? Bax, niyə babalarının “mədə aldatmaq”-dedikləri zada, sən “fast food”-deyib, öz başını da aldadırsan?

    Bax, bu “ayaqüstü yemək” (fast food) ki, var ha, bütün dərdlərimiz bundan başlayır. Əvvəllər nətər idi? Yığışırdı ailə süfrə başına, ata (papa da ola bilər), ana (mama da ola bilər), bacın/ların, qardaşın/ların varsa, onlar da. “Yeyəndə danışmazlar”-deyib, başlardız sonra bütün məsələləri çozməyə. Axırda da qarnınız da tox, kefiniz də.

    Bəs indi? Sən bir küçədə mədəni aldadırsan, atan səndən 2 küçə o tərəfdə, anan evdə və s. Ailədaxili məsələlər həll olunmaq, danışılmaq əvəzinə yığışır, böyüyür. Di, gəl, çıx altından, görüm necə çıxırsan?

    NƏTİCƏ: Çalışın ən azı gündə bir dəfə ailənizlə birgə süfrə arxasında yemək yeyin. Nuş olsun!

    Bugünkü proqramımızın mövzusu kitab/jurnal bazarındakı ağlamalı vəziyyət olmalıydı. Amma inşallah bu haqda gələn səfər.

    [Usta] 

    March 14, 2008

    ONLARın acığına düşünək!

    beynine sahib ol

    Sıfırdan O-ya, O-dan sıfıra etiraz.

    O: Onlar, “bizə insan lazım deyil, ət və sümük lazımdı”-deyirlər. Onlar beynimizin QIRIŞMAMASI, yuyulması, zombiləşməmiz üçün əllərindən və ciblərindən gələni əsirgəmirlər. Onlar bizi ram etmək, sözsüz icraatçı etmək niyyətindədirlər. Çoxumuz bunun fərqində deyilik. Oyanaq!

    0: Boş-boş danışma.

    O: Bütün gün efirdə yayımlanan seriallar, proqramlar, kliplər, hava proqnozu belə onların əmrinə uyğun hazırlanır. Yalnız bir şey istəyirlər: efirdən beyinlərə lazımsız/düşündürməyən informasiya axsın, o, lazımlı/düşündürücü informasiyanın yerini tutsun, beyni poxla doldursun. Son zamanlar deyə bilərsən bu ATVkimilərdən hansında nəsə öyrədici bir proqrama baxmısan? Ya futbol, ya musiqi, ya gic proqram, ya da mənasız film!

    0: Off.

    O: Oxunan mahnıların mətninə fikir ver, musiqisinə deyil. O zaman anlayacaqsan məni… Səmədlər, İlhamələr, Rəqsanələr, İradələr, Nazəninlər, İbrahimlər, daha kimlər, kimlər necə oldu müğənni oldu? Onlar onları etdi müğənni!

    “Pəncərədən daş gəlir, ay,

    bəri bax, bəri bax”.

    “Meyvələrdən 3 meyvə var:

    Biri alma, biri heyva, biri nar.

    Alma sənin, heyva da sənin,

    Nar mənim, bala nar mənim”.

    “Mən səni görmək istəsəm hara gəlim?”

    “Bivəfa, bivəfa, atmısan odlara

    Elə yandırmısan sevmərəm bir daha”.

    “Almanı atdım xarala, qaldı sarala-sarala".

    Bağın dalından belə səs gəlir:

    sağ ol, gəl, var ol, gəl,

    bir gecə mehman ol, gəl”.

    Musiqilərinə söz ola bilməz. Min illərlə millərin qanına işləmiş musiqidi. Bəs sözləri? Ancaq sevgi, gül-çiçək arxasında gizlədilmiş seks. Etiraz yoxdu, düşündürücü söz yoxdu, FİKİR yoxdu! Demək, burda da kiminsə əli var. Kimin? Onların! Şairlər də, şeirlər də, yazarlar da, pozarlar da…

    0: SUS! Musiqiyə qulaq asıram.

    O: Bütün reklamlar bizi hər şeyi sındırmağa çalışır. Düşünmüsən nəyi sındırırsan?

    0: Vecimə də deyilsən.

    O: Fikir vermisən ki, insanların çox yığıldığı yerlərdə həmişə ya cizgi filmi, ya da sadəcə təbiət mənzərələri göstərilir? Ara-sıra da anlaşılmayan məntiqli kliplər də göstərilir. Niyə? Çünki, nə təbiət, nə cizgi filmi, nə də o tip kliplər bizi düşünməyə çağırmır. Əksinə o qədər primitivdirlər ki, düşünmək belə lazım deyil. Hətta şəhərdəki şüarlar da primitivdi. Niyə o cür dahilərin bu cür primitiv sözlərini yazırlar lövhələrə? A?

    0: Mən səni dinləmirəm. Bu dəqiqə istədiyim yeganə şey … YATMAQDI!!!

    O: Nağıl istəyirsən? Nağıllarımız da hər şey kimi simasızdı. Ona da fikir vermişəm. Uşaqlıqda həmişə düşünürdüm. Niyə bizim nağıllarda qardaş-qardaşı aldadır, öldürür? Niyə həmişə yeddi gecə, yeddi səhər gedir qəhraman, niyə müəyyən bir yer adı yoxdu, niyə zaman yoxdu??? Onları da demək kimsə dəyişdirib? Kimsə onların üzərində zərgər dəqiqliyi ilə işləyib… Beynimizi qayırırlar… 

    Cib telefonları da onların işinə yaradığı üçün belə yayılıb. Yerimizi öyrənmək üçün bundan yaxşı nə ola bilər? Bizi dinləmək, şəxsi həyatımıza qarışmaq üçün bundan da istifadə edirlər.

    0: Blutuzun açıqdı?

    O: … Biz səni itirmişik…

    [Usta]

    March 11, 2008

    BU BLOG DEYİL!!!

    Bura haradı? Weeeebziiiiiiinee!..
    Hə, düz deyirsiz, bloq sistemindəyik. Onunla da razıyam - çox vaxt hərdən bizə bloq da deyirlər. Xəbərnamə kimi bloqlar sisteminə də qoşulmuşuq, etiraf edirəm. Hər yazarımızın bundan başqa 25134568783142309 dənə bloqu da var. Amma bu o demək deyil ki, oxuduğunuz/izlədiyiniz/sevdiyiniz/sevmədiyniz/nifrət elədiyiniz, sırf yazarlarıyla tanışlığınız var deyə, xalada xətir qalmasın deyə, iki gündən bir açıb baxdığınız, kefiniz kök olanda hərdən bir “bomba yazıdı!” şərhi yazdığınız bu sayt bloqdu. Ay qardaş, ay dayı, ay nənə, ay baba! Bu bloq deyil! Webzine`dir!

    Blog: ‎ Blog, əlavə texniki məlumat olmadan, öz istədiyi şeyləri, öz istədiyi şəkildə yazan istifadəçilərin ‎yaratdığı, gündəliyə bənzər web saytıdır. İngilis dilindəki “web“ və “log” sözlərinin birləşməsindən ‎alınan “weblog“ sözlüyünün zamanla təhrif olunmuş formasıdır.
    Webzine: ingiliscə “web” və “magazine” sözlərinin birləşməsindən əmələ gəlib. Online dərgi deməkdir. Müəyyən vaxtaşırı yenilənən, dövri e-mətbu orqandır. Bəzən e-zine də deyirlər. Fanzine (“Fan” və “magazine”) kimi əlavələri də mövcuddur. Fanzine daha çox konkret bir əhatə dairsəni əhatə edir və fanatların e-dərgisi qismində çıxış edir.

    Bu sayt bir nəfərin memuarları, gündə yaşadığı hadisələr, yazılar toplusu, gündəliyi olmadığına görə, əsas da konkret bir nəfər tərəfindən idarə olmadığına/yazılmadığına görə bloq deyil.

    Birdən KQB-dən gəlib “Kimsiz? Nəçisiz? Nə işlə məğul olusuz? Burda niyə yığışmısız?!” deyən olsa, ilk cavabımız “no politic, no problem” olacaq. Ki, onsuzda underground həyat tərzindən bəhs edirik biz. Məqsəd nəsə yaratmaq deyil, yaranmaqda olana təkan verməkdi.

    Alternativ yaratmaq.
    Alternativ ədəbiyyat,
    Alternativ musiqi,
    Alternativ mədəniyyət,
    Alternativ cəmiyyət və bütün bunlar üçün alternativ media…

    Biz beyinləri qırışdırmaq istəyirik. İstəyirik küçədə əcaib-qəraib paltarlar geyib özünü kiməsə oxşatmağa çalışan gəncliyimiz əsl undeground`luğu anlasın. Beyninin qırışlarını artırsın. Bir az düşünsün. Sadəcə divara “rock” yazıb, saçını uzatmasın. Enli şalvar geyib, üzərində “50Cent” yazılmış köynəklərə pul tökməklə underground həyatın əslində nəyə qarşı olduğundan xəbərsiz qalmasın. İstəyirik fərqlənmək xətrinə fərqlənməsin. İstəyirik avara damğası almasın. İstəyirik “rock” deyəndə qara geyimli dilənçiyəbənzərlər, “rap” deyəndə cibgir və oğrular ağla gəlməsin. Skeyterlərə, brek-danserlərə, hip-hopçulara, ekstrimçilərə, qraffiti yaradanlara xuliqan və küçə uşağı kimi baxmasınlar. Biz daha güclü profil, daha güclü etiraz dalğası yaradılmasına ümid edirik.

    Çağdaş dövrün bütün yeniliklərinə qarşıyıq.
    Biz  TV kanallarına, reklamlara, müğənnilərə, şairlərə, ziyalılara, şirkətlərə, aristokratlara, tarixə, mədəniyyətlərə, xalqlara, insanlığa, gəlmişə, keçmişə, hər şeyə qarşıyıq. Bu dünyada çirkə bulaşmış hər şeyə…
    Amma bizim qarşı olmağımız anarxist, ya da sol-inqilabçı etirazı deyil. Bu undeground həyatın qarşı duruşudur. Upground`un yaratdığı zərurətlərdir…

    Nəysə. Fəlsəfə bu qədər. Keçək indi saytla bağlı bəzi məsələlərə.
    Elə bilirsiz ilinə 10 dollar ödəyib host və 30 dollar ödəyib domeyn adı almaq bizim üçün problemdir? Yox əşşi, o qədər də kasıb deyilik. Sadəcə “Amateur Spirit”i (həvəskar ruh) yaşatmaq üçün Blogsome`a sığınmışıq.
    Bu məqamda onu da deyim ki, artıq boyundur olmaqdan bezmişik bəlkə yaxında alternativa.net domeyninə köçə bildik =) … Ya qismət!

    Bu saytda reklam olmayacaq. Google`ın 2-3 dollarına qalmamışıq =).
    Bu sayta heç kim sponsorluq da edə bilməz. Çünki pulları çatmaz =).
    Bu saytı reklam eləyənlərə “çox sağol”dan başqa heç nə verəsi deyilik. Naşükür olmayın, yoxsa onu da demərik =)

    Onu da qulağınızdan sırğa edin ki, anti-əyləncə saytı olaraq 18+ söhbətlərinə girəsi deyilik. Ucuz reytinq düşkünlərinə oxşamırıq ki? Onda bizə top-listlərə girmək də lazım deyil. Heç yüzlərlə şərh yazmağınıza da gərək yoxdu. Əsas odur ki, bizi başa düşəsiz. Razılaşsaz da olar, razılaşmasaz da.

    Özləri üçün yazıb, bir şeylər yaratmağa çalışanlara oxşayırıq. Bizi öz eqoları xətrinə sayt quranlara da oxşada bilərsiz, kimlərinsə eqosunu oxşamaq üçün əldən-ayaqdan gedənlərə də..

    Bu da belə.
    Vebzini idarə edənlərə gəlincə.
    Bütün texniki və tərtbat işləri az-ya adlı dinsiz, imansız, Allahsız, diktator ruhlu, komunistlərdən fərqlənməyən faşistə aiddir =)
    Dərgimizin rektoru.. yox, reduktoru.. eee, redaktoru Usta`dır :D Təqdimat və efirə hazırlama da ona məxsusdur. O qədər rüşvət hörmət istəyir ki, bu bölmələrin yenilənməsi xeyli vaxt çəkir =)
    Xarici informasiyalar toplusunu bizə çatdıran, bütün rokerlərdən dəqiq məlumat verən ever the same`dir. İşləri çox gec görür. Amma o qədər keyfiyyətli görür ki, adam heç nə deyə bilmir :)
    İndiyə qədər yazıları və əsərləri dərc olunanlar: Back to Black, Qaraqan, Felon de Jure, PRoMete, ErranT, Vüqar Baba, BaltazArt, İbrahim Keleş, Dejon, Thienbao, ever the same, az-ya, Usta və s. və i. (hamısı yadımda qalmayıb =))

    Dərgimiz dosta tanışa “filan şeyi görmüsən?” demək yoluyla yayılır. Abunəlik üçün Lazımsız Şeylərə müraciət edə bilərsiz. Gəl bəriylə qeydiyyatdan keçib şərh filan da yazmaq imkanınız var. Özünüzü yaxşı aparsaz, yazarlıq hüququ da qazana bilərsiz =)

    Vəssalam.

    March 10, 2008

    Tüpürəsənmi, tüpürməyəsənmi?

    Şeirlərimizin 99%-i

    Mənasız, mövzusuz, həyəcansız, zamansızdı.

    Müğənnilərin 99%-i

    Səssiz, üzsüz, sözsüz, musiqisizdi.

    Reklamların 99%-i
    İdeyasız, məntiqsiz, keyfiyyətsiz, koloritsizdi

    TV-proqramların 99%-i
    Aparıcısı olsa da aparıcısız, konsepsiyası olsa da konsepsiyasız, qonaqları olsa da qonaqsız, dizaynı olsa da dizaynsızdı.

    Küçələrin 99%-i
    Ensiz, asfaltsız, keçidsiz, nişansız, işıqsızdı.
    Bir də küçələrimizdə çox hirsləndiyim bir şey var: zibil qutularının bir-birindən “bir igidin ömrü” qədər uzaq məsafələrdə olması.

    Ziyalıların 99%-i
    Ziyasız, nursuz, bilgisiz, cürətsiz, vicdansızdı.

    Tariximizin 99%-i
    Tarixsiz, həqiqətsiz, “biz”sizdi.

    Hər şeyə tüpürə-tüpürə bu hala qaldığımızı düşünsək…

    [Usta]

    Yorğun

    Qoy bu nəğmə laylan olsun,
    Ağlasın bəbəylərin, yuyulsun.
    Körpə yuxuda qanadlansın aləm!
    Qoy bu nəğmə dünyam olsun,
    Gizlənim içində yaddaşımdan.
    Hər kitabəmin içində matəm!
    Qoy bu nəğmə leysan olsun,
    Soyutsun içimi ləpələriylə həsrət alovu yandıranda ciyərlərimi!
    Qoy bu nəğmə insan olsun,
    Mənə yaxın, mənnən sevgilim olsun!
    Oxusun gözyaşıyla əsərlərimi.
    Qoy bu nəğmə əbədi qalsın,
    İllərin məsafəsiz axınlarında.
    Desinlər bir dəli bunu yazdı.
    Qoy bu nəğmə məktub olsun.
    Göndərilsin hər tənha qəlbə, yaralı ürəyə.
    Anlasın ki, tək deyil.
    Piyalələr doldu buludlarla yağdı içimə yağışlar.
    Yenə də tələsib evinə qaçışacaq piyadalar.
    Röyadayam.
    Ac köpəklər sümüklərimi gəmirdikcə,
    Sufi dərviş güc verirdi səbrimə, iradəmə.
    Minarələr səmanın üzünü tutaraq aprırır içimi çölümü.
    Yaradanın hüzuruna qanlı günahlarla gəldim.
    Parçalandı qış baharla.
    Qaradamı da əridi səhərə.
    Bilmirəm rəhm edər mi?
    Tanrı məni məhv edər mi?
    Gözlərimlə şahid oldum,
    Sevgilər can verəndə qanlı öskürəklə.
    Baxıram üzünə,
    Ağlaya da bilmirəm.
    Daxmamın qarşısında kor dilənçi.
    Yoxdur verməyə heç nəyim,
    Qapını bağlaya da bilmirəm.
    Yoruldum.
    Atdım içimə daş, dərinliyimi bilmək üçün.
    Əks ədası gəlmir hələ də.
    Sonum harada?
    Yüzillik yuxudan oyanmış körpə kimiyəm.
    Yaddaşım silindi.
    Mən kiməm ki?
    Mənim adım Qaraqan.

    ***

    Gündəliklərdə vərəq qalmadı.
    Bitirdim neçə qələmdə mürəkkəb.
    Atmadım! Doğmadı! Saxladım!
    Tək göründüm hər kəsə.
    Təkəm sandılar. Yanımdaydın, heç darıxmadım.
    Amma yenə də dön yanımda cismin olsun.
    Bəlkə inandım ki, nəğmələrdə deyilən eşq bu qədər asandır.
    Dön! Nəğmə yazacam sənin dönüşünə.
    Yorğun gözlərim baxır yolun sonunda,
    Ölümlə görüşümə,
    Gecikirəm.

    ***

    Qoy bu nəğmə tənha qalsın,
    Günəşdən ilham alsın.
    Ağ vərəqdə qaralansın.
    Batsın dərin fikirlərdə,
    Ürəklərdə.
    Qoy bu nəğmə köməyə gələn yoldaş olsun.
    Kədərimdən xəbər verən,
    Gözdən axan yaşla dolsun.
    Sətirlərimə sevgi qonsun.
    Hər insan bir mələyə dönsün.
    Qaradonlu gecələr,
    Ümidgətirən səhərə dönsün.
    Qoy bu nəğmə gülüşüntək,
    Güllər açsın səhralarda.
    Xoşbəxtlikdir məqsədim,
    Axtarıram dumanlıqda.
    Xəyalların həddi aşır,
    Qoy bu nəğmə sərhəd olsun.
    Həyatımdan bəhs edək,
    Qoy bu nəğmə qeybət olsun.
    Sona çatır hər nağıl.
    Qoy bu nəğmə sonsuz olsun.
    Nəğmələrdə mövzu şərtdir.
    Qoy bu nəğmə onsuz olsun.
    Uzaqlarda,
    Buludların arxasından boylanan
    Ulduzların simasında parıltılı həsrət var.
    Nəğməm üzdə gülüş olsun.
    Ulduzlar üçün oxunulsun.
    Çox heyif ki, gülüşlərin kölgəsində kədər gəzir.
    Gəzintilər səbəbsizdir.
    Etiraflar ürəksizdir.
    Yalvarışlar ümidsizsə,
    Qoy bu nəğmə ümid olsun.
    Kaş ancaq gecə yuxularında üzdə qorxu olsun.
    Gördüyümüz hər şirin yuxu, birdən doğru olsun.
    Hər tərəfdən günəş çıxsın.
    Qoy bu nəğmə yalan olsun.
    İllər ötüb keçsədə,
    Bu nəğməni duyan olsun.
    Hər bir kəsdən gizlənək.
    Görüş sirrimiz olsun.
    Buludlarda rəqs edək.
    Qoy bu nəğmə bizim olsun…

    [H.O.S.T]

    March 7, 2008

    Yeni dilənmə metodları – Generation Next of Pauperism!

    Ancaq bizdə, bu qədər peşəkarlıq tələb olunmayan yerdə belə artistlik ola bilər. Sərlövhədən də anladığınız kimi dilənçilərdən danışıram. Hə də, özünü min bir cildə salan insancıqları deyirəm. Sözlərimdən başa düşürüz yəqin belələrinə münasibətimi. Əlavə şərhlər verib aristokratik fikirlərimlə başınızı ağrıdası deyiləm. Bu yazıya qədər onlar haqda çox şey oxumusuz. Çox təhlilər və fikirlərlə qarşılaşımısız. Dilənçilər – əsl fəqir insanlar, yoxsa kiməsə pul qazandıran qulluqçular? Milyonçulara aparan strateji planların canlı alətləri. Dilənçilərə dövlət idarələrinin nəzarəti və polislərə çatan rüşvətlər. Qiyafəyə bürünmüş xarici ölkə casusları. Rayonlarda villalar tikdirən ikiüzlü saxtakarlar. Yoxsa sadəcə genetik peşələriylə məşğul olan qaraçılar?
    “Mən qaraçı deyiləm” – dedi mənə Bakının mərkəzi küçəsində suala tutduğum, kifayət qədər baxımlı geyinən və saçına bərbərxanada ən azı 10 AZN xərcləyən qız – “Mən kürdəm!” Təxmin edə biləcəyiniz ilk məntiqli cavabımda isə etiraz etdi: “Yox, mən onlardan deyiləm! Mən əcəmi kürdüyəm!” Növbəti cavabımdan isə başa düşdü ki, fəxr ediləsi bir şey demədi, ya da mənim üçün heç bir fərqi yoxuydu. Hər halda qəpik də qopara bilməyəcəyini başa düşüb donquldan-donquldana aralandı.
    Heç vaxt dilənçilərə pul verməmişəm. Vermişəmsə də, o qədər az vermişəm ki, sonuncu dəfə nə vaxt belə axmaqlıq etdiyim yadıma gəlmir.  Nəysə. Sizə axmaqlıqlarımdan yox, yeni dilənmə metodlarından danışacam. Uzun yazılardan mənim də xoşum gəlmir ona görə çağdaş dilənçi üsullarını sıralayıb nöqtəni qoyacam:
    1.       Əlinə bir anlaşılmaz sənəd üzü (kserokopiya) alan bir qadın/qız/gəlin/xala/nənə ərini itirdiyini, ya da dustaq olduğunu (vəziyyətə baxır, cavandırsa ikinci variant) bildirərək xəstə oğlu üçün pul istəyir. Bu metodun ən yeni variantında hicab taxma da var. Millətə təsir etmək istəyir. Namaz qılır də qız, düz yoldadır.
    2.       Cavan bir qız (yeniyetmə) uşağı əlindəki kağız parçasına lal, kar olduğunu yazıb donuq sifətlə, dəyişməyən mimikayla ovcunu sizə uzadır. Hicab söhbəti burada da keçərlidir.
    3.       Bəbəyini göz qapaqlarının arxasına gizlətmə məharətidən istifadə edən ortayaşlı kişi bütün imamları imdada çağırıb “iki gözdən zəlil” olduğunu deyir. Onu bir qadın (burada anası rolunda) müşaiyət edir və uzadılan pulları “kor”un əlinə yığır.
    4.       Anası (inanan daşa dönsün) bir küncə çəkilib əyləşir. 5 yaşında (bəlkə də daha az) bir körpə qız anlaşılmaz sözlər mızıldanaraq vecsiz  ifadəylə üzünüzə baxır. Bəzən diləndiyi yadınnan çıxır və başı əlindəki pullarla oynamağa qarışır. Anasının yanına gedən buna görə iki sillə yiyir və söyülür.
    5.        “Atam, anam yoxdu. Yetiməm!” deyən, üst-başını tozla, mazutla pullayan, qəsdlə dırnaqlarını tutmayan kifayət qədər cüssəli və boylu buxunlu olan 17-19 yaşlı bir oğlan özünü yazıq halına salır, ruhi xəstə kimi göstərir və əlbəttə pul istəyir.
    6.       Ənənəvi “sən o qızın gözləri!” metodu. Çox ümumişlək olduğundan, artıq “sən o qızın saçları, sən o qızın qırmızı ayaqqabıları” və “bu qızı çox istəyirsənsə mənə pul ver, nooolar!” kimi kreativ variantları da mövcuddur. Yenə də baxır adamına. Pulu verməyə tərəddüd edirsə, mütləq yaxasından yapışır, “noooolar?!”ların sayını artırır.
    7.       İngilislər və xaricilər üçün özəl variant. Dilənçi yeniyetmə “Give me bread money” (!!!) deyərək ondan çörək pulu istəyir (təccüblənməyin yeni nəsil dilənçilər inglis dili kurslarına da gedir. Kreativliyə sərhəd yoxdur!)
    8.       Gözləri axan orta yaşlı bir kişi “Qaqaş bir daağa səni olar” deyir və başlayır ki, bəs yolda qalıb evə gedə bilmir. Cəmi 20 qəpiklə bunu xilas edə bilərsən! Mənzil başı isə Bakı kəndləri olur. Onu da deyim ki, həmin adamlardan araq yox, şərab zavodunun iyi gəlir və “100” vurma dərdi ilə yaşayırlar.
    9.       Kifayət qədər geyimli-keçimli, bir o qədər də yaraşıqlı görünməyə çalışan gənc yaxınlaşıb yolda qaldığını, dalaşdığını və pulunu aldıqlarını bildirir.  “İmkan varsa, qərdeşimsən, kömək elə, əvəzindən çıxaram”. Necə əvəzindən çıxacağı bir tərəfə, uzaqlaşarkən “Mənə görə bir qulluq?” deməyi adamı dəli edən əsas cəhətdir.
    10.    Mirmövsüm Ağanın şəklini (bunlar bütün məscidlərdə pulsuz paylanılır) əlinə alan uşaq onu sənə verir, ayrılarkən qolundan yapışır və 10.000 $ borclusanmış kimi “nə verərsən, verərsən!” deyir.
    Qeyd 1.: 3-cü üsuldan istifadə edən birinin 10 qəpiyi cibinə qoyan müşaiyətçisinə, “ora yox, ora 20 qəpiklikdi! Bu tərəfə, bu tərəfə!” dediyini görmüşəm. Bu metoda müraciət  edən başqa birisini isə, küçədə dostlarıyla söhbət edərkən “bu gün yaman zəif gedir” dediyini eşitmişəm.
    Qeyd 2.: 8-ci üsullarla tez-tez rastlaşıram. Başıma gələn ən maraqlı dialoq belə olub:
    -          Qəqeş, bir ..
    -          .. nə deyirsən?
    -          Qəqeş, yolda qalmışam..
    -          Harda qalırsan?
    -          .. imkan varsa..
    -          A kişi harda qalırsan?
    -          Nə? Şeydə.. Məştağada..
    -          Ora hardan gedir marşurut?
    -          Odey, ordan.. şeydən.. qabaqdan.. 28 Maydan..
    -          Gəl gedək mən səni mindirim marşuruta.
    -          Yox qəqeş, lazım deyil. Ver özüm gedərəm..
    -          Yekə kişisən utanmırsan yalan danışırsan?!
    -          Qəqeş nə yalanı.. hı.. eh..
    -          Gedib araq alıb içməyin dərdindən gör özünü nə günə qoyursan?!
    -          Qəqeş, vallah araq almiceydüm. İmkan yoxdu ey.. Evə çay aliceydüm..
    -          Çay? Gəl girək mağazaya, mən sənə çay da alaram, qənd də. Gəl!
    -          Eee.. qədeş səninki olmadı ki..
    -          ;:%?:%?!
    -          (uzaqlaşır)
    Qeyd 3.: Yolla gedirik. “Ovçular”dan biri yaxınlaşıb üzünü dostuma tutur:
    -          Qaqaş, imkan …
    -          Nədi əə?!
    -          ;%;”;%?!
    -          Hər gün, hər gün nolub əə?
    -          Qaqaş nə dedim ki, mə.. mən..
    -          Pul üstündə oturmuşam hər gün məndən pul istiyirsən?!
    -          Yaxşı qaqaş, nöş əsəbləşirsən..
    -          Bahooo!!!
    -          Verməsən də Allah razı olsun. Sağol..
    P.S. Əlavəsi olan şərh yazsın.
    [az-ya]

    March 6, 2008

    Proza

    Sənin gözlərində boğuldum.
    Payız zərif küləklə sığal çəkdi gecəyə.
    İlk xəzanla doğuldum.
    Boş parkın hönkürtüsü.
    Yaş asflat bir az xəstə.
    Yağış da incə, qəddar.
    Qırıq ürək boş qəfəsdə.
    Sökülmüş arzuların xarabasında,
    Arası kəsilməz gülüşlə ağlayırdı,
    Kor rəssam şikəst atlar arabasında.
    Sən də başqa, mən də başqa.
    Dərd də, qəm də başqa.
    Yaddaşım sanki bir şeir kimi cızıldı daşda.
    Küçələrin qaranlığında,
    Çox sağol ki, bir mələk kimiydin.
    Saçıların ipək kimiydi, sözlərin külək kimiydi.
    Çox sağol!
    Qəlbimin düzənliyində bir bulaq kimiydin.
    Amma çox,
    İsti çox,
    Duzlu çox.
    Tozlu manikenlər vitrində göz yaşıyla.
    Ölülər qucaqlaşır yuxularımda baş daşıyla.
    Doxsan illik keçmişimlə iyirmi yaşda neyliyim?!
    Əllərim bağlı qarğalar ciyərmi çeyniyir.
    Heç nə demə, danışma.
    Bəsdi!
    Heç nə soruşma!
    Kim günahkar?
    Sən günahkar!
    Mən günahkar!
    Gecə günahkar!
    Gün günahkar!
    Dərslər günahkar!
    Payız, şeir, dəftər günahkar!
    Bəlkə də oxuduğum kitablarla dolu rəflər günahkar!
    İncə-incə kəs damarlarımı,
    İç qanımı sevgilim!
    Artıq sevmirəm,
    Sən də sevmirsən!
    Sehirli bir nağıl.
    Səni unutmaram.
    Məni unutma sən.
    Gizləmə,
    Göz yaşın qoy axsın!
    Onu qurutma sən!

    Məktublar və tozlu şəkillər,
    Yanır əllərimi qızdıran ocaqda.
    Ümid uzaqda.
    İçimdə şaxta.
    Ölmüş sevgimin ruhu hərdən gəzir bu qaranlıq otaqda.
    Sənə nifrət etdim,
    Həm də sevdim qəzəbsiz.
    Pəncərəyə yağış damlaıyr gözəl, səssiz.
    Kül ocaqda.
    Yastıq qucaqda.
    Darıxdım, güldüm, ağladım,
    Gecə səbəbsiz.

    Küləklərlə dərdləşirdi qatarın tüstüsü.
    Uzaqda baharın istisi.
    Çox soyuq.
    Yanağlarımda buz bağladı,
    Donub qalan o göz yaşı.
    Yadına sal:
    Arzularda,
    Ölmək eyni gündə.
    İkimizə bir baş daşı!
    Və eyni gündə öldük:
    Sən mənim üçün,
    Mən sənin üçün,
    Özgə olduq:
    Sən mənim üçün.
    Mən sənin üçün,
    Bəlkə xəstəlik səbəb?
    Bəlkə mələklər paxıl?
    Amma mənə demişdilər ki, sevgi qəlbə çiçəklər taxır.
    Evlənək demişdik,
    Uşaqlıq necə gözəl.
    Və nə qədər sadəlövh!
    Qaçaq demişdik,
    Qanadlarımızı açıb uçaq demişdik.
    Hər şey,
    Demişdik,
    Gizlədiyimizi gözlər demişdik.
    Dumanlar gizlədəndə yerimizi izlər demişdik.
    Restoranlar, rəqsimiz.
    Sevgililər günü.
    Ümidlər yanır günəş kimi.
    Ümidlər sönür,
    Ay işığı nur.
    Gözlərimdə leysanlar dolur.
    Sən öləndə ilk dəfə inandım insanlar ölür.
    Nə şəkillər əvəz edər səni,
    Nə qəmli şeirlər!
    Hər işi pis olanlar mənə,
    Hər şey düzələr deyirlər.
    Düzəlmir!
    Sən qara paltarlar geyərdin.
    Qəmli baxışlarına vurulmuşdum.
    Az gülərdin.
    Sevərdim dənizlər limanları sevən kimi,
    Sevərdim qulaqlar yalanları sevən kimi.
    Öldürmək istəmişdim özümü sən ölən kimi.
    Əsrlər keçsə də, yadımdasan dünən kimi…

    [Qaraqan

    March 5, 2008

    “Biz avara deyilik…”

    Amerikada onların sayı 12 milyon, Azərbaycanda 12 nəfərdir

     
    Keçən əsr Amerika gəncləri yarı əyləncə, yarı idman olan bir məşğuliyyət tapdılar. Yarım metirlik bir taxta lövhəni dənizə atır, üstünə çıxıb dalğalarla oynayırdılar. Burada vacib şərt batmamaq, suyun üzərində qala bilmək idi. Sörfinq belə yarandı…
      
    Lakin dənizdə dalğa olmayanda sörf etmək də olmurdu. Bu idman növü üçün mütləq külək lazım idi. Sörferlər isə darıxırdı. Onlar sakit havalarda da ekstrimdən həzz almaq istəyirdilər. Bundan bezənlər 1969-cu ildə belə bir şey fikirləşdilər: sörfinq lövhəsinə təkərlər bərkidib quruda da sürsünlər. Artıq həmin lövhə skeyt adlandı. Skeyt-bordinq də belə yarandı…
    İndi o qitədə milyonlarla skeyt sürən var. Azərbaycanda isə normal skeyterlərin sayı…
      
    “Amerikada təxminən 12 milyon skeyter var. Bizdə isə demək olar cəmi 12”. Sözlərin müəllifi Əkbər Nağıyevin 18 yaşı var. İki ildir ki, həyatındakı əyləncəni skeytdə tapır. Universitetdə oxuyur. Tələbə olduğunu o xüsusi vurğulayır. Avara olmadığını bildirmək üçün. Həm onun, həm də dostlarının bu damğadan heç xoşları gəlmir.
     
    17 yaşlı Teymur Cəbiyev şikayətlənir: “Başa düşməyənlər bizə avara deyirlər. Onlara elə gəlir biz dərs zad oxumuruq. Halbuki burada elələri var bəzi fənləri “sökürlər”. Skeyt sürənlərin içində “bomba” yerdə işləyənlər də var. Ancaq başa düşən iyirmi faiz “maladyoj” deyir halaldı”.
      
    “Hə – skeyter Fərhad Əliyev də bu söhbətə qoşulur – bu pis münasibətin üstündə skeyt-bordinqdən uzaqlaşanlar da olur. Əvvəllər biznən qızlar da skeyt sürürdülər. Lağ edirlər deyə məcbur olub sürmürlər. Qızlara ümümiyyətlə pis baxırlar. Elə bil skeyt sürməkdə nə isə eyib bir şey var”.
       
    Dərslərimizi də necə lazımdı çatdırırıq. Problem olmur. Dərsdən sonra gəlib burada skeyt sürürük. Bununla biz dincəlirik. Sonra evə gedib dərs oxuyuruq. Müəllimlər bizə normal yanaşır, onların çoxu bu idman növü ilə məşğul olmağımızı dəsdəkləyir. Boş-boş məhlədə oturmuruq, siqaret çəkmirik, araq içmirik, küçələrdə veyillənmirik. Həm idman edirik, həm də əylənirik.
      
    Amerikada, Avropada uşaqları, gəncləri belə idman oyunlarına cəlb edirlər ki, pis əməllərə bulaşmasınlar. Rusiyada bu yaxınlarda dörd milyon dollara ikstrim oyunları üçün zal tikiblər. Bizdə də bayaq dediyim mənasız, zərər verən işlərlə məşğul olanlara heç nə demirlər, ancaq Sahil bağında skeyt sürənləri polislər dağıdırlar. Deyirlər camaatı qoymursuz istirahət eləməyə. Əksinə hamı bura bizə baxmağa gəlir. Əgər mane oluruqsa onda bizə bir meydan versinlər. Lazım deyil, heç nə tikməsinlər orada. Eləcə boş sahə versinlər bizə. Özümüz tramplinləri-zadı quraşdırarıq”.
      
    “Ey… Bircə dənə meydanımız var. Bakının hər yerindən skeyterlər bura gəlir. Montindən, Kombinatdan, Əhmədlidən, Həzi Aslanov metro stansiyasının yanlarından gələnlər var. Ancaq skeyt sürmək üçün. Şərait yaratmadıqları bəs deyil, özümüz bir şey eləmək istəyirik onu da qoymurlar”. – Elmar Məmmədov keçrtdikləri yarışdan danışır. – Keçən dəfə Bakı şəhəri üzrə çempionat keçirirdik. Ən yaxşı sürən bir oğlan var idi ki, bilirdik bu yüz faiz çempion olacaq, o yarışmırdı-jüri idi. Yer tutanlara diplom da verilir. Bizim sistemə görə hər hərəkətə üç cəhd verilir. İkinci şansımızdan istifadə eləmişdik ki, polislər başımızın üstünü kəsdirdilər. Hamını qovdular.  Biz də məcbur olduq iki “tryuk”un nəticələrinə görə yerləri müəyyənləşdirdik, mən altıncı oldum”.
     
    Onlar həm də mədəni işlə məşğul olurlar. Hip-hop deyilən mədəniyyət növü var ki, bura dörd sahə daxildir: rep, brek-dans, qrafiks və ikstrim (sörfinq, skeyt-bordinq, velosiped, roller, lövhəylə və lövhəsiz paraşüt göstəriləri). XX əsrdə Amerikada iqtisadi böhran olur. Varlılar villalarınından küçüb gedirlər. Tərk edilmiş evlərin baxçalarındakı hovuzlar o vaxtın dəbi ilə yarımkürəvi tikilmişdi. Artıq oralar bom-boş idi. Skeyterlər də fürsətdən istifadə edib öz “təkərli taxta”larına burada güc verirdilər. Əyri hovuz divarları skeytə marağı artırdı. Həmin dövrdən skeyt-boardinq geniş yayılmağa başladı. Sonra bu idman növü ilə məşğul olan kamandalar yarandı. İlk belə klub “Bons briqad” adlanırdı. Artıq komandalar çoxalıb və bir-birindən skeyterlər də transfer edirlər. Axırıncı ən bahalı transferin məbləği 250 milyon dollar olub.  
    Bu idman növündən hər il “Ginnesin rekordlar kitabı”na düşənlər də olur. Misal üçün uzunluğa və hündürlüyə tullanmanın rekordu amerikalı Deni Veyə məxsusdur (20 metr uzunluğa, 7 metr hündürlüyə). O, Çin səddinin üzərindən tullanmaqla da adını kitaba saldırıb.
      
    Skeyt sürən uşaqların həvəskarlara məsləhətləri də var: “Sürənlər qoy davam eləsinlər, başlamaq istəyənlər də çəkinməsinlər. Bizə də müraciət edə bilərlər. Pul filan almadan onlara bildiklərimizi öyrədəcəyik. Gəlin bizə qoşulun”.
     

    [Vüqar Baba]

    Skit

    Bura haradı?
    Baaaaaaaakıııııııı!..
    Qaranlıq şəhər,
    Boş şəhər,
    Dörd fəsli də qış şəhər.
    Gündə iş şəhər,
    Çıxır diş şəhər..
    Xoş şəhər hərdən,
    Amma çox zaman kədərli
    Gündə bir geyimdə,
    Amma içi zibilli, içi zəhərli!
    Hər tərəfdən gəlir ingilislər içinə Bakı,
    Onlar bizə baxır sanki baxır itinə Bakı!..
    Düzülüb tinə Bakı,
    Avaraların Bakı.
    Günləri küçədə,
    Yoxdu xarabaları Bakı.
    Bakı hər küçəndə gəzmişəm mən,
    Hər küçəndə olmuşam mən,
    Hər küçənə tüpürmüşəm mən,
    Üzünə sanki hər küçəndə süzülür indi,
    Hər küçəndə,
    Hər bir qız keçəndə,
    Ağzının suyun tökür biqeyrətlərin Bakı.
    İllərim Bakı,
    Keçdi səndə günlərim Bakı,
    Çox heyif ki, səndə yaxşı heç nə görmədim Bakı.
    Gördüyüm,
    Kədər,
    Küləkli yersiz səhər,
    Təzə Bazar,
    Göy Xəzər.. Yox qara Xəzər Bakı!..

    Biz rep, rep söz, söz düz, düz yol, yol əks, tez keç, yüz ölç, bir biç!

    [Felon de Jure]

    March 4, 2008

    Partiya Karkerên Kurdistan


    PKK leşlərini yığır.  

    Ata, mən də bundan istəyirəəəəm…

    Gregor Collienne imzalı bir iş. 

    bahoooo 

    Artıq sözə ehtiyac var?

    [Usta] 

    March 3, 2008

    Anne ben ultra oluyorum

    Hava çok soğuk o gün İstanbul`da. O kadar kapalı ki, en uyanmayacağım günlerden biri zerre “sarı ışık” yok odamda. Usulca giyiniyorum üstümü, tribün materyalleri tam teşkilat. Mutfağa süzülüyorum, buzdolabından aşırdığım birşeylerle karnımı doyuruyorum.

    Saat 08:30. Tribünden çoçuklar o gece Beyoğlu`nda sabahlıyorlar. Güngören`de bir İstanbulspor maçı.

    Artık kapıya yönemle vakti. Günlerden Pazar.

    Montumu arıyorum sessizce. Herzaman olduğu yerde yok. Tekrar odama giriyorum. Orada da yok. Koridora çıkıyorum. “Mutfakta mı unuttum acaba?” Mutfağa giriyorum annem karşımda. Elinde montum. İmalı gözlerle bana bakıyor.

    Ne ilk, ne de son hastayken maça kaçışım bu, biliyor. Hissedebiliyorum. Sessizce duruyor.

    Nasıl anlatılabilir ki, insan sevgisini? Bir anneye nasıl anlatılabilir, düşünüyorum. Babamdan dolayı tribün aksyionlarına donanımlı annem, biliyor ne olup bittiğini stadın etrafındaki sokaklarda. Anlatmak istiyorum holigan olmadığımı, anne ben ultra`yım, holigan değilim, desem anlar mı acaba?

    Kahvaltı hazırlamaya başlıyor. Masaya oturup dışarıya bakıyorum.

    Saat  08:52. Gayrettepe`ye sis düşmüş, aklım Beyoğlu`nda.

    Babamın sesi geliyor içeriden. Seviniyorum.

    Aklıma Kadıköy`e gidiş hikayem geliyor. Gözünü kırpıp annemden gizli bileti cebime koyuşu.

    Maç üniformamdan babam durumu hemen anlıyor, gülümsüyor kaçamak.

    O biliyor ne de olsa, ultra olmak, holigan olmak değil.

    Holiganlığın rengi, sevdası yok, ultra olmak öyle değil ki! Ultras`ın tepkisi, kavgası var ama alışagelmiş kavgalardan değil. Politika, çözüm üretiyor ultras, başka bir şey değil. Daha iyi bir tribün, daha güçlü ses, daha üretken profil oluşturmak için çabalıyor. Katılımcı olmak hep içimde. Yer almamam mümkün değil ultras rüzgarında.

    Saat 09:12 yerimden kalkıyorum, annem montumu hazırlıyor.

    Babam cebine para sıkıştırmış. İstemek zorunda kalmamam sevindirici. Kahvaltı boyunca aklımdan geçenleri sanki anlamış annem. Derdimin ne olduğunu biliyor.

    Bunu anlayabiliyorum.

    “Bir annenin sevgiyi anlayamaması mümkün mü zaten?” diye kendimi satıyorum kendime.

    Babam yine kendine has gülüşlerinde.

    “Güle-güle” diyorum..

    [Bimp Lizkit]

    March 2, 2008

    This is England

    Müəyyən bir dönəmi əhatə edən film. İngiltərədəki skinhed hərəkatından bəhs edir. Skinhedlər 1970-80-ci illərdə İngilitərədə tribuna qruplarına da başçılıq edirdilər. Bir çox Firm`ləri (qruplaşma) skinhedlər idarə edirdi. Neo-faşizmin mərkəzi idilər. Nasizm və irqçilik haqda materyal axtaranlar bu filmdən bəhrələnə bilər.

    Rəsmi Sayt | Təqdimat Videosu | Filmi Yüklə

    February 29, 2008

    Adsız

    eyni&ferqli 

    İbrahim Keleşin qalereyasına baxmağınız çox-çox məsləhətdü!!!

    Yuxarıdakı şəkil onun çoxsaylı maraqlı işlərindən yalnız bircəciyidi.

    Mən bu cür işləri çox sevirəm. Ümidvaram, siz də belə işlərə biganə deyilsiz.

    Biganəsinizsə, yuxarıda bir "X" var sizinçün.

    [Usta] 

    Traktor/Penis/Superman/Ağcaqanad

    Ehtiyatlı olun, buralarda SPAM var!!! 

    antiSpam 

    Bezdim. Axı, nə qədər olar?

    Nə istəyirlər bizdən? Niyə kilo-kilo zəhlə tökürlər?

    Spamistləri deyirəm.

    Superman olmaq istəyirsən?

    Penisini böyütmək arzusundasan?

    Liftdə tək qalmaqdan qorxan xanımlar! Bu fürsəti qaçırmayın!

    Məktubu aç, dünyanı xilas et! 

    Lenin ölməyib! Che Guevara sağdı! Hitler yaşayır!

    Heç nə etmədən milyon dollar qazanmağa nə deyirsən?

    Ucuz qiymətə traktor satıram! 

    Qan axıtmadan ağcaqanadlardan azad olmaq indi sadəcə arzu deyil!

    Rus qızlarının İCQ nömrələri… nə bilim daha nələr, nələr…

    Ağıllı şeytan (sözarası: şeytan çox ağıllıdı) deyir, elə bu spamistlərin a (və ya spammerlərin) özünü spam atəşi ilə susdur ;)

    Siz necə baxırsız bu məsələyə?

    Görəsən bu Vera Karpovaya nə yazım göndərim? Bir də Ərəb Əmirliklərinin şahzadəsi var spam göndərənlər içində. Adama deyən lazım, "nöş" gedib, dəvə otarmırsan səhrada a şeyx? nə isə… Baş ağrısı vermirəm ki? Arada bir bizimkilərdən də gəlir bir şeylər. Bir də gördün hansısa Aysel Aliyeva, eləmə tənbəllik, hansısa saytda tanış olmağa dəvət edir. Əşşi, bura Azərbaycandııı, balaca ölkədiii, tanış olarıq, orda-burda görərlər, yaxşı deyil axı :)

    Atalar nə deyib? Spamı ver spamçıya, birini də üstəlik! 

    Ardı yoxdu… 

    [Usta]

    İdiotizm

    Növbəti "izm"imiz İdiotizmdi. Anadangəlmə əqli zəifliyin ən pis halıdır idiotizm.

    idio
     

    February 28, 2008

    LP-Hibrid Nəzəriyyəçiləri (Ardı)

    Başqa Layihələri və Xeyriyyə işləri (2004-2006)
    Meteoranın uğurundan sonra qrup yeni studiya albomu üzərindəki işlərini bir müddət təxirə salaraq səfərlər və əlavə layihələrlə məşğul olmaga başladı. Benninqton DJ Lesalın İncəsənətin Vəziyyəti Proyektiylə və Dead By Sunrise-la birgə başqa bir proyektlə, Şinoda isə Depreche Mode-la birgə göründü. 2004-cü ildən qrup Jay-Z ilə yeni remiks albomu Coallision Course üzərində işləməyə başladı. Hər iki ifaçının əvvəlki albomlarından olan mahnıların musiqi və sözlərinin sintezindən ibarət olan albom 2004-cü ilin Noyabrında debyut etdi. Həmçinin Şinoda yeni Fort Minor adlı qrup yaratdı. Bu qrupun The Rising Tied  adlı debyut albomu Jay-Z-nin köməkliyiylə işıq üzü gördü. Bu vaxt ərzində qrupla Uorner Bros arasında əlaqələr pisləşməyə başladı. Bir neçə ay davam edən bu narazılıq nəhayət 2005-ci ilin Dekabrında yeni müqavilə bağlanması ilə başa çatdı.
    Linkin Park bir neçə xeyriyyə işlərində iştirak edib. Qrup 2004-cü ildə Çarli və 2005-ci ildə Katrina qasırğalarının qurbanlarına maddi yardımı artırmağa kömək etmişdi. Qrup 2004-cü ilin Martında Xüsusi Əməliyyyat Hərbiçiləri Fonduna 75 min dollar hədiyyə etmişdi. Qrup həmçinin 2004-cü il Tsunami qurbanlarının çətinliklərin yüngülləşdirmək üçün bir neçə xeyriyyə konserti keçirmiş və əlavə olaraq “Acıları yüngülləşdirən Musiqi” adlı fond yaratmışdı. Qrup dunya əhalisini məlumatlandırmaq məqsədilə təşkil edilmiş Liv 8 adlı xeyriyyə konsertində iştirak etmişdi. Qrup Jay-Z ilə birgə Pensilvaniya və Filadelfiyada Liv 8-in səhnəsində dünya əhalisi qarşısında çıxış etdi. Bundan bir az sonra Qremmi Avard 2006-nın  təqdimatında qrup yenidən Jay-Z ilə birgə səhnədə göründü, mərasimdə onlar Numb/Enkor ifa etdilər və Ən yaxşı Rep/rok sintezinə görə Qremmi mükafatına layiq görüldülər. Daha sonra onlar 2006-cı ildə Yaponiyada Metallika tərəfindən təşkil edilmiş Yay Sonik musiqi festivalında iştirak etdilər.

    Dönüş:  Minutes to Midnight (Gecəyarı Dəqiqələri) (2006-bugünədək)
    2006-cı ildə Linkin Park studiyalarına qayıdaraq yeni albomları üzərində işləməyə başladı. Yeni albomun prodüsseri Rik Rubin seçildi. Albomun 2006-cı ildə işıq üzü görəcəyi barədə ilkin fikirlərə baxmayaraq albomun buraxılışı 2007-ci ilə qədər uzadıldı. 2006-cı ilin Avqust ayında Şinoda bildirdi ki, albomun yarısı tamamlanıb bu zaman qrup 30-50 mahnı yazmışdı. Benninqton vurğuladı ki, bu albomdakı mahnılar nyu metaldan tamamilə uzaq olacaq. Uorner Bros. rəsmi olaraq bildirdi ki, qrupun 3-cü albomu Minutes to Midnight 2007-ci il Mayın 15-də ABŞ-da işıq üzü görəcək. Albom üzərində 14 həftəlik işdən sonra qrup albomu daha da yaxşılaşdırmaq məqsədilə 17 mahnıdan 5-ni albomdan çıxartdı. Ilk həftəsində 600 min nüsxəsi satılan albom  son illərin ən uğurlu debyut həftəsinə malik olan albomlarından biri oldu. Albom həmçinin Bilbordun reytinqində #1 oldu. Albomun bəzi mahnıları albom buraxılmamışdan əvvəl Traybal İnk-in musiqisi üçün albomdan çıxarıldı.
    Albomun ilk sinqlı “What I’ve Done”nın (Mən Nə Etmişəm) Aprelin 2-də təqdim edildi və eyni həftə ərzində MTV və Fyuzda premyerası oldu. Mahnı dinləyicilər tərəfindən yüksək qarşılandı və Bilbordun Müasir Rok və Aparcı Rok Mahnılarının reytinqində #1 oldu. Albomun 2-ci sinqlıı “Bleed İt Out” (Qanını axıt) isə 2007-ci il Avqustun 20-də, üçüncü sinql “Shadow of the Day” (Günün Kölgəsi) bu sinqldan təxminən bir ay sonra Oktyabrın 8-də Birləşmiş Krallıqda, 16-da isə ABŞ-da təqdim edildi. Albomun 4-cü sinqlı “Given Up” 2008-ci ilin Fevralında təqdim olundu.
    Linkin Parkın turne və canlı konsertlərinə 2007-ci ilin İluyun 7-də Yaponiyada olan konserti də daxildi. Qrup 4-cü Procekt Rovoluşn adlı turneni yenicə başa vurub.
     

    Tərzləri:
    Hybrid Theory  və Meteora kimi albomlarında qrup hip-hop, alternativ, sintezator effekləri, elektronika təsirli nyu metal və rep rokdan istifadə edilmişdi. Uilliyam Rulman
    “Breaking The Habit” haqda bele soyləmişdi “ Conni artıq çoxdan işlənmiş musiqi tərzinə yenicə gəlib”, Rollinq Stoun isə bu mahnını “riskli lakin gözəl incəsənət” adlandırmışdı.
    Los Anceles Tayms Minutes to Midnight albomunu Underground 2 ilə müqayisə edərək soyləmişdi ki,qrup sonuncu albomda daha geniş və rəngarəng janrlardan istifadə etmişdi. Burda yalnız iki mahnıda rep oxunub, bu həmçinin qrupun solo gitara və Mayk Şinodanın oxuması ilə müşayiət olunan ilk studiya albomudu.
    Linkin Parkın iki müxtəlif vokalistinin olması onların musiqisində böyük rol oynayır. Benninqton vokalın daha çox metal janrında istifadə olunan bağırtı və qışqırıq formasında və yeri gələndə melodik ifasıyla da tanınır. O, Hit Paradda  “Həmişə Top 100 Ağır Metal Vokalistləri” siyahısında 46-cı yerdə dayanır. Qrupun təşkilatçısı, reperi Mayk Şinoda isə həmin Hit Paradda 72-ci yeri tutub. Şinoda bütün bəkvokalları ifa etməklə yanaşı sonuncu albomda 3 mahnıda
    “In Between” (Arada), “Hands Held High” (Əllər Yuxarıda), “No Roads Left” (Başqa Yol Yoxdur) əsas vokal hissəsini ifa edib.

    Rise of The Footsoldier

    "Rise of the Footsoldier follows the inexorable rise of Carlton Leach from one of the most feared generals of the football terraces to becoming a member of a notorious gang of criminals who rampaged their way through London and Essex in the late eighties and early nineties. It is three decades of his life following him from football hooliganism, through to his burgeoning career as a bouncer, his involvement in the criminal aspects of the early ‘rave’ scene and subsequently to his rise to power as one of the most feared and respected criminals in the country. The story concludes with three members of his firm being brutally murdered in the infamous shot-gun slaying at Rettenden"

    2007 | İngilitərə | Təqdimat videosu

    February 27, 2008

    80th Annual Academy Awards

    Oskar qardaş qaliblərini açıqladı!

    Daniel Dey Luis

    Ən yaxşı film: No Country for Old Men
    Ən yaxşı rejissor: The Coen Brothers - No Country for Old Men
    Ən yaxşı kişi aktyor: Daniel Day-Lewis - There Will Be Blood
    Ən yaxşı qadın aktyor: Actress: Marion Cotillard - La Vie En Rose
    Ən yaxşı köməkçi kişi aktyor: Javier Bardem - No Country for Old Men
    Ən yaxşı köməkçi qadın aktyor: Tilda Swinton - Michael Clayton
    Ən yaxşı orijinal ssenari: Diablo Cody - Juno
    Ən yaxşı uyğunlaşmış ssenari: Joel and Ethan Coen - No Country for Old Men
    Ən yaxşı əcnəbi: The Counterfeiters - Avstriya
    Ən yaxşı animasiya: Ratatouille
    Ən yaxşı qısa metrajlı animasiya filmi: Peter and the Wolf
    Ən yaxşı qısa metrajlı sənədli film: Freeheld
    Ən yaxşı uzun metrajlı sənədli film: Taxi to the Dark Side
    Ən yaxşı sənət rejissoru: Sweeney Todd
    Ən yaxşı görüntü rejissoru: Robert Elswit (Qan töküləcək - There Will Be Blood)
    Ən yaxşı kostyum: Alexandra Byrne (Elizabeth - Qızıl çağ)
    Ən yaxşı makyaj: Didier Lavergne ve Jan Archibald (La Vie en Rose – Qalxma sərçəsi)
    Ən yaxşı mahnı: “Falling Slowly “- Once, Glen Hansard ve Marketa Irglova
    Ən yaxşı görüntü effekti: The Golden Compass
    Ən yaxşı orijinal musiqi: Dario Marianelli (Atonement)
    Ən yaxşı qurğu: The Bourne Ultimatum
    Ən yaxşı qısa metrajlı film: Le Mozart Des Pickpockets
    Ən yaxşı səs qurğusu: The Bourne Ultimatum
    Ən yaxşı səs miksajı: The Bourne Ultimatum

    Əmək haqqı, Gediş haqqı, Allah haqqı!

     Hamı sərgiyə!!! İncəsənətimizin süni nəfəsverməyə ehtiyacı var!

     

    Üzərinə 2 dəfə toxunmaqla yekələnən şəkillərdəndi. Haydı, kursorunla bir möcüzə yarat :)

    Müasir zamanda bir şeylər yaratmağa çalışan, içindəki hissin paslanmasınia imkan verməyib onu müxtəlif yollar, kanallarla digər həmplanetlilərinə çatdırmaq istəyən gənclər də var. Bəlkə də səsləri Rəqsanənin səsinin fonunda zəif eşidilir, bəlkə də yazdıqları Markesin səviyyəsində deyil, bəlkə çəkdikləri Mona Liza qədər PR olunmur, amma onlar yorulmur… elə heeeey yazır-pozur, cızır-pozur, tərbiyələndirir-pozur…

    İncəsənətin, ədəbiyyatın fəxri xiyabanda torpağa çevrilməsinə imkan verməyənlərə eşq olsun!

    Yaradanın min bir əziyyətinə sinə gərib yaradanlara eşq olsun!

    Yaradıcı düşüncəyə, fikrə, tüpürcəyə eşq olsun!

    imza: Usta 

    February 26, 2008

    16 il əvvəl…

    Öldük! Öldürüldük! Qırıldıq, talan edildik.. 
    Öldürək! Qıraq! Talan edək, viran qoyaq! Yox edək! Var olaq, ya da olmayaq!
    Yox..
    Düşünək bir az. Utanaq əvvəlcə. Yada salaq. Yaddaşda saxlayaq. Dərs çıxaraq.

    February 25, 2008

    Postmodernizm

    Postmodernizmin təsviri izahı :)

     

    Gələcəkdə digər "izm"lərin də bu cür izahlarını diqqətinizə təqdim edəcəm.

    imza: Usta 

    1 daşla 2 quş

    Bu şəkil sayəsində disklərin əsl təyinatını anlamış olduq. Necə də sadəlövh ola bilərmiş insan?! :)

     

    Etiraf otağı

    Məni bağışla padre,
    Qaranlıq altar.
    Pərdə arxasından etiraflarımı dinlə müqəddəs ata!
    Bu kilsədə ilk və son dəfə danışacam,
    İçimə bağlı gizli böyük sirlərimi.
     
    20 ilimi geridə qoydum,
    Göz qırpımında.
    İncə uşaq sərt qalaya döndü.
    Dirək axtarırdım, başqalarına dirək oldum.
    Məcbur oldum,
    Həyat oyunu çox cığaldı.
    Saçıma çəkilən hər sığalda anamı tapdım.
    Özümə rəfiqə seçdim.
    Günlər keçdi beləcə.
    Arzular da velosipeddə qaldı.
    Yox idi onda imkan.
    Çox dalaşdı atam anamla.
    Qapının önünü mən pusurdum.
    O vaxtdan yarandı vərdiş:
    Hamı danışır, mən susurdum.
    “Uşağı həkimə göstərin.
    Bəlkə sinirləridi xəstə?!”
    Hamı əllərində çiçəklərlə gəzir,
    Dəstə-dəstə.
    Qaraqan ağlıyır qıraqda,
    Qaraqan dərd çəkir.
    Təzəcə başlamış bu uşaq
    Həyata necə də xətt çəkir?!
    Nəyə görə,
    Hamı oynayanda oturur arxada?
    Nəyə görə,
    Məktəb, ali məktəb arxa partada?
    Nəyə görə,
    Sevgi sözünü eşidən anda gözü qaçır?
    Nəyə görə,
    Qanı qara?..
    Hamı eyni mövzu,
    Eyni suallarla bezdirəndə,
    Qaçıb dəniz sahilində
    Dizimi qucaqlardım.
    İndi həmin günlər uzaqlarda.
    Uzaqlarda, lakin yanır sönür mayak.
    Bir az sakitləş,
    Nəfəsi saxla,
    Ona qədər sayaq…
    1,2,3..
     
    Məni bağışla padre,
    Qaranlıq altar.
    Pərdə arxasından etiraflarımı dinlə müqəddəs ata!
    Bu kilsədə ilk və son dəfə danışacam,
    İçimə bağlı gizli böyük sirlərimi.
     
    Deyirlər pul deyil əsas,
    Onunla xoşbəxt olmaz.
    Deyirlər insan elə bir varlıq,
    Heç vaxt gözlər doymaz.
    Deyirlər sevgi olan yerdə,
    Qürur xəstəlikdi.
    İçimə doldu payız xəzanı,
    Yenə də yaşadım arzularda.
    Üstəlik mənim də gizli hisslərim gizlənib,
    Neçə bina damından ulduzlara baxıb gözlədim.
    İstədim sevgilim olsun,
    Mənimlə eyni düşüncələrə sahib.
    Yarı sözdən anlıyaq bir-birimizi.
    Çox ürək də qırıb getdim.
    Göz yaşları töküldü, səbəbi mən.
    Hərdən oluram əsəbi mən.
    Hərdən içimə qapanıram,
    Hərdən intihar arzuları biləkdə iz qoyur.
    Hərdən Allahın qarşısında Qaraqan diz çökür,
    Və sanki xeyri yoxdu.
    Dualar da sanki boşdu.
    Həyat filmi maraqsızdı.
    Bu nə bəladı? Bu nə cür işdi?
    Uşaqlıqdan arzum olub rəssam olum,
    Amma bu gün rəssam olmaq istəyən acından ölür.
    Xaraba dünya.
    Dərəyə yıxılan araba dünya.
    Qəribə dünya.
    Hamı burda quldu,
    Təkcə xəlifə dünya.
    Əlinə dünya düşmüşəm,
    Oyuncaq kimi.
    Mən kəpənək,
    Sən hörümçək kimi.
    Toruna bağlı,
    Ürəyi dağlı…
     
    Məni bağışla padre,
    Qaranlıq altar.
    Pərdə arxasından etiraflarımı dinlə müqəddəs ata!
    Bu kilsədə ilk və son dəfə danışacam,
    İçimə bağlı gizli böyük sirlərimi.
     
    Hıçqırıqlar içimi doldurub.
    Nəyə görə gəlmişəm bu həyata?
    Qəribə suallar divar tək əhatəmdə.
    Xasiyətim də sentimental.
    Doludur kompleks.
    Gücüm zəifliyimi danmamaqda,
    Qapını üzümə bağlamaqda.
    Peşəkar olan doğmalar var.
    Məni sevənləri incidirəm,
    Sevməyənlərin acığını olardan çıxıb.
    İnsanam mən də!
    Öz səhvlərimlə həyata tozlu pəncərədən baxıb,
    Günbəgün və günbəgün bezib,
    Eyni mənzərədən qaçıram.
    Ölümə doğru,
    2007 addım atmışam.
    Yəqin az qalıb.
    Naşükürəm bəlkə?
    Hər nə olsa, yenə də az gəlir.
    Əbədi qışdayam,
    Amma inanıram ki, yaz gəlir…
     

    imza: Qaraqan

    February 24, 2008

    Yeni əfsanə - I AM LEGEND

    Dünyadakı son insan.. tək deyil!

    o bir əfsanədi.. amma tək deyil!

    Zombi filmləri silsiləsindən sonuncu və deyərdim ki, ən baxımlısı. 28 Days Later (28 gün sonra) tipli qorxu filmi həvəskarları üçün əla material. Xüsusi qrafik effektlər, müasir bədii səhnələr və gerçək, eyni zamanda fantastik həyat hadisələri - film üçün əsas xarakterik özəlliklər bunlardı. Üstəgəl Uill Smitin möhtəşəm aktyorluq bacarığı və konkret bu filmdəki ifası. Bərabərdi əvvəlkilərdən heç nəyiylə fərqlənmiyən, amma hər şeyiylə fərqlənən film…

    Bir az daha sadə dildə desək, Frençis Laurensin filminin ümumi ssenarisində əlahiddə bir şey yoxdu. Riçar Matesonun eyni adlı kitabı əsasında çəkilib. Lakin konkret səhnələr var ki, buradakı hadisələr hətta həmin o superqarfik effektləri də kölgədə qoyur. Məsələn, 1001 gün (başınızı yormuyun 3 ildən çox edir) şəhərdə tənhalıqda yaşayan həkim Robert Nevill  "Şrek"  filminin bütün sözlərini əzbər bilir. Vaxt keçirməyin yollarını axtara-axtara bir filmə o qədər baxır ki, axırda ordakı səslər də yaddaşına həkk olunur. Yaxud, DVD satış mağazasında Robertin manikenlə danışması. Zəhərlənmiş itinə laylay deməsi. Ona virus keçdikdiyi bildikdən sonra boğub öldürməsi və yeganə dostunu itirdiyinə görə ağlaması. Zombilərin hücumundan qurtaran qızla aqressiv danışması. Pessimizmə qapılaraq, artıq dünyada insanın olmadığını və insan koloniyasının isə uydurma bir şey olduğuna inanması. Və s. və i.

    Bir sözlə Azərbaycan kinoteatrına getməyib, evdə DVD-dən də baxa bilərsiz. Amma diqqətli olun ki, baxdığınız "pirat" DVD-nin tərcüməsi normal olsun. Heç olmasa kinoteatrdan çəkiliş oğurluğu olsun =) Məncə, DVD alsaz da peşman olmazsız. Çünki 150 milyon dollara başa gələn bu film, artıq dünyadakı bütün təqdimatlardan sonra $572,019,000 yığıb (adamın lap uauuuuu! deyib qışqırmağı gəlir :) ). Dostunuzda, tanışınızda filan varsa DVD, almaya da bilərsiz. Yenə də istənilən halda kolleksiya xətrinə evdə saxlamaq yaxşıdı.

    Saundtrek (kinonun musiqisi) Ceyms Nyuton Hovard tərəfindən yazılıb. Filmdə Bob Marlinin mahnılarından da istifadə olunub. Onunla bağlı bir epizod da var.

    Maraqlı məqamlardan biri də, Uill Smitin oğlu Uillou Smiti də, Robert Nevill surətində oğlu Merli kimi çəkdirməsidir. Düzdür elə bir ciddi rol olmur onunla bağlı, amma deyəsən cunior Smit də, atası kimi gələcəkdə vurub-tutan aktoylardan olacaq. Hər halda belə gənc yaşda Uorner Brazers kimi nəhəng şirkətlə müqavilə imzalamaq hər uşağın işi deyil.

    Rəsmi sayta buradan baxın (maraqlı bir şey yoxdu :) ). Təqdimat videosu üçün Yutub-dakı treylerlər yetərli olar. IMDB-dəki profaylında isə daha çox məlumat əldə edə bilərsiz.

    February 22, 2008

    LP-Hibrid Nəzəriyyəçiləri

    Mənbə: Aqura Hils, Kaliforniya, ABŞ
    Janr: Alternativ rok, alternativ metal, nyu metal, rep rok
    Fəaliyyət İlləri: 1996-bugünədək
    Yarlıqları: Varner Bros, Maşin Şop
    Əlaqəli İşləri:
    • Xero (1996-1998)
    • Hybrid Theory (Hibrid Nəzəriyyəsi) (1999)
    • Dead by Sunrise (Gündoğması ilə Ölmüş)
    • Fort Minor
    • Jay-Z
    Qrup üzvləri: 
    • Çester Beninqton - baş vokalçı (1999-bugünədək)
    • Rob Burdon - barabançı (1996-bugünədək)
    • Brəd Delson - baş gitarist (1996-bugünədək)
    • Deyn "Foniks" Farrel - bas gitarist, bək vokalçı (1996-1999, 2001-bugünədək)
    • Co Han - proqramist,  zərb (1996-bugünədək)
    • Mayk Şinoda – təşkilatçı, vokalçı, ritm gitarist, sintizatorçu, pianoçu (1996-bugünədək)
     Keçmiş Qrup Üzvləri: 
    • Mark Veykfild – vokalçı  (1996-1998, hələ qrup Xero adlanırdı)
    • Kayl Kristner – bas gitarist (1999-1999, müvəqqəti Farreli əvəz etmişdi)
    • Skot Koziol – bas gitarist (1999-2001, Hibrit Nəzəriyyəsində bas gitarist olmuşdur)
     Albomları: 
     
     
    Qrupun Tarixi:
    Linkin Park Kaliforniyanın Agura Hilsdən olan rok qrupudur. 1996-cı ildə yaranandan bugünə qədər qrupun 50 mln albomu satılmış və iki Qrammi Mükafatına yiyələnmişdi. 2005-ci ildə qrup əsas uğurunu debyut albomu “Hybrid Theory” ilə qazanmış və RİAA tərəfindən “Diamond” mükafatına layiq görülmüşdü. Qrupun uğuru ikinci albomu “Meteora” ilə davam edir və 2003-cü ildə “Bilbordun 200” reytinq cədvəlində top albom olur, bu da qrupun dünya üzrə geniş səfərlərinə və xeyriyyə işlərinə yol açır.
    “Hybrid Theory”“Meteora” albomlarında nyu-metal janrlarında oxumaqlarina baxmayaraq “Minutes to Midnight” albomunda müxtəlif  janrılara müraciət etmişlər. Bu albom Bilbordun reytinq cədvəlində 1-ci yerə qədər yüksələrək həmin ildə bütün debyut albomlarını üstələyir və 3 həftə 1-ciliyi qoruyub saxlayır. Qrup həmçinin “Collision Course” də tanınmış reper Jay-Z və “Reanimation” da başqa artistlərlə olan əməkdaşlıqları ilə yadda qalıb.

    İlkin illəri: (1996-1999)
    Qrup orjinal olaraq Aqura Universitetindən olan 3 tələbə: Brəd Delson, Mayk Şinoda və Rob Burdon tərəfindən yaradılmışdı. Universiteti bitirdikdən sonra Kaliforniyalı 3 dostun musiqiyə artan marağı onları musiqiylə daha ciddi məşğul olmağa sövq etdi və onlar Co Han, Deyv “Foniks” Farrel və Mayk Veykfildi qrupa dəvət etdilər, o zamanlar qrup “Xero” adlanırdı. Məhdud şəraitə baxmayaraq 1996-ci ildə qrup Şinodanın yataq otağını özləri üçün studiyaya çevirir və mahnılarını burda yazmağa başlayırlar. Qrup üzvləri arasındakı gərginlik və dilxorluq hissləri İlk lentəalma işləri ilə bağlı uğursuzluqdan sonra daha da artdı. Uğursuzluq və qrupdakı anlaşılmamazliqlar Veykfildi qrupu tərk edərək başqa proyekt axtarmağa vadar etdi. Farrel də
    Tasty Snax və başqa qruplarla birlikdə səfərlərə çıxdı.
    Veykfildin əvəzləmək üçün axtarışlara kifayət qədər vaxt itirən “Xero” Arizona vokalisti Çester Benninqtonu qrupa dəvət etdi. “Zomba Music”-in vitse prezidenti Cef Blu 1999 –cu ildə onu qrupa üzv seçdi. Arizona qranc qrupu olan “Qrey Deyz”in keçmiş üzvü kimi o başqalarından fərqlənirdı. Qrup adını “Xero”dan “Hybrid Theory”yə dəyişdi. Benninqtonun qrupa qebulundan sonra qrup yeni materiallar üzərində işləməyə başladı. Bundan çox keçməmiş qrupu adı yenidən dəyişərək “Linkin Park” la əvəz edildi. Qrup “Santa Monika” nın Likoln Parkını dəyişərək “Linkin Park”a çevirdilər. Bütün bu dəyişikliklərə baxmayaraq qrupda hələ də prodüsser axtarışları davam edirdi. Bir çox səsyazma studiyalarından aldıqları rədd cavabından sonra, qrup kömək üçün yenidən Cef  Bluya müraciət etdi. Varner Bros səsyazma studiyasıyla müqavilə üçün əvvəl edilən 3 uğursuz cəhddən sonra Cef Blu indi Varner Brosun vitse prezidenti kimi qrupla 1999-cu ildə müqavilə bağlamağa nail oldu. Bu müqavilədən sonra qrupun növbəti Çevriliş albomu “Hybrid Theory” də Varner Brosun köməkliyiylə işıq üzü gördü.

    Çevriliş: Hybrid Theory (2000-2002)
    Linkin park “Hybrid Theory” albomunu 2000-ci il Oktyabrın 24-də təqdim etdi. Qrupun beşillik əziyyətinin bəhrəsi olan albomun prodüsseri Don Gilmor idi. Fanatlar tərəfindən yaxşı qarşılanan və debyut ili ərzində 4,8 mln nüsxəsi satılan albom 2001-ci ilin ən çox satılan albomu statusuna yiyələndi. Albomun
    “Crawling” “One Step Closer” kimi sinqılları  bütün il ərzində radio siyahısına ən yaxşı alternativ rok nümünəsi kimi imza atdı. Bundan başqa albomun  digər sinqılları Drakula 2000, Little NickyValentine filmlərinin saundtrəki kimi istifadə olundu. “Hybrid Theory” 3 Qremmi mükafatına: ən yaxşı artist, ən yaxşı albom və ən yaxşı ağır rok performansina (Crawling-ə görə) layiq görüldü. MTV qrupu In the End” mahnısına görə 2 mükafata: ən yaxşı rok video və ən yaxşı istiqamət  nominasiyaları ilə təltif etdi. Ən yaxşı ağır rok performansına görə Qremmi mükafatına layiq görülən “Hybrid Theory” albomunun dünya uğuru qrupu diqqət mərkəzinə çəkdi.
    Bu vaxt ərzində qrup yüksək səviyyəli səfər və konsertlərə dəvət edildi, bunlara Ofzet, Famili Valyu Tur və KROQ Almost Akustik Kristmas daxil idi. Qrupun Procekt Revoluşn adlı səfərinə başqa artislər: Krisp Hil, Snup Doq və Adima da cəlb edilmişdi. Bir il ərzində Linkin Park 320 konsert keçirtdi. Yeni yaranmasına baxmayaraq peşəkar  olan qrupun performans və təcrübələrinin cəmləşdiyi “Frat Party at the Pankake Festival” adlı DVD-si 2001-ci ilin  Noyabrında debyut etdi. Keçmiş bas gitaraçı Deyv Farrelin qrupa yenidən qoşulması ilə qrup yeni  remiks albomu “Reanimation” üzərində işləməyə başladı. Bu alboma “Hybrid Theory”“Hybrid Theory EP” dən olan işlər də daxil idi. Albom 2002-ci il İyulun 30-da debyut etdi. Alboma Blək Sot, Conatan Devis, Aron Levis və başqaları ilə duetlər daxildir. “Reanimation” Bilbordun 200-lüyündə #2 oldu və debyut həftəsi ərzində 270 min nüsxəsi satıldı.

    Davamedən Uğur: Meteora (2002-2004)
    Hybrid Theory  Reanimation-nın davam edən uğurunu izləyərək qrup vaxtının çox hissəsini ABŞ ətrafı səfərlərdə keçirdi. Qrup cədvəllərinin çox sıx olmasina baxmayaraq yeni albom üzərində işləməyə başladı, onlar boş vaxtlarının çox az hissəsini öz avtobus studiyalarında keçirirdilər. Studiya albomunun rəsmi buraxılışı 2002-ci ilin Dekabrına elan edilmişdi. Albomun adı Yunanıstanın yüksək qalıqları üzərində çox sayda monastr tikilmiş regionu Meteoranın adından götürülmüşdü. Meteorada qrupun keçmiş tərzi nyu-metal, repkordan yeni effektlərlə istifadə edilmişdi, buraya həmçinin Yapon fleytası şakuhaçi və başqa alətlərdən istifadə olunmuşdu. Linkin Parkın ikinci albomu 2003-cü il Martın 23-də debyut etdi və İngiltərə, ABŞ-da #1, Avstraliyada isə #2 olaraq bütün dünyada tanındı.
    Meteoranın ele birinci həftədə 280 mindən artıq nüsxəsi satılaraq Bilbordun reytinqində ən çox satılan albom adını qazandı. Albomun bəzi sinqıllarının video versiyararı:
    “Numb” (Lal), “Somewhere I Belong” (Harasa Aidəm), “Faint” (Gorünməyən), “Breaking The Habit” (Vərdişi Pozmaq) kifayət qədər diqqət qazandı. 2003-cü ilin Oktyabrına qədər albomun 3 mln nüsxəsi satıldı. Albomun uğuru qrupa ikinci Procekt Revoluşn layihəsini həyata keçirməyə imkan yaratdı, bu proyektə Madveyn, Blayndsayd, Eksibit və başqa qrup və artislərlə olan duetlər aiddir. Bundan başqa Metallika qurupu 2003-cü il Yay Sanatoriya Turuna Linkin Park, Limp Bizkit, Madveyn və Diftons kimi tanınmışları dəvət etmişdi. Qrupun “Texasda Həyat” adlı albom və DVD çıxartdı ki, bu albom tur zamanı qrupun Texasda oxuduğu audio və video mahnılardan ibarətdir. 2004-cü ilin əvvəllərində Linkin Park Meteora Dünya Turu adlı turneyə çıxdı və turnedə onları Hubastanq, P.O.D və Story of The Year kimi qruplar dəstəkləyirdilər.
    Meteora qrupa çox saylı mükafatlar qazandırdı. Qrup MTv-nin ən yaxşı rok video (“Somewhere I Belong” mahnısına görə) naminasiyasına, Tamaşaçı Seçimi Mükafatına (Breaking The Habit mahnısına görə), 2004-cü il Radio Musiqi Mükafatına-İlin Artisti və İlin Mahnısı nominasiyalarına (Numb-a göre) yiyələndi. Meteora Hybrid Theory kimi uğur qazanmasa da 2003-cü ildə Amerikada 3-cü ən çox satılan albom oldu. Qrup 2004-cü ilin ilk aylarını dünya ətrafı səfərlərində keçirdilər. İlk olaraq səfərə 3-cü Procekt Revoluşnla başlayıb sonra isə Avropada bir neçə konsertlə davam etdirdilər.
     

    Ardı var…

    February 19, 2008

    Müavinin (q)ayıbı

    Günəş şüası pəncərə şüşəsindən elə sürətlə keçir, elə bil onu əritmək… yandırmaq… məhv etmək istəyir. Mənim üzərimə şüa salmaq lazım deyil… eşidirsən?… onlar qəlbimi isitmir… bədənim isti olsa da, içim buz kimidi…
    Şapşaplar… mən yalın ayaqlarıma bu yumşaq, xovlu şapşapları geyinməyə necə də nifrət edirəm. Yalın ayaqların döşəmədən, yerdən gələn soyuğu hiss eləməsi daha gözəldi mənimçün… heç olmasa nəsə daşlaşmış bədənimi titrəməyə məcbur edir…
    Görəsən bu şapşapları kim icad edib? Yəqin elə qəfəsi də icad etmiş insanın işidi bu.
    Örtmək, bürümək, bağlamaq, üstünü basdırmaq, qablaşdırmaq, düyünləmək… bunlar insanın qorxunc xüsusiyyətləridi… Axı, niyə insanlar hər şeyin təbii halından qorxur?.. Niyə insanlar həmişə nədəsə, kimdəsə gizlənmək istəyir? Niyə təbii azadlığa belə nifrət edirlər? Niyə azadlıq insanı belə qorxudur?.. Yenə filosofluğum tutdu… Bəs məna?… Məna yoxdu… Olsaydı, hər şey belə daimi, mütəmadi, hər ay… hər gün…hər saat… hər dəqiqə təkrarlanmazdı… heç nə dəyişmir…Yox, əzizlərim, hamımız eyni, əvvəlcədən planlaşdırılmış həyatı yaşayırıq… hamımız eyni pyesdə oynuyuruq…sadəcə rollarımız fərqlidi…
    Eh… Günəş parıldayır…amma şaxtalıdı hava… aha, qar da başladı… Günəş isə təslim olmaq istəmir, deşib keçmək, dünyadakı hər şeyi isitmək istəyir… Siz bir bunun özündən razılığına, sadəlövhlüyünə, təkəbbürünə baxın…
    Bax, hava isə mexanizmlə yaşamır… soruşacaqsız ki, bəs fəsillər, aylar, növbə ilə dəyişən isti və soyuq???… boş şeydi… hava bəzən elə şıltaqlıq edir ki, heç yuxuda da görməzsiz… və sizin metereoloji hesablamalar, proqnozlar, nə bilim nələr bunun qarşısına ala ya qabaqlaya bilməz… off… insanlar necə də öncədən duymaq, adlandırmaq, izah etmək, təkrarlamaq, standartlaşdırmaq, xırdalaşdırmağı sevir…nə yaxşı ki, təbiət insan oğluna boyun əymir və əyməcək… bizi yer üzündən silmək istəsə, yerdən yarpaqları süpürən qoca qarı tək bir hərəkətə bizi süpürər… və sizin fizikanız, coğrafiyanız, kimyanız və bu kimi bənzər DƏQİQ elmləriniz heç nə edə bilməz…

    Hmm, nə olub mənə… səhər tezdən bir belə deyingənlik hardandı məndə… əlbəttə, mən də bəzən gülümsəyirəm, amma səhərlər bu nadir hallarda olur… bağışlayın da…
    Ups, az qala xala yıxılacaqdı… xalacan, ehtiyatlı olmaq lazımdı… anlayıram… sürüşkəndi yer… ora-bura əyilməli olursan… daha yüngül geyinmək isə olmur… içi xəzli, uzun və iri kürkdən başqa heç nə qoruya bilməz insanı bizim şaxtalardan… donmuş, buzlanmış yolda tarazlığı qorumağa isə şpilkalı uzunboğaz çəkmələrdən başqa heç nə yardımçı olmur… hə, bilirəm sənin günahın yoxdu… KİMSƏ səhər tezdən yolları təmizləməli idi… ELƏSİ yoxdu axı… buna görə də evdən çıxanda əyninə poxbasan geyinməlisən, başqa yolu yoxdu…
    Çəkilin də, nə durmusuz qapının ağzında… bliin.. sıxlaşın, arxaya gedin bir az… orda elə gizli yerlər, elə bakirə kvadrat metrlər var ki, ora heç insan ayağı dəyməyib… sizsə burda qapı ağzında topalaşmısız… dayday sıxlaşın deyirsə, demək sıxlaşmaq olar və lazımdı…biz axı həmişə bizə deyiləni edirik… gəlin bu adətimizi pozmayaq…

    Nə yaxşı ki, xeyirxah insanlar universitet binasına aparan cığırı təmizləyiblər… bəs necə?… axı, vertolyot meydançası yoxdu… rektor da “iş” yerinə bu yolla gəlməli olur… belə də iş olar? Yox, gərək bir vertolyot meydançası tikilsin burda…
    Qızlar… nə qədər qız var… hamısı da mütləq eyni yerə, tələbə qızların toplaşma yerinə - güzgünün asıldığı divarın önünə yığılıb… onsuz iş olar? Siz güzgüsüz universitet təsəvvür edə bilərsiz? Mən yox… onsuz koridorlar boşdu…qorxuncdu…yox, güzgü universitet atributudu və mütləq beş mərtəbənin beşində də olmalıdı… Girmək olar? Oho, dekan müavini… Salam, “əzizim”… zəngdən beşcə dəqiqə keçib və sən artıq burdasan… kimin gəlib, kimin gəlmədiyini yoxlayırsan… bax, mən gəlmişəm… bəli, bağışlayın, hava şəraitinin “qəfil” pisləşməsi, nəqliyyat vasitələrinin tapılmaması üzündən bir az gecikmişəm…sənə dəxli yoxdu?… əlbəttə, dəxli yoxdu…əsasən də sənə… axı, niyə səni tələbələrin gəlib, gəlməməyi belə narahat edir ki, sən müəllim, hətta qrup olmayanda da belə narahatsan, hər dərs kabinet-kabinet gəzirsən? Bizim gələcəyimizçün narahatsan?.. nə gözəl… “Ç” hərfini niyə düzgün tələffüz eliyə bilmirsən??? Bəlkə dilin donub, danışa bilmirsən?… əllərinsə qayıb yazmaqdan yorulmayıb, elə hey qayıb döşəyirsən jurnala… yox, əşşi bu qayıblar istənilən bədii əsərdən daha dəyərlidi.. bir qayıbın-23 manat, 07 qəpik… bu cür yaradıcılığı qiymətsiz qoymaq, parlaq idrakının gizli nöqtəsində saxlamaq olmaz…yaz… 23 manat 07 qəpiklik qayıb yaz mənə… dünyanın ən ucuz qayıbı mənim fiziki yoxluğumdu… Yox, yazdığın qayıb cibimdən başqa heç nədə iz buraxmayacaq… amma sənin ağıl qayıbın isə çox baha oturacaq…yoox, mənə yox…gələcək nəsillərə…

     

    imza: Back to Black

    February 16, 2008

    Rokun Aprel Şərabı (Ardı)

    Plaqiatçılıq İttihamları:

    2007-ci il Mayın 5-də Avril, bəstəkarı Lukas Qotvald, səsyazma markası birlikdə Ceyms Qanqver və Tommi Danbar tərəfindən “Girlfriend” mahnısının onların 1979-cu ildə yazdıqları və Rubinus tərəfindən oxunan “I Wanna Be Your Boyfriend” mahnısının plagiat forması olması haqda ittihamlar irəli sürdülər. 2008-ci ilin Yanvarında Avril Rubinus tərəfindən bütün ittihamlardan azad olundu.

    2007-ci ilin İyun ayında Avrilin mahnılarının əksər hissəsini birlikdə yazdıqları “Under My Skin” albomunun bəstəkarı Çental Kriazvuk “Preforming Songwriter” jurnalına müsahibəsində onun haqda belə demişdi: “Avril, bəstəkardır? Avril heç vaxt bir mahnı da yazmayıb. Son zamanlar o etik çərçivəni keçib amma nədənsə keç kəs bunu görmür.ona görə də mən bir də heç vaxt onunla işləməyəcəm. İki il bundan qabaq ona “Contagious” adlı mahnı gördərdim bu mahnı albom listində yer alsa da üstündə adım yazılmayıb. Niyə belə olmalıdı axı? Sizə deyirəm ki, incəsənət belə ziddiyyətlərin subyekti olmamalıdı.”

    İyulun 6-da Avril saytında açıq məktubla Rubinusun mahnısını heç eşitmədiyini söyləyərək rəsmi şəkildə bütün ittihamlari üzərindən atdı və Kriazvukun ittihamlarına qarşı rəsmı ölçülər götürəcəyinə söz verdi: “ Bu mənim reputasiyama bir zərbə və xarakterimə təmamilə uygun olmayan bir ittihamdır.”

    İyulun 10-da Kriazvuk rəsmi şəkildə üzr istədi və intervyuda söylədikləri haqda belə söylədi:” Mən “Performing Songwriter” jurnalına Avril haqda dediyim səhv fikirlərə üzr istəyirəm. Mən Avrilin etikası və bəstəkarlıq qabiliyyətini sual altina almaq niyyətim deyildi. Onun etik və bəstəkarlıq qabiliyyətini sual altına aldığım bu intervyudakı fikirlərin əsassız olduğunu bildirirəm. Avrillə işləmək mənimçün fəxr olub.”

    “I Don’t Have To Try” mahnısı da ziddiyyətlərə səbəb oldu. Bu mahnı ilə Peaches-in 2003-cü ildə yazdığı “I’m The Kinda” mahnısı arasıdakı oxşarlıqlar plagiatlıq şübhələrinin baş qaldırmasına səbəb oldu. Avril bu haqda demişdi ki, Peaches mənim ən sevdiyim ifaçılardan biridir. Peaches isə Avril haqda ancaq bu sözləri dedi: “O, böyük ulduzdu, həm də çox çalışqandır. O, sadəcə bu günün musiqiçisi deyil. O, indi var və həmişə də yaşayacaq. Çox şadam ki, o məndən təsirlənib və bu da mənim mahnıma diqqəti artırıb, Avrilə görə yarım milyon insan mənim mahnıma qulaq asib.”

    Forbesin şərhinə görə Avril “The Best Damn Thing” albomundan 12 mln dollar qazanıb.

    Başqa İşləri:

    Avrilin Con Lenonun “Imagine” sinqlına yazdığı kover onun Darfurun xilası üçün təşkil edilmiş Beynəlxalq Amnistiya Kompaniyasının “Instant Karma” albomuna tövhəsi oldu.

    Lavin “Goo Goo Dolls” -un “Iris” mahnısına yazdiğı koveri qrupun esas ifaçısı və sözyazarı Con Rzezniklə birgə 2004-cü ildə Erik Buk tərəfindən təşkil edilmiş “Fashion Rocks” konsertində ifa etdi. Avrilin başqa koverlərinə Bob Dilandan “Knockin’ on Heaven’s Door”, Şania Tvaindən “No One Needs To Know”, Qrin Deydən “Basket Case” daxildir. Avril vurğulayir ki, “Iris” mahnısı onun həyatı boyu ən sevdiyi mahnı olaraq qalacaq.

    Avril həmçinin “Make 5 Wishes” (5 Arzu Dilə) adlı komik serialda baş rolda çəkilərək pop ulduz rolunu canlandırıb.

    Film Karyerası:

    Avrilin film debyutu “Over The Hedge” ( Kirpinin üstündə) animasiya filmi ilə başladı, bu film eyni adlı komik senariyə əsaslanır. Filmdə Avrillə birlikdə Brüs Villis, Villiam Şatner, Qarri Şandlinq, Vanda Skays, Nik Nolt və Stiv Kərel rol almışlar. Avril həmçinin Riçard Girin “The Flock” (Kütlə) filmində cinayətə şübhəli şəxsin qız dostu rolunda çıxış edir, onun 3-cü film proyekti onun sevimli kitabının senarisi əsasında çəkilən “The Fast Food Nation” ( Hazir Yemək Milləti) filmidir. Avrilin Dr.Lyukla birgə bəstələdiyi “Keep Holdinq On” sinqlı “Eraqon” filminin saundtrəki kimi istifadə olunub və Avrilin “The Best Damn Thinq” albomuna daxil edilib.

    Avril “Going The Distance” (Məsafəyə Gediş) filmində kiçik lakin yaddaqalan rolda (filmdə “Losing Grip mahnısını ifa edib) və “Sabrina,The Teenager Witch” (Yeniyetmə Cadı Sabrina) filmində qrupu ilə birgə “Sk8er Boi” mahnısını ifa etmişdir.

    Şəxsi Həyatı:

    2003-cü ilin Yanvar ayında “Seventeen” jurnalına müsahibəsində Avril söyləmişdi ki “ Mən halhazıda da imkan düşən kimi Mətsin Çizburgerlərini yeyirəm.” O, həmçini bildirmişdi ki, ət yeməyi xoşlamır, çox nadir hallarda kimsə onu ət yeyən görə bilər lakin, o vegetarian da deyil.

    Avrilin sol biləyində ulduz şəkli tatu edilib ki, bu 1-ci albomun dizayn işlərində istifadə olunmuş ulduza uyğundur, bu ulduz Avrilin dostu və musiqi yoldaşı Ben Mudinin oxşar tatusu ilə bir vaxtda edilmişdi. 2004-cü ilin sonlarında Avrilin sağ biləyində həyat yoldaşı Derik Viblinin şərəfinə “D” hərfinə oxşar çəhrayı ürək tatu edilmişdi.

    Avrilin keçmiş gitaristi Cessi Kolbörn ilə sevgi əlaqələri olsa da, şayələrə baxmayaraq Evan Taubenfeldlə dostluq əlaqələrindən başqa onları heç nə bağlamırdı. Taubenfeld Yaxın vaxtlarda qrupunun rəsmi veb saytında verdiyi məlumatda söyləmişdi ki, Avril bu dünyada onun ən əziz dostudur.

     

    2004-cü ilin Fevralından o, “Sum 41” pop/pank qrupunun vokalçı/gitaristi Kanadalı müğənni Derik Vibli ilə görüşməyə başladı. 2005-ci il İyunun 27-də Avril Deriklə nişanlanır. Vibli Lavinə onu təəcübləndirən təklif etdi.Bu təklifə Venesiyaya səfər, qondola ilə gəzinti və sonra romantik piknik daxil idi.

    2006-cı il İyulun 15-də cütlük 110 nəfərlik qonaqla müşayiət olunan Katolik mərasimində evləndilər. Mərasim Kaliforniyada Montesitonun şəxsi mülklərinnin birində baş tutdu. Cütlükdən uşaq haqda soruşanda onlar hələ buna hazır olmadıqlarını vurğulamışdılar.

    Xeyriyyə İşləri:

    Avril bir çox xeyriyyə işlərinə: Beynəlxalq Amnistiya Kompaniyasının “Make Some Noise” (Bir səs çixart), ABŞ-ın Birma üçün Kompaniyasında - ”Make a Wish Foundation” (Bir arzu tut), “War Child” ( Müharibə uşağı) cəlb edilmişdi. Arvil həmçinin ALDO şirkətiylə Gənc QİÇS-çilər QİÇS/HİV -ə qarşı dünya əhalisini məlumatlandırmaq məqsədilə təşkil edilmiş pul artırmaq kompaniyasında yaxından iştirak etmişdi. ALDO şirkəti hazırda QİÇS/HİV-ə qarşı mübarizəyə maddi köməyi artırmaq məqsədilə Eşit, Gör, Danış başlığı altında yarlıqlar, yük çantaları satır.

    Avrilin “Knockin` on Heaven`s Door” sinqlı “War Child” –ın Sülh Mahnıları sırasına daxildir.

    February 15, 2008

    Monotonluk maratonu

    Kolera:
    Benimle kal! Hevesim kursağımda takılı kaldı
    gözlerim telaş timsali her ölende ağladı
    pervasız tenin gözümü aldı komada martı
    lodos maüduru melteminde ayıldı ve
    yanlız uyandı. Suskunluğum minnetimdi
    yokluğun varlığı kanattı kendimi limana
    bağladım uçarı aklım halattı kararlarım
    ve kesin seçimin bütünü eşittir hayattı
    bacaklarım kırıldı adın koluma kanattı

    Burun buruna geldim seni bulmak için
    her belayla düşündüm 3 yıl arayla
    küs mü mecnun Leyla’ya? bacaklarımı
    sarkıtırım dalga çarpar ayağıma
    beyaz saçların akasya çalmış kokunu lavanta

    Vadeli yıllar karanlıktan korkmayı sana yasaklatır
    20 sene de uzayan saçı küçük bir bit makaslatır
    2 çocuğum olsa aklım salıncakta sallanır
    büyümek istemiyorum annem babam yaşlanır

    Saçının teli kopmasın, korkarım Allah muhafaza
    şerefine izin verdim bugün kalbimdeki her muhafıza
    ziyarette evliya dedim farketmelerini sağla
    buz gibi karaya vurmuşum, bulmuş sahil muhafaza

    Tanrı yıllar günaha soktu, gel de içimi filtre et
    yılıkır bendim ilk tayfunda yağmuşurun işi çişelemek
    sineğin yalısı her papatya yüzünden çirkin çiçek
    çıkışmıyor param melek, yürüyerek geliyorum sabret

    Sagopa:
    Derin bir denizin dibine çökmüş, bir hazine aşk denen
    Gafilen bir av olur aniden. Bir kalp,ve diğeri hükmeden.
    Benden uzakta olsun derdim körpecik çocukken.
    Gücümü toplamam gerekti aldanışımı yaşarken
    Kıvranımışı seyreden melekler gibidir sükünet
    Tam kendimi toplamışken önüme çıkar hayalet
    Ve korku içime hucmederken korkup kaçar cesaret
    Felaket sarsılışımı izler, cesede çevirir esaret
    Yardım et, bir iğne vur!… Ve sönsün acımın yangını
    Güneş su olsa, yağmur kurusa ayıltamaz bu baygını.
    Çok zorladım şansımı ve yatıştırdım hırsımı.
    Yaşama kafa tutarken kafamı kırdı cadının tılsımı
    Hileden uzak bu adama sille vurma yazıktır.
    İlle çile mi çekmem lazım? Nurum yüzüme dargındır
    Bugüne dek işlediğim günaha. İstırhamım tekbir aftır.
    Dökmek ister içini içim, anlatmalı mı. Biçim Biçim?…
    Her neşe, bir içim ve içlenişime direnişim.
    Ben, yürüdükçe kalır izim, bitmek bilmez pembe dizim.
    Yüzüm her resimde karanlık, karamsar bir çizim.

    Nəqarət:
    Bak, yine başa döndü bu dünya
    Yine sona sardı aynı kaset, bıktım!…
    Bu manotonluk maratonu. Onu tanı!…
    İçinde düşünce koştur!!!

    February 10, 2008

    Hicab

    Dünən hicablı bir qız gördüm,
    Əlində balaca bir kitab, əynində uzun donu,
    Alınmış qaşına yönələn baxış,
    Sanki qorxudurdu onu,
    Çəkdim nəzərimi,
    Əks tərəfə çöndüm,
    Düşündüm,
    Arxama baxdım yenə,
    Döndüm.
    “Hicab!” dedim.
    Sonra “mən bu qızı əvvələr harda gördüm?
    Lənətə gəlmiş
    Hicab!” dedim.
    Tanıya bilməmişdim qızı.
    İstifadə olunmuş gözləri,
    Sifətdindəki iri çapıq,
    Və qaşındakı cızığı.
    “Harda görmüşdüm axı!”
    Beynimi sıxan qəribə hisslər,
    Birdən soyuq tərə çöndü,
    Görəndə o yeri, həmin yazını:
    “Kakadu“.
    Düz bir ay əvvəl,
    O burda durmuşdu,
    Qarşısında bir oğlan,
    Yanında da yekəpeysər,
    Üzünü cırır,
    “Mənə 20 manat borclu!” -
    Qışqırırdı.
    “Hicab!” dedim.
    “Olmaz olsun belə din, belə iman” dedim.
    “Yalan!” dedim.
    Hicabı da,
    Quranı da,
    İmanı da,
    İslamı da,
    Allahı da,
    Bir də “Yalan!” dedim.
    “Ay hicab!” – dedim,
    “Gizlətdin solmuş saçlarını,
    Bəlkə də alınmış qaşlarını,
    Cırılmış qulağını,
    Kürəkdəki *** damğasını,
    O mundar bədənini,
    Hətta gözlərini,
    Sözlərini,
    Dilini də,
    Dişini də,
    Əsl işini,
    Gəlmişini,
    Keçmişini,
    Fikrini də,
    Zikrini də!
    Amma yalan!”

    Budur o hicabdan mənə qalan.
    Bir parça ikrah,
    Və yemədiyim yalan.
     

    imza: az-ya

    İstəmirəm

    istəmirəm LCD ekran televizor 600 kanal
    istəmirəm 8800 polifonik tonal
    istəmirəm Adidas Versace Dolce Gabbana
    istəmirəm həm dəbli geyim həm dəbli saç uyğun zamana
    istəmirəm McDonalds BigMac Pizza Portofino
    istəmirəm tuz oğlu olum nə də ki arlekino
    istəmirəm villa ömürlük sığorta
    istəmirəm qonşu ac olanda gedim kurorta
    istəmirəm tülkülərdən sonra yuxarı qoyunlar gəlsin
    istəmirəm yasım olsun tanımadığım qohumlar gəlsin
    istəmirəm populyarlıq şöhrət hamı məndən danışsın
    istəmirəm məndən başqa həyatıma kimsə qarışsın
    istəmirəm demokratiya
    istəmirəm restavrasiya
    istəmirəm azad seçki dünyaya inteqrasiya
    istəmirəm qərb mədəniyyəti avropasayağı toy
    istəmirəm oğlum desin bir günahda oldum “qaluboy”
    istəmirəm valideyinlərimin puluyla özümü saxlıyım
    istəmirəm yalandan gülüm ondansa içdən ağlıyım
    istəmirəm ölüm geciksin ya da ki tez gəlsin
    istəmirəm döyüş vaxtı yataqda gözümü bağlıyım
    istəmirəm gücüm artsın artsın ondansa cəsarət
    istəmirəm pullarda xoşbəxtlik kağızda ədalət
    istəmirəm sevgi xəyanət sonu hamısının
    istəmirəm gələcəyimə falçı baxsın
    istəmirəm yəkəpər bədən ondansa sürətli zərbə
    istəmirəm sizdən alqış
    istəməyin məndən səhnə
    istəmirəm fərqlənmək fərqli görsənmək üçün
    istəmirəm yalan hörmət içində gizlənmək üçün …
     
    istəmirəm dörd təkər ona-buna şou göstərmək üçün
    pulla alınmış diplom ağıllı görünmək üçün
    istəmirəm yaşayım ömrümü valideyinlərin hesabına
    istəmirəm istəməsəm də şahid olum gəncliyimizin halına
    istəmirəm şəhərdə hörmət əgər təsbehlə ölçülürsə
    istəmirəm cəmiyətdə qiymət qiymət geyimə verilirsə
    istəmirəm şan-şöhrət özümü gözə soxmalıyımsa
    istəmirəm yaxşı oğlan olum çayxanada qocalmalıyımsa
    istəmirəm rus dilini bilməyənə yuxarıdan aşağı baxılsın
    öz dilində güclə danışmaq bombalıq sayılsın
    istəmirəm elit olum McTualetdə formalaşım
    istəmirəm sevgilim olsun onunla mərmərli parkda fırlaşım
    istəmirəm sevilim onsuz sevgi pak olmur bu ölkədə
    istəmirəm nə göz yaşı nə ağı nə ehsan öləndə
    istəmirəm avtoqraf alasız biz ki müqəddəs deyilik
    heykəl indi çoxdu şəhərdə
    istəmirəm elə əbədilik!
     
    İS…
    istiqamətim fərqli
    TƏ…
    tərki-dünya qara dərviş
    MİR…
    miras qaldı mənə keçmişim
    ƏM…
    əmrimə sadiqəm
     
    İS-TƏ-MİR-ƏM!
     
    imza: Qaraqan feat. Jamal Ali

    Adsız şeir

    Onlar sındı…
    sən sınmadın…
    olmadın təslim bu şəhərə…
    Amma fəth də edə bilməmisən onu…
    Di, gəbər əclaf təklikdə.
    Bu cür olmalıydı eqoizminin sonu.

    İndi sallamış ölüm ayaqlarını kipriklərindən

    baxmaqda səninlə birlikdə şəhərə.
    Bir acizlik var gözünün dərinliklərində.
    Gizlədəmmirsən…
    Yayılır gözündən hər yerə.

    February 7, 2008

    Rokun Aprel Şərabı

    Fəaliyət tarixi: 2002- bugünədək
    Janr: pop/pank/rok
    Albomları: “Let Go”(2002-2004), “Under My Skin”(2004-2005), “The Best Damn Thing”(2007)
    #1 sinqılları:
    “Complicated” , “Sk8er Boi” , “I`m With You” , “My Happy Ending”, “Girlfriend”

    Qrup Üzvləri:
    Al Beri- bas gitarist, bəkvokalçı ( 2007)
    Rodni Hovard- barabançı, bəkvokalçı (2007)
    Stefen Antoni Ferlazzo Fr.- elektron keybord, bəkvokalçı (2007)
    Cim MkQorman- ritm gitarist, bəkvokalçı (2007)
    Devin Bronson- baş gitarist, bəkvokalçı (2004)
    Çarli Uilyams- bəkvokalçı, rəqqas (2007)
    Endryu Ford- bəkvokalçı, rəqqas (2007)
    Keçmiş Qrup Üzvləri:
    Mark Spikoluk- bas gitarist, bəkvokalçı (2002 Aprel-2002 Sentyabr)
    Cessi Kolbön- ritm gitarist (2002-Yanvar 2004)
    İvan Taubenfeld- baş gitarist (2002-Sentyabr 2004)
    Kreyq Vud- ritm gitarist, bəkvokalçı (2004-Yanvar 2007)
    Mət Brən- barabançı (2002-Fevral 2007)
    Çarli Monits- bas gitarist (2002-Fevral 2007)

     
    Həyatı:
    Avril Lavin Kanadanın Qremi Mükafatlı punk, pop müğənnisi, musiqiçi və aktrisadır.
    O, 1984-cü il Sentyabrın 27-də Ontarionun Bellevil əyalətində Fransız-Kanada əsilli xristian
    ailəsində anadan olmuşdu.Avrilin adı da Fransız sözlərindən ( “Avril” Fransızca “Aprel”, “LA vigne” isə “Şərab” deməkdir) götürülüb.
    Avrilin istedadı ilk dəfə anası tərəfindən kəşf olunur və iki yaşı olanda o anası ilə birlikdə kilsədə oxumağa başlayır. Onun 5 yaşı olanda Avrilin ailəsi Ontarionun Napani əyalətinə köçür.
    1988-ci ildə o yarışda qalib gələrək Kanadalı müğənni Şania Tveynin ilk solo konsertində müğənni ilə bir səhnəni paylaşmaq şansına yiyələnir. O Şania ilə birlikdə Ottavada səhnəyə çıxaraq "
    What Made You Say That" (Səni bunu deməyə nə vadar etdi) adli mahnını oxuyur.
    O, ilk meneceri Klif Feybri ilə Kinqstonda “Çapter”in kitab mağazasında kantri oxuyarkən tanış olmuşdu. Linoks Cəmiyyət Teatrı ilə tamaşası zamanı folklor müğənnisi Stiv Med Avrili bəyənir və onu 1999-cu ildə “Quinte Spirit” albomundan olan “Touch the Sky” (Səmaya Toxun) adlı mahnısını oxumağa dəvət edir. Həmçinin Avril onun 2000-ci ildəki “ My Window To You” adlı albomundan “Temple of Life” (Həyat Ehramı) və “Two Rivers” (İki Çay) mahnılarını ifa edir.
    16 yaşında Avril Arista Rekords Şirkətinin reportyoru Ken Kronqrad ilə müqavilə bağlayır. O, Arista Şirkətinin başçısı-Antonio La Raydı Avrilə qulaq asmaq üçün prodüsser Pitr Zizonun Nyu-Yorkdakı studiyasına dəvət edir.
     
    Musiqi Fəaliyyəti:
    Let Go (Avril Lavinin ilk albomu) (2002-2004)
    “Let Go” albomu 2004-cu ilin İyunun 4-də ABŞ-da  işıq üzü gördü, albom Amerikada #2 olsa da, Avstraliya, Kanada və Birləşmiş Krallıqda #1 oldu. Bununla da 17 yaslı Avril  Birləşmiş Krallıqda bu yaşda #1 albomu olan ilk qadın solo ifaçı oldu.
    Albomdaki mahnıların əksəriyyətində
    pop rok /hindi pop kökləri görünür, bununla yanaşı albomun bəzi mahnılarında alternativ, post-qranc təsirlərini eşitmək olar.
    Albomun təqdimatından bir ay sonra Avqust ayının sonlarında albom multi-platin statusuna, iki həftə sonra isə 3 qat platin sertifikatına layiq görüldü. 2002-ci ilin sonlarında, debyutundan 6 ay sonra albom 4 qat platin statusuna yiyələndi. Dünya üzrə albomun 14 milyon nüsxəsi satılmış və 2002-ci ildə qadın ifaçı və debyut etmiş albom üçün ən çox satılan albom olmuşdu. 2007-ci ilin dekabrına qədər albomun 6,6 milyon nüsxəsi ABŞ, dünya üzrə isə 16 milyon nüsxəsi satılmışdı.
    “Let Go” albomundan 4 sinql təqdim olundu. Bu albomun 1-ci sinqlı  “Complicated” ( Mürəkkəb) Avstraliyada #1 olsada, ABŞ “Qaynar 100”-lükdə #2 olaraq 2002-ci ildə Kanadanin ən çox satılan sinqıllaraıdan biri oldu.  “Complicated” sinqlı Müasir hit radiosunun reytinq cədvəlində 11 həftə #1 olaraq  
    Natali İmbraqliya‘nın “Torn”  sinqlı ilə qoyduğu rekordu təzələdi. “Sk8er Boi” ( skeytçi oğlan) ABŞ və Avstraliyada,  “I’m with You” (Mən Səninləyəm) ABŞ və Birləşmiş Krallıqda, “Losing Grip” isə Tayvandda top on, Çilidə isə Top 20 oldu.
    Avril 2002-ci ildə  “
    MTV Video Musiqi Mükafatı “ tərəfindən  Ən Yaxşı Yeni Artist  nominasiyasına, 2003-cü ildə Cyuno Mükafatı-nın təqdimatında 6 nominasiyadan 4-nü aldı, Dünya Musiqi Mükafatı  tərəfindən “Dünayanın ən çox satılan Kanadalı müğənnisi” adına, 8 Qremmi Mükafatı-na, “Complicated”ə görə İlin Mahnısı və  Ən Yaxşı Yeni Artist nominasiyalarına yiyələndi.
    Under My Skin (Avrilin İkinci Albomu) (2004-2005)
    “Under My Skin” albomu 2004-cü il Mayin 25-də ABŞ-da işıq üzü gördü. Albom dünyanın bir çox ölkələrində ABŞ, Birləşmiş Krallıq, Almaniya, Yaponiya, Avstraliya, Kanada, Meksika, Argentina, İspaniya, İrlandiya, Tayland, Koreya, Hon Konqda #1 oldu və üzə çıxdığı ilk həftədə ABŞ-da 380.000 çox  nüsxəsı satıldı.Albomun əksər mahnılarını Avril Kanadalı müğənni-bəstəkar  Çental Kreviazuk, bəzilərini Ben Mudi (Evanesense qrupunun keçmiş üzvü), Mavelous 3-dən Baç Valker , Avrilin keçmiş gitaristi İvan Taubenfeld və keçmiş barabançı Mət Brən ilə birgə yazmişdı.
    Albomun proddüsserlik  işlərini Kreviazukun həyat yoldaşı
    Our Lady Peace qrupunun başçısı Reyni Meyda, Baç Valker və Don Gilmor görmuşdülər.
    Albomda güclü alternativ duyulur,
    “He wasn’t” (O Deyildi) , “I Always Get What I Want” (Həmişə İstədiyimi Əldə Edirəm) kimi mahnılarda pop-pank, “Freak Out”“Who Knows” ( Kim Bilir ) kimi mahnılarda isə yumşaq post-qranc izləri nəzərə çarpir.
    Albomun əsas sinqlı
    “Don’t Tell Me” ( Demə Mənə) Meksika və Argentinada #1, Birləşmiş Krallıq və Kanadada top 5, Avstraliya və Braziliyada isə top 10 olmuşdu. “My Happy Ending” ( Xoşbəxt Sonluğum) sinqlı Meksikada #1, ABŞ-da isə top 10 olaraq bu sinqlı Avrilin ABŞ-daki 3-cü ən yaxşı hiti etdi, lakin albomun 3-cü sinqlı “ Nobody’s Home” (Heç kimin evi) ABŞ-da yalniz top 40-da yer alsa da yalnız Meksika və Argentinada #1 oldu. Albomun 4-cü sinqlı “He Wasn’t” Birləşmiş Krallıq və Avstraliyada top 40 olsada ABŞ-da heç təqdim olunmadı. Albomun sonuncu sinqlı “Fall to Pieces” (Parça-parça olmaq) əvvəlki sinqıllar kimi yer tuta bilmədi.
    Avril 2004-cü ildə 2 “Dünya Musiqi Mükafatina”: “ Ən yaxşı pop/rok artisti”, “Dünyada ən çox satılan Kanadalı artisti”, 2005-ci iidə 3 “Cuno Mükafatına”: “Fanat Seçimi Mükafatı”, “İlin Artisti”, “ İlin Pop Albomu” naminasiyalarına yiyələndi. 18-ci illik “Nikoladion Kidsin Seçimi Mükafatına”: “Ən Sevimli Qadın ifaçı” adına layiq görüldü. Lavinin Məttyu Qerardla birgə bəstələdiyi “Breakaway” Kelli Klarkson tərəfindən “Şahzadənin Günləliyi 2” kinosunu saundtrəki kimi lentə alında. Sonradan bu mahnı Klarksonun 2-ci albomuna daxil edildi, albomun ilk sinqlı kimi təqdim olundu. Bu sinql ABŞ-da top 10 olaraq ifaçısına daha bir hit qazandırdı.
    Avril 2004-cü il Martın 4-də “Canlı və Surprizlə Dolu” adlı ABŞ və Kanadaya 21-ci şəhər turnesinə Minnepolis, Minesotta şəhərlərindən başladı. Bu turnenin məqsədi “Under My Skin” albomunu tanıtmaq idi. Hər çıxış yeni albomdan olan mahnıarın kiçik canlı akustik variantlarından ibarət idi. Avrili konsert zamanı gitarist İvan Taubenfeld müşayiət edirdi. Çıxışlar şouya 48 saata qalana kimi elan olunmurdu. Bu konsertlər albomun tanınmasına böyük təsir göstərdi. İndianapolisdə konsert Glendaledə 2005-c ilin Martın 25-də baş tutdu. Konsert proqramına
    “He  Wasn’t” , “My Happy Ending”, “Don’t Tell Me”, “Take Me Away” , “Nobody’s Home”, “Sk8er Boi” və “Complicated” sinqılları daxil idi. Konsertən seçmələr Avril Lavin Canlı Akustik başlığı altında ABŞ-da təqdim edildi.
    2005-ci il Avril üçün səfərlər ili oldu. Avril həmçinin ölkəsi Kanadanı İtaliyanın Turin şəhərində keçirilən 2006-cı il Qış Olimpiya Oyunlarının Bağlanış mərasimində təmsil etdi. O burada Vankuver 2010 hissəsində “Who Knows” sinqılı ilə çıxış etdi. Albomun 8 milyondan çox nüsxəsi satıldı.
    The Best Damn Thing (Avrilin Üçüncü Albomu) (2007)
    Avrilin 3-cü albomu “The Best Damn Thing” 2007-ci il Aprelin 17-də işıq üzü gördü və ABŞ-da #1 oldu. Albomun prodüsserlik işlərini Dr.Lyuk, Lavinin həyat yoldaşı Derik Vibli, Rob Kavallo, Bəç Valker və Avril özü etmişdi. Trevis Berker  albomun baraban hissəsini ifa etdi. Albomun 1-ci sinqlı
    “Girlfriend” (Rəfiqə) Billibordun Qaynar 100-də #1 oldu. Ryan Sikrestin radio şousunda Avril söylədi ki, When You’re Gone” (Sən Gedəndə) albomun 2-ci, “Hot” (İsti) isə albomun 3-cü sinqlı olmalıdır.
    Albomda yüksək pop-pank təsiri, pank-rok gitara əlamətləri və xor da vardır.
    Avrilin “Girlfriend” mahnısı Yaponların ulduz qonaqlı Cartoon KAT-TUN talk şousunun mahnısı kimi istifadə edilmişdi. 2007-ci il mayın 2-də Avril şounun qonağı olmuş və KAT-TUN qrupu ilə oxu hədəfə atma oyunu oynamışdı.
    Avril “The Best Damn Thing” albomunu tanıtmaq üçün kiçik bir turne kecirdi və biletlər yalnız onun fan klubunun üzvlərinə verilirdi. Turne Kalqari, Albertaya səfərlə başladı və təxminən iki yüzdən çox insanı əhatə etdi. Bu şou 2007-ci il Aprelin 2-də CBC kanalında efirə verildi. Noyabrın 7-ə qədər dünya üzrə albomun 5 milyona yaxın nüsxəsi satılıb.
     

    ardı var …

    February 5, 2008

    Mələk vs. Şeytan = Azərbaycan vs. Avropa

    - Bax, indi görmüşük də, Tarkanı da, Elton Conu da, o birisini də. Amma mən indiyə qədər belə təşkilatçılıq və belə əla konsert görməmişdim Azərbaycanda!

    Reklam etmək istəmədiyim underground kafelərdən birində oturub dünənki “Avroviziya Azərbaycan”ın finalını müzakirə edirdik. Dostum təşkilatçılıarı tərifləyəndə mən onların Türkiyədən gəldiyini xatırladaraq, bir anlığa dünəni yadıma saldım. Üç namizəddən birinin ölkəni təmsil etmək üçün hüquq qazanacağı anı səbirsizliklə gözləmişdim…

     

    ***

     

    Usta artıq iki gün idi İstanbula getmişdi. Dəvətnaməni aldığım gündən bir həfətəyə yaxın vaxt keçsədə hələdə əzməmişdim. Yuxarıda havaya tuşlanan və ora-bura hərəkət edən işılar isə möhtəşəm gecə olacağından xəbər verirdi.

    “H.Ə. adına İdman Konsert Kompleksi”. Yazıya baxa-baxa yuxarı qalxırdım.

    -          Eeeey! Hara?!

    -          Konsertə.

    -          Biletin var?

    -          Yox dəvətnaməm var.

    -          Hərnəysə keç.

    Növbəti dəfə hər yoldan ötənə polis vəzifəsi verənlərin vaildeyinlərini yadıma sala-sala pilləkənlərlə yuxarı qalxdım. Hər dəfə bu polis “çəpər”ini keçəndə yadıma nədənsə futbol matçları düşürdü. Burda polislər turniketi əvəzələyirdi. Əslində bunlar arasında elə bir fərq də yoxdu. Sadəcə polis hərdən ağzına nə gəldi danışır, turnkiet sadəcə “ciiit” edir…

     

    ***

     

    Konsertin başlamasına hələ bir saat yarım vaxt qalsa da, xeyli adam artıq girişə tələsirdi. Keçib nəs saylı sektorda oturmuşdum artıq. Ətrafımdakıların daha çox rusdilli olması məni təccübləndirmədi. Əslində balaca uşaqların belə valideyinləriylə gəlməsinin də şahidi oldum. Deyəsən hər növ adam vardı. Ama hamısının ən azından Avroviziyadan başının çıxdığını düşünməyə başlamışdım.

     

    ***

     
    İki geniş ekran, möhtəşəm səhnə, xeyli sayda viedo-TV apparaturası. Hər şey əla olmalıydı. Konsertin gedişində Qalatasaray atributlu paltar geyinmiş təşkilatçıların daha çox rok-konsert üçün səhnə düzəltdiyini də düşünürdüm. Əla işıq effektləri, fişənglər, xareoqrafik görüntülər olacaqdı. Yanılmadım.

     

    ***

     

    “Natiq” ritm qrupuyla çıxış edən “Cəngi” rəqs qrupu meydana çıxanda səs-küy zalı götürdü. Hamı cuşa gəlmişdi. Mənimsə damarlarımda qan balabanda “Sarı Gəlin” çalınanda, sarı donlu qız isə oynayanda dondu. Etiraf edim ki, indiyə qədər bu mahnı mənə belə təsir etməmişdi. Sadəcə “Sarı Gəlin”i bir anlıq Avroviziyada tsəvvür etdim və son günlər davam edən Siruşo məsələsi hisslərimi qatdı-qarışdırdı.

     

    ***

     

    Artıq bütün iştirakçılar ilk mahnısını oxumuşdu.

    Konkret təəssuratlarım belə idi:

    Aynur İsgəndərli – bu bədən, bu səs, bu hərəkətlər? Başım çıxmır, “Azəristar”a gedəcəyini mi düşünürdü, yoxsa Avroviziyaya?

    Unformal – yox, yox, yox. Təəssüf ki, hələ də yox. Avropalılar bizə gülər.

    Elnur Hüseynov – bax bu başqa məsələ! Geyim də, səs də, kompozisiya da!

     

    ***

     

    Artıq Sertap Erener oxuyanda Türkiyə, Ruslana oxuyanda Ukrayna, Mariya Şerifoviç oxuyanda Serbiya bayraqlarını görmüşdüm. Ruslananın yıxılmağına da şahid olmuşdum. “Sev beni kulun olayım”ı sən demə Sertab oxuyurumuş. Bunu da öyrənmişdim artıq. Ruslananın 10 saniyəyə paltar dəyişməsi, çıxışın gecikməsi, hətta yıxılması, Mariyanın özünəməxsus (Aygün Bəylər kimi) geyimini də görmüşdüm.

    İndi növbə iştirakçıları ikinci çıxışında idi. Aynur da heç nə dəyişmədi, Unformal yenə yetərsiz idi. Baxmayaraq ki, bir az daha yaxşıydı. Amma balaban yerinə klarnet çalmaları lap məni dilxor etdi. Ay bala klarnet nəvaxtdan bizim oldu!..

    Elnur feat. Samir – yenə möhtəşəm çıxış! Hələ Mələk vs. Şeytan bənzətməsi ümumiyyətlə super idi. Samirin sonda muğam oxuyurmuş kimi zilə qalxması isə, konsertdəkiləri ayağa qaldırdı.

     

    ***

     

    “Elnur! Elnur! Elnur!” – yekdilliklə konsert zalından bu səs yüksəlirdi. Qalibi elan etmək üçün səhnəyə çıxan bütün münsiflər heyəti bu addan başqasını açıqlaya bilməzdi.

    Samir-Elnur cütlüyü bir daha “Day After Day” ifa edib, onsuz da ayaqda olan zalı sevindirdi.

    Artıq məlum idi. Bizi Elnur təmsil edəcəkdi. Demirəm o əla namizəddi. Ama üç namizəd arasından ən yaxşısıdı. Yeganə çatışmazılığı, düşünürəm ki, Azərbaycanlıya oxşamamasıdı. Bunun üstündə işləsə yaxşıdı.

     

    ***

     

    …Hesabı ödəyib, kafedən çıxdıq. Yavaş-yavaş evə getməyə hazırlaşırdıq. “Görəsən Usta burda olsa nə deyərdi? Elnur Azərbaycanlıya oxşayır ya yox?” – deyə düşünə, düşünə metroya daxil olanda, dostumnan ayrılmışdım..

     

    imza: vini, vidi və evə qayıdan az-ya 

    February 4, 2008

    TH - inqilabçı vunderkindlər!

    Mənbə: Maqdeburq ,Almaniya

    Janrları: Emo,Pop rock,Glam rock

    Yaranma tarixi: 2001

    Rəsmi vebsayt: http://tokiohotel.pop24.de

    Üzvləri:

    Bil Kaulits -  vokalist (təvəllüdü 1 Sentyabr 1989)

    Tom Kaulits - gitarist (təvəllüdü 1 Sentyabr 1989)

    Georq Listinq - bas gitarist (təvəllüdü 31 Mart 1987)

    Qustav Şeyfer - barabançı (təvəllüdü 8 Sentyabr 1988)

    “Tokio Hotel” Almaniyanın rok qrupudur. Dörd #1 sinql,iki #1 albomu olan bu dördlüyün öz doğma ölkələri Almaniyada 3 milyona yaxın CD və DVD-si satılmışdir. Qrup həmçinin Avstriyada da uğur qazanmışdir. Qrup eləcə də Fransa, İtaliya, İsveç, İsveçrə, İsrail, Belçika kimi ölkələrdə kifayət qədər tanınır. İngilis dilində albomları işıq üzü görməsinə baxmayaraq qrup İngilisdilli ölkələrdə elə də çox reytinqə malik deyil.

    Yaranma tarixi:

    Əkiz qardaşlar Tom və Bil Kaulits Qustav Şeyfer və Georq Listinqlə Maqdeburqda bir konsertdə tanış olmuşdular. Orjinal olaraq qrup 2001-ci ildə “Deviliş” adi ilə yaradılmış, səhnə fəaliyyətinə kiçik konsertlər və talant şoularında çıxış etməklə başlamışdı.Bil Kaulits 2003 –cü ildə “Ulduz Axtarışında” adlı bir musiqi musabiqəsində(1/4 finalda yarışmanı tərk edir) Peter Hofman adlı bir musiqi prodüseri tərəfindən bəyənilir. Elə bununla da qrupun adı dəyişilərək “Tokio Hotel”ə çevrilir (“Tokio” adı onların sevimli şəhəri Yaponiyanın paytaxti Tokionun adından , “Hotel” sözü isə onların daimi səfərləri və otellərdə gecələmələri ilə əlaqədər götürülüb) və Sony BMG şirkəti ilə müqavilə bağlanır. Bundan sonra Hofman qrupun yaradıcı və müəlliflər heyətinə Devid Cost və Pet Bentsneri qebul edir ki, uşaqlara musiqi bəstələmək və alətlərdə çalmağı öyrətsinlər.Lakin ilk albomlarının çapdan çıxmasına az qalmış Sony onların müqaviləsini ləğv edir. 2005-ci ildə Yuniversal Myusik Qrup “Tokio Hotel”lə müqavilə bağladı və qrupun marketinq planını genişləndirdi.Beyzmənt Cəks, Bob Sinklar, Melodik Pinpon, Civiçi Yuniversal kimi DJ-lər “Tokio Hotel”in mahnılarını remiks etdilər.

    Karyeraları:

    Qrupun ilk sinqlı “Durch den Monsun” (Mussonun içindən) tezliklə müvəffəqiyyət qazandı, 2005-ci il Avqust ayının 20-dən Almaniyanin rəsmi Mediya Kontrol sinql reytinq cədvəlində15-ci yerdə olan sinql Avqustun 26-dan 1 –ci yerə qalxdı,mahnı Avstriyada da #1 oldu. İkinci sinql “Schrei” (Fəryad) reytinq cədvəlində 5-ci yeri qazandı.Qrupu debyut albomu “Schrei” 19 Sentyabr 2005-ci ildə işıq üzü gördü, sonradan albom platin sertifikat qazandı.Hər iki mahnı Bil Kaulits, prodüsser Peter Hofman, Devid Cost, Pet Bentsner və Geyv Ros tərəfindən yazılmışdı. Qrupun 3-4-cü sinqlları “Rette Mich” ( Xilas et məni) və “Der Letzte Tag”( Sonuncu gün) 2006-cı ildə işıq üzü gördü və #1 oldu. “Der Letzte Tag” sinqlının “Wir Schliessen Uns Ein”( Bir-birimizə bağlanmışıq) adlı B hissəsinə Video klip də daxil idi. İkinci “Zimmer 483” (483-cü Otaq) adlı albomlarının “Übers Ende der Welt”( Dünyanın Sonu haqda) adlı birinci sinqlı 26 Yanvar 2007-ci ildə işıq üzü gördü və tezliklə #1 oldu. 2007-ci il Fevralın 28-də işıq üzü görən və nəfis tərtibatlı ”Zimmer 483” albomuna DVD versiyası da daxil idi.Bu albomun 2-ci ”Spring Nicht” (Tullanma!) sinqlı 7 Aprel 2007-ci ildə təqdim olundu. Albomun işıq üzü görməsi münasibətilə 2008-ci ilin Martında planlaşdırılan “Zimmer 483“ səfəri qrup üzvlərinin yeni səhnə arzulaması ilə 2 həftəlik təxirə salındı.Albomun 3-cü sinqlı “An Deiner Seite”(İch Bin Da) (Sənin Yanında Olaydım) Noyabrın 16-da təqdim olundu.Sinqlın “ 1000 Meere” (1000 Okean) adlı B hissəsinə Video klip də daxil idi. Qrupun almandilli CD-ləri Almandilli ölkələrdən kənara çıxmadığına görə 2007-ci ilin 4 iyununda qrup ilk dəfə olaraq İngilisdilli “Scream”(Fəryad) albomunu bütün Avropaya təqdim etdi. Albom Almaniyada sonuncu almandilli “Zimmer 483” albomunun davamı kimi “Room 483” (443-cü Otaq) adlandırıldı. Bu albom Almandilli “Schrei” və “Zimmer 483” albomlarından seçilmiş sinqlların ingilis versiyalarından ibarətdir. “Durch den Monsun” nun ingilis versiyası olan “Monsoon” (Musson) albomun birinci sinqlı, “Übers Ende der Welt” in ingilis variantı “Ready, Set, Go” ikinci sinql, üçüncüsü isə “By Your Side” (Sənin yanında olaydım) sinqlıdı. 2005-ci ilin hiti “Schrei” sinqlının ingilis versiyası artıq yazılsada bu günə kimi təqdim olunmamışdır. “Tokio Hotel”in Birləşmiş Krallıqdakı ilk konserti 2007-ci ilin 19 İyununda olmuşdu. “Ready, Set, Go” qrupun ilk sinqlı kimi 2007-ci ilin 27 Avqustunda Birləşmiş Krallıqda təqdim edildi və musiqi çartlarında #77 yeri qazandı. “Scream”in İngiliscə yeni aranjımanının təqdimatı 2008-ci ilin ilk aylarına planlaşdırılıb. Əkizlərin 18 yaşı tamam olandan iki ay sonra qrup 2007-ci ilin 1 Noyabrında EMA mükafatına layiq görüldü və bu mərasimdə “Tokio Hotel” “Monsoon”u ifa etdi. “Tokio Hotel” ilk Amerika sinqlını 2007-ci ilin sonlarında sadəcə “Tokio Hotel” başlığı altında təqdim etdi. Bu sinqla artıq dünyada tanınmış “Scream” və “Ready, Set, Go” daxildır. “Scream” albomu artıq elan olunduğu kimi 2008-ci ilin 15 Aprelində işıq üzü görəcək. Qrupun ikinci Amerika sinqlı 2007-ci ilin 11 dekabrında təqdim olunan “Scream America” (Amerika Fəryadı) sinqlıdı. Bu sinqla “Scream” və “Ready, Set, Go” nun AFİ’s Ceyd Pacet tərəfindən edilmiş remiks forması daxildir.Yanvarin 19-da “Tokio Hotel” Şimali Amerikaya 5 günlük turnesinin dəqiqləşdirdi.Bu turnedə Kanada və Kaliforniyaya ikigünlük, Nyu-Yorka birgünlük səfər də daxildir.

    Mükafatlar:
    2005
    Komet: Best Newcomer 2005, Supercomet
    Bambi-Ferlayhunq: Pop-National
    1live-Krone: Best Newcomer
    2006
    Exo: Best Newcomer
    Qızıl Pinqvin: Best Newcomer
    Radio Regenbogen Mükafatı: Pop-National
    Ştayger Mükafatı: Newcomer (yenigəlmişlər)
    2007
    Yan 2007: European Border Breakers Award (Avropa sərhədlərini aşanlar mükafatı) ("Schrei" albomuna görə)
    Yan 2007: BZ-Kulturprayz: (Rok)
    Mar 2007:
    Exo: Ən yaxşı musiqi çarxı
    Apr 2007: Bravo - Goldener Otto: Super rok qrupu
    May 2007: Viva Komet: Superkomet
    May 2007: Viva Komet: Ən yaxşı qrup
    May 2007: Viva Komet: Ən yaxşı video
    İyul 2007: Cabra Myusik: Ən yaxşı qrup
    Sen 2007: Festivalbar Premio Dicital
    Sen 2007: Goldene Stimmgabel(Qızıl Səs): Ən yaxşı beynəlxalq rok
    Okt 2007: Belçika TMF mükafatı: Ən yaxşı video
    Okt 2007: Belçika TMF mükafatı: Ən yaxşı albom
    Okt 2007: Belçika TMF mükafatı: Ən yaxşı pop musiqisi
    Okt 2007: Belçika TMF  mükafatı: Ən yaxşı yeni ifaçı
    Noy 2007: MTV Avropa Musiqi Mükafatı (Münix): Beynəlxalq İfaçı
    Noy 2007: Nikelodeon Kid’s Çoys Mükafatı– Ən yaxşi qrup
    2008
    Yan 2008: NRJ Musiqi Mukafatı 2008 – En yaxşı beynəlxalq qrup

    February 1, 2008

    P!nk - Dear Mr.President

    Pink is not just color!

    Dear Mr. President
    Come take a walk with me
    Let’s pretend we’re just two people and
    You’re not better than me
    I’d like to ask you some questions if we can speak honestly
     

    What do you feel when you see all the homeless on the street
    Who do you pray for at night before you go to sleep
    What do you feel when you look in the mirror
    Are you proud
    How do you sleep while the rest of us cry
    How do you dream when a mother has no chance to say goodbye
    How do you walk with your head held high
    Can you even look me in the eye
    And tell me why
     

    Dear Mr. President
    Were you a lonely boy
    Are you a lonely boy
    Are you a lonely boy
    How can you say
    No child is left behind
    We’re not dumb and we’re not blind
    They’re all sitting in your cells
    While you pay the road to hell
     

    What kind of father would take his own daughter’s rights away
    And what kind of father might hate his own daughter if she were gay
     

    I can only imagine what the first lady has to say
    You’ve come a long way from whiskey and cocaine
     

    How do you sleep while the rest of us cry
    How do you dream when a mother has no chance to say goodbye
    How do you walk with your head held high
    Can you even look me in the eye
     

    Let me tell you bout hard work
    Minimum wage with a baby on the way
    Let me tell you bout hard work
    Rebuilding your house after the bombs took them away
    Let me tell you bout hard work
    Building a bed out of a cardboard box
    Let me tell you bout hard work
    Hard work
    Hard work
    You don’t know nothing bout hard work
    Hard work
    Hard work
    Oh
     

    How do you sleep at night
    How do you walk with your head held high
    Dear Mr. President
    You’d never take a walk with me
    Would you?

    January 31, 2008

    Yalan

    - İmtahanları verdin?
    - Hə..
    Həmin “hə” deyib yalan danışmağım nədənsə mənə o qədər də təsir etmədi. Amma telefonun qırmızı düyməsini basıb masanın üstünə qoyandan sonra duruxdum. Yalan seməyən insanın yalan danışıb bundan xəcalət çəkmək bir tərəfə, heç bir mənfi təsir almaması sanki ciddi problemimiş kimi (əslində ciddi problem olduğunu bu yazını yazanda başa düşdüm) beynimə sancılmışdı..
    “Bu köşə yazısınıda yazım vəssəlam! 13 min işarə! Daha nə istiyirlər e məndən? Səhifə hazırdı də..” – deyə öz özümə danışdığım bir vaxt dayandım. İçimə səssizlik çökdü. Sanki şəkilim çəkilirmiş kimi əlim klavyaturanın üstündə donmuş vəziyyətdə, gözlərim isə “D”, “F” və “G” düymələri arasındakı boşluğa zillənmiş halda qaldım.
    Nə qədər belə əcaib əziyyətdə durduğumu bilmirəm, amma iş yoldaşım “Ə sənnən döyəm?! Gedirsən evə? Alooo!.. Çatdıq ee!.. Mars planeti eşidirsən?” deyəndə elə bil yenidən Yerə endim. Bir təhər “Yox .. hələ qurtarmamışam” sözlərini bir birinin ardınca qoşdum və yazının işarə sayını 2500-ə çatdırıb Ustaya zəng vurdum. Dəstəyi yerə qoyandan  sonra “görüş yerini dəyişmək olmaz” deyib yol aldım.
    Adamların səs-küyü, maşınların ciyiltisi, vıyıltısı da məni beynimə sancılan həmin sualdan ayıra bilmirdi: “Güya mən indi kimi aldatdım ki?”…
    Həmin gün işarə sayına işlədiyimin fərqinə varmışdım (əslində nə qədər uzun müddətdir belə etdiyimi indi-indi anlayıram). Bu jurnalistikanın peşəkarlıq prinsiplərini ayaqlamaqdan çox, qayğıkeşsiz, vecsiz, qədir bilməyən rəhbərliyi aldatmaq idi. “Onlara hələ bu da azdı!”. Yox. Yavaş-yavaş fikirlərim dəyişirdi. Belə başdansovdu münasibətlə onlardan çox özümə xəyanət edirdim, özümü aldadırdım..
    Yalan danışırdım və həmişəkindən fərqli bu yalanlar mənə təsir etmirdi. İçimdəki vicdanı aradım. “Bu nömrəyə zəng çatmır, telefon ya … ” O da məni aldadırdı. İşə bir bax!..
    Elə həmin vaxt dərk etdim ki, bu əslində mənim iç problemim deyil, hamının sıxıntısıdı. Ümumilikdə cəmiyyətin problemidir.
    Qız sevdiyi oğlana, oğlan “sevirəm” dediyi qıza, həmin qız anasına, anası atasına, atası işdəkilərə, işdəkilər evdəkilərə, evdəkilər qonşudakılara, qonşudakılara elə evdəkilərin özünə, mən özüm də özümə yalan danışırammış.
     
    “500 min yeni iş yeri açılıb”
    “Düşünürük ki, bu ilki inflyasiya səviyyəsini balanslaşdırmaq öz əlimizdədi”
    “Əhməd çox kəlləli uşaqdı. İndi də Almaniyaya magistraturaya gedir, öz biliyinə!”
    “Niyə bu qədər baha? Ona görə ki, benzin qalxıb. Bir də bilirsən şəhərdə nə qədər “probka” var?”
    “Mən elə səviyyəsiz müğənni deyiləm”
    “Cəmi bircə ay işlətmişəm qaqaş. Qət-təzə telefondu, qutusu da evdədi, gətirərəm!”
    “Mən bəzi müəllimlər kimi rüşvət alan deyiləm, sizin bir qəpiyiniz də mənə lazım deyil!”
    “Həmidov Ələsgər Məmmədqulu oğlunun üzərində narkotik maddən aşkarlanmış və tərəfimizdən yaxalanmışdır”
    “O nə söhbətdi qardaş? Sənin kimi oğlanlara canım da qurbandı!”
    “Kim? Mən elə manıslara qulaq asmıram!”
    “Uydaa! Necə yaraşdı sənə! Əsl sənin malın imiş ki!”
    “Vəli, mənə filan qədər pul ver, vallah 5 günə qaytaracam”
    “Əli, bu işi yola ver, hörmətindən çıxacam”
    “Çatdım-çatdım! 2 dəqiqəyə ordayam”
    “Müharibə başlasın, bu dəqiqə gedərəm əsgərliyə!”
    “Ya Qarbağ, ya ölüm! Qarabağ bizimdir!“
     
    İnanmayın bunlara. Bunlar hamısı yalandır! Özü də nöqtəsinə, vergülünə, nidasına kimi!..
    Bax indi bu yazını oxuyub qurtarandan sonra, aşağıda şərh yazacaqsız ki, “düz deyirsən, əla mövzuya toxunmusan, əllərinə sağlıq!”, filan şey, besman şey, nə bilim nə… O da yalandır! Aldatmayın məni..
    İnanmıram sizə. Heç özümə də inanmıram mən.
    Bu dünya da yalandır, cənnət də yalandır, cəhənnəm də yalandır, şeytan da yalandır, Allah da yalandır!..
    Yalan həyatımızın bir hissəsinə çevrilib. Hər nə qədər təəccüblü/xoşagəlməz/istənilməz/arzuolunmaz/qəbulolunmaz olsa da, bu nüans danılmazdır.
    Gəlin aldatmayaq. Əvvəlcə özümüzü. Sonra isə əlimizdən gəldiyi qədər başqalarını.
     
    …Artıq Ustayla çoxdan sağollaşıb ayrılmışdıq. Memar Əcəmiyə çatanda, qatarın xüsusi səsötürücülərindən aşağıdakı sözlər deyildi: “20 Yanvar stansiyası”
    Səs lenti xarab olmuşdu. Amma öz-özümə dedim: “Bu da yalan danışır..”
     

    imza: yalançı az-ya

    Çərçivə

    Çoxuna bəlkə bu yazı absurd görünə bilər ki, nə çərçivə, nə arzu , nə maneə, nə qadağa? Axı biz demokratik bir ölkədə, 21-ci əsrdə  yaşayırıq. Bu problemlər qaldı keçmişdə, ey oyanın artıq! Çox təəssüf ki, hələ oyaq olduğumuzu sevinclə vurğulaya bilməyəcəm, bunu bütün qəlbimlə istəsəm belə.
    Gəlin səmimi etiraf edək ki, necə keçmişdə, eləcə də indi qızlarımız bir çox problemlərlə qarşılaşır,onların əvəzinə qərarlar verilir, heyatlarını necə, nə vaxt, kiminlə quracaqları başqaları tərəfindən müəyyən olunur, hansı peşəni seçəcəkləri belə müzakirə obyekti olur və bir çox başqa qadağalar quyulur onlara – valideynləri və qardaşları tərəfindən. Qız heç bir şey deyə bilməz! Valideynlərinin üzunə ağ olan, atasının bir sözünü iki eden qız kimə lazımdı axı? Sən yox valideynlərin bilir sənə nə, necə  ve nə vaxt lazımdı.
     
    Nə qədər olar axı həyatını özünün yox, başqalarının arzuları ilə qurmaq, başqalarının diqtəsi ilə yaşamaq? Niyə bir azərbaycanlı qız da müasir dünyaya açılmasın? Niyə həmişə belə istəklərə mentalitetə sığmayan bir arzu kimi baxılmalıdı? Niyə bir azərbaycanlı qız xaricə oxumağa gedə bilməz? Çünki başqalarının göz-qaşı qaradı bizimki yox?!
    Hətta bizdə peşəni belə qız ve oğlana görə bölürlər. Məsələn “qız üçün en uyğun peşə həkim və müəllimlikdi” fikri yəqin hamıya məlumdu. Qız hara hüquq hara? Olmaz qətiyyən!!! Qızdan iqtisadçı ola bilməz! Nə diplomat? - bu qız peşəsi deyil!!! (amma yeri gələndə bu hörmətli kişilərimiz ilk diplomat qadın Sara Xatunun adını qürurla çəkirlər)

    Niyə əksər ailələrdə çox gözəl səsi olan bir qıza “müğənnilərə bizim cəmiyyətdə yaxşı baxmırlar”- deyib oxumaq arzusunu fikrindən çıxarmasını tələb edirlər?
     
    Nə badə anana kimisə sevdiyini söyləyəsən ha?! Sizi əmin edirem ki, bu cavabı alacaqsız: ”Ay bala bəs ətraf, bəs qonşular, dost-tanış nə dəyəcək?”.
    Niyə biz ömrü boyu bu suarla yaşamalı ve özümüzü yox başqalarını fikirləşməliyik. Axı bu başqalarının yox, bizim həyatımızdı…
    Niyə axı azərbaycanlı qız istədiyi vaxt öz dostları ilə birgə istədiyi yerə gedə bilməz?
    Səbəbini soruşsan deyəcəklr:
    -“Qız uşağının nə işi var ………..?”
    Bax mənden sizə məsləhət: nə badə “taksi”yə zada minəsiz ha?!
    Qızlara taksiyə tək minmək olmaz! Yoxsa…
     
    Nə olursa olsun valideyninizə iş yoldaşlarınızla başqa ölkəye səfərə getmək fikrini söyləməyi ağlınıza belə gətirməyin ha!
    Ata:
    - İki dünya bir olsa da olmaz! Qız nədi başqa ölkəyə getmək nədi!? Özu de iş yoldaşları ilə!
    Ana:
    - A bala nə vaxt ailə qurarsan, o vaxt da həyat yoldaşınla hara istəsən gedərsən?
    Belə deyək də, bəlkə heç bu yazıq qızın taleyində ailə qurmaq yazılmayıb? İndi bu heç yerə gedə bilməz? Oturub gözləməlidi ki, nə vaxt ailə quraram, onda da insan kimi yaşayaram? (hələ həyat yoldaşının necə birisi olacağı məlum deyil.
    Aile qurmamış qız hər şeydən məhrum olmalıdı bəyəm?
    Axı bu hansı qanunda yazılb? Bıy həə… Bu "Yazılmamış qanundu", müzakir olunmur.
      
    Hə, yadımdan çıxmamış bəzi ailələrin qızlarını tez ərə vermələri ile fəxr edib, qürurla danışmalarını demirəm hələ. Belə ailələrdə  nəinki peşə seçimindən, heç oxumaqdan söz gedə bilməz. Belələri deyirlər:
    -  Hə nə olsun ki, filankəsin qızı neçə institut qurtarıb, bax indi evdə qalıb alan zad yoxdu.
    - Əşşi diplom zad boş şeydi ey ay bajı, təki bütün qızlara ər çörəyi qismət olsun!
    He.. Sən demə “dövlət quşu” ərə gedən qızların başına qonub xəbərimiz yox imiş.
     
    Bir qisim de güya oxumaq tərəfdarı olub, qızlarının diplomlu (özüdə elə-belə yox haa! Ancaq “qırmızı diplom”lu!) gəlin olması arzusu ilə yaşayır.
     
    Bu gunun ən vacib informasiya mənbələrindən olan internet klublar da sən demə qızlara aid deyilmiş.
    Nə yazıq ki, bu da bizlik deyilmiş ay qızlar!..
     
    Bəs görəsən bu ölkədə qızlara aid bir şey varmı?
    Deməyin ki, evde oturub yemək bişirmək, paltar yuyub-ütüləmək ve s kimi ev işleri.
     
    Goresen ne vaxtsa “çercivə” yox olacaqmı?
     
    Yenə də ümid edek ki, qızlar da nə vaxtsa insan kimi yaşayacaqlar, axı deyirler “ümid sonda ölür”…
     

    imza: ever the same

    January 30, 2008

    Çevir tatı, vur tatı

    Bizim Rembodu dana, tanımadız?

    Sanki Hollivud tükənib. Fikir vermisizsə son zamanlar ciddi ssenarili, yadda qalan möhtəşəm filmlərdən əsər əlamət yoxdu. Ancaq "çevir tatı, vur tatı" prinsipinə keçiblər. Keçmişdə çəkilənləri yenidən lentə alırlar. Nə yaxşı bu yeni qrafik imkanlar var, yoxsa Hollivud nə günə qalacaqdı heç təsəvvür etmək belə istəmirəm.

    "300", "Transformers", "Resident Evil: EXTINCTION" və s. Bizim Silvester Stalone isə ümumiyyətlə vaxtilə yığdığı boğçasından yeyir: "Rocky Balboa (VI)", indi də "Rambo (IV)"..

    Yuxarıdaki şəkil "Santyaqo-Bernabeu" stadionundandır. İspaniyaya filmin təqdimatı üçün dəvət edilibmiş.

    imza: az-ya

    Gəl, ay müştəriiiiiiiiiiiiiiiii

    Gördüyün iş İtaliya reklam agentliklerinden birinin işidi. Sezarın dediyi məşhur aforizmi bir qədər dəyişib, yaza bilərəm ki, Gördüm, bəyəndim, yerləşdirdim! :) Bax və baxmaqla kifayətlənmə - yaradıcılıq gücünü artırmaq haqda düşün!

    imza: Usta 

    January 28, 2008

    BaltazArt təqdim edir!

    Məşhur Türkiyəli fotoqraf BaltazArt-ın (Murat Saygıner) işlərini diqqətinizə təqdim ediyorum. :) Yayımlamağa izn verdiyi üçün A-zine adından təşəkkürlər kendisine :) Buyurun, baxın, zövq alın.

     

     

     

     

     

    January 26, 2008

    YUXUlayaq

     

    Sovet İttifaqında qadağan olunmuş rokun Azərbaycanda ilk qaranquşu YUXU qrupu 1988-ci ildə Sumqayıt şəhərində yaranıb. Azərbaycanca Rokun mümkünlüyünü "Yuxu" sayəsində kəşf etmiş roksevərlər bu qrupun tərzini məşhur "Metallika"ya bənzədirlər. Amma inqilabi dəyişikliklər dövründə örtaya çıxan "Yuxu"nu əfsanəyə çevirən və sevdirən onun mahnılarının formasından çox, məzmunudur.

    1990-cı ildə Fransadan dəvət alan qrup oraya getmək üçün Bakı-İstanbul-Paris reysinə bilet alır və İstanbulda onları soyurlar, bundan sonra pulsuz və kimsəsiz olan musiqiçilər məcbur olub İstanbulda çox ucuz qiymətə barda oxumağa başlayırlar. Sonrakı illərdə İstanbulda müxtəlif restoranlarda, barlarda və kazinolarda işləyirlər.

    Qrup bir-neçə ildir ki, dağılıb və indi fəaliyyət göstərmir. Onlar haqda olan məlumatlara görə qrupun iki üzvü Türkiyədə, başqa iki üzvü isə Amerika Birləşmiş Ştatlarında yaşayırlar. "Ölümə çarə yox" (2001) albomlarından sonra vokalist qrupdan ayrılmış və yerinə Serkan Civelek gəlmişdir. İndi qrupu birlikdə görmək mümkün deyil, yalnız zərbçi Çingiz Eyvazovgitaraçı Namiq Nəqdəliyev bu yöndə fəaliyyət göstərir

    Qrupun əsas üzvlərindən olan Namiq Nəqdəliyev hal-hazırda Kıraç, Funda Arar, Haluk Levent, Barış Aksu və başqa rokerlərlə işləyir və onların musiqilərini bəstələyib ifa edir. Kıraçın Türk Dizisi adlanan seriallarında oxuduğu musiqilərin çoxsunun bəstəkarı və gitaraçısıdır. "Bir İstanbul Masalı" kino serialının beş mahnısı Namiqə aiddir. Bunlardan ən uğurlusu: Pırıltı, Göz yaşı, Çığlık və s. belə bəstələrdir. Deyilən faktlara əsasən o Tufan Kıraçın şəxsi gitaraçısıdır.
    Azərbaycan musiqiçilərindən yalnız Zülfiyyə Xanbabayevanın "Məni daha gözləmə" adlı parçasının gitara hissəsini ifa edib.

    Albomları

     

    Tanış olun - thienbao

    thienbao-dan bir iş. Sanki ürəyimə qarmaq keçirdi…

    January 25, 2008

    GÜNƏŞ-QIZ


    Qız nənəsinin əlindən bərk-bərk tutaraq, avtobusa girdi. Portfelindən anladım ki, məktəbdən qayıdır. Elə balacadı ki. Yəqin bu il birinci sinfə gedib. Əynində yaşıl rəngdə uzun plaş vardı və o, hansısa yaşıl çiçəklər ölkəsindən gələn şahzadəyə bənzəyirdi. Açıq şabalıdı saçları kip hörüklənmişdi, bir neçə sözəbaxmaz qıvrım tük isə tənbəl-tənbəl kiçik ağ alnına düşürdü. Boz gözləri ilə sərnişinlərə elə baxırdı, elə bil ki, Yer planetinə indi gəlib və ilk dəfə insan görür. Nənəsi onu düz qarşımda otuzdurdu. Gözlərimi ona zillədim və onu izləmə başladım. Günəş avtobus pəncərəsindən içəri düşür, havada rəqs edən toz zərrələrini işıqlandırırdı. Və təkcə onları yox… Üzlərin, dərilərin, paltarların çatışmamazlığı özünü gün işığında daha aydın biruzə verir… Qadınlar gün işığında daha yaşlı görünür. Qat-qat çəkilmiş tonal krem zamanın, həyəcanların, məyusluqların, kədərlərin izini itirməyə qadir deyil. Tutqun havada yeni və təmiz görünən palto gün işığında köhnə, büzük, üzərinə minlərlə çirkli toz zərrəciyi hopmuş boz əşya təəssüratı yaradır. Buna görə insanların arxalarını günəşə çevirməkləri boş və əbəs idi. O isə üzünü pəncərəyə tərəf çevirdi və günəş şüalarına təbəssümlə cavab verdi. Onun çatışmamazlığı yox idi. Günəş də bunu anlayır və hələ ki, üzərinə zamanın öz iyrənc qırışlarını, hüznünü, acısını sala bilədiyi balaca ağ simasını isidirdi. O öz boz gözlərini günəş şüalarına açır, onlar da onun gözlərini qamaşdırmırdı, çünki onlarda həsrət, qəzəb, nifrət, ümidsizlik yox idi. Onlarda sevgi vardı, günəşə, işığa sevgi. Görəsən, o günəşlə nə haqda danışırdı? Yəqin ona öz arzularını, yuxularını nəql edirdi. Günəşsə öz odlu kirpiklərini aralayaraq və onu öz şüaları ilə qucaqlayaraq, ona qulaq asırdı. Avtobusda oturan bütün sərnişinlər üçün bu şüalar heç bir məna kəsb etmirdi, onlar sadəcə yalançı yanvar şüaları idi. Onlar günəşə nifrət edirdi. Mən də ona nifrət edirdim.

    Bir zamanlar mənim parlaq arzularımı oğurladığı üçün… nə vaxtsa mən də beləcə onunla söhbətləşirdim və onunla birlikdə qalaktikanı gəzməyə uçacağımızı arzulayırdım…sonra mən dünyaya qayıdıb hamıya günəşin qonağı olduğumu danışacaqdım… Və budur mən indi tozla, insanlarla, qoxularla, əsəblərlə, fikirlələ dolu avtobusda oturmuşam… qarşımda isə mənim reallaşmamış “mən”im. Mənim bir zaman bu hansısa yaşıl çiçəklər ölkəsinin şahzadəsi kimi işıqlı olan “mən”im. Mən qızın qarşısında oturub, Tanrıdan Günəş-Qızın heç zaman böyüməməsini, daim öz günəşiylə birgə olmasını, günəş şüalarına daim sevinməsini, ona daim öz yuxularını danışmasını, hətta 20 yaşına çatanda, kütlə içində gəzəndə də günəşin onu tanımasını, salamlamasını, şüaları ilə onun əlindən tutmasını və ömür yolları ilə aparmasını, indi olduğu qədər ona dəyərli qalmasını, onun bütün arzularını saxlamasını və günəşin ona vəd etdikərinin reallaşmasını dilədim.

    O da sanki hər şeyi eşidirmiş kimi, öz parıltılı boz gözləri ilə mənə baxdı və mənə elə gəldi ki, o hər şeyi anlayıb. Anlayıb ki, mən bir də heç vaxt onun kimi olmayacam. Anlayıb ki, günəş daha mənimlə danışmır, oynamır, yuxularımı dinləmir. Anlayıb ki, mən daha inanmıram və bir də heç vaxt ora qayıda bilməyəcəm…

    İmza: Back to black

    Nəşəxor pinqvin və ayılar

    Dayanammadım.

    Sizə nədən deyim, nədən danışım Coca-Colanın şəhəri zəbt etmiş yeni il reklamından. Görmüsüz yəqin.
    Azərbaycana (milli kolorit və dəyərlərimizə) heç bir dəxli olmayan ağzıaçıq pinqvinlər və ağ ayılar əllərində qəribə kağızlar tutub, nəyəsə sevinirlər. Yuxarıda YENİ İLİNİZ MÜBARƏK!-yazılıb, ortada da cola şüşəsi dayanıb belə rəngli-rəngli. Mənə çox maraqlıdı bu nəşəxor heyvanların bizim yeni ilimizi təbrik etməsi ideyası kimin ağlına gəlib??? İşə keçmişik də.

    İndi də pinqvin və ayılar (diqqət edin ki, bunların rəngi qonur deyil haa) bizimlə məzələnir. Yox, mən heyvanların, onların reklamlarda  iştirakının,  əşşi, nəşələnməklərinin də əleyhinə deyiləm, amma nəşələnib reklamda iştirakının əleyhinəyəm.

    imza: narazı Usta  

    Qərib[ə] mən

    Olduqca qəribə zamanda yaşayıram.
    Bəzən hazırki Azərbaycanın – keçid dövrünü yaşayan məmləkətin bir hissəsi olduğuma görə bəxtimnən gileylənlənirəm..
     
    Axı mən də ötən əsrin 40-50-ci illərində dünyaya göz açıb pioner, oktyabryat və daha sonra komsomol ola, ömrümü sosializmə həsr edib, indi nəvələrim başımda müasir gənclikdən gileylənə bilərdim…
     
    Ya da bir əlli il sonra anadan olub, mənə vaxtiylə bu ölkənin azadlığı uğrunda meydanlarda yatan babamın bitib tükənməyən inqilab hekayələrinə qulaq asıb gülər, sülh bayrağımı götürüb həmyaşıdlarımla mərkəzi küçələrdən birində keçirilən “Robotlara sərbəst yaşamaq haqqı verilsin!” yürüşünə qatılardım..
     
    Alın yazısı kimi mövhumatçı fikirlərə inananlardan deyiləm. Lakin görünür bəxtimdə keçid dövrünün gəncliyi olmaq varmış. Uyğunlaşa bilmədiyim qanunauyğunluqlara qarşı savaşmaq varmış. Bəzənsə (rusların deyimiylə) “ağ qarğa” olub əzablara, sancılara qatlanmaq varmış…
     
    Çox qəribə zamanda yaşayıram.
    70 il kölə olub, birdən özünün ağasına çevrilən və bağdan açılmış köpək kimi quduzlaşanların dövründə…
    Öz milli kimliyiylə yox, kosmopolit olmasıyla fəxr edənləri elita sayan tulaların dövründə..
    Hər şeyi pulla ölçən, qardaşıyla qan davasına girən, anasını öldürən, arvadını satan paragözlü alçaqların dövründə..
    Aylıq maaşını telefona verən giclərin,
    İnternetdən özünə seks-partnyor axtaran sarsaqların,
    Seks, maşın, pul, içki, tiryəkdən başqa heç nə düşünməyən çayxana uşaqlarının,
    Fərqlənmək üçün fərqlənənlərin,
    Yaradıcılığa “boş iş” deyən boşbeyinlilərin,
    Yaradıcılığını boş işlərə xərcləyən psixlərin,
    İqtidar, müxalifət, reket mətbuatının,
    Beyin yuyan beyinsiz TV kanalların,
    Serialların, şou-maqazinlərin,
    Rəqsanələrin, röyaların,
    Diskotekaların, barların,
    Mail.ru-ların, agentlərin, hi5-ların,
    MSN-lərin, ICQ-ların, Facebook-ların,
    Boyfriend-lərin, girlfriend-lərin,
    Rüşvəti hörmət,
    Hörməti zibil sayanların,
    Sevgini ucuzlaşdıran münasibətlərin,
    Cılızlaşan insanların,
    dövründə yaşayıram..
     
    Çox qəribə zamanda yaşayıram.
    Təsəvvür edin ki, yoldan keçən qızdan saat soruşa bilmirəm. Marşrutdakı qıza “bacı” sözünü yaraşdıra bilmirəm. İşdəki qızın təəccübündən qorxub indiyə qədər cəmi bir nəfəri sevdiyimi deyə bilmirəm. Universitetdəki qıza gəzdiyi oğlanın onu fırlatdığını deyə bilmirəm. Qonşu qızın nə qədər cahil və sadəlövh olduğunu üzünə deyə bilmirəm. Bədənini satan qıza “fahişə!” deyə bilmirəm. Dostumun əhvalatlarından sonra, əlim üzümdə qalır, qızlara güvənə bilmirəm. Başa düşürsüz, mən bu zamanənin qızını sevə bilmirəm!!!
     
    Canımı belə verməyə hazır olduğum, qardaş saydığım adamdan alçaqlıq görürəm. İş yoldaşım məndən nə qədər maaş aldığını, qrup yoldaşım neçə qiymət aldığını gizlədir.
     
    Heç kim küçədə yıxılıb qalan qocaya kömək etmir. Münasibətlər geyimə, vara dövlətə görə müəyyənləşir.
    İnsanlar vəhşiləşir…
     
    Çox qəribə zamanda yaşayıram.
    Evdəkilər də məni anlaya bilmir. Anam geyim tərzinin, saç düzümünün bir mənası olduğunu düşünüb heç bir anlam verə bilmir mənə. Atam istedadımın boşa xərcləndiyindən, onu dinləmədiyimdən, onun istədiyi peşəyə sahib olmamağımdan gileylənir.
     
    Bəzən öz yaşıdlarım da məni anlamaqda çətinlik çəkir.
    Ürəyimi boşaltamağa adam tapmıram bəzən. Hamı mənə “dəli” deyəcək deyə, dəli kimi özüm öz xəyallarımla danışıram.
    Fikirlərsə beynimi yeyir..
    İndi başa düşə bilmirəm: qəribə mənəm, yoxsa qəribə zəmanədə yaşayıram?..
     

    imza:  az-ya

    Gedək, sənə gül dərim, amma anan bilməsin…

    (və ya inkişafın bizdə olmayan gizli generatoru haqqında bir neçə söz)

    İnkişaf – protestdən başlayır; bu, əsas aksiomdur. “Protest” deyəndə biz bir təfəkkür tərzi, bir mədəniyyət tipi olan protesti nəzərdə tuturuq. Söhbət əgər cəmiyyətdən (xalqdan) gedirsə, onun ictimai şüurundakı və mentalitetindəki protest mədəniyyəti ağla gətirilir. Bu, konkret ünvana, kiməsə, nəyəsə qarşı yönələn protest deyil; bu – “axı niyə hər şey belə olmalıdır” ritorikasıdır; bu - yaşam fəlsəfəsidir, həyat tərzindəki postmodernizmdir.
    Bilirəm, qəliz başladıq, ona görə də daha sadə dilə keçək.

    İnkişaf üçün hər şeydən əvvəl, enerji tələb olunur, enerji isə protestdə gizlənib. İstənilən səviyyədəki protest düşüncəsi öz içində böyük enerji daşıyır ki, onun necə yönəldilməsindən asılı olaraq, dağıdıcı və ya qurucu şəkil ala bilər; 60-cı illərin terror dalğası da protest təfəkkürünün nəticəsi idi, hippi hərəkatı da; Çe Gevara da protest mədəniyətinin övladıdır, “Bitlz” da. Bunları ona görə deyirəm ki, siz gerçəkdən də protest təfəkkürünün son dərəcə nəhəng dağıdıcı/qurucu enerji daşıdığına inanasınız.
    Əbədi bir mübahisə var: İslam dini elmə son dərəcə önəm verdiyi halda, niyə Xristian dünyasını xeyli irəli gedib? Məncə, cavab bizim mövzumuzda gizlənir. Vaxt vardı, Xristian dünyası sözün həqiqi mənasında rəzil günündəydi və İslam aləmindən xeyli geri qalırdı; hər şey Protestantizmin yaranmasıyla dəyişməyə başladı: 13-15-ci əsrlərdə formalaşan protestantizm Xristianlığı elə bir enerjiylə yüklədi ki, təsiri hələ də davam edir. Amerika protestantizmin yuvası olduğu üçün qalan xristian ölkələrindən daha öndədir; İtaliya protestantizmi rədd etdiyi üçün daha geridədir.
    Bəli, hər şeyin kökü gedib etiraz təfəkürünün içində gizlənən nəhəng enerjiyə dayanır – o enerjiyə ki, bizdə yoxdur. İslam dini birmənalı şəkildə mütilik tələb edir, milli mentalitet ondan da betər. Tutalım: böyüyün üzünə ağ olmaq olmaz. Yaxşı, həmin böyüklər bizə elə bir ölkə buraxıblar ki, dərindən nəfəs alanda burnuna dolan rüşvət tozu üzündən asqırmağın gəlir. Böyüyə etiraz etməmək o deməkdir ki, biz sizin qoyub getdiyiniz hər şeyi qəbul edirik. Amma etməməliyik axı! Avropada universitetlərdə rüşvətə qarşı ən güclü dirəniş ideologiyası 60-70-ci illərin rok musiqisiylə yayılırdı. Rok – tam bir protest mədəniyyətdir. İndi bildinizmi, nəyə görə bizdə rok musiqisi yoxdur, yarana da bilmir? Savaş sonrası Avropanı bu günlərə sıçradan tramplin məhz protest mədəniyyəti oldu. İstər “Bitls”, istər “Rollinq Stounz”, istər o illərin rəssamları, şairləri, rejissorları bu mədəniyyəti toplumun iliyinə hopdururdular. Bizdəsə hələ də “Gedək, sənə gül dərim, ancaq anan bilməsin” kimi mahnılar qoşulur və oxunur. Niyə bilməsin, adam?
    Protest – yeni həyat qurmaq istəyinin ilkin ifadəsidir. Sən köhnəyə qarşı çıxmalısan ki, yeni nəsə yarada biləsən. Cəmiyyətdə də, şəxsi həyatda da. Protest toplum şüurunda oturuşmuş düşüncə şablonlarına qarşı etirazdır: ailədə xoşbəxt deyilsənsə - döz, təki boşanma; işindən razı deyilsənsə - döz, pirinə şıllaq atma. . . Qoy, hər şey necə var, qalsın, ya da daha pis olacaq.
    Və ən nəhayət, unutmayaq ki, Demokratya - protest(ant) mədəniyyətinin meyvəsidir. Və biz mütləq onun özümüzə uyğun modelini qurmalıyıq.

    İmza: Vüsal  

    January 24, 2008

    Pəncərədən pul gəlir, ay bəri bax, bəri bax.

    Bir - bir - bir. iki-iki..

    Aha mikrofon işlədi.

    Əziz qonaqlar bu yazının səbəbkarları (oxu:diqqətinizə təqdim etdiyimiz pul əskinasları) taa 1920-ci ildə dünyaya göz açıblar. (bir tuş) Vebzinimizin yaxın dostlarından biri onları scan edərək (scan sözünü izah eləməyə, link qoymağa məncə ehtiyac yoxdu, anlamayan yanındakından soruşsun) onları bizə nə etmişdir? - yollamışdır. Bu cür dostlarımız əskik olmasın! İçək pulların, eee, dostların sağlığına!!!

    500 rubl 

    500 rubl 1920 

    Bir nikin tarixçəsi

    - O, Azad, salam!
    - Salam, qardaş. Necəsən, nə var nə yox? Gedək bir yerdə oturaq.
    - Əşşi yox, çox səs-küydür. Ondansa gedib biraz gəzişək, söhbətləşək. Neynirsən?
    - Heç nə, yeyirəm, içirəm, dikotekalara gedirəm. Hər günüm elə belə keçir də. Hə, yeri gəlmişkən, bir həftə sonra bacım Aydanın toyudur, sən də dəvətlisən, gəl, kef edərik.
    - O, təbriklər. Dəvət üçün də sağ ol. Heç mənim xəbərim yox idi, kimə ərə gedir?
    - Cefriyə. Kanadalıdır.
    - Kim?! Kanadalı?! Kanadalıynan harda tanış olub?
    - İnternetdə. Aydanı bilmirsən?! (Ha-ha) Uzun vaxt axtarıb sonunda da axtardığını tapdı. Pullu qaqaşdır. (Ha-ha) Mən də bir dənə eləsindən tapsaydım, varlı və qəşəng. Ən yaxşısı da cuud. Yaman sevirəm də o milləti!
    - Nəyini sevirsən ki?
    - A-a, necə yəni nəyini?! Görmürsən, necə ağıllı, gözəldirlər, daha bizmkilər kimi yox e. Pul da onlardadır, hakimiyyət də, hər şey. Evlənib özüm də gedərdim İsrailə yaşamağa. Azərbaycanda nə var e?! Əşşi, ölkədi ki, bu?! Tez bazar aradan cıra bilsəydim…
    - Hə, tutalım getdin, bəs nə edəcəksən ki, orada?
    - Nə bilim e, bir şey taparam. Əsas məsələ getməkdir. Hə, bəs sən neynirsən? İş tapmısan?
    - Yox hələ.
    - Bəs sən boş vaxtlarında neynirsən?
    - Neynirəm?! Bizim tariximiz haqqında kitablar oxuyuram.
    - Bizim tariximiz haqqında?! (Ha-ha) Oxumasan yaxşıdır. Onsuz da maraqlı deyil. Mən də instituda oxuyanda İqrar Əliyevi oxumuşdum. O vaxta qədər elə bilirdim ki, biz albanlar – erməniyik, müsəlmanlaşmış erməni. Sən demə biz türkləşmiş farsıq. Fars yaxşıdır da, farsın Firdovsisi var, Hafizi var… Nə isə, yada salmasam yaxşıdır. Tarix istəyirsənsə, ondansa Qədim Romanın tarixini oxu. Bombadır.
    - Nə danışırsan?! Albanlar türkdür! Biz də türkük. Və heç bir zaman fars olmamışıq!
    - Yaxşı da, başladın yenə?! Türk… fars… Əşşi, mənə öyrədəsən tarixi?! Gəl bunu qoyaq bir kənara. Ondansa mənə bir məsləhət ver görüm, Bakıda harada fransız dilini öyrənə bilərəm? Sevirəm də bu dili, necə də gözəldir, daha bizimki kimi yox, adamın lap ürəyi bulanır.
    - Sən axı əvvəllər alman dilini öyrənmək istəyirdin. Deyirdin ki, bəs onlar millətlərini necə də sevirlər, həsəd aparırdın. Bəs niyə öyrənmədin?
    - Bilirsən, onlar məni öz aralarına qəbul eləməzlər. Uzun söhbətdir. Bax, bizdə milli şüur yoxdur, almanlardakı kimi. Mən uzun müddət özüm millətçiliyi təbliğ eləmişəm… Nəyə gülürsən? Gülməlidir?! Onda gül…
    - Yox, mənə sadəcə olaraq maraqlıdır ki, bu nə təbliğat idi ki, belə?! Sən erməni albançılığını təbliğ edirdin?! Ya, bizim fars olmağımızı?! (Ha-ha)
    - Əşşi, yaxşı da, bəsdir bu söhbətlər. Ondansa gedək bizə, Tom Kruzun təzə filmi çıxıb, məndə var, gedək ona baxaq. Əla aktyordu e, Tom Kruz, daha bizim düşüklər kimi yox. Ha, sən bura bax, gör nə qəşəng bayraqdır… Əşşi, bu yana bax e, səfirliyə, nə gözəl bina, nə gözəl bayraq. Qəşəngdir, hə?! Pakistanındır…
    - Nə Pakistan?! Bu Türkiyə səfirliyidir, Pakistanın bayrağı orda nə gəzir?! Türkiyənin bayrağıdır.
    - Nə fərqi var. Gör nə qəşəngdir, daha bizim ala-bəzək bayrağımız kimi yox… Hayif biz türk deyilik…
    - Biz türkük!
    - Biz azərbaycanlıyıq! Nə türk?! Türklər Türkiyədədirlər! O gün çatda bir özbəklə tanış olmuşam, (ha-ha) mənə deyir ki, biz qardaşıq… O və mən – türkük… (Ha-ha) təsəvvür edirsən?!
    - O haqlıdır da. Biz qardaşıq!
    - Nə-ə, özbək əkəsi?! Mən o qıyıqgözlə necə qardaş ola bilərəm?! (Ha-ha) Mənə bax və ona…
    - Sənin balaca bacın da elə deyil?!… Qıyıqgöz?!… Genlərdir də. Nə vaxtlarsa bizim hamımız bir-birimizə oxşayırdıq.
    - Əl çək də! Ondansa bir məsləhət ver, çatda özümə yeni nik götürmək istəyirəm, “Mediçi” məni bezdirdi.
    - “Manqurt” necədir?
    - O-o, qəşəngdir, qızların xoşuna gələcək. Hə, bəs “manqurt” nə deməkdir?
    - …

    İmza: Özüm :)  

    January 23, 2008

    Tapdalama məni [v.2]

    Gördüyünüz kimi Qərbdə qraffitidən artıq reklamda da istifadə olunur. Mən bu tip reklam həllərini həmişə alqışlamışam. Ümidvaram bir gün bizdə də belə şeylərə rast gələrik…

    coca cola

     

     

    Özün ol/özünü axtar!!!


     
     

    Özün ol, özünü axtar,
    Səni unudub yaradan.
    Özün ol, özünü axtar,
    Xatırla gəldin haradan?
    Özün ol, özünü axtar,
    Kompasın çıxıb sıradan.
    Özün ol, özünü axtar,
    Çıxa bilməkçün aradan.
    Uşaqlığında tabut var.
    Gəncliyində baş daşları
    Qocalığında sükut var,
    Ölümündə göz yaşları.
    Hardan gəldiyini bilmir
    Hara getdiyini demir.
    Saçları ağ, özü cavan
    Gözlərində qırmızı qan.
    Kimdir o?
    Kimsən sən?
    Kiməm mən?
     

    imza: Usta

    Tatu & Futbol

    Bir konservativin manifesti

    Gangster Girl

     

    Söyüş…
     
    Millət olaraq biz çox söyüşkənik. Bu faktdır.
     
    Emosional olduğumuzdanmı, yoxsa hisslərimizi cilovlaya bilmədiyimizdənmi, yoxsa sadəcə cahillikdənmi, hərnədənsə elə hey idiomalara müraciət edirik.
     
    Cəm halında yazmağıma baxmayın, şəxsən söyüşlə və söyüş söyənlərlə o qədər aram yoxdu. Elə buna görə də hazırda oxuğunuz yazıyla sizi məşğul edirəm..
     
    Əslində yazının konkret hədəfi var: qadınlar!
    Bəli, bəli! Həmin o zərifmi, yoxsa zəifmi cinsin nümayəndləri.
     
    Əvvəla onu da deyim ki, “qadının nə işi var e siyasətdə, nəbilim nədə! Getsin ev işi, paltar tikişi, yun daramaq, don yamamaqla məşğul olsun!” deyəcək qədər post-konservativ (sözə bax ee!) insanam…
    Amma şəxsi fikrimi özümdə saxlayıb, başqalarına yeritməycək qədər də post-modernistəm (bu sözdən də ki, heç xoşum gəlmir)…
     
    Bəlkə elə bu səbəbdən bir qadının söyüş söyməyini heç, amma heç qəbul də bilmirəm. Necə yəni bizdən alicənablıq, centlmenlik, nə bilim nəlik tələb edən bir qadın (bu məqamda sözü dırnağa da ala bilərik) söyüş söyür?!
     
    Bəlkə də bu yazını oxuyan zərif cinsin nümayəndələri qətiyyən arxasınca danışdıqlarımnan deyil, amma bilirəm ki, belələrini tanıyır, ya da haqqında eşidib…
     
    Məsələn, Rusiya, Ukrayna, Türkiyə, Amerika və Avropa ölkələrində bu artıq adi haldır. Qadınlar kişi kimi söyüş söyür və həmin “ultrademokratik” cəmiyyət də bunu (hərnecəysə!) qəbul edir.
     
    Amma bizimkilərin söyüşləriylə yaxın vaxtlaradək rastlaşmamışdım.
    Xeyr, xeyr, tərbiyəsi pozulmuş və “qadın”, “qız” kimi adları yaraşdırmadığım “qadıncığazlar”ı bura qatmıram. Onlar haqda danışmağın özünü belə mənə qəribə gəlir.
     
    Bu Bakının məşhur məlum küçəsindən (hə də, Nizami Gəncəvi adını kölgəyə salan söz) bir iki dəfə keçmək kifayətdir ki, qulağınız qadın (yenə də dırnağa ala bilərik sözü), konkretləşdirsək, yeniyetmə, gənc qızların qəşşəng-qəşşəng yağlı söyüşlə danışdığını görəsiz.
     
    Düzdü bu onların şəxsi işidi, amma gözümün içinə baxa-baxa, utanmadan söyüş söyən belələrini görəndə özümü təhqir olunmuş hesab edirəm. Az qalıram.. Nəysə, nəyə az qaldığımı deməsəm yaxşıdı.

     

    Cındıııııııııııııırrrrrrr!

    “Qızlar” arasında təsadüfən şahid olduğum dialoqlar:
     
    - А он чего та п***л, и я сказал да пошел ты на x**!
    - Halaldı, elə cındırlara (!) так и надо!
     
    ***

    - Başımdan s*** getmir, вот до***б..
    - Əşşi fikir vermə, х** с ним!
     
    Senzuralanmış bu sözlərə görə, bizi oxuyan əsl qadınlar məni bağışlasın. Ümidvaram nə hisslər keçirərək bu yazını qələmə aldığımı başa düşürlər.
     
    Bütün bunları görüncə həmin o ultra-konsrevativ hisslərim üsyanla içimdən baş qaldırıb beyin hüceyrələrimi elə məngənəyə salır ki, radikal qruplaşma yaradıb buna qarşı ən ciddi tədbir atmaq qərarına gəlirəm.
     
    Qardaş qınamayın məni! Yaraşdırmıram mən Azərbaycanlı qıza söyüşü! Vulqar danışığı, küçə sözlərini..
    Bu məqamda bir daha görürük ki, avropalaşma, yüksək sivilizasiyaya yiyələnmə bizdə nə qədər səhv yöndə gedir.
     
    Böyük yazımı, H.O.S.T-un bir mahnısından kiçik parçayla yekunlaşdırıram:
     
    İstəmirəm demokratiya!
    İstəmirəm restavrasiya!
    İstəmirəm azad seçki, dünyaya inteqrasiya!
    İstəmirəm qərb mədəniyyəti, avropasayağı toy!
    İstəmirəm oğlum desin bir gün “ata, oldum qoluboy”!
     
    Imza: az-ya
     
    P.S. Son günlər daha çox başım bloqun dizayın işlərinə qarışdığından, yazı yazammırdım. Usta demiş, elə bil rahatladım ee lap =)

    January 22, 2008

    Hansı UNFORMAL? Bizim UNFORMAL

     Unformal_by_az-ya

    Yaranma tarixi - 2000-ci il, Azərbaycan, Bakı.

    Janr: Alternative Rock

    Albom: "Unformal" (2005)

    Kliplər: “Sonsuz yol”, "Suiqəsd", “Sənin üçün”

    Hər şey 2000-ci ildə model agentliklərindən birinin xarabalıqlarında başlayıb. Orda bir çox gənc musiqiçilər toplaşır, rok qrupları öz musiqilərini ifa edirdilər. Rüstəm Məmmədov və Novruz İsmayılov da orada bir otaq kirayəyə götürmüşdülər və həmin otaqda o zamanlar çox dəbdə olan rep-kor ifa edirdilər. Bir azdan qrupa Novruzun vokalı və Rüstəmin gitarası azlıq etdi və onlar qrupa “Fatal Nation”, “Promoted Garlik” kimi qruplarda ifa etmiş gənc, lakin təcrübəli Evgeni Manuxini və istedadlı gitarist Vaqif Zəliyevi dəvət etdilər. Bir neçə ay keçdi. Qrupa bas-gitarist Fəridə Nelson da qoşuldu. Beləliklə, qrupun tərkibi tam oturuşdu.

    Unformal qrupunun səhnədə debütü 2001-ci ilin oktyabr ayında B.I.C. prodüser mərkəzinin təşkil elədiyi festivalda baş tutdu və Unformal “Qızıl Aypara” mükafatını qazandı.

    Bundan sonra qrup rok festivalları və yığıncaqlarının daimi iştirakçısına çevrildi. Beynəlxalq Açıq Hava festivalı olan “Musiqi Günü” Novruzun qrupda çıxış etdiyi son gün oldu. O, qrupu tərk etdi. Rüstəm mikrafon arxasında tək qaldı. 2003-cü ilin may ayında Unformal Tiflisdə keçirilən “Qafqazda Sülh Naminə” adlı rok festivala dəvət olundu. Qrupdan yerli Maestro kanalı müsahibə götürdü. Bakıya qayıtdıqdan sonra Vaqif qrupdan ayrıldı. O, xaricə getməli olmuşdu.

    Onun əvəzinə Unformal-a yeni yaranmış 13 qrupundan 2 gənc gitarist gəldi. Bunlar: “Köstəbək” ləqəbli Rüstəm Əliyev və İmran Rzayev idi. Qrup populyar teleproyektin iştirakçısı olmaqla bütün Azərbaycanı gəzdi və sonda Heydər Əliyev adına Sarayın səhnəsində çıxış etdi.

    2004-2005-ci illər ərzində qrup festivallar təşkil edir və Unformal adlı demo albomun yazılışı ilə məşğul olur. Eyni zamanda Sui-qəsd mahnısına klip çəkilir. 2005-ci ilin fevral ayında qrup 5 yaşı münasibətilə konsert verir. (heyf nə tort payı, nə də bilet çatmayıb bizə:) Konsert zamanı demo albomlarının bütün tirajını da yerli roksevərlərə paylayıblar.

    Və eyni zamanda (yaman çox oldu bu EYNİ ZAMANDA-ifadəsi amma nə etməli? Uşaqlar çox aktivdi:) Fəridə öz proyekti olan, yalnız zərif cinsin nümayəndələrindən təşkil olunmuş “W/Omen” proyektini başlayır.

    Unformal “W/Omen” qrupunun vokalisti Dilarə ilə duet oxuyur. Bu duetdən sonra Dilarə Unformal-a qoşulur. 2006-cı ilin yayında, 6 aylıq sükutdan sonra qrup yenilənmiş tərkib və musiqi konsepsiyası ilə qayıdış edir. Kanadaya köçən “Köstəbəyin” yerinə qrupa istedadlı musiqiçi və DJ olan LOOPer gəlir. Yenilənmiş Unformal Şəhriyar adına Sarayda konsert verir. Qrupun musiqi konsepsiyası daha ağır və alternativ musiqiyə doğru dəyişir. “İlk Sui-qəsd” qrupun ən tarixində ən yaxşı konsert olur. Xüsusilə bu konsertə dəvət edilmiş ukraynalı prodüser Vitali Klimov (Okean Elzy, Мурьены ) Unformal-ı Kiyevə dəvət edir. Qrup 2006-cı ilin dekabrında Kiyevdə “211” adlı studiyada Kiyev Filarmoniya Orkestri ilə birgə Sonsuz yol mahnısını yazdırır.

    Səsyazmada Okean Elzy qrupunun üzvü Miloş Yeliç də iştirak edir. Mahnının səs prodüseri Vitali Telezin idi. Unformal paralel olaraq, Samir Kərimoğlunun çəkdiyi Sirat Körpüsü filmi üçün yaratdıqları saundtrek üzərində çalışır. Filmdə Sonsuz yol mahnısı da daxil olmaqla, qrupun 6 mahnısından istifadə olunur.

    Qardaş Türkiyədə də qrupun populyarlığı artır. Sui-qəsd mahnısına çəkilmiş klip Türkiyənin DreamTV kanalında yayımlanır. 2007-ci ilin aprel ayında Unformal Sonsuz yol mahnısına çəkilmiş klipin təqdimatını keçirir.